Əsgərov Elməddin Firudin oğlu “ Azərbaycanda maşınqayırma sənayesinin yenidən qurulması və inkişaf prespektivləri


Tədqiqat işinin strukturu və həcmi



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə6/29
tarix22.04.2023
ölçüsü1,09 Mb.
#101605
1   2   3   4   5   6   7   8   9   ...   29
sg-rov-Elm-ddin

Tədqiqat işinin strukturu və həcmi. Dissertasiya işi giriş, üç fəsil, doqquz 
paraqrafdan, nəticə və istifadə olunmuş ədəbiyyat siyahasından ibarətdir.



I FƏSİL 
Maşınqayırma sənayesinin yenidənqurulmasının müasir konsepsiyaları 
1.1.Maşınqayırma sənayesinin yenidənqurulmasının nəzəri aspektləri. 
Maşınqayırma sənayesi hələ köhnə sovet dövründə respublika iqtisadiyyatının 
qabaqcıl sahələrindən idi. Müstəqil Azərbaycan iqtisadiyyatında da bu sahənin özünə 
xas yeri var. Beləki, əvvəllər ümumiyyətlə neft maşınqayırma üstünlük təşkil edirsə, 
hazırda ölkəmizdə maşınqayırma ayrılıqda ağır sənayenin əsas istiqamətlərdən biri 
kimi inkişaf edir. 
Azərbaycan qədim tarixə malik bir neft ölkəsi olduğundan burada neft maşınının 
iştirak tapması da öz növbəsində qanunauyğun vəziyyətdir. 
Neft-qaz maşınqayırma sənayesi birliyinin tarixi 1935-ci ildən başlayır. Eyni 
dövrdə neft avadanlığının və alətlərinin istehsalı və təmiri təşkilatlarının birləşdirilməsi 
əsasında "Azneftmaş" yaradıldı və sonralar SSRİ Sənaye Birliyi - "Soyuzneftmaşa ", 
daha sonra isə "Azneftkimyamaş" Dövlət Şirkətinə çevrildi. 
Azərbaycanın erkən istehsal mərkəzi olaraq inkişafı nəticəsində ölkənin 
maşınqayırma sənayesi köhnə Sovetlər Birliyinin ağır sənayesinin əsası olaraq 
bilinirdi. Köhnə SSRİ-nin bütün neftçıxarma torpaqlarında neft və qazın çıxarılması, 
quyuların cari və təmiri xidməti üçün avadanlıq yüzdə 70%a qədər Azərbaycanda 
istehsal olunurdu. Neft maşın sənayesinin məhsulları dünyanın 35 ölkəsinə 
göndərilirdi. Respublikamızın maşınqayırma sənayesi bu tipdən olan sənaye 
müəssisələrinin ən çox inkişaf etmiş sektoru kimi tanınırdı.(15, s.254) 
Neft-maşınqayırması kimi formalaşmış maşınqayırma sənayesinin XX əsrin 70-
80-ci illərində radikal inkişaf dövrünə qədəm qoyması nəticəsində Azərbaycan aqrar-
sənaye respublikasından sənaye-aqrar respublikasına çevrilmişdir.(4, s.253) 
1970-1980-ci illərdə ölkəmizdə maşınqayırma sənayesi öz inkişafının yeni 
mərhələsinə daxil oldu. Bu sahənin quruluşunda ciddi dəyişikliklər yaşandı, strateji 
obyektlər yenidən quruldu, yeni istehsal sahələri istismara alındı. Bakıda Leytenant 
Schmidt adına (sonralar Səttar Xan adına), B.Sərdarov adına, "Bakı işçisi", Keşlə və 



zəngin ənənələri ilə bilinən necə digər nəhəng maşınqayırma müəssisələri fəaliyyət 
göstərirdi. 
Maşınqayırma sənayesi dünyada sürətlə inkişaf edən, bazar payı artan və rəqabət 
şərtləri ağırlaşan bir sektordur. Bu səbəbdən sektorun davamlı inkişafnın, 
yenidənqurulmasının təmin olunması iqtisadi miqyasda vacib faktordur. 
Cihazqayırma, elektrotexnika, energetikaŞ radioelektronika, nəqliyyat, kənd 
təsərrüfatı və digər sahələrlə maşınqayırma sənayesi bir-biri ilə qarşılıqlıqlı əlaqəda 
olmaqla ağır sənayesinin mühim vəhdətini təşkil edirlər.Maşınqayırma öz növbəsində 
dəzgahqayırma, istehlak predmetləri və müdafiə təyinatlı məhsulların istehsalı edən 
ağır sənaye kompleksidir.(24, s.278) Həmçinin iqtisadiyyatın texniki təminat bazası 
kimi istehsalatda əmək məhsuldarlığını yüksəltməklə insanların maddi rifahının 
yaxşılaşmasına xidmət edən bir sahədir. 
Respubldikanın xalq təsərrüfatının inkişafının mühüm istiqamətlərindən biri 
istehsal potensialının səmərəli istifadəsidir. Qabaqcıl texnikanın tətbiqi əsasında 
istehsal potensialının sürətlə təzələnməsi birinci dərəcəli əhəmiyyətə malikdir. Bu, 
yeni məhsulların buraxılışına və yüksək iqtisadi, sosial səmərə əldə etməyə şərait
yradır. Sadalanan məsələlər maşınqayırmanın texniki silahlanması əsasında 
istehsalınsürətlə inkişafına da imkan verir ki, bu da respublika iqtisadiyyatının ümumi 
gedişinə müsbət təsir göstərir.
Azərbaycan maşinqayirma kompleksinin inkişafının məhz bu cəhətləri 
respublika Elmlər Akademiyasi İqtisadiyyat İnstitunun baş elmi işçisi, iqtisad elmləri 
namizədi R.P.Sultanovanın diqqətini cəlb etmişdir. Uzun illərin gərgin əməyi
nəticəsində “Azərbaycan maşinqayirma kompleksində istehsal potensialının səmərəli 
istifadəsi haqqında” adlı monoqrafik əsər yaranmışdır. Bu, böyük faktiki material
əsasında yazılmış və Azərbaycan Respublikası maşinqayirma kompleksinin 
müəssisələrində istehsalın yüksəldilməsinin səmərəliliyinin əsas istiqamətlərini yeni 
yaranmış təsərrüfat şəraitində göstərən birinci kitabdır. Monoqrafiya istehsal 
potensialının metodoloji məsələlərini, iqtisadi analizi, Azərbaycan maşinqayirma
kompleksinin istehsal potensialından istifadənin qiymətini, onun yüksəldilməsinin əsas 


10 
istiqamətlərini və idarəetmənin təşkilati formalarını əks etdirir, Kitabda sənayenin 
texniki bazasının keyfiyyətcə təkmilləşdirilməsi istehsalın fasiləsiz inkişafının təmin 
olunması da öz ifadəsini tapmışdır.(26, s.248) 
Respublika maşinqayirma kompleksinin inkişaf perspektivləri burada dəqiq
müəyyənləşdirilmişdir. 
Hazırda ölkəmizdə maşınqayırma sənaye müəssisələri milli gəlir mənbəyi kimi 
sənayesinin əhəmiyyətli bir sahə olaraq ümumi iqtisadi miqyasında xüsusi çəkiyə 
malikdir. 
Belə 
ki, 
müəssisələrin özəlləşdirilməsi, sənayesinə yönəldilən 
investisiyaların qoyulması, mühim əhəmiyyətə malik müəssisələrin maddi-texniki 
bazasının yaradılması, yeni istehsal sahələrinin sektorun yenilənməsini, bazara uyğun 
fəaliyyət göstərməsinə səbəb olmuşdur. 
Azərbaycanda sənayenin bütün sahələrinin inkişafı bazar iqtisadiyyatının 
ehtiyaclarına uyğun olaraq maşınqayırmada daxil olmaqla inkişaf üçün xüsusi proqram 
həyata keçirdi. Son illərdə, bu sahə üçün dövlət dəstəyi artmaqdadır. 
Maşınqayırma sənayesinin inkişaf etdirilməsi əsasında daxili bazardakı tələblərin 
qarşılanması naminə rəqabətə davamlı məhsullarının istehsalının təmin edilməsi, eyni 
zamanda digər istehsal və xidmət sahələrinin inkişafı üçün əlverişli şəraitin yaradılması 
istiqamətində ardıcıl tədbirlər görülür. 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin