10
istiqamətlərini və idarəetmənin təşkilati formalarını əks etdirir, Kitabda sənayenin
texniki bazasının keyfiyyətcə təkmilləşdirilməsi istehsalın fasiləsiz inkişafının təmin
olunması da öz ifadəsini tapmışdır.(26, s.248)
Respublika maşinqayirma kompleksinin inkişaf perspektivləri burada dəqiq
müəyyənləşdirilmişdir.
Hazırda ölkəmizdə maşınqayırma sənaye müəssisələri milli gəlir mənbəyi kimi
sənayesinin əhəmiyyətli bir sahə olaraq ümumi iqtisadi miqyasında xüsusi çəkiyə
malikdir.
Belə
ki,
müəssisələrin özəlləşdirilməsi, sənayesinə yönəldilən
investisiyaların qoyulması, mühim əhəmiyyətə malik müəssisələrin maddi-texniki
bazasının yaradılması, yeni istehsal sahələrinin sektorun yenilənməsini, bazara uyğun
fəaliyyət göstərməsinə səbəb olmuşdur.
Azərbaycanda sənayenin bütün sahələrinin inkişafı bazar iqtisadiyyatının
ehtiyaclarına uyğun olaraq maşınqayırmada daxil olmaqla inkişaf üçün xüsusi proqram
həyata keçirdi. Son illərdə, bu sahə üçün dövlət dəstəyi artmaqdadır.
Maşınqayırma sənayesinin inkişaf etdirilməsi əsasında daxili bazardakı tələblərin
qarşılanması naminə rəqabətə davamlı məhsullarının istehsalının təmin edilməsi, eyni
zamanda digər istehsal və xidmət sahələrinin inkişafı üçün əlverişli şəraitin yaradılması
istiqamətində ardıcıl tədbirlər görülür.
Dostları ilə paylaş: