Əsas fondlar və onlarin aşinmasi



Yüklə 21,78 Kb.
tarix28.06.2020
ölçüsü21,78 Kb.
#32179
əsas fondlar və onların aşınması

ƏSAS FONDLAR VƏ ONLARIN AŞINMASI

Cəmiyyətin sosial-iqtisadi inkişafının maddi əsasını təşkil edən ictimai istehsal iş qüvvəsinin, əmək predmetlərinin və əmək vasi­tə­lərinin müxtə­lif kəmiyyət nisbətlərində və kom­bi­nasiyalarda bir­­­ləş­­dirilərək insanların tələ­batları­nı ödə­mək üçün maddi ne­mət­lərin ya­ra­dıl­ması pro­se­sidir. Əmək vasitələri və əmək pred­met­ləri, mə­lum olduğu kimi, icti­mai istehsalın mad­­di ünsür­lə­ridirlər. Əmək prosesindəki və məhsulun yaradılmasındakı ro­lu­na görə əmək va­sitələri isteh­sa­lın mü­hüm ami­lidir. Məhz əmək va­sitələri isteh­salın texniki və ictimai əmək məhsuldarlığının səviyyəsini müəy­­yən edir. Əmək vasitələri de­dik­­də, binalar, qurğular, nəq­liyyat vasitə­ləri, iş maşınları və ava­­dan­lıqları, güc maşınları, ötü­rü­cü me­xa­nizm­lər, öl­çü və tən­zimləmə cihaz­ları və s. nəzərdə tutu­lur. Bun­ların içə­risində ən ak­tivi istehsal avadanlıqlarıdır ki, bun­lara xammal və mate­rial­ları bilavasitə emal edən və onlarda müəy­yən fiziki, kimyə­vi də­yi­şik­lik apa­ra bilən, onu yeni isteh­lak dəyərinə çevirə bi­lən bütün dəzgah­lar, maşınlar, aqreqatlar və me­xanizmlər daxildirlər.

Əsas fondlar isteh­sal prosesində uzun müddət və bütövlükdə iş­tirak edən, öz na­tu­ral formasını saxlayan və dəyərini is­teh­­sal edi­­lən məhsulun üzərinə köhnəlmə­ dərəcəsin­­­­­dən asılı olaraq hissə-his­­sə ke­çi­rən əmək va­sitə­lərinin maddi-texniki deyil, dəyərlə ifa­də olunmuş formasıdır.

Azərbaycan Respublikasında mövcud olan qaydaya görə, də­yəri 550 min manatdan yu­xarı və ömür müd­­dəti 1 ildən çox olan istehsal-texniki tə­yi­natlı əmək vasitə­lə­ri­nin dəyəri əsas fond­lara, dəyəri 550 min ma­natdan və ömür müd­dəti isə 1 ildən az olanlar isə dövriyyə fond­larına aid edilir. Be­lə bir qaydanın qəbul edilməsi bilavasitə uçot sisteminin sa­də­ləş­diril­mə­si ilə əla­qə­dardır. Çünki dəyəri 550 min manatdan az olan və ömür müddəti 1 ildən çox olan is­teh­sal va­si­tələrinin əsas fondlar kimi uço­tunun aparılması əmək tu­tum­lu­dur və uçot işini xeyli dərəcədə mürək­kəb­ləş­di­rir.

Əsas istehsal fondlarının tərkibinə yalnız istehsal prosesinə cəlb edilmiş və müəy­yən funksiyaları yerinə yetirən əmək vasi­tə­lə­ri da­xil edilir. Mövcud uçot qaydasına müvafiq olaraq əsas fond­ların də­yərinə istehsal müəssisələrinin, təchizat və satış təş­ki­lat­larının anbarlarında olan maşın və avdanlıqlar, quraş­dır­maq üçün veril­miş, quraşdırılması nəzərdə tutulmuş, yolda olan və əsaslı tikin­ti­nin balansında olan avadanlıqların dəyəri daxil edilmir.

Müəssisənin əsas fondları,əsas istehsal fond­la­rı və qeyri-isteh­sal əsas fondlarına bölünür. İs­tehsal əsas fond­larına bilavasitə istehsal pro­se­sində işti­rak edən, yaxud onun həyata keçirilməsinə yardım göstərən əmək vasitələri daxil edilir. Qeyri-istehsal əsas fondlarına isə müəssisənin ixtiyarında olan mənzil fondları, mədəni-məişət xid­mətinin binaları, qurğula­rı və s. aid edilir. Əsas istehsal fondlarından fərqli olaraq, bunlar istehsal pro­­sesində iştirak et­mə­­dik­lə­rin­dən, öz dəyərlərini yaradılan məhsulun üzərinə keçir­mir­­lər, da­ha doğrusu, keçirə bilməzlər. Onlar öz dəyərlərini istis­mar edil­dik­cə itirirlər. Bunlar üçün ödəniş fondu yaradılmır. Qeyri-isteh­sal əsas fondlarının təkrar istehsalı yal­nız yeni in­ves­ti­siya qo­yu­­lu­şu vasitəsilə həyata keçirilir.

Əsas istehsal fondlarının tərkib hissələrindən biri də qeyri-mad­di aktivlərdir. Bunlar da insan əməyinin "məhsulu" olduq­la­rından dəyərin daşıyıcılarıdır, əsas fondlardır, lakin onların fiziki əsasları yoxdur. Qeyri-maddi ak­tiv­lər də, fiziki əsası olan əsas fondlar kimi, uzun müddət istifadə olunduqlarından öz dəyərlərini tədricən itirirlər.

Qeyri-maddi aktivlərə patentlər, əmtəə nişanları, ticarət markaları, lisenziyalar, bir çox hüquqi aktlardan istifadə, "nou-hau", rəs­mi­ləş­dirilmiş məsləhət və s. aid edilir.



Müəssisənin sərəncamındakı əsas fondlar iqtisadi məzmu­nu­na gö­rə həmcins ol­sa­lar da əşya formasında müxtəlif ünsür­lər­dən ibarət olurlar. Buna görə də əsas fond­­­ların uçota alınmasını hə­­yata keçirmək, onların təkrar is­tehsalının həcmcə artırıl­masını əsaslandırmaq və habelə onlardan istifadə olunması işinə nəzarəti gücləndir­mək məqsədilə həmin ünsürləri müxtəlif qruplarda bir­ləş­dirir, yəni təsnifləşdirirlər. Əsas fondların təsnifatı onların is­teh­­sal­dakı işinin xarakterinə görə əsas fondların dif­fe­ren­sasi­yasını nəzərdə tutur, onların müasir texniki səviyyəsini əks et­di­rir.
Yüklə 21,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin