Əsgərov Elməddin Firudin oğlu “ Azərbaycanda maşınqayırma sənayesinin yenidən qurulması və inkişaf prespektivləri


Maşınqayırma sənayesinin yenidənqurulma əməliyyatının



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə8/29
tarix22.04.2023
ölçüsü1,09 Mb.
#101605
1   ...   4   5   6   7   8   9   10   11   ...   29
sg-rov-Elm-ddin

1.2.Maşınqayırma sənayesinin yenidənqurulma əməliyyatının 
planlaşdırılmasının və təşkilinin metodoloji əsasları. 
Son illərdə uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanda aparılan sənayeləşmə 
prosesi daha sürətlə gedir. Ötən illərə dair hesabat dövründə əsas vəsaitlərin və əsas 
kapitala investisiyaların həcmi genişləndirilib və dinamik artım müşahidə olunur. 
Belə ki, sənaye sektorunda əsas kapitala istiqamətləndirilmiş investisiya 2003-cü 
illə müqayisədə 2016-cü ildə 2,2 dəfə artaraq 7 milyard manatdan çox olmaqla 
iqtisadiyyat üzrə əsas kapitala istiqamətləndirilmiş ümumi investisiyanın 39,6 faizini 
təşkil etmişdir.(25, s.184) 
Maşınqayrıma sektorunun bölmələri üzrə son illərdə həyata keçirilən 
sənayeləşmə tədbirləri çərçivəsində əldə edilmiş nailiyyətlərlə yanaşı, sənayenin 
diversifikasiyası sahəsinin əhatə dairəsi genişləndirilmiş, yeni istehsal gücləri 
istifadəyə verilmiş, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli müəssisələr 
yaradılmışdır. 


14 
Son illərdə ölkədə qeyri-neft sənayesinin əsas şaxələnmə halqalarını tənzimləyən
maşınqayırma, avadanlıq istehsalı, cihazqayırma və tikinti materiallarının istehsalı 
sahələrində yeni rəqabətqabiliyyətli müəssisələr yaradılmışdır. Bu müəssisələrə 
nümunə olaraq Naxçıvanda avtomobil, Mingəçevirdə elektron avadanlıqlar , Gəncədə 
traktor və kənd təsərrüfatı texnikası, Sumqayıtda günəş panellər, Hacıqabulda seramik 
plitələr istehsalı, , Qaradağda maşınqayırma sektorna dair metal konstruksiyalar 
müəssisələri qurulmasını və.s səciyyələndirmək olar. 
Bununla yanaşı, güclü müdafiə sənayesinin qurulması istiqamətində də mühüm 
layihələr həyata keçirilməsi nəticəsində bu sahədə 50-yə yaxın yen tipli istehsal sahəsi 
üzrə müəssisələr qurulmuşdur. Maşınqayırma - texniki məmulatlarının geniş istehsalı 
təşkil olunmuşdur ki, onların həcmi son illərdə 2 dəfə artırılmışdır. 
Azərbaycanda maşınqayırma sənayenin gələcəkdə də inkişafı üçün bütün zəruri 
şərtlər mövcuddur. Əlverişli biznes investisiya mühiti, ixtisaslı kadr potensialı, 
institusional potensial, yenilənmiş enerji və nəqliyyat infrastrukturu, xammal 
resurslarının mövcudluğu, beynəlxalq bazarlara çıxış və geniş maliyyə imkanları bu 
şərtlərin əsasını təşkil edir. (5, s.104) 
Gələcək də Azərbaycanda maşınqayırma sənayesinin inkişafı üçün bütün lazımi 
şərait mövcuddur. Bu tələblərin əlverişli biznes mühiti, enerji və nəqliyyat 
infrastrukturu, xammal resurslarının beynəlxalq bazarlara çıxışın təmin olunması və 
geniş maliyyə imkanlarının, ixtisaslı kadr potensialının mövcudluğu və institusional 
potensialın yenilənməsi bu prosesin əsasını təşkil etməkdədir. 
Makroiqtisadi sabitlik və əlverişli biznes mühitinin təmin olunması maşınqayırma 
sənayesinin inkişafı üçün əsas şərtlərin yaradılmasıdır. Müşahidələr göstərir ki, daxili 
bazarın asılı olmayaraq istehsal modelinə yanaşma keçid həcmi sənayenin ixracyönlü 
idxal əvəzləyici inkişafını tələb edir.
Ölkənin yüksək artımı tənzimləyəcək eləcə də, daxili tələbat və imkanlarına 
malik ixrac potensialına növbəti illərdə sənaye istehsalının strukturunun 
təkmilləşdirilməsində xüsusi rol oynayacaqdır. Bir sıra ənənəvi istehsal sahələri ilə 


15 
yanaşı, ənənəvi olmayan, sənayenin diversifikasiyası üzrə yeni tipli istehsal sahələrinin 
qurulması vacib amillərdəndir. (25, s.184) 
Rəqabətqabiliyyətli ağır sənaye istehsalının genişləndirilməsi üçün ilk növbədə 
lazım olan yerli maddi-texniki xammal təminatına söykənir. Son illər yeni 
texnologiyaların, avadanlığın əsasında maşınqayırma müəssisələri öz gücünün 
artmasına səbəb olub. 
Ağır sənayesin, xüsusəndə maşınqayırma sənayesinin yenidənqurulma 
əməliyyatının planlaşdırılmasının və təşkilinə dair "Respublikasında maşınqayırma 
sənayesinin İnkişaf Proqramı"nın əhatə etdiyi dövr müddətində müasir texnoloji 
tələblərə uyğun yeni istehsal güclərinin qurulması zəruridir. Dövlət Proqramının icra 
müddətində maşınqayırma, xüsusən, neft maşınqayırması sənayesinin inkişafı təmin 
olunmaqla, bu sahədə istehsal olunan mal və avadanlıqların daxili tələbatın ödənilməsi 
xüsusi diqqətdə saxlanılmaqla payının artırılması istiqamətində tədbirlər görülməsi 
məqsədə nail olma istiqanmətində mühüm addımlardandır.
Zəruri hallarda dövlət əsas metallurgiya, maşın və avadanlıq istehsalı, sənaye
məhsulları və özəl sektorun, maşın və avadanlıq istehsalı üzrə qurğu və avadanlığın 
alternativ enerji istehsalının yarım fabrikatları və birbaşa iştirakı təmin etməlidir.Eyni 
zamanda yeni emal müəssisələrinin yaradılması, müdafiə sənayesi, ağır sənaye 
müəssisələrinin üçün istehsal bazası istehsal sahəsində tədbirlər davam etdirilməlidir. 
Yeni istehsalın yaradılması, enerjiyə qənaət edən texnologiyaların istifadəsi zamanı 
yüksək ekoloji tələblərə diqqət mərkəzində olmalıdır. 
Dövlət Proqramının həyata keçirilməsi müddətində yüksək texnologiyaların 
tətbiqi nəticəsində yeni istehsal sahələrinin fəaliyyətə başlaması da nəzərdə tytulan 
inkişaf istiqamətndiricilərindəndir. Belə ki, elektron avadanlıqların müasir istehsalının 
genişləndirilməsi imkanları nəzərdən keçirilməklə, inkişaf etdirmə fəaliyyəti, həmçinin 
yüksək texnologiyalı istehsal böyük həcmdə tədqiqatlar tələb etdiyi üçün bu sektorda 
prioritetlərin bir neçə konkret sahə ilə məhdudlaşdırılması məqsədəuyğundur. 
Maşınqayırma sənayesinin yenidənqurulma əməliyyatının planlaşdırılmasının və 
təşkiliniə dair dövlətimizin sənaye siyasətinin əsas məqsədlərindən biri də sənayenin 


16 
rəqabət qabiliyyətinin artırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsindən 
ibarətdir. Bu tədbirlər sahəvi - əhatəli tədqiqatlar nəticəsində ayrı-ayrı sektorların 
tələblnaməsinə əsalanaraq əlavə tədbirlər plani ilə sitmullaşdırılmalıdır. Sənayenin 
rəqabətə davamlığının artırılması məqsədi ilə enerji tariflərinin tənzimlənməsində 
çeviklik artırılmalı, əlverişli vergi və gömrük rejimi və çevik məzənnə siyasəti ilə çevik 
tarif siyasəti həyata keçirilməsi müşahidə edilməlidir. Bununla yanaşı, sənayeyə 
investisiyaların cəlb edilməsi üçün imkanlar genişləndirilməsi iatiqamətində sənayeyə 
yönləndirilən lizinq imkanları artırılmalı, qeyri-neft sənayesinə investisiyaların təşviqi 
mexanizmi dövlətin güzəştli kreditlərindən istifadə və.s yaradılmalıdır.
Maınqayırma sektoruna dair xüsusi iqtisadi zonaların, sənaye parklarının və 
sənaye məhəllələrinin yaradılması və sənaye müəssisələrinin maddi – texniki 
bazasının quruluş xərclərinin azaldılması, həmçinin sənaye zonalarından kənarda 
mövcud olan sənaye layihələrinin müəssisədən kənar infrastruktur təminatının 
yüksəldilməsi naminə dövlət vəsaiti hesabına həyata keçirilən infrastruktur 
layihələrinin özəl sahə investisiyaları ilə əlaqələndirimiş mexanizminin qurulması 
inkişaf yönümlu lahiyələndirmələrdən hesab olunmaqdadır. Eyni zamanda, dövlət-
özəl tərəfdaşlıq modellərinin tətbiqinin reallaşmasının təmin edilməsinin bir sıra 
qabaqcıl ölkələrin təcrübəsindən əsaslananaraq diqqət mərkəzində saxlanılması 
məqsədəuyğundur. (25, s.184) 
Maşınqayırma sektoruna dair sənaye müəssisələrinin fəaliyyətinin inkişaf 
etdirilməsi naminə ayrı-ayrı ixtisaslaşmış sahələr üzrə informasiyanın, marketinqin və 
markalanmanın 
dəstəklənməsi, 
standartların 
və 
sertifikatların 
tətbiqinin 
reallaşdırlması, treninqlərə müntəzəm olaraq maddi təminatların göstərilməsi və 
xüsusən sənaye müəssisələrinin araşdırma və praktiki tətbiq etdirmə fəaliyyətinin
həyata keçirilməsi mühüm addımlardandır . Məlum olduğu maşınqayırma sektoru üzrə 
innovasiya rəqabət qabiliyyətinin artırılmasına dair tədbirlər mühüm əhəmiyyətə 
malikdir. Bu baxımdan özəl sektor tərəfindən həyata keçirilən araşdırma və inkişaf 
etdirmə fəaliyyətinin dəstəklənməsi böyük əhəmiyyət kəsb edir. Bu proses sənayenin 
kadr potensialının və elmi təminatının yaxşılaşdırılması ilə müşayiət olunmalıdır. 


17 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və layiqli davamçısı olan 
prezident İlham Əliyevin arıdıcıl və sistemli müəyyən edilmiş sosial-iqtisadi siyasətin 
həyata keçirilməsi nəticəsində ölkəmizdə ağır sənaye son on illər ərzində sürətlə 
inkişaf etmişdir. (25, s.184) Ağır sənayenin diversifikasiyası neft amilindən asılılığı 
azaltmış, iqtisadi artımda qeyri-neft sektorunun xüsusəndə maşınqayırma sahəsinin 
payı yüksəlmişdir. 2008-ci ildən başlayaraq dünyada gedən iqtisadi proseslər yerli 
müəssisələrin rəqabət qabiliyyətini yüksəltmək, idxaldan asılılığı azaltmaq
ixracyönümlü ağır sənayenin dinamik inkişafını və insan kapitalından səmərəli 
istifadənin tənzimlənməsinin yönəlik islahatların daha da dərinləşdirilməsini zəruri 
etmişdir.
Bununla əlaqədar, ölkə sənaye iqtisadiyyatının prioritet sektorlarının, beynəlxalq 
məsləhətçilər də cəlb olunmaqla, hərtərəfli təhlili nəticəsində sahəvi yanaşmanın 
praktik tətbiqi və müvafiq sahələr üzrə spesifik lahiyələrin həyata keçirilməsi üçün 
ardıcıl tədbirlər görülmüşdür. “Azərbaycan Respublikasında ağır sənaye və 
maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” (bundan sonra – Strateji Yol 
Xəritəsi), Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın 
əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan 
irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə 
müəyyən edilmiş vəzifələrin icrası məqsədilə hazırlanmışdır.
“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015–2020-ci illər üçün 
Dövlət Proqramı” ilə müəyyən edilmiş məqsəd və vəzifələr nəzərə alınmaqla - Strateji 
Yol Xəritəsi hazırlanarkən Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr 
tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” 
İnkişaf Konsepsiyası, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral 
tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 
2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, Azərbaycan 
Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 964 nömrəli Sərəncamı ilə əsas 
götürülmüşdür. 


18 
Strateji Yol Xəritəsinin əsas məqsəd və vəzifələri mövcud ehtiyyatları nəzərə 
alınmaqla və ağır sənaye xüsusilədə, maşınqayırma sektorunda müasir inkişaf 
tənzimləyici və təşviq siyasəti həyata keçirməklə qeyri-neft sənayesinin dinamik 
inkişafı vasitəsilə ölkə iqtisadiyyatının diversifikasiyasına, ağır sənaye və 
maşınqayırma sahəsində əlavə dəyərin və məşğulluğun yüksəldilməsinə, ətraf mühitin 
mühafizəsinə və nəticədə, dayanıqlı iqtisadi inkişafa nail olmaqdan, əhalinin 
məşğulluq, həyat səviyyəsinin yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir. Bu 
məqsədə çatmaq, reallaşdırmaq üçün isə milli iqtisadiyyat və iqtisadiyyatın əsas 
sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri rəhbər meyar tutulmaqla
2016–2020-ci illər ərzində Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırma 
sahəsində aşağıdakı hədəfləri strateji baxımdan müəyyən edilmiş mühüm faktorlardır:
(35, s.144) 
-mövcud vəsaitlərin optimallaşdırılması; 
- aktivlərin fəaliyyət mexanizmin tənzimlənməsi; 
-rəqabətədavamlı sənaye sahələrinin qurulması; 
- maliyyə dəstəyi təmin edilməsi;
-beynəlxalq təcrübəyə əsaslanan əməkdaşlığın həyata keçirilməsi 
Mövcud vəasitlərin - aktivlərin optimallaşdırılması strateji məqsədi çərçivəsində 
ağır sənaye və maşınqayırma sahəsində məhsuldarlığın və səmərəliliyin artırılmasının 
təminatı, enerji istehlakında optimal səmərəliliyin yüksəldilməsi, aktivlərin və mövcud 
potensial gücünün sistemləşdidirlmiş reyestrinin lahiyələndidirməsi üzrə tədbirlər 
nəzərdə tutulur. 
Maliyyə dəstəyinin təmin olunması, rəqabətədavamlı sənaye sahələrinin 
yaradılması, beynəlxalq təcrübəyə əsaslanan əməkdaşlığın həyata keçirilməsi hədəfləri 
regional təlabat baxımından dəyər zəncirlərində iştirakın təmin edilməsi, idxalın 
əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi, maşınqayırma sənayesi və metallurgiya 
kompleksinin, habelə bu sahədə xidmət sektorunun inkişaf etdirilməsi 4 fəaliyyətlərini 
əhatə edir. Eyni zamanda strategiyada alternativ maliyyələşmə vasitələrinin rolu 


19 
göstərilir, beynəlxalq standartlara və idarəçilik prosedurlarına uyğunlaşma ilə bağlı 
istiqamətlər əks edilir. 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin