Əsgərov Elməddin Firudin oğlu “ Azərbaycanda maşınqayırma sənayesinin yenidən qurulması və inkişaf prespektivləri


Yenidənqurulma layihəsinin əsaslandırılması üçün maşınqayırma



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə12/29
tarix22.04.2023
ölçüsü1,09 Mb.
#101605
1   ...   8   9   10   11   12   13   14   15   ...   29
sg-rov-Elm-ddin

2.3.Yenidənqurulma layihəsinin əsaslandırılması üçün maşınqayırma 
sənayesinin maliyyə vəziyyətinin təhlilinin metodik təminatı. 


38 
Dünyada yaradılan əlavə dəyərdə xidmət sektorunun payının sürətlə 
yüksəlməsinə baxmayaraq, sənaye iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün əsas 
stimullaşdırıcı amil hesab edilərək qalır. Dünya enerji istehlakında 40 faiz paya malik 
olan sənaye sektorunun inkişafı bir tərəfdən iqtisadiyyatın resurs sahələrinin, digər 
tərəfdən isə sənayeyönlü xidmətlərin inkişafını şərtləndirir. Bundan əlavə, o 
mütəxəssisləri sənaye iş yerləri ilə təmin edilməsi üçün vacib mənbədir. 
Beynəlxalq Əmək Təşkilatının verdiyi məlumata əsasən, dünyada sənayedə 
işləyənlərin sayı 2012-ci ildə 2000-ci illə müqayisədə 190 milyon nəfərdən çox artmış 
və bu artım əsasən inkişaf etməkdə olan ölkələrin hesabına təmin edilmişdi. Bu da 
inkişaf etməkdə olan ölkələrdə sənaye istehsalının inkişaf etmiş ölkələrlə müqayisədə 
daha sürətlə artması ilə birbaşa bağlıdır. (43, s.219) 
Belə ki, inkişaf etməkdə olan ölkələrin emal sənayesində yaradılan əlavə dəyərdə 
payı 2011-ci ildə 2000-ci illə müqayisədə təxminən iki dəfə yüksələrək, 20 faizdən 38 
faizə qədər yüksəlmişdi.
Sənayenin artım templəri və inkişaf mərhələləri ölkələrin gəlir səviyyəsinə 
müvafiq olaraq dəyişirilir. Ölkələr inkişaf etdikcə aşağı texnologiyalı və əməktutumlu 
yeyinti, yüngül və mebel sənayesi sahələri öz aparıcı mövqeyini orta texnologiyalı 
kimya, metallurgiya, gəmiqayırma, maşın və avadanlıq istehsalı kimi sahələrə verir. 
Sənayeləşmənin ən son mərhələsində elektronika, kompyuter istehsalı, əczaçılıq və 
kosmik sənaye kimi yüksək texnologiyalı hesab edilən sahələr lokomotiv olaraq çıxış 
edir və qlobal miqyasda sənayenin inkişafında əhəmiyyətli dərəcədə rol oynayır. 
Sənayenin inkişafı da öz növbəsində bir sıra qlobal çağırışlarla müşayiət 
olunurdu. Bu çağırışlar məhsullardan istifadə tsiklinin sürətlənməsi və intensivləşməsi, 
araşdırma və inkişafda təmərküzləşmə, istehlakçı tələb etdiyi coğrafi strukturunun 
dəyişməsi və istehsal zəncirlərinin mürəkkəbləşməsi kimi amillərdən asılı idi.(36, 
s.286) 
Qloballaşan dünyada şirkətlərin istehsal zəncirlərinin mürəkkəbləşməsi inkişaf 
etməkdə olan ölkələrin beynəlxalq əmək bölgüsündə daha fəal iştirakı üçün yeni 
fürsətlərə şərait yaradır. Belə ki, istehsal zəncirinin daha da mürəkkəbləşməsi bir 


39 
məhsulun müxtəlif hissələrinin ayrı-ayrı müəssisələrdə və coğrafi məkanlarda istehsal 
edilməsi və son məhsulun digər bir ölkədə yığılması ilə nəticələnirdi. İstehsalın 
fraqmentləşməsini təmin edən əsas amillər ucuz işçi qüvvəsi, beynəlxalq ticarət 
dəhlizlərinə yaxınlaşma, müəyyən regionların bir sıra sənaye sahələri üzrə 
ixtisaslaşması və inkişaf etmiş ölkələrdə ətraf mühitin qorunmasına qarşı tələblərin 
daha da yüksəlməsidir. (24, s.154) 
Daha ətraflı yanacaq-enerji kompleksi, xüsusi halda isə neft-maşınqayırma və 
metallurgiya sənaye sahələrinin bir-birini tamamlayan istehsal zənciri Azərbaycan 
iqtisadiyyatının inkişaf etdirəcəyi əsas istiqamətlərdən biri hesab edilir. 
Neft sənayesi və maşınqayırma kompleksinin qarşılıqlı fəaliyyəti yalnız isteh-
salın minumuma düşməsinin qarşısını almaq, istehsal güclərinin optimal artması, iş-
sizliyin aradan qaldırılması kimi çox vacib istehsal-iqtisadi məsələnin həlli deyil, həm 
də xarici maşın və avadanlıqların idxalından imtina etməklə külli miqdarda valyutaya 
qənaət etmək kimi anlaşılır. 
Dünya bazarına çıxarılan Azərbaycan neftinin həcminin sürətlə yüksəldiyi bir 
şəraitdə neft-maşınqayırma sahəsində uzun illər boyu yaradılmış istehsal, elmi, intel-
lektual potensialdan səmərəli istifadə edilməsi günün vacib məsələlərindən biridir. 
Maşınqayırma, əsasən özündə istehsal vasitələrinin istehsalını birləşdirən 
sahələri əhatə edir. Son onilliklərdə həm ümumi sənayedə, həm də onun maşınqayırma 
sahəsində maraqlı hadisələr müşahidə olunmaqdadır. (26, s.165) 
Sənaye inqilabı dövründən maşınqayırma sənaye strukturunda dominant 
mövqeyə sahibdir. Son onilliklərdə bu təmayül daha da güclənmişdir, belə ki, elmi-
texniki yeniliklərin böyük hissəsi məhz bu sahələrdə tətbiq olunur. Digər tərəfdən, 
mədən sənayesinin payının azalması ilə emal sektorunda maşınqayırma və kimya 
sənayelərinin rolu xüsusilə artmışdır. Ağır sənaye və maşınqayırma sahəsini 
səciyyələndirən amil bu sahədə texnoloji diapazonun (aşağı texnologiyalardan orta və 
yüksək texnologiyalara doğru) tam şəkildə təmsil olunmasıdır.(14, s.125) 
Belə ki, hazırda mədən sənayesinin ümumi sənayedə payı azalır, elmi-texniki 
yeniliklərin tətbiqi nəticəsində əlavə dəyər zəncirində elmtutumlu məhsulların rolu 


40 
yüksəlir, coğrafi strukturda inkişafda olan ölkələrin əhəmiyyəti artır, inkişaf etmiş 
ölkələrdə isə daxili relokasiya və sırf yüksək texnologiyaların istehsalı ilə bağlı 
ixtisaslaşma istiqamətində dəyişikliklər müşahidə olunur.(21, s.268) 
Sənayenin inkişafı dörd əsas istiqamət üzrə müəyyən edilir. Bu istiqamətlərə 
dövlətin tarif, fiskal imtiyazlar və ya subsidiyalar vasitəsilə tənzimləyici qismində, 
kredit bazarına təsir göstərərək dövlət və özəl resursları sənaye layihələrinə 
istiqamətləndirən maliyyə tənzimləyicisi qismində, iqtisadi aktivlikdə birbaşa iştirak 
edən istehsalçı qismində və hökumət satınalmaları vasitəsilə strateji sənaye sahələrinə 
bazarı təmin edən istehlakçı qismində fəaliyyətləri aid edilir. Qeyd olunan 
istiqamətlərdə dövlətlər tərəfindən sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi 
məqsədilə tədbirləri dünya təcrübəsində geniş yayılmışdır. Sənayeyə dəstək 
tədbirlərinin əsas məğzi sənaye müəssisələrinin rəqabət qabiliyyətini yüksəltmək və 
onların beynəlxalq bazarlara çıxışını asanlaşdıracaq potensiala qovuşmalarını təşkil 
etməkdən ibarətdir.
Göstərilən dəstək tədbirləri içərisində texnologiyaların transferi və 
innovasiyaların təşviqi xüsusi əhəmiyyətə malikdir. Bir çox ölkələrdə həyata keçirilən 
innovasiyaların təşviqi üzrə siyasətləri ölkələrin inkişaf səviyyəsi üzrə və tədqiqat 
potensialına uyğun olaraq 4 qrupa bölmək mümkündür: texnologiyaların transferi, 
daxili texnoloji potensialın yüksəldilməsi, kiçik və orta müəssisələrin innovasiya 
yönümlülüyünün gücləndirilməsi, yüksək və orta texnologiya üzrə yeni şirkətlərin 
(“start-up”lar) inkişaf etdirilməsi. Struktur siyasəti çərçivəsində daxili bazarın 
tələbatını ödəyən və ixracı mümkün olan innovasiya əsaslı məhsul və texnologiyaların 
yaradılması müəyyən edilməlidir. (24, s.154) 
Qeyri-neft sektorunun inkişafı istiqamətində aşağıdakı tədbirlərin həyata 
keçirilməsinə xüsusi diqqət yetirilməlidir:
-milli sənayedə struktur dəyişikliklərinin edilməsi
- mülkiyyət hüququnun qorunması,
-müqavilələr üzrə öhdəliklərin həyata keçirilməsi, 


41 
-informasiya aşkarlığı və təbii inhisar məhsullarının qiymətlərinin tənzimlənmə 
metod və sistemlərinin yüksəldilməsi üçün təşkilatı və hüquqi tədbirlər sisteminin 
yerinə yetirilməsi;
- restrukturizasiya və özəlləşdirmə prosesinin daha da sürətləndirilməsi;
- rəqabətqabiliyyətli sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi;
- müasir texnologiyalara əsaslanan sənaye müəssisələrində beynəlxalq 
standartların və sertifikatlaşdırmaların tətbiqinə keçidin artırılması; 
- azad rəqabət mühitinin inkişaf etdirilməsi və antiinhisar siyasətinin beynəlxalq 
standartlara müvafiq olması;
- investisiyaların stimullaşdırılması və cazibədarlığının artırılması məqsədilə 
tədbirlərin həyata keçirilməsi;
- xarici iqtisadi fəaliyyətin dövlət tərəfindən himayəsini təmin etmək : yerli 
istehsalçıların himayə edilməsini və daxili bazarda sağlam rəqabət şəraitində inkişafını 
təmin edən idxal tariflərinin günün tələblərinə münasib olması;
- elm tutumlu istehsalın inkişaf etdirilməsi üçün tətbiqi elmlərin, müasir şəraitdə 
bazar konyunkturunun tələblərinə uyğun elmi tədqiqat institutlarının maddi-texniki 
bazasının daha da yüksəldilməsi;
- elm fondunun vəsaitlərinin həmin istiqamətə yönəldirilməsi.(32, s.189) 
Dövlət sənədlərində prioritet, dayanıqlı artım potensialına malik sahələrin 
inkişafının dövlət dəstəklənməsi tədbirləri nəzərdə tutulmuşdur.
Bunlara aşağıdakılar aid edilir:
-sənaye sahəsində qəbul edilən bütün proqram və konsepsiyalarda yüksək 
texnoloji və elm tutumlu istehsal sahələrinin inkişafına üstünlük verilməsi;
-müəssisələrin texniki-texnoloji cəhətdən yenidən yaradılması, müasir idarəetmə 
metodlarının tətbiqi və marketinq xidmətlərinin qrulması;
-müqayisəli üstünlüyə malik olan və rəqabətədavamlı sənaye
-məhsullarınınistehsalının inkişaf etdirilməsi;
-idxalı əvəz edəcək və ixrac yönümlü məhsulların istehsalının stimullaşdırılması;


42 
-sənaye klasterlərinin yaradılması kənar və sənayenin strukturunun seçilmiş 
inkişaf istiqamətlərinə uyğun olaraq yenidən qurulması;
-investisiya
- innovasiya proseslərinin stimullaşdırılması, enerji və resursa qənaət edən, 
ekoloji təmiz texnologiyaların tətbiqinin sürətləndirilməsi;
-investisiya mənbələrinin müəyyənləşdirilməsi və səmərəliliyinin artırılması;
-sənayenin inkişaf tempinin və əmək məhsuldarlığının yüksəldilməsinin 
prioritetliyinin təmin edilməsi; 
-dünya sənaye əmtəələri bazarının cari və gələcək konyunkturası haqqında 
informasiyalara malik marketinq sisteminin qurulması.(41, s.124) 
Xüsusi İqtisadi Zonaları sənaye siyasətinin vacib hissəsi hesab edilir və onların 
yaradılması 
məqsədilə 
zəruri 
olan 
bütün 
işlərin 
görülməsi 
nəzərdə 
tutulmuşdur.Standartlaşdırma siyasəti çərçivəsində sənaye sahələrində fəaliyyət 
göstərən müəssisədə Beynəlxalq standartların tətbiqi təmin edilməsinə xüsusi diqqət 
yetirilir.
Keyfiyyətli ali və peşə-texniki təhsil sisteminin sənayenin inkişafında önəmli rola 
malik olduğunu bilərək təhsil islahatlarında ali və peşə-texniki təhsil sisteminin 
təkmilləşdirilməsi, istehsal sahələri və regionlar üzrə ixtisaslı kadrlara olan tələbin 
proqnozlaşdırılması, onun təhlili və uçotu sahəsində fəaliyyətin, gücləndirilməsi, 
kadrların hazırlanması üzrə müvafiq şəraitin yaradılması ön plana çəkilir. (24, s.154) 
Sənaye siyasəti həm də ölkədə iqtisadi artım bazasının genişləndirilməsi və 
keyfiyyətcə yeniləşdirilməsi, bu sahədəki mövcud problemlərin həlli istiqamətində 
işlərin aparılması , ölkə sənayesinin inkişaf prioritetlərinin dəqiqləşdirilməsi, ölkənin 
resurs potensialının iqtisadiyyatın sahələri arasında və sahələr daxilində bölgüsünə və 
sənayenin inkişafına yönəldilən kompleks tədbirləri əhatə edir və onun əsas predmetini 
rəqabətqabiliyyətli və ixrac yönümlü malların istehsalı yolu ilə ölkə iqtisadiyyatının 
dünya təsərrüfatına səmərəli inteqrasiyasına zəmin yaratması təşkil edir. (14, s.368) 
Göründüyü kimi sənaye siyasətinin əsas məqsədini rəqabətqabiliyyətli və ixrac 
yönümlü malların istehsal etmək hesab edilir. Bu strateji yanaşma kimi qəbul edilir. 


43 
Burada üç “İ” prinsipi – investisiya, innovasiya, inteqrasiya – öz əksini tapır. (5, 192) 
Bu strateji kursun həyata keçirilməsi məqsədilə dünya bazarlarına rəqabətqabiliyyətli 
məhsul ixrac etmək potensialına malik olan sənaye sahələrinin üstünlüklərindən 
səmərəli istifadə edilməsi və onların daha da artırılması mühüm əhəmiyyət kəsb edir. 
Əgər biz rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalı üçün milli strategiya 
yaratmasaq ölkə iqtisadiyyatında dərin yenidənqurma işlərinin aparılmasını təşkil edə 
bilmərik və bununla da xarici firmalarla rəqabətdə passiv obyekt ola bilərik. Bu 
baxımdan yanaşdıqda məlum olur ki, hökumətin həyata keçirdiyi məqsədyönlü büdcə 
siyasəti investisiyaların, xüsusən dövlət investisiyalarının kəskin artımını 
reallaşdırmışdır. (13, s.148) 
Məhz bunun sayəsində çox az bir zamanda cəmi investisiya qoyuluşlarının 
tərkibində daxili investisiyalar aparıcı mövqe qazanmış və milli sənaye 
rəqabətqabiliyyətinin təmin edilməsində mühüm rolu olan nəhəng infrastruktura 
layihələri yerinə yetirilmişdir. Beynəlxalq əmək bölgüsünün dərinləşməsi və 
mübadilənin genişlənməsi, başqa sözlə iqtisadi qloballaşma bütün dünya ölkələrində 
milli iqtisadiyyatın fəaliyyətinin mühüm perspektiv əhəmiyyətə malik amili hesab 
edilir. İnkişaf etməkdə olan ölkələrin və keçid iqtisadiyyatı ölkələrinin böyük bir 
qismihimayəçilik və iqtisadiyyata hərtərəfli dövlət müdaxilələri siyasətindən qismən 
imtina etmişlər.
Azərbaycan da həmçinin qlobal iqtisadiyyat sisteminə daxildir. Bu isə özünün 
aşkar üstünlükləri ilə yanaşı, ölkənin dünya iqtisadi konyunkturasından asılılığı ilə 
bağlı risklər yaradır. Bunun üçün rəqabətqabiliyyətli milli istehsalçıların qlobal 
təsərrüfat sistemində mövqeyinin optimallaşdırılması və milli iqtisadiyyatın 
səmərəliliyinin artırılması vəzifələri günün əsas məsələsinə çevrilmişdir.(16, s.234) 
Ölkənin maşınqayırma müəssisələrinin qloballaşan dünyaya inteqrasiya etməsi 
məqsədilə güclü innovasiya strategiyası mövcud olmalıdır. Bununla yanaşı, onların 
müvəffəqiyyətli tətbiqi reallaşdırmaq üçün, dövlətin qoyulan məqsədlərə gərəkli olan
adekvat iqtisadi siyasəti işlənilib hazırlanmışdır. (24, s.154) 


44 
Azərbaycanda maşınqayırma sənayesi inkişaf etsə də, eyni sözləri ağır sənayenin
digər sahələri haqqında da demək olmaz. Belə ki, respublikanın maşınqayırma 
zavodlarında Azərbaycanda istifadə edilən nəqliyyat vasitələrinin, kənd təsərrüfatı və 
digər maşınların istehsalı keçmişdə kifayət qədər yerinə yetirilməmişdir. 
Maşınqayırmanın özəyi sayılan, bütün istehsal proseslərini özündə birləşdirən, 
maşınlar sistemini əmələ gətirən yeni texniki vasitələrin yaranmasını təmin edən 
dəzgahqayırma inkişaf etməmişdir. Müstəqillikdən sonrakı ilk on ildə istehsal olunmuş 
bütün maşın və avadanlıqların yalnız 4-5%-i dünya standartına müvafiqdir. 
Maşınqayırma məhsullarının rəqabət qabiliyyətinin aşağı olması onların respublikadan 
ixrac olunmasına şərait yaratmır.(29, s.248) 
Mütləq nəzərə almaq lazımdır ki, hələ SSRİ dövründə istehsal edilən maşınların 
böyük bir qismi ölkənin və respublikanın ehtiyaclarına demək olar ki, cavab vermirdi. 
İstehsal edilən avtomobil, kənd təsərrüfatı maşınları, dəzgahlar və digər texnikanın 
strukturunda nəhəng maşınlar üstünlük təşkil edirdi, kiçik maşınların istehsal 
olunmasına demək olar ki, əhəmiyyət verilmirdi. (4, s.124) Ona görə də çox vaxt kiçik 
həcmli yüklər qeyri-səmərəli şəkildə nəhəng avtomobillər vasitəsilə daşınırdı. Hal-
hazırda kiçik müəssisələrin və fermer təsərrüfatlarının sayının və əhəmiyyətinin 
yüksəlməsi ilə bağlı olaraq kiçik həcmli maşınlara da xaricdə olduğu kimi tələbat 
sürətlə artmaqdadır. Maşınqayırma sənayesinin inkişaf perspektivində bu cəhətin 
nəzərə alınması məqsədəuyğundur.
Qlobal təsərrüfata səmərəli şəkildə inteqrasiyanı təmin etmək məqsədilə maşın 
və avadanlıq istehsalını modernləşdirməklə, ölkəni xammal ixracat edən ölkə duru-
mundan çıxarmaq məqsədilə bütün imkanlar yaradılıb. Maşınqayırma məhsulları üzrə 
vahid dünya bazarında iştirak etmək üçün həmin imkanların reallaşdırılması 
iqtisadiyyatın tərəqqisi üçün böyük məqam hesab edilir. Yeni texnika və yeni idarəçilik 
istiqamətlərini ardıcıl olaraq yerinə yetirmək dövrümüzün vacib hesab edilən
tələblərindən biridir. Bu zaman maşınqayırmada inteqrasiya prosesləri inkişaf etmiş 
ölkələrin texniki vasitələrinin tipləri ilə ümumilik və harmonlaşdırma şəklində vəhdət 


45 
yaradan istiqamət üzrə getməsi prosesinin sürətləndirilməsi çox vacib şərtlərdən 
biridir.(9, s.245) 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin