ƏSRƏ BƏrabər bġR ĠLĠn salnaməSĠ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə22/37
tarix20.03.2020
ölçüsü1,94 Mb.
#30687
1   ...   18   19   20   21   22   23   24   25   ...   37
elcibey11-Prezident Elçibəy


daha təsdiqlədin...", - dedi". 
Avropa  Yenidənqurma  və  ĠnkiĢaf  Bankının  direktorlar  Ģurası  Novruz  günlərində  (22  mart) 
Londonda keçirilən iclasında Azərbaycana yardım göstərilməsi strategiyasını bəyəndi. Burada 
qəbul  edilmiĢ  sənəddə  deyilir  ki,  Azərbaycan  hökuməti  "bazar  iqtisadiyyatına  tamamilə 
sadiqdir", ölkədə nisbi siyasi sabitliyə və iqtisadi islahatlar prosesini sürətləndirməyə nail ola 
bilmiĢdir.  Azərbaycan  keçmiĢ  Sovet  Ġttifaqının  bəzi  baĢqa  respublikalarına  nisbətən 
ÇOXPARTĠYALI  DEMOKRATĠYA  VƏ  BAZAR  ĠQTĠSADĠYYATI  YOLUYLA  ĠRƏLĠLƏMƏYƏ  DAHA 
ÇOX HAZIRDIR. Ancaq ölkənin problemləri də var: maliyyə sistemi zəif inkiĢaf edib, sənaye 
bölməsi xeyli dərəcədə köhnəlib. 
Elçibəy dönəmində Dövlət Vergi Komitəsinin sədri iĢləmiĢ Ġsa Bağırov prezidentin yürütdüyü 
iqtisadi siyasətin mahiyyətinə toxunaraq bunları bildirir: "Prezident həyata keçiriləcək iqtisadi 
islahatların  əhalinin  yaĢam  səviyyəsinə  göstərəcəyi  mənfi  yan  təsirlərin  maksimum 

önlənməsini iqtisadi qurumların baĢçılarından tələb edirdi. Məsələn, 1992-ci ilin dekabr ayında 
qiymət islahatları həyata keçirilərkən bir sıra ərzaq məhsullarıyla yanaĢı çörəyin də qiymətinin 
artırılması  Ġqtisadi  ġurada  müzakirə  olunurdu.  Müzakirələr  çox  gərgin  keçdi  və  prezident 
çörəyin qiymətini artırmağa yalnız o vaxt razılıq verdi ki, bu artımın qarĢılığı olaraq əhaliyə pul 
vəsaiti ödənilə biləcəyinə tam zəmanət aldı. Həmin müzakirələrdə biz Ə.Elçibəyin necə geniĢ 
iqtisadi təxəyyül yiyəsi olduğunu öz gözlərimizlə gördük.  
Elçibəyin prezidentliyi dövründə iqtisadiyyatın bütün sahələrində olduğu kimi maliyyə və vergi 
sistemində də qısa müddətdə ciddi islahatlara baĢlanıldı. "Vergi xidməti haqqında" qanun, bir 
sıra vergilərə aid mühüm qanunlar ilk dəfə qəbul olundu.  
Prezident  aparılan  vergi  siyasətinin  ədalətliliyi  prinsipini  hər  Ģeydən  önə  çəkərdi.  O, 
vətəndaĢların üzərinə düĢən vergi yükünün mərhələ-mərhələ azaldılmasını qarĢımıza mühüm 
bir  vəzifə  kimi  qoymuĢdu  və  bizimlə  hər  söhbətində  ədalətli  vergi  sisteminin  cəmiyyətin 
inkiĢafına yardım edəcək çox mühüm amillərdən olduğunu xüsusi vurğulayardı. 
Prezident  Elçibəyin  tapĢırığıyla  vergi  yükünü  azaltmaqçün  1993-ün  əvvəlindən  bir  sıra  iĢlər 
görülməyə  baĢlandı.  Öncə  əlavə  dəyər  vergisinin  dərəcəsi  28%-dən  20%-ə  endirildi.  BaĢqa 
vergi  növləri  dərəcələrinin  ardıcıl  azaldılması  üzrə  təkliflərin  mərhələli  gerçəkləĢdirilməsi  də 
qərarlaĢdırıldı". 
Elə bu günlərdə respublikada valyuta hərraclarının keçirilməsi planlaĢdırılırdı. Eyni zamanda, 
mətbuatda  xəbər  verildi  ki,  respublika  banklarında  əhalinin  borclarını  ödəməkçün  yetərincə 
nağd pul var. 
Dövlət  katibi  Pənah  Hüseynov  23  martda  Gəncəyə  getdi.  Həmin  gün  o,  Ģəhərdə  müĢavirə 
keçirdi.  Burada  Ġxtiyar  ġirinov,  Sülhəddin  Əkbərov,  RövĢən  Cavadov  və  baĢqaları  da  iĢtirak 
edirdilər.  
MüĢavirədə  baĢlıca  olaraq  Gəncədə  yaranmıĢ  gərgin  kriminogen  durumun  aradan 
qaldırılmasıyçün  dövlətin  gördüyü  tədbirlərdən  danıĢıldı.  Əsas  məqsəd  Ģəhərdə  tam  sabitlik 
yaratmaq,  QAN  TÖKÜLMƏSĠNĠN  qarĢısını  almaq,  əhalinin  təhlükəsizliyini  qorumaqdı.  Hərbi 
vəzifələrdən çıxarıldıqdan sonra prezidentin fərmanıyla "Azəryun" dövlət Ģirkətinin prezidenti 
təyin  edilmiĢ  S.Hüseynovun  tabeliyində  olan,  Gəncədəki  123-üncü  diviziyanın  qərargahında 
məskunlaĢan  qeyri-qanuni  silahlı  dəstənin  ZƏRƏRSĠZLƏġDĠRĠLMƏSĠ  üçün  bütün  dinc 
vasitələrdən istifadə olunurdu. 
Martın 24-ündə Ġsgəndər Həmidov, Nəcəf Nəcəfov, Nəcməddin Sadıqov, Ġsmayıl ġıxlı və Tofiq 
Bağırov da prezidentin tövsiyəsiylə Gəncəyə getdilər. Sonuncu ikisi qan tökülməsinin qarĢısını 
almaqçün  Surətlə  ağsaqqal  kimi  söhbət  etməyə  razılıq  vermiĢdi.  Artıq  26  martda  onların 
hamısı Gəncədən qayıtdı və xəbər verildi: "Gərginlik artıq aradan qalxıb". 
Pənah  Hüseynov  27  martda  keçirdiyi  brifinqdə  "Gəncədə  heç  bir  hökumətə  zidd  çıxıĢlar" 
olmadığını bildirdi. O dedi ki, müəyyən qüvvələr Surət Hüseynovu "qətiyyətlə hərəkət etməyə 
və möhkəm dayanmağa"  təhrik  edib.  S.Hüseynov  prezidentə  sadiqliyini bildirib.  Onun  təĢkil 
etdiyi  qanunsuz  silahlı  birləĢmələrsə  cəbhəyə  göndəriləcək.  Rusiyanın  Gəncədə  yerləĢən 
hərbi-desant  diviziyasının  komandiriylə  (ġerbakla)  də  görüĢülüb,  onlar  BĠTƏRƏF  olduqlarını 
təsdiqləyiblər. 
Gəncəylə nə qədər bağlı olduğunu deyə bilmərik, ancaq 27 martda səhər ermənilər Kəlbəcər 
rayonuna  hücuma  keçdilər.  Onlar  Ağdərədəki  Sərsəng  su  anbarı  ətrafında  da  döyüĢü 
gücləndirdilər.  Ermənistan  tərəfdən  uçub  gələn  təyyarələr  (onlar  Rusiyanın  7-ci  ordusuna 

məxsusdu;  Ermənistanda  yalnız  vertolyotlar  vardı)  Kəlbəcər  rayonunun  kəndlərinə  raket-
bomba  zərbələri  endirdilər.  Bunun  ardınca  Ermənistanın  Vardenis  (Basarkeçər)  rayonu 
tərəfdən, eləcə də cəbhənin Ağdərə və Laçın bölgələrindən eyni vaxtda hücuma keçdilər. 
27  martda  "Azərbaycan"  qəzeti  "Sadval"  cəmiyyəti  liderlərinin  fitnəkar  hərəkətləriylə  bağlı 
olaraq Azərbaycan XĠN-nin Rusiya XĠN-nə nota göndərdiyini xəbər verdi. 
Avropa parlamenti deputatlarını 26 martda qəbul edən Əbülfəz bəy dedi: "Azərbaycan elə bir 
cəmiyyət  qurmağa  çalıĢır  ki,  burada  demokratik  münasibətlər  dövlət  həyatının  norması 
olsun". 
Ancaq,  görünür,  Azərbaycanda  heç  də  hamı  prezident  kimi  düĢünmürdü.  Çünki  bir  neçə 
günün içində dövlətin demokratik nailiyyətlərinə ciddi ləkə salan biabırçı hadisələr baĢ verdi. 
23  martda  "Hürriyyət"  qəzetinin  müxbiri,  26  martda  Gəncədə  "Azərbaycan",  "Azadlıq" 
qəzetlərinin  bölgə  müxbirləri  və  AzərTAc-ın  baĢ  direktorunun  I  müavini  döyüldülər.  27 
martdasa  daxili  iĢlər  naziri  Ġsgəndər  Həmidov  "Ġstiqlal"  qəzetinin  baĢ  redaktoru  ZərdüĢt 
Əlizadəni döydü və həmin gün televiziyada dövlət katibi Pənah Hüseynovla AMĠP üzvlərinin 
teledebatı zamanı studiyaya girərək birbaĢa canlı efirdə onları və dövləti təhqir edərək veriliĢi 
pozdu.  Heç  bir  normaya  sığmayan  bu  hərəkətləriylə  və  televiziyada  iĢlətdiyi  "tüpürüm" 
sözüylə Azərbaycan hakimiyyətinə və dövlətimizin ölkə içində və beynəlxalq aləmdə nüfuzuna 
tüpürcək atdı. (4 iyundan sonra keçmiĢ silahdaĢları həbs edilərkən də Milli Məclisdə bir küncə 
qısılıb xısın-xısın gülən, onlara qarĢı təhqirlərə və repressiyalara heç bir etiraz bildirməyən və 
özünə  H.Əliyevdən  "dayı"  axtaran  Ġsgəndər  bəy,  təəssüf  ki,  hərəkətlərinin  son  nəticəsini 
hesablamaqda ciddi yanlıĢlıqlara yol verdi). 
Təbii ki, jurnalistlər bu zorakılıq hallarına kəskin etirazlarını bildirdilər (29 mart). Onlar bəyan 
etdilər  ki,  "daxili  iĢlər  nazirinin  jurnalistlərə  qarĢı  hərəkətlərinə  respublika  rəhbərliyi  siyasi 
qiymət verməyəcəyi halda mətbuat və kütləvi informasiya iĢçiləri 30 mart 1993-cü ildən etiraz 
tətilinə baĢlayacaqlar". Çox keçmədən bəlli oldu ki, prezident teledebatın videoyazısına baxıb 
və uyğun qərar çıxaracağını söyləyib. 
ARTIRMA 
"
-Bizə gələn məktublardan birində BuĢ mənə belə yazırdı ki, sizin inqilabi demokratiyanızı biz 
müdafiə edirik və bəyənirik. Ancaq çox təəssüf edirik ki, jurnalistlərin birini daxili iĢlər naziri 
döyübdür, bunu da nöqsan kimi qeyd edirik.
 
-  Axı  Siz  jurnalistin  döyülməsinə  görə  prezident  olaraq  üzr  istədiniz.  Amma  indi  jurnalistin 
gözü çıxarılır, heç kəsin tükü də tərpənmir.
 
-Bilirlər ki, bunlar demokrat deyillər, ona görə də heç kəs heç nə ummur
". 
 
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.45). 
Jurnalistlərlə  bu  cür  davranıĢın  ən  qəti  əleyhdarı  olan  Bəy  onlarla  həmiĢə  ən  səmimi 
ünsiyyətdə  bulunurdu,  çünki  o,  kütləvi  informasiya  vasitələri  iĢçilərini  Azərbaycanda 
demokratiyanın  bənnaları  sayırdı.  Ona  görə  də  "Yeni  Müsavat"  qəzetinin  müxbiri  ġeyda 
Nəsibli'nin  yazdığıyla  onun  əksər  iĢdaĢlarının  razılaĢacağına  Ģübhəm  yoxdur: 
"Elçibəyin 
yanında  adam  özünü,  öz  dərdini,  öz  qayğılarını,  ağrılarını  unudurdu.  Müsahibədən  çıxanda 
həmkarlarım:  "Elçibəylə  müsahibədən  sonra  səni  tanımaq  olmur",  -  deyirdilər.  Azı  bir  ay  o 
görüĢün təsirində olurdum. Bir rahatlıq tapırdım ondan. Ruhumu oxĢayırdı Əbülfəz bəy. Mən 
onu nə siyasətçi, nə prezident, nə partiya sədri kimi qəbul edirdim. O, Ruh idi. Onu ruhum 

kimi duyurdum. Özümü onun müridi sayırdım"
. ("Savalanda görüĢənədək, Bəy!". Bakı, 2000, 
s.113). 
"ƏRAZĠMĠZDƏ XARĠCĠ QOġUN YOXDUR" 
"Azərbaycan"  qəzetinin  27  mart  tarixli  sayında  xarici  məsələlər  üzrə  dövlət  müĢaviri  Vəfa 
Quluzadə  ölkəmizin  xarici  siyasətinin  baĢlıca  çalarlarından  danıĢdı.  Dövlət  müĢaviri  göstərdi 
ki, SSRĠ-nin bir sıra keçmiĢ üzvlərindən fərqli olaraq bizdə dövlət müstəqilliyinin, demək olar 
ki, bütün atributları göz qabağındadır. Söhbət bayraqdan, gerbdən, himndən, valyutadan və 
milli  ordudan  gedir.  "ƏRAZĠMĠZDƏ  XARĠCĠ  QOġUN  YOXDUR  (xoĢ  məramla  əldə  edilmiĢ 
razılığa  əsasən,  rus  ordusu  ərazimizi,  demək  olar  ki,  tamamilə  tərk  etmiĢdir), 
SƏRHƏDLƏRĠMĠZĠ ÖZÜMÜZ QORUYURUQ". 
V.Quluzadə bildirdi ki, Azərbaycanın bir çox Qərb dövlətləriylə yaxĢı siyasi əlaqələri təĢəkkül 
tapmaqdadır.  ABġ,  Ġngiltərə,  Almaniya,  Fransa,  Ġtaliya  və  bir  sıra  baĢqa  dövlətlərlə  iĢgüzar 
əlaqələr yaranır. 
AMĠP-in  sədri  Etibar  Məmmədov  29  martda  mətbuat  konfransı  keçirərək  bəyan  etdi  ki, 
prezident  xalq  qarĢısında  hesabat  verməli  və  hökumət  TAM  TƏRKĠBDƏ  ĠSTEFAYA 
GETMƏLĠDĠR.  Əgər  koalisyon  hökumət  yaradılarsa  və  seçkilərin  dəqiq  vaxtı  təyin  olunarsa 
onda biz iqtidarla danıĢığa gedə bilərik. 
Elə  həmin  gün  Prezident  Aparatında  keçirilən  mətbuat  konfransında  prezidentin  mətbuat 
xidmətinin baĢçısı Arif Əliyev dövlət katibi Pənah Hüseynovun qəflətən istefa ərizəsi verdiyini 
bildirdi, ancaq istefanın səbəblərini açıqlamadı, ancaq bu istefayla E.Məmmədovun bəyanatı 
arasında hansısa bağlılığın olduğunu da düĢünmək mümkündü.  
Artıq ölkədə böhranın yetiĢdiyi (yetiĢdirildiyi) göz qabağındaydı. Ölkə həm dıĢarıdan, həm də 
içəridən zərbələrə uğramaqdaydı. 
Ermənilərin  SNARK agentliyi 28  martda  bütün  dünyaya belə  yalan  yaydı  ki,  guya  Gəncədə, 
Yevlaxda  və  Azərbaycanın  baĢqa  yerlərində  kürdlər  mitinq  keçirərək  Kürd-Qarabağ 
konfederasiyası yaratmağı tələb ediblər.  
Milli Məclis 30 mart tarixli iclasında Etibar Məmmədovun bəyanatını müzakirə edəndən sonra 
qərara aldı ki, respublika prezidenti on aylıq fəaliyyəti haqqında Milli Məclisə məlumat versin. 
Milli Məclis Ġsgəndər Həmidovun jurnalistləri döyməsini qətiyyətlə pislədi və prezidentə təklif 
etdi ki, nazirin belə hərəkətlərinin qarĢısının alınmasına ciddi təminat versin. 
AMĠP-in Siyasi ġurası 31 mart saat 12-yə Azadlıq meydanına mitinq təyin etmiĢdi. 10 partiya, 
2 cəmiyyət, 1 birlik və 1 ittifaq birlikdə bəyanat verərək bildirdilər ki (30 mart), belə Ģəraitdə 
çətinliklərdən  bəhanə  kimi  istifadə  edən  AMĠP  Siyasi  ġurasının  qərarı  təəssüf  doğurur.  "Biz 
bunu  yolverilməz  sayır,  respublikada  əldə  edilmiĢ  kövrək  siyasi  sabitliyin  və  vətəndaĢ 
sülhünün pozulmasına yönəldilmiĢ hərəkət hesab edirik". 
Martın 30-unda AMĠP sədri Etibar Məmmədov gecədən xeyli keçmiĢ televiziyada çıxıĢ edərək 
mitinqin  təxirə  salındığını  bildirdi.  O,  mitinqdə  irəli  sürüləsi  tələblərin  həyata  keçirilməsi 
barədə  prezident  Elçibəylə  müəyyən  razılığa  gəldiyini  bildirdi.  Sədr  siyasi  partiyaların 
bəyanatının  AMĠP-in  qərarına  heç  bir  təsir  göstərmədiyini  söylədi.  O,  17  apreldə  Azadlıq 
meydanında icazəli mitinq keçirmək niyyətində olduğunu bildirdi. 
Bəyin baĢını qatanlar bu günlər onu az qala dövlət quruculuğu məsələlərindən yayındırmağa 
nail olmuĢdular. Adətən gündə-günaĢıra ölkə iqtisadiyyatı, mədəniyyəti və b. sahələrlə bağlı 

bir neçə fərman imzalayan prezident indi ermənilərlə və onlarla həmrəy olanlarla məĢğuldu. 
30  martda  o,  "Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrində  intizamı  möhkəmləndirmək 
üçün  bəzi  tədbirlər  haqqında"  fərman  və  Silahlı  Qüvvələrdə  intizamı  möhkəmləndirmək  və 
fərariliyin  qarĢısını  almaq  məqsədiylə  "Azərbaycan  Silahlı  Qüvvələri  Ali  BaĢ  Komandanının 
əmri"ni imzaladı. 
Əbülfəz  bəy  çalıĢırdı  ki,  heç  bir  vəziyyətdə  diktatora  çevrilməsin,  çünki  belə  olarsa  qurmaq 
istədiyi  dövlətin  mahiyyətinə  zərbə  endirilərdi.  Buna  görə  də  hədsiz  səbirlilik  nümunəsi 
göstərirdi.  O,  jurnalistlərin  döyülməsini  demokratiyamıza  xəyanət  sayırdı.  Ancaq  onun 
mətbuatla ərköyün övlad kimi davranması da bəzən qəzetlərin "ağ etməsiylə" nəticələnirdi.  
RƏSMĠ DÖVLƏT QƏZETĠ "Azərbaycan" 31 martda yazırdı: ""Azərbaycan" qəzetinin kollektivi 
bu tələblərə (
jurnalistlərin tələblərinə - Ə.T.
) tamamilə Ģərikdir və onları müdafiə edir (
afərin! 
-  Ə.T.
).  Dünən  redaksiya  TƏTĠLƏ  QOġULMAQ  barədə  qərar  qəbul  etmiĢ  və  saat  20.00-da 
qəzetin nəĢri ilə məĢğul olan iĢçilərin hamısı evə getmiĢdir. Lakin axĢam saat 10-dan sonra 
respublika  prezidenti  Ə.Elçibəyin  jurnalistlərin  tələblərini  ödəyəcəyi,  baĢ  vermiĢ  SĠYASĠ 
HADĠSƏYƏ prinsipial SĠYASĠ QĠYMƏT verəcəyi baĢ redaktora məlum olduqdan sonra BÖYÜK 
ÇƏTĠNLĠKLƏ... bu nömrəni buraxmalı olduq".  
Açığı,  "Azərbaycan"  qəzetinin  öz  jurnalist  həmkarlarını  belə  ürəkdən  müdafiə  etməsini 
baĢucaldan  bir  hərəkət  kimi  alqıĢlasam  da  onun  baĢlığıında  göstərilmiĢ  "RƏSMĠ  DÖVLƏT 
QƏZETĠ"  ifadəsiylə  prezidentə  minnət  qoyulması  arasında  heç  bir  məntiqi  uyğunluq  tapa 
bilmirəm!  Doğrudur,  daxili  iĢlər  nazirinin  jurnalistlərlə  üzqaraldan  davranıĢı  iqtidarın  ən 
yüksək  pilləsindəki  bir  sıra  adamlarda  da  ciddi  etiraz  doğurmuĢdu;  məsələn,  prezidentin 
müĢaviri  Nəcəf  Nəcəfov  bildirmiĢdi  ki,  nazir  və  prezident  bu  iĢə  görə  jurnalistlərdən  üzr 
istəməsələr  o,  vəzifəsindən  istefa  verəcək  (və  üzr  istətmiĢdi  də!).  Bu  baxımdan  qəzetin 
jurnalistlərlə həmrəyliyi nə qədər sevindiricidirsə də onun prezident qarĢısında tələb qoyması 
və tətilə  qoĢulması o qədər baĢadüĢülməzdir (bu  halda yeganə  doğru  yol  istefa  verməkdir; 
yeri  gəlmiĢkən,  bunun  ən  gözəl  örnəyini  elə  həmin  "Azərbaycan"ın  həmin  redaktoru  - 
qələminə  və  redaktorluq  bacarığına  böyük  hörmət  bəslədiyim  Mehman  Cavadoğlu  H.Əliyev 
dövründə göstərdi!).  
Maraqlıdır ki, bəziləri iqtidarın siyasi hadisələrin həllində ordudan istifadə etməsi təsəvvürünü 
yaratmaqçün  qabaqdangəlmiĢlik  edərək  hay-küy  salırdılar.  Məsələn,  Rəhim  Qazıyev 
zamanından  mətbuat  xidmətinin  rəhbəri  olmuĢ  Leyla  Yunusova  yenə  "Azərbaycan" 
qəzetindəki  (31  mart)  böyük  yazısını  "Ordu  siyasi  döyüĢlər  üçün  poliqon  deyil"  (?!) 
adlandırmıĢdı.  Ġqtidarı  gah  tənqid  edən,  gah  da  ona  ağıl  öyrədən  xanım  AXC-nin  9  fevral 
bəyanatına  münasibət  bildirərək  S.Hüseynovun  vəzifədən  götürülməsi  üsulunu  qeyri-
sivilizasiyalı sayır. 
Həm  Kəlbəcər-Laçın  yolunun,  həm  də Kəlbəcərin  yeganə  çıxıĢ yolunun  bağlanması qorxusu 
olduğunu xatırladan 31 mart tarixli yazılardan biri "Kəlbəcər yeni xəyanətin qurbanı ola bilər" 
adlanır. Doğrudan da, bu anlarda Kəlbəcər üzərində qara buludlar dolaĢmaqdaydı. 
Nə  qədər  qanqaralığı  olsa  da  prezident  ölkədə  mədəni  tədbirlərin  səngiməməsini  istəyirdi. 
Onun xeyir-duasıyla 31 mart-1 apreldə Bakıda Məhəmmədhüseyn ġəhriyarın poeziyasına həsr 
olunmuĢ  beynəlxalq  elmi  konfrans  keçirildi.  Elçibəy  təbrik  məktubu  göndərərək  yığıncağı 
təbrik etdi (məktubu akademik Bəkir Nəbiyev oxudu). 
KƏLBƏCƏR ĠġĞAL EDĠLDĠ 

Erməni  ekspedisiya  korpusunun  hissələri  martın  31-ində  səhərə  yaxın  güclü  artilleriya 
hazırlığından  sonra  tanklarla,  PDM-lərlə  Kəlbəcər  rayonuna  hücum  edərək  12  kəndi  iĢğal 
etdilər.  Rayon  mərkəzinə  yaxınlaĢan  ermənilər  bu  rayonu  Azərbaycanın  qalan  ərazisiylə 
birləĢdirən yeganə yolu kəsərək 60 min dinc sakini mühasirəyə saldılar. Çoxlu insanın həlak 
olduğu  bu  hücumda  əhalinin  döyüĢ  zonasından  çıxarılmasına  humanitar  dəhliz  belə 
saxlamayan ermənilər Laçın rayonunun iĢğal edilmiĢ kəndlərindəki on minlərcə əhalini də eyni 
duruma saldılar. 
Sonralar Elçibəy bunları söyləyəcəkdi: 
"
-…Bəli,  Rusiya  gördü ki,  Azərbaycanda  azadlıq mübarizəsini  boğa bilmir,  ona  gücü  çatmır, 
onun yerləĢdirdiyi fiqurlar hakimiyyətdən bir-bir aĢır, iĢlərimizə heç cür müdaxilə edə bilmir, 
onun yeganə yolu qaldı - yeni hakimiyyəti müharibəyə daha yaxından cəlb etmək. Buna görə 
də  erməniləri  yenidən  qızıĢdırmağa,  rus  batalyonlarını  iĢə  salmağa  baĢladılar.  Nəticədə 
müharibəyə  giriĢdik  və  iki  rayonu  -  Goranboyu  (keçmiĢ  ġaumyan  rayonunu)  və  Ağdərə 
rayonunu ermənilərdən aldıq. Ordunu Laçına çıxardıq (Laçın da o vaxt əldən gedirdi) - onun 
böyük  hissəsini  ələ  keçirdik,  Laçın  dəhlizinə  çıxdıq.  Belə  bir  vəziyyətdə  Rusiya  gördü  ki, 
qabağımızda  dayanmaq  çətindir.  Təzədən  rus  batalyonlarını  ortaya  atdı,  daha  doğrusu, 
Qarabağda rus batalyonlarının qabağında dayana bilmədik, çünki hərbi cəhətdən o səviyyədə 
hazırlıqlı deyildik. Onlar peĢəkarlar, xüsusi təyinatlı hərbi qüvvələrdir. 
 
Sonra  Kəlbəcəri  əlimizdən  aldılar  ki,  bizə  böyük  zərbə  vursunlar.  Doğrudan  da,  Kəlbəcəri 
qoruyub saxlaya bilmədik. Bu, bizi yıxmaq üçündü, xalq da bunu müəyyən qədər baĢa düĢdü. 
Kəlbəcər  qaçqınlarının  özlərini  də,  mal-qaralarını  da  Gəncənin  ətrafındakı  bölgələrə 
yerləĢdirdik.  Nisbətən  az  itkiylə  o  məsələdən  qurtardıq.  Rusiyanın  Xarici  ĠĢlər  Nazirliyində 
Qarabağ  üzrə  vəkil  olan  Kazimirov  bizim  dövlət  adamlarımıza  demiĢdi  ki,  siz  bu  bəladan 
qurtardınız, sabah içərinizdə bir hərəkat, qiyam baĢlasa onda nə cavab verəcəksiniz? Artıq o, 
bizə iĢarə etdi - ya gəlin girin Rusiyanın qoltuğuna, ya da qiyam baĢlayacaq. 
 
-"MDB-yə girin" demək istəyirdi? 
 
-MDB-yə  girmək  yox,  Rusiya  nə  desə  onunla  razılaĢmaq  lazımmıĢ.  Rusiyanın  ordusunu, 
Rusiyanın  bazalarını,  Rusiyanın  bütün  nüfuzunu  saxlamalıydıq  burada,  bütün  siyasətəmizi 
ancaq  Moskva  deyənlə  uyğunlaĢdırmalıydıq.  Biz,  təbii  ki,  tamamilə  bunun  əleyhinəydik, 
müstəqil siyasət yürüdürdük"
. (Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat 
üz-üzə", Bakı, 1999, s.31-32).  
Ermənilərin  Kəlbəcərə  soxulması  ölkənin  həm  içində,  həm  də  dıĢarısında  geniĢ  əks-səda 
doğurdu.  Prezidentin  mətbuat  xidməti  bəyanat  verdi.  Sənəddə  oxuyuruq:  "Azərbaycan 
Respublikasının  rəhbərliyi  dövlətlərin,  dünya  hökumətlərinin  baĢçılarını  və  parlamentlərini, 
BMT-ni,  ATƏM-i,  ĠKT-ni,  digər  nüfuzlu  beynəlxalq  təĢkilatları  Ermənistan  Respublikasının 
təcavüzkar əməllərini prinsipial surətdə pisləməyə, təcavüzkarı cilovlamaq üçün qəti tədbirlər 
görməyə çağırır". 
Azərbaycan Xarici ĠĢlər Nazirliyi də oxĢar məzmunlu bəyanat verdi. 
Azərbaycanın  BMT-dəki  daimi  nümayəndəsi  Həsən  Həsənov  prezident  Əbülfəz  Elçibəyin 
məktubunu BMT-nin baĢ katibi Butros Qaliyə təqdim etdi. Məktubda deyilirdi: “Vətənimizin bu 
ağır vaxtında mən Sizdən xahiĢ edirəm ki, bölgəyə atəĢin dayandırılmasına dərhal nail olmaq 
üçün BirləĢmiĢ Millətlər  TəĢkilatının bütün nüfuzundan, Sizin çox böyük Ģəxsi nüfuzunuzdan 
istifadə edəsiniz”. 

H.Həsənov  eyni  vaxtda  BMT  Təhlükəsizlik  ġurasının  sədri  Terens  O'Brayenə  də  məktubla 
müraciət etdi. 
Azərbaycanın Moskvadakı səlahiyyətli nümayəndəliyi bu vəhĢilik aktıyla bağlı elə həmin gün 
bəyanat  yaydı.  Bəyanatda  belə  bir  təĢviĢ  ifadə  olunurdu  ki,  “təcavüzkarın  cəzasız  qalması, 
beynəlxalq  təĢkilatların  lazımi  reaksiya  verməməsi  Zaqafqaziyada,  ġərqi  Avropada  və  Orta 
ġərqdə sülh və sabitlik üçün qorxu törədən təhlükəli hadisələrə gətirib çıxara bilər”. 
Türkiyə  hökuməti  də  31  martda  bəyanat  qəbul  edərək  Ermənistanın  təcavüzünü  qətiyyətlə 
pislədi. Hikmət Çətin Rusiya xarici iĢlər naziri Andrey Kozırev və ABġ-ın dövlət katibi Uorren 
Kristoferlə telefonla danıĢdı.  
Ən qəribəsi budur ki, belə çox həssas durumda Ģəxsiyyəti bilinməyən 4 nəfər (onların iqtidarı 
sevən  Ģəxslər  olması  mümkün  deyil)  əliyevpərəstlikləriylə  seçilən  “Əlincə”  xeyriyyə 
cəmiyyətinə və “Səs” qəzetinə 31 martda basqın etdi və təbii ki, bu hadisədən iqtidara qarĢı 
əkstəbliğatçün yaxĢıca istifadə edildi. 
Azərbaycan  prezidenti  Əbülfəz  Elçibəy  aprelin  1-ində  səhər  televiziyayla  çıxıĢ  etdi.  Ölkədəki 
daxili siyasi durumu Ģərh edən, iqtisadiyyat və mədəniyyət problemlərinə toxunan Bəy hərbi 
quruculuq  və  dövlət  quruculuğu  problemlərindən  də  danıĢdı.  Onun  fikrincə,  çoxlu 
problemlərin  mövcudluğuna  baxmayaraq  ölkədə  ilk  növbədə  baĢlıca  həyati  məsələlər  həll 
edilir,  xarici  əlaqələr  möhkəmləndirilir.  Bəy  göstərdi  ki,  qonĢu  dövlətlərlə  (Ġran,  Türkiyə, 
Gürcüstan, Rusiya), eləcə də Ukrayna, Ġsrail və Misirlə sabit, tarazlaĢdırılmıĢ münasibətlərimiz 
var. 
Azərbaycan  Ordusunun  yaradılmasındakı  çətinliklər  üzərində  geniĢ  dayanan  prezident 
Kəlbəcərə hücum haqqında da məlumat verdi. 
Kütləvi  informasiya  vasitələrinə  münasibətini  açıqlayan  Bəy  KĠV  iĢçilərini  qanunlara  hörmət 
etməyə,  etik  normalara  sayğı  göstərməyə  dəvət  etdi,  bildirdi  ki,  əks  halda  Azərbaycan 
demokratiyasının nailiyyətlərinin təhlükə qarĢısında qalması labüddür. 
Ġsgəndər Həmidovun “Ġstiqlal” qəzeti redaktoruna qarĢı hərəkətlərini pisləyən prezident dedi: 
“Dövlət xadimi özünü bu tərzdə apara bilməz və daxili iĢlər naziri bir daha belə hərəkətlərə 
yol verərsə BĠZ BĠR YERDƏ ĠġLƏYƏ BĠLMƏYƏCƏYĠK”. 
Müxalifətin Milli Məclisdə irəli sürdüyü tələblə bağlı Bəy dedi ki, 16 iyulda televiziyada xalqa 
məlumat verməyə hazıram. 
Parlament  seçkisinin  bu  ilin  PAYIZINDA  keçirilməsinə  tərəfdar  olduğunu  bəyan  edən 
prezident  Elçibəy  xalqı  birliyə  səslədi,  əhalini  uğurlarımızı  möhkəmləndirməkçün  gərgin 
iĢləməyə çağırdı və anarxiyaya, özbaĢınalığa yol verməmək, Azərbaycanda müstəqil dövlətin 
qurulması naminə lazım gələrsə QƏTĠ TƏDBĠRLƏR GÖRMƏYƏ HAZIR OLDUĞUNU söylədi.  
Aprelin  1-ində  ölkə  prokurorluğunun  90-dan  çox  rəhbər  və  məsul  iĢçisi  cəbhə  xəttinə 
göndərildi. 
Ġsa Qəmbərin sədrliyi altında Milli Məclis də ermənilərin Kəlbəcərə hücumuyla bağlı 1 apreldə 
“Dünya  ölkələrinin  parlamentlərinə,  Avropa  Birliyinə,  ATƏM-ə  və  BMT-yə”  müraciət  qəbul 
etdi. 
BirləĢmiĢ  Millətlər  TəĢkilatının  iqamətgahı  qarĢısında  1  apreldə  ABġ-da  yaĢayan  Azərbaycan 
və Türkiyə türkləri, baĢqa millətlərin nümayəndələri etiraz nümayiĢi keçirdilər. 

Elçibəy  2  apreldə  ABġ  və  Rusiya  prezidentlərinə  məktub  göndərərək  Kəlbəcərin  60  minlik, 
Laçın  rayonunun  32  minlik  əhalisinin  Ermənistan  silahlı  qüvvələrinin  güclü  hücumu 
nəticəsində mühasirəyə düĢdüyünü və məhvolma təhlükəsiylə üzləĢdiyini bildirdi. 
Kəlbəcərə  hücum  ermənilərin  ərazi  iĢğalı  istəyindən  baĢqa,  Azərbaycanda  iqtidarı 
devirməkçün  əhalidə  qəzəb  yaratmaq  məqsədinə  də  xidmət  edirdi.  Kəlbəcərin  getməsiylə 
bağlı  iqtidarı  devirməyə  üçüncü  təĢəbbüs  göstərildi;  belə  ki,  Rəhim  Qazıyev  və  Surət 
Hüseynovla  sıx  əlaqəli  olan  zabitlərin  xəyanəti  nəticəsində  bu  rayonun  ermənilərə 
verilməsindən sonra, çevriliĢçilərin fikrincə, Bakıya axacaq böyük qaçqın kütləsindən vəziyyəti 
kəskinləĢdirərək siyasi böhran yaratmaq və sonra silahlı adamları “iĢə salmaq” asan olacaqdı.  
Təsadüfi  deyil  ki,  “böyük  bir  sevinclə  Naxçıvandakı  Heydər  Əliyevi  axtaran  Nemət 
Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin