ƏSRƏ BƏrabər bġR ĠLĠn salnaməSĠ


görünməmiĢ presedent yaranır: müstəqil dövlət kimi davranan Naxçıvan baĢqa bir



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə27/37
tarix20.03.2020
ölçüsü1,94 Mb.
#30687
1   ...   23   24   25   26   27   28   29   30   ...   37
elcibey11-Prezident Elçibəy


görünməmiĢ presedent yaranır: müstəqil dövlət kimi davranan Naxçıvan baĢqa bir 
dövlətlə  protokol  imzalayırsa  onda  müstəqillik  uğrunda  mübarizə  aparan  Dağlıq 
Qarabağ  niyə  bu  hüquqları  əldə  edə  bilməsin?  Beləliklə,  H.Əliyevin  öz  Ģəxsi 
maraqlarını  dövlət  maraqlarından  üstün  tutma  siyasəti  ermənilərin  mənəvi 
imkanlarını xeyli artırmıĢdır”
.
 
Milli Məclisin 18 may iclasında spiker Ġsa Qəmbər bu məsələyə münasibət bildirərək dedi ki, 
həmin  sənəd  imzalanmamıĢdan  əvvəl  respublika  rəhbərliyiylə  razılaĢdırılmalıydı.  (O, 
H.Əliyevin  Ġran  və  Türkiyəylə  gördüyü  iĢlərinsə  məsləhətləĢmələrdən  sonra  həyata 
keçirildiyini təsdiqlədi). 
Prezident  Aparatında  17  mayda  keçirilən  mətbuat  konfransında  mətbuat  xidmətinin  rəhbəri 
Arif  Əliyev  prezidentin  bu  günlərdə  ABġ  və  Fransa  prezidentlərindən  aldığı  məktublara 
toxundu.  Sonra  o,  Moskvada  3+1  düsturu  üzrə  gedən  danıĢıqlarda  ABġ-dan  Cek  Mareska, 

Türkiyədən  Volkan  Vural,  Rusiyadan  Vladimir  Kazimirovla  yanaĢı,  Mario  Raffaellinin  xüsusi 
nümayəndəsinin də iĢtirak etdiyini dedi. 
6  rus  hərbçisiylə  bağlısa  bunlar  bildirildi  ki,  hərbi  kollegiya  onların  bağıĢlanmasını  düzgün 
saymayıb,  çünki  bir  dəfə  Lukin  barəsində  belə  xeyirxahlıq  edilərək  o,  Rusiyaya  qaytarıldı, 
ancaq o, Rusiyada nəinki mühakimə edilmədi, əksinə, az qala milli qəhrəmana çevrildi. 
Arif Əliyev bunu da xəbər verdi ki, Rusiyanın 4-üncü ordusunun son diviziyasının Gəncədən 
çıxarılması  razılaĢdırılmıĢ  müddətdən  də  tez  həyata  keçirilir  (son  rus  desantçısı  Gəncəni  25 
mayda tərk etdi). 
Sonralar  prezident  Elçibəy  deyəcəkdi: 
«Rus  ordusunu  öz  ərazisindən  yalnız  Azərbaycan 
çıxardı.  Nəyə  görə?  Çünki  Azərbaycan  xalqı  artıq  azadlığa  yiyələnmiĢdi,  yoxsa  heç  cür 
mümkün  deyildi.  Niyə  obirilər  bunu  bacarmadı?  Çünki  onlar  bu  yolu  getmədi,  Azərbaycan 
xalqısa  getdi.  Buna  görə  də  deyək  ki,  Almaniyadan,  Baltikyanı  ölkələrdən  rus  qoĢunları 
müqavilələrlə danıĢaraq, Avropanın böyük təzyiqi altında çıxarılırdısa bizsə bunu öz xalqımızın 
gücüylə  etdik  və  imperiya  bir  daha  qayıdıb  üstümüzə  gəlməyə  cəsarət  götərmədi  - 
Azərbaycan xalqından qorxdu, çünki onun gücünü 20 Yanvarda görmüĢdü. Məsələnin kökü, 
bax, bundadır!»
. (Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 
1999, s.29).  
Bu  vaxt  Əbülfəz  Elçibəy  qarĢıdakı  parlament  seçkilərinə  ciddi  hazırlıq  görürdü.  15  maydan 
mətbuat  prezidentin  parlamentə  təqdim  etdiyi  seçki  qanunu  layihəsini  müzakirə  etməyə 
baĢladı.  Bu  layihədə  qarıĢıq  sistem  təklif  edilirdi,  yəni  deputatların  təqribən  yarısının  -  61 
nəfərin  mojaritar,  qalanlarınınsa  (60  nəfər)  proporsional  (mütənasib)  qayda  üzrə  seçilməsi 
nəzərdə tutulurdu.  Bu,  o  deməkdi ki,  61  deputat  konkret  seçki  dairələrindən,  60  deputatsa 
bütün ölkə seçiciləri tərəfindən partiya siyahılarıyla seçiləcəkdi. 
TÜRKĠYƏ ƏHƏMĠYYƏTLĠ QÜTBƏ ÇEVRĠLƏ BĠLMƏDĠ 
Klintonun  xahiĢiylə  XĠN,  Pentaqon,  Mərkəzi  KəĢfiyyat  Ġdarəsi,  maliyyə  və  ticarət  nazirlikləri 
Türkiyəyə  aid  birgə  arayıĢ  hazırlayaraq  ona  təqdim  etdilər.  Burada  həm  də  deyilirdi:  “Orta 
ġərqdə  meydana  gələ  biləcək  dəyiĢikliklər  də  nəzərə  alınarsa  yaxın  on  ildə  Türkiyə  yeni 
yaranmıĢ türkdilli dövlətlərlə birlikdə son dərəcə əhəmiyyətli qütbə çevriləcəkdir”.
 
Bu fikrin nə qədər doğru olduğunu Turqut Özal - Əbülfəz Elçibəy cütlüyü bütün dünyaya 10 
ildən də tez sübut edəcəkdi. Görəsən, arayıĢın hazırlanmasına TƏLƏBAT ELƏ BU GERÇƏKLĠYĠ 
BAġA  DÜġMƏKDƏN  ĠRƏLĠ  GƏLMƏMĠġDĠ  KĠ?!.  Əlbəttə,  bu  sorğuya  müsbət,  yaxud  mənfi 
cavab verməkçün əlimizdə heç bir danılmaz tutarqa yoxdur, ancaq sübuta qətiyyən ehtiyacı 
olmayan  bircə  gerçəkliksə  budur  ki,  aprelin  18-ində  Turqut  Özal dünyasını  dəyiĢdi  (Əbülfəz 
bəy  onun  ölümündə  kənar  amillərə  inanmırdı)  düz  iki  ay  sonrasa  Əbülfəz  Elçibəy 
hakimiyyətini birdəfəlik itirdi və 4 il yarımlıq dözülməz sürgün həyatı yaĢamalı oldu. Özü də, 
türk  dünyasını  çiçəkləndirəcək,  onu  dünyanın  olduqca  önəmli  güc  mərkəzinə  çevirəcək  bu 
qurucu,  yaradıcı  iki  azman  lideri,  iki  yepyeni  beyini,  nədənsə,  gənclər  yox,  tam  bambaĢqa 
cütlük: 70 yaĢlı qosqoca “dəmir əl”lər əvəzlədi!..
 
…Mayın  18-ində  mətbuatda  Əbülfəz  bəyin  Türkiyənin  yeni  prezidenti  seçilmiĢ  Süleyman 
Dəmirələ göndərdiyi təbrik dərc edildi. 
Prezident  Əbülfəz  Elçibəyin  ən  yaxın  silahdaĢı  Ġsa  Qəmbərin  baĢçılıq  etdiyi  Milli  Məclisin  18 
mayda  1  yaĢı  tamam  oldu.  Bu  az  müddətdə  Milli  Məclis  Azərbaycanın  müstəqilliyini 
geridönməz  etməyə hava  və su  kimi zəruri olan  103 qanun  və qərar qəbul  etmiĢdi. Ən  azı 

yarısının  köhnə  partnomenklatura  nümayəndələrindən  ibarət  olduğu  bu  qanunvericilik 
mexanizmini  belə  fəal  iĢlədə  bilməkdə,  əlbəttə,  Ġsa  bəyin  rəhbərlik  bacarığı  müstəsna  rol 
oynamıĢdı.  Prezident  Elçibəy  məktub  göndərərək  parlamenti  əlamətdar  gün  münasibətilə 
ürəkdən təbrik etdi. 
Bu  bayram  yığıncağında  Arif  Rəhimzadə  yenə  də  sessiya  çağırmağı  təklif  edəndə  Tamerlan 
Qarayev  bildirdi  ki,  bu  məqsədlə  imzalar  8  ay  öncədən  (24  oktyabrdan  sonra  -  Ə.T.) 
toplanmağa baĢlayıb.  
Görünür,  A.Rəhimzadənin  fəallaĢmasının  səbəbini  onun  Naxçıvanla  əlaqəsində  axtarmaq 
gərəkdir. Bunu P.Hüseynovun “Yeni Müsavat” qəzetinə verdiyi müsahibə də təsdiqləyir: “...O 
dövrdə  Ali  Sovetin  çağırılması  və  onun  sessiyasında  H.Əliyevin  çıxıĢ  etməsi  ilə  bağlı  planlar 
haqda  məndə  məlumatlar  var  idi.  Ali  Sovetin  sessiyasını  Bakıda  mümkün  olmasa  Arif 
Rəhimzadə  vasitəsilə  Gəncədə  keçirmək  planlanırdı.  Səhv  etmirəmsə  mayın  22-də  (1993  - 
red.) Arif Rəhimzadənin danıĢıqları barədə informasiya gəldi” (“Yeni Müsavat”, 15.04.1999).  
Söhbətimizdə  Pənah  bəy  bildirdi  ki,  H.Əliyev  Ali  Sovetin  çağırılmasını  ona  görə  istəyirdi  ki, 
Bakıya bizim təklifimizlə yox, məhz Ali Sovet sədrinin müavini kimi öz təĢəbbüsüylə gəlsin və 
Ali  Sovetin  yardımıyla  da  hakimiyyəti  ələ  keçirsin.  Mən  Ali  Sovetdə  onun  heç  nə  edə 
bilməyəcəyini tərəfdarı olan deputatların sayını konkret göstərməklə sübut etdim və bundan 
sonra o, Ali Sovet ideyasından iyunun baĢlanğıcında əl çəkdi. 
Muxtar  respublikada  bu  vaxt  ciddi  iĢlər  baĢ  verirdi.  Bu  haqda  keçmiĢ  spiker  Rəsul  Quluyev 
yazır:  “Rəsmi  Bakının  təzyiqləri  altında,  nəhayət,  Heydər  Əliyev  1993-cü  ilin 
mayında  Naxçıvan  Müdafiə  Komitəsinin  Azərbaycan  Müdafiə  Nazirliyinə  tabe 
etdirilməsi  haqqında  qərar  çıxarmağa  məcbur  oldu.  Naxçıvan  Ali  Məclisinin 
qərarına  görə,  təhvil  və  təslim  əməliyyatı  mayın  18-25-i  arasında  həyata 
keçirilməli  idi.  Lakin  bir  çoxları  üçün  gözlənilmədən  Naxçıvan  Müdafiə 
Komitəsinin mərkəzi silah anbarında hər Ģeyin yanması ilə nəticələnmiĢ partlayıĢ 
törədildi.  Bu,  təsadüf  deyildi.  Məqsəd  Heydər  Əliyevin  gələcəkdə  Surət 
Hüseynovun vasitəsilə Milli Hakimiyyətə qarĢı çevirəcəyi silahların izini itirməkdi.  
Hadisə  ilə  bağlı  daha  maraqlı  məqam.  Elə  mayın  21-də  Naxçıvan  Ali  Məclisinin 
qərarı ilə hadisəyə hüquqi qiymət verilir, iĢdə XALQ CƏBHƏSĠ üzvlərinin əli olduğu 
EHTĠMAL  KĠMĠ  irəli  sürülür  və  cinayət  iĢi  baĢlamaq  üçün  Naxçıvan  prokuroruna 
göstəriĢ  verilir,  elə  hər  Ģey  də  bu  göstəriĢ  ilə  bitir.  H.Əliyevin  bu  günə  qədər 
həmin  hadisəni  sükuta  qərq  etməsi  onun  bu  iĢdə  fəal  iĢtirakı  olduğunu  göstərir. 
Bütün bunlar 4 iyun dövlət çevriliĢi ərəfəsində baĢ verirdi və onların arxasındakı 
ən azı məntiqi əlaqəni görməmək mümkün deyil”
Fikrimcə,  qarĢıdakı  yaxın  illərdə  bu  deyilənlərin  gerçəkliyə  nə  qədər  uyğun  olub-olmaması 
bütünlüklə üzə çıxacaq. 
“Əski  Müsavat  nəsli”  təĢkilatı  17  mayda  bəyanat  yaydı:  “GƏNCƏDƏ  GĠZLĠ  TOPLANTI 
haqqında  son  zamanlar  yayılan  Ģayiələr  cəmiyyətdə  narahatlıq  və  səbatsızlıq  yaradır”. 
Gəncədən  gələn  xəbərlərdə  bildirilir  ki,  Surət  Hüseynov  rayonlara  adam  göndərərək  seçmə 
adamları  Gəncəyə  bir  ümumrespublika  məclisinə  dəvət  edir  və  bu  yığıncaqda  çox  ciddi 
məsələ müzakirə olunacaq.  
Pənah  Hüseynov  «Hərbi  birliy»in  yaradıldığı  30  aprel  tarixli  həmin  yığıncaqla  bağlı 
“Cinayətimiz  məğlubiyyətimizdir”  əsərində  yazır:  “ToplanıĢın  iclasında  Hacı  Vaqif  (DaĢkənd 

Vaqif) sədrlik etmiĢdir. Ġclasın əvvəlində iĢtirak edən Rəhim Qazıyev təxminən 40 dəqiqə çıxıĢ 
edib iqtidarı möhkəm tənqid etdikdən sonra çıxıb getmiĢdir. Sonra “Murovdağ” cəmiyyətindən 
Saday  [Nəzərov]  və  Əvəz  [ġükürov]  adlı  adamlar  da  hökuməti  kəskin  tənqid  etmiĢlər.  [...] 
Axırda  bəyanat  qəbul  edilmiĢdi.  Ġclasın  sədri  məlumat  vermiĢdi  ki,  guya  toplanıĢda  40 
rayonun  nümayəndəsi  iĢtirak  edir.  [...]  Bəyanatdan  belə  çıxırdı  ki,  Azərbaycan  rəhbərliyi 
xaindir. Qarabağ ətrafında gedən danıĢıqlar millətə xəyanətdir”.  
Bütün narahatlıqlara baxmayaraq, Bəy öz iĢindəydi. 19 mayda o, Avstraliyanın keçmiĢ SSRĠ 
respublikaları üzrə səfiri Kavan Oliver Fenton Houku qəbul etdi. Həmin gün çox əlamətdar bir 
hadisə də baĢ verdi - ADNġ ilə “AMOKO”, “BP / Statoyl”, “Pennzoyl”, “Yunokal”, Türkiyə Neft 
Korporasiyası  və  “MakDermott”  Ģirkətləri  arasında  qarĢılıqlı  əməkdaĢlığa  dair  memorandum 
imzalandı. “Azəri”, “Çıraq” və “GünəĢli” neft yataqlarından istifadə olunması məqsədiylə vahid 
proqram iĢləyib hazırlamaqçün müĢtərək iĢ qrupu yaradıldı. 
SEÇKĠ QANUNU MÜZAKĠRƏ EDĠLĠR 
Müxalifət  mətbuatı  prezidenti  əxlaqsızcasına  təhqir  edir  (burada  N.Pənahovun  “Meydan” 
qəzeti  ayrıca  seçilirdi),  onunla  bağlı  ən  ləyaqətsiz  Ģayiələr  uydurur,  böhtan  və  iftiralar 
yayırdılar. Bəyin bəxti gətirməmiĢdi - müxalifət mətbuatı bir yana, hətta rəsmi dövlət qəzeti 
də ona zərbə vururdu. “Azərbaycan” qəzeti 21 mayda keçmiĢ müdafiə naziri, siyasi mövqeyi 
hamıya gün kimi bəlli olan R.Qazıyevlə gurultulu baĢlıqlı müsahibə dərc edərək əslində onu 
təmizə çıxardı, prezidenti və bütövlükdə iqtidarı onun əsassız ittihamlarının hədəfinə çevirdi. 
Qəribə  təzaddır  -  Rəhim  Qazıyevin  iqtidarı  qəzetdə  ittiham  etdiyi  həmin  gün  Milli  Məclisdə 
parlament  seçkiləri  haqqında  qanun  layihəsinə  həsr  olunmuĢ  geniĢ  mətbuat  konfransı 
keçirilirdi.  Konfransda  hüquqĢünaslar  ġahin  Əliyev,  Fazil  Mustafayev,  Səfa  Mirzəyev  və 
Simran Həsənov iĢtirak edirdilər. Yığıncaqda bildirildi ki, layihənin dərc edildiyi 27 yanvardan 
bugünədək 500-ə yaxın təklif alınıb və prinsipcə hamı qanun layihəsiylə razıdır. Bu layihədə 
daha  çox  Almaniya,  Litva  və  Latın  Amerikasının  bəzi  ölkələrinin  təcrübəsi  nəzərə  alınıb.  Bu 
layihə qəbul olunarsa onun 5-10 il dəyiĢdirilməyəcəyinə əmin ola bilərik.  
Konfransda layihəylə bağlı son təkliflərin 15 ĠYUNADƏK verilə biləcəyi söylənildi. (Təəssüf ki, 
son  illər  seçkilər  ərəfəsində  dövlət  içində  ciddi  çalxantılar  yaranmasının  nəhs  ənənəyə 
çevrildiyi  Azərbaycan  bu  seçkidən  də  qabaq  bir  hökumətini  itirdi  və  qanun  layihəsi  üzə 
çıxarılmadı...). 
Hökumət bu seçkinin keçirilməsində maraqlıydı - vəziyyətin yalnız yeni parlamentlə xilas edilə 
biləcəyi gündən-günə hamıya aydınlaĢırdı. Bu vaxt artıq iqtisadiyyatdan da sevincli xəbərlər 
alınırdı.  Ölkənin  120  milyon  dollardan  çox  valyuta  ehtiyatı  vardı.  Dollara  nisbətdə  manatın 
məzənnəsi rubldan  daha  sabitdi  -  1  dollar  60  manata yaxın  (960  rubl) idi.  Ötən  ay ölkənin 
milli gəliri daha 6 faiz artmıĢdı. Mayda ÜDM-un artımı 12 faiz oldu.  
ABġ  prezidenti  Bill  Klinton  21  mayda  Əbülfəz  Elçibəyi  istiqlal  günü  münasibətiylə  təbrik 
edərək ona məktub göndərdi. Məktubda deyilirdi ki, Sizin Azərbaycan prezidenti “seçildiyiniz 
bir il ərzində demokratik və iqtisadi islahatlar prosesi baĢlanmıĢdır. Mən möhkəm inanıram ki, 
vətəndaĢlarınızın hüquqlarını müdafiə edən etibarlı demokratik təsisatlar Azərbaycanın siyasi 
və iqtisadi  gələcəyi  üçün  ən  yaxĢı  təminatdır. Arzu edirəm  ki,  öz  islahat  proseslərinizlə  irəli 
getməkdə davam edəsiniz”. 
ERMƏNĠLƏR KƏLBƏCƏRĠ TƏRK EDƏCƏK 
BMT Təhlükəsizlik ġurasının 30 aprel tarixli qətnaməsini gerçəkləĢdirməkdən ötrü maksimum 

əlveriĢli  Ģərait  yaratmaq,  Rusiya,  Türkiyə  və  ABġ-ın  təklif  etdikləri  “Təxirəsalınmaz  tədbirlər 
planı”nı tezliklə imzalamaq və yerinə yetirmək məqsədiylə Azərbaycan Müdafiə Nazirliyi Milli 
Ordu  bölmələrinə  əmr  verdi  ki,  24  may  saat  24.00-dan  29  may  saat  00.01-ədək  birtərəfli 
qaydada atəĢi dayandırsın. 
Prezident  Aparatında  keçirilən  (24  may)  ənənəvi  bazar  ertəsi  mətbuat  konfransında  Arif 
Əliyev  bəyan  etdi  ki,  erməni  silahlı  qüvvələrinin  Kəlbəcərdən  çıxarılmasına  27  mayda 
baĢlanılmalıdır. 1 iyundasa 60 günlük atəĢkəs barədə razılıq əldə olunacaq. iĢğalçı qüvvələrin 
bölgədən  çıxarılması  3  iyunda  baĢa  çatdırılmalı,  6  iyunda  Cenevrədə  sülh  danıĢıqları 
baĢlanmalıdır  və  onların  nəticəsi  15  iyunda  Minsk  Qrupu  çərçivəsindəki  danıĢıqlarda  sənəd 
Ģəklində təsdiqlənməlidir. 
Bəli, prezident Elçibəy Qarabağ münaqiĢəsinin həllində “üçlüy”ü hakim seçməklə ciddi siyasi 
nailiyyət  qazandı! Mətbuat  konfransında verilən bu məlumat  əslində həmin  siyasi  qələbənin 
təsdiqiydi. BMT Bosniya barəsində indiyədək 33 qətnamə qəbul etsə də orada qan tökülməsi 
davam  edirdi,  ancaq  Elçibəy  iqtidarı onun  bircə  qətnaməsini qəbul etdirməklə  real nəticəyə 
nail olmağın  bircə  addımlığındaydı.  Durum  elə  bir nöqtəyə gəlmiĢdi ki,  münaqiĢənin  baĢlıca 
səbəbkarı  -  Rusiya  da  əllərini  yuxarı  qaldırmalı  olmuĢdu.  Bu  vaxt  Rusiya  prezidentinin 
Qarabağ  problemi  üzrə  səfiri  Vladimir  Kazimirov  boynuna  aldı  ki,  Azərbaycan  Kəlbəcər 
döyüĢündən qalib çıxdı. Ancaq o, bunu da əlavə etdi: bəs ölkədə yeni gözlənilməz hadisələr 
baĢ versə neyləyəcəksiniz? 
ARTIRMA 
«-Bizim hakimiyyətin yıxılmasının çox ciddi səbəbləri var. Onların içərisində xarici dövlətlərin 
dağıdıcı qüvvələriylə əlbir olmuĢ ölkəiçi siyasi müxalifətin 4 iyun qiyamını törətməsi, sözsüz ki, 
həlledici amillərdəndir.  Ancaq  boynumuza almalıyıq  ki, düĢmənlərin  bizi yıxmasında özümüz 
də  suçluyuq  -  hər  Ģeydən  öncə,  hakimiyyətdaxili  qruplaĢmaları,  ziddiyyətləri,  çəkiĢmələri 
nəzərdə tuturam.  
-Hər  halda,  hakimiyyətimizin  devrilməsində  bu  amili  birinci  sıraya  çəkmək  olmaz.  Mən  o 
dövrdə  də  demiĢəm,  yenə  də  bu  fikirdə  qalıram  ki,  hakimiyyətimizin  devrilməsi  bizim 
səhvlərimizin, uğursuzluqlarımızın deyil, qazandığımız və qazanılması gözlənilən uğurlarımızın 
nəticəsidir. Çünki hadisələr çox müsbət axara doğru gedirdi - 1993-ün yayında və payızında 
bir  neçə  istiqamətdə  çox  ciddi  hadisələr,  irəliləyiĢlər  gözlənilirdi.  Bunların  bəziləri  haqqında 
artıq  Sizinlə  söhbət  elədik:  birincisi,  yeni  parlament  seçkilərinin  keçirilməsi;  ikincisi,  neft 
saziĢlərinin  imzalanması;  üçüncüsü,  özəlləĢdirmə  proqramı  qəbul  edilmiĢdi  və  özəlləĢdirmə 
baĢlanacaqdı;  dördüncüsü,  Ermənistan-Azərbaycan  münaqiĢəsinin  həlliylə  bağlı  Rusiya-
Türkiyə-ABġ  üçlü  təĢəbbüsü  vardı.  «Üçlər»  yeni  plan  təklif  eləmiĢdilər  və  Azərbaycan  da, 
Ermənistan da, Dağlıq Qarabağdakı ermənilər də onunla razılaĢmıĢdı. Həmin palana əsasən 
iyun  ayında  ermənilər  Kəlbəcəri  bütünlüklə  boĢaldacaq,  Kəlbəcər  iĢğaldan  azad  olunacaqdı. 
ĠĢğala son qoyulub sülh müqaviləsi imzalanacaqdı. Üç dövlət birlikdə iĢə çox ciddi giriĢmiĢdi 
və onların ən azı ikisi məsələnin həllində çox qərarlıydı. Görünür, birində tam əminlik yoxdu, 
ona  görə  də  4  iyun  hadisələri  məsələnin  həllini  qabaqladı.  Bu  üzdən  də  məğlubiyyətimizin, 
qiyamın  qarĢısını  ala  bilməməyimizin  həlledici  səbəbi  olaraq  hakimyyətdaxili  münasibətlər 
götürülə bilməz. Vardı, o da vardı, yəqin ki, iyun günlərində də öz mənfi təsirini göstərmiĢdi, 
ancaq o, həlledici səbəb ola bilməzdi».  
(Müsavat Partiyasının baĢqanı Ġsa Qəmbərlə Ədalət Tahirzadənin söhbətindən). 

Bütün  oyunu  Azərbaycanın  müstəqilliyinə  yol  verməmək,  onun  yeraltı  və  yerüstü 
sərvətlərindən  (hər  Ģeydən  öncə,  neftindən)  “özbaĢına”  istifadə  etməsinin  qarĢısını  almaq 
məqsədi  güdən  Rusiya  “üçlüy”ün  çıxardığı  qərarın  gerçəkləĢməməsindən  ötrü  Gəncədə  və 
baĢqa yerlərdəki hadisələri daha da qızıĢdırmağa baĢladı. Bu iĢdə Ġran da ona yardımçı oldu. 
Yeri  gəlmiĢkən,  xatırladım  ki,  may  ayında  Ġranın  təhlükəsizlik  orqanlarının 
təĢkilatçılığıyla  Elçibəy,  iĢtirak  etdiyi  bir  məclisdə  məhv  edilməliydi,  ancaq 
“törəndə  çox  ciddi  tədbirlərin  alınması  münasibətiylə  xainlər  bu  mənfur 
əməllərinə yetiĢə bilmədilər” (F.Qəzənfəroğlu, göstərilən kitabı, s.209).  
Haqqında ölüm hökmü çıxarılmıĢ 5 nəfər rus hərbçisi ətrafında Rusiyada böyük təbliğat hay-
küyü  qaldırılmıĢ,  güclü  antiazərbaycan  kampaniyası  baĢlanmıĢdı.  Rusiya  rəhbərləri,  ictimai 
təĢkilatlar, ayrı-ayrı vətəndaĢlar məktub göndərərək həmin qatillərin Rusiyaya qaytarılmasını 
tələb  edirdilər.  Azərbaycandasa  müxalifət  prezidentin  manevr  imkanlarını,  demək  olar  ki, 
heçə  endirirdi.  Müxalifət  həmin  hərbçiləri  Rusiyaya  göndərəcək  prezidenti  vətən  xaini  elan 
etməyə  hazırdı  və  bu  niyyətini  heç  gizlətmirdi  də.  Məsələn,  AMĠP  sədrinin  müavini  Babək 
Hüseynoğlu həmin 6 hərbçinin bağıĢlana biləcəyini nəzərdə tutaraq deyirdi: 
“Mən istəməzdim 
ki, Əbülfəz Elçibəy bu yolla Rusiya prezidenti qarĢısında ÖZ NÜFUZUNU artırsın”. (Halbuki o, 
4 iyundan sonra Azteleradio ġirkətinin baĢçısı olarkən H.Əliyevin həmin döyüĢçüləri Moskvaya 
aparmasını ağzı köpüklənə-köpüklənə təbliğ edirdi)

../../images/Arxiv/1993_0525_Iclas02.JPG
Rusiyanın  ciddi  niyyətlərinə  artıq  bütün  incəliyiylə 
bələd  olmuĢ  prezident  Əbülfəz  Elçibəy  25  mayda  respublika  hüquq-mühafizə  orqanları 
rəhbərlərinin  iĢtirakıyla  müĢavirə  keçirdi.  Prezident  baĢlıca  olaraq  demokratik  hüquqi  dövlət 
quruculuğundan, hüquq-mühafizə orqanlarının qarĢısında duran vəzifələrdən danıĢdı. 
O.Qasımovun mənə dediyinə görə, 25 may müĢavirəsində orduda yaranmıĢ vəziyyətlə bağlı 
R.Qazıyevin  rolu  qeyd  edilmiĢdi.  Yığıncaqdan  sonra  axĢam  R.Qazıyev  Elçibəyin  qəbulunda 
olmuĢ  və  oradan  çox  əsəbi  halda  çıxmıĢdı.  Prezidentlə  görüĢdə  o,  Azərbaycanda  vətəndaĢ 
müharibəsi olacağını və heç bir qüvvənin onu bu yoldan döndərə bilməyəcəyini söyləmiĢdi. 
Həmin  gün  Elçibəy  Məhəmməd  əl-Həqqin  baĢçılığıyla  Misir  parlamenti  nümayəndə  heyətini 
qəbul  etdi.  O,  Misir  prezidenti  Hüsnü  Mübarəkin  götürdüyü  demokratik  dəyiĢikliklər  xəttini 
yüksək qiymətləndirdi. 
RENE VANROY HEYRƏTLƏNĠR 
Prezident  Aparatında  25  mayda  keçirilən  qaçqın  və  köçkünlərə  həsr  olunmuĢ  mətbuat 
konfransında bildirildi ki, bu gün Azərbaycanda 233 min 413 nəfər (51 min 109 ailə) qaçqın 
və 226 min 688 nəfər (43 min 476 ailə) köçkün var. 
BMT-nin  qaçqınlar  üzrə  Ali  Komissarlığının  Bakıdakı  daimi  nümayəndəliyinin  rəhbəri  Rene 
Vanroy 27 mayda mətbuatda bildirirdi: “Məni Azərbaycanda ən çox heyrətləndirən odur ki, bu 
qədər  böyük  qaçqın  kütləsinin  və  öz  daimi  yaĢayıĢ  yerlərini  tərk  etmək  məcburiyyətində 
qalmıĢ  adamların  olduğu  halda  GƏNCƏ,  FÜZULĠ,  AĞDAM,  AĞCABƏDĠDƏ  BĠR  DƏNƏ  DƏ 
QAÇQIN DÜġƏRGƏSĠNƏ RAST GƏLMƏDĠM. Yerli əhali onları öz doğma bacı-qardaĢları kimi 
evlərində saxlayır”. Qaçqın düĢərgələrinin yoxluğu, əlbəttə, xalqımızın mənəvi ucalığından irəli 
gəlsə  də  burada  Azərbaycan  hakimiyyətinin  həmin  düĢərgələri  beynəlxalq  humanitar 
yardımlar  qoparmaq  vasitəsinə  çevirmək  istəməməsiylə  də  izah  olunmalıdır.  Ancaq  bunu 
həmin  qaçqın  və  köçkünlərin  dövlət  himayəsindən  məhrum  edilərək  yalnız  xalqın  umuduna 
buraxılması  kimi  düĢünmək  kökündən  yanlıĢ  olardı,  belə  ki,  dövlət  bu  kateqoriyadan  olan 

vətəndaĢlarına  hədsiz  diqqətcilliklə  yanaĢır,  bu  zaman  həm  dövlətin  daxili  ehtiyatlarından, 
həm də yerli icra hakimiyyətlərinin imkanlarından istifadə edirdi.  
Bunu  da  bilmək  maraqlı  olardı  ki,  hakimiyyətin  devrilməsi  ərəfəsində  Azərbaycanın  dövlət 
ehtiyatları  onun  ehtiyaclarını  əsasən  ödəməyə  imkan  verirdi.  Dövlət  Material  Ehtiyatları 
Komitəsinin  ozamankı  sədri  ġəmsəddin  Rəhimovun  verdiyi  məlumata  görə,  o,  Komitəni 
hakimiyyət ilinin baĢlanğıcında təhvil alanda dövlət ehtiyatları 0,4-0,8% idisə sonunda təhvil 
verəndə  27-31%  idi.  Ölkənin  müharibə  Ģəraitində  olmasına  baxmayaraq  bu  dövrdə  ərzaq 
məhsulları 36-43%, taxıl və un əhalini 1,5-2 ay təmin edə biləcək həcmdə, yanacaq və sürtkü 
məhsulları  tam  həcmdə,  əlvan  metallar  tam  həcmdə,  qara  metal  və  prokatları  tam  həcmə 
yaxın,  səfərbərlik  ehtiyatları  60-70%,  dərman  preparatları  1  illik  həcmdən  yuxarı,  kimya 
məhsulları  zavodların  iĢ  ahəngini  3-6  ay  müddətə,  xammal  ehtiyatları  yüngül  və  yerli 
sənayeni 3-6 ay müddətə təmin edəcək həcmdə olub.  
Rəsul Quluyevsə yazır:
 
“H.Əliyevin istehza ilə tənqid etdiyi Xalq Cəbhəsi hakimiyyəti 
dövründə  ölkənin  bir  qəpik  də  olsun  xarici  borcu  yox  idi.  Xəzinədə  100  milyon 
dollardan  artıq  valyuta  toplanmıĢdı,  müəssisələrin  60-70  faizi  iĢləyirdi,  əhalinin 
orta aylıq əmək haqqı 100 dollardan artıq idi, iĢsizlik, demək olar ki, yox idi. Ġndi 
isə özəlləĢdirmədən gələn gəlirlər və neft bonuslarına baxmayaraq ölkənin xarici 
borcları 1 milyard dolları keçib, orta aylıq əmək haqqı 20 DOLLARA enib, iĢsizlik 1 
milyon  nəfəri  keçib,  həyat  səviyyəsi  10  dəfədən  çox  aĢağı  düĢüb,  müəssisələrin 
vur-tut  10-12  faizi  iĢləyir.  Ölkə  sosial  fəlakət  girdabında  çabalayır.  Ġqtisadi 
potensialın 2/3 hissəsi itirilmiĢdir”. 
Bu  naliyyətləri  gözü  götürməyənlər  onun  baĢlıca  müəllifini  -  prezident  Elçibəyin  özünü 
hakimiyyətdən  uzaqlaĢdırmaq  istəyirdilər.  Milli  Məclisin  26  maydakı  iclasında  -  rus 
desantçılarının Gəncəni tərk etməsinin ertəsi günü R.Qazıyev prezidentin istefa verməsini ilk 
dəfə olaraq tələb etdi.  
Prezidentin köməkçisi O.Qasımov bildirir ki, rus qoĢunları Gəncədən çıxarıldıqdan sonra Bəy 
ən  yaxın  ətrafına  demiĢdi:  «Biz  artıq  tam  müstəqil  dövlətin  vətəndaĢlarıyıq!  Ancaq 
Rusiya  bunun  əvəzini  bizdən  çıxacaq.  Onun  bizim  hakimiyyəti  devirmək  fikri 
qətidir. Buna hazır olmalıyıq». 
R.Qazıyevin  istefa  tələbini  4  iyuna  baĢlamaq  siqnalı  kimi  də  saymaq  olar.  Gəncə  artıq 
hakimiyyətlə  döyüĢə  hazır vəziyyətə  gətirilmiĢdi. ĠĢ o  yerə  çatmıĢdı ki, Pənah  Hüseynovdan 
eĢitdiyimə  görə,  28  mayda  Gəncədə  hətta  müdafiə  naziri  DadaĢ  Rzayev  (!)  3  saat  həbs 
edilmiĢdi...  
28  may  günü  Ġstiqlal  bayramımızı  qeyd  etməzdən  öncə  Bəy  ġəhidlər  xiyabanına  gedərək 
azadlığımız  uğrunda  canlarını  qurban  verənlərin  xatirəsini  yad  etdi.  Prezident  Azərbaycan 
Cümhuriyyətinin  75  illiyinə  həsr  olunmuĢ  təntənəli  yığıncaqda  çıxıĢ  etdi.  O  göstərdi  ki, 
“Azərbaycan  Xalq  Cəbhəsi  özünü  Azərbaycan  Cümhuriyyətinin  varisi  elan  etməklə  zəngin 
tarixi  təcrübəyə  malik  ilk  respublikamızın  müsbət  ənənələrinin  dirçəldilməsinə  böyük  təkan 
vermiĢ oldu”. 
Daha  sonra  Bəy  “Aprel  hadisələri  təkrar  oluna  bilərmi?”  sorğusuna  cavab  verdi.  Prezident 
bildirdi  ki,  son  vaxtlar  Rusiyada  sovet  imperiyasını  bərpa  etməyə  cəhd  göstərən  əski 
kommunist  qüvvələr fəallaĢdıqda həmin  hadisələr burada da öz  əks-sədasını göstərdi.  Ġstər 
ölkə daxilində və istərsə də xaricində kommunistpərəst qüvvələrə aydın olmalıdır ki, xalqımız 

müstəqil  inkiĢaf  yolunu  qəti  və  birdəfəlik  tutmuĢdur,  onu  bu  yoldan  döndərmək  qeyri-
mümkündür. 
Əbülfəz bəy sözünə davam etdi: “Azərbaycan dövlətçiliyi üçüncü respublika dövrünə qədəm 
qoymuĢdur.  Üçüncü  respublika  birinci  respublikanın  qanuni  varisi  olub  onun  baĢladığı  iĢi 
davam etdirir, onun ideallarını gerçəkləĢdirir”. 
Bayram  günü  Azərbaycan  xalqına  televiziyadan  müraciət  edən  Azərbaycan  prezidenti  dedi: 
“Aprel  hadisələri  təkrar oluna  bilərmi?  Adamları indi  bu  sual  narahat  edir.  Müasir  dünyanın 
reallıqları,  xalqımızın  dönməz  iradəsi,  istiqlal  ideyasına  olan  inamı  bu  və  buna  bənzər 
hadisələrin təkrar olunmasını istisna edir”. 
Prezident  öz  dediklərini  bununla  əsaslandırdı:  “Müasir  dövrdə  Rusiyada  gedən  proseslərdə 
demokratik  meyllərin  imperiyapərəst  təfəkkürdən  üstün  olduğu  özünü  göstərir.  biz 
demokratik Rusiyaya inanırıq, onunla hər cür ikitərəfli əməkdaĢlığa hazırıq”. 
Müraciətin  sonunda  Əbülfəz  bəy  dedi:  “Əziz  həmvətənlər!  Böyük  çətinliklər  bahasına 
babalarımız, özləri dediyi kimi, yoxdan bir dövlət yaratdılar, bir istiqlal bayrağı ucaltdılar; bu 
gün  həmin  dövlətin  olanını  qorumaq,  olmayanını  yaratmaq  bizim  üzərimizə  düĢür. 
BaĢladığımız yeni dövlət quruculuğu prosesi heç də asan yol deyil. Bu çətin yolda sizə - bütün 
Azərbaycan xalqına uğurlar diləyirəm”.  
Xatırladım ki, 28 may günü Bakıda bir sıra yaddaqalan mədəni tədbirlər də həyata keçirildi. 
Məsələn, 
Əli ağa ġıxlınskinin büstünün, ġah Ġsmayıl Xətayinin və Hüseyn Cavidin abidələrinin 
açılması
 bütövlükdə ölkənin mədəniyyət tarixində mühüm hadisəyə çevrildi.  
Əbülfəz  bəy,  öncədən  planlaĢdırıldığına  görə,  30  mayda  Böyük  Britaniyaya  rəsmi  səfərə 
getməliydi.  Ancaq  ölkədəki  ictimai-siyasi  durum  buna  imkan  vermədi.  Prezident  həmin  gün 
Harold Elliston baĢda olmaqla Böyük Britaniya parlamentinin nümayəndə heyətini qəbul etdi 
və  Ġngiltərənin  Azərbaycana  mənəvi-psixoloji  yardımını  vurğulayaraq  onu  yüksək 
dəyərləndirdi. 
21-28 mayda Böyük Britaniyada rəsmi səfərdə olmuĢ (mənimlə söhbətində Pənah bəy həmin 
vaxt  ölkədə  uzun  müddət  olmamasını  yanlıĢ  addım  saydığını  bildirdi)  və  ölkədəki  gərgin 
vəziyyətlə  bağlı  olaraq  yarımçıq  qayıtmıĢ  baĢ  nazir  P.Hüseynov  30  mayda  bəyan  etdi:  “Bu 
yaxınlarda  Con  Meycorun  dəvətiylə  prezident  Əbülfəz  Elçibəy  Böyük  Britaniyaya  səfərə 
çıxacaqdır”.  Səfər  zamanı,  Əbülfəz  Elçibəyin  özünün  dediyinə  görə,  Azərbaycanla  Böyük 
Britaniya arasında neft müqaviləsi haqqında niyyət protokolu imzalanacaqdı. (Bunu ona görə 
ayrıca gözə çarpdırıram ki, bəziləri orada neft müqaviləsinin imzalanacağını bildirirdi, halbuki 
beynəlxalq  konsorsiumun  neft  müqaviləsini  imzalaması  sentyabr-oktyabr  aylarında 
gözlənilirdi).  
ĠSGƏNDƏR HƏMĠDOV: 5 ĠYUNDA MĠTĠNQ EDƏCƏYƏM 
Mayın sonunda Qusar, Quba, Xaçmaz, Ġsmayıllı, Qəbələ, Oğuz, Göyçay rayonlarında, Bakı və 
Sumqayıtda  yaĢayan  ləzgilərin  səlahiyyətli  nümayəndələri  birgə  bəyanat  imzaladılar  ki, 
Azərbaycan ləzgiləri təhrikçi hərəkətlərə uymayacaqlar.  
Onların  narahatlığı  heç  də  boĢ  yerə  deyildi.  Xaçmaz  rayon  icra  hakimiyyətinin  sabiq  baĢçısı 
Müqəddəs  Mehdiyev  mənimlə  söhbətində  bildirmiĢdi:
  “1993-ün  baĢlanğıcından  Rusiyanın 
Azərbaycandakı  səfiri  Valter  ġoniyanın  tez-tez  Dağıstanın  Axtı  rayonuna  getməsi  və  orada 
separatçılarla  görüĢməsi  barədə  məlumatlar  alırdıq.  Həmin  il  mayın  son  günlərində 

Dağıstandan qayıdan səfir Xaçmazda oldu. Ziyafət zamanı məni qırağa çəkərək dedi ki, sən 
də prezidentin kimi qatı millətçisən,  ləzgilərin  hüquqlarını tapdalayırsan. O həmçinin  bildirdi 
ki,  siz  ġerbakı  Gəncədən  çıxarmaqla  özünüzü  məhv  etdiniz.  ġoniya  gileyləndi  ki,  Elçibəy 
Rusiya  və  Ġran  səfirlərini  saymır,  təkcə  Amerika  və  Türkiyə  səfirləriylə  səmimi 
münasibətdədir.  Aramızda  təxminən  bir  saat  mübahisə  getdi.  Səfir  hədələyici  tonda 
danıĢırdı”. 
 
Yeri  gəlmiĢkən,  Müqəddəs  bəy  mənə  belə  bir  əhvalat  da  danıĢıb  ki,  1993-ün  baĢlanğıcında 
Gürcüstandakı  Rusiya  qoĢunlarının  bir  generalının  maĢınını  Yalamada  saxlatdım.  DanıĢıq 
zamanı  general  tezliklə  Azərbaycanı  Rusiyanın  tərkibinə  qatacaqlarını  söylədi.  Generalın 
Azərbaycan  sərhədini  keçməsinin  səbəbi  elə  həmin  gün  aydınlaĢdı  -  generalın  yanındakılar 
rayondakı ləzgilərin yığcam Ģəkildə yaĢadıqları ərazilərlə maraqlanmıĢdılar.  
...Azərbaycanda Qurban bayramı ilk dəfə dövlət səviyyəsində qeyd edildi. Prezident bayram 
günü - 1 iyunda xalqımızı təbrik etdi. Bəyin möminliyi və səmimiliyi bu təbrikdə də üzə çıxır: 
“Bu  gün  siz  göyü  və  yeri  yoxdan  yaradan  Allaha  üz  tutaraq  onun  adı  ilə  qurban  kəsirsiniz. 
Allah qurbanınızı qəbul etsin!”. 
Bu  təbriki  yazarkən  prezident  bayram  əhval-ruhiyyəsində  deyildi.  ABġ,  Türkiyə  və  Rusiya 
tərəflərinin hazırladığı sülh planını pozmaqçün ilk ciddi addım atılmıĢdı - Qarabağ erməniləri 
onu qəbul etmədikləri barədə bəyanat vermiĢdilər. Azərbaycan hökuməti Ermənistanın Dağlıq 
Qarabağın  təhlükəsizliyinin  bu  sənəddə  guya  nəzərə  alınmadığını  bəhanə  gətirərək 
danıĢıqlardan  boyun  qaçırdığını  bildirmiĢdi.  Türkiyənin  Xarici  ĠĢlər  Nazirliyi  də bununla  bağlı 
bəyanat vermiĢdi (30 may). 
Bəy  iyunun  2-sində  ABġ  Dövlət  Departamentinin  yeni  müstəqil  dövlətlərə  yardım  üzrə 
əlaqələr mərkəzinin rəhbəri səfir Tomas Saymonsu qəbul etdi. Həmin gün o, ABġ senatorları 
Pol  Saymons,  Harri  Rid  və  Hank  Braunla  da  görüĢdü.  Onlarla  söhbətdən  sonra  prezident 
bildirdi: “BirləĢmiĢ ġtatların Azərbaycanda demokratiyanı müdafiə etməsi baĢqa dövlətləri də 
respublikamıza  münasibətdə  öz  mövqelərini  yenidən  nəzərdən  keçirməyə  və  ona  dünya 
birliyində bərabərhüquqlu tərəfdaĢ kimi baxmağa məcbur etmiĢdir”. 
Mətbuat 3 iyunda bir sıra gözəçarpan xəbərlər yaydı. Hər Ģeydən öncə, Trabzon Qara Dəniz 
Texniki Universitetinin Əbülfəz Elçibəyə fəxri elmlər doktoru adı verdiyi bəlli oldu.  
KeçmiĢ  daxili  iĢlər  naziri  Ġ.Həmidov  “Ədalət”  qəzetində  bəyanat  verdi  ki,  5  iyunda  mitinq 
keçirəcək  və  Elçibəy  iqtidarındakı  bəzi  rəsmi  Ģəxslərin  istefasını  tələb  edəcək.  Xalq  Cəbhəsi 
nümayəndələri  Ġsgəndər  bəylə  bir  neçə  gün  söhbət  aparandan  sonra  onu  3  iyunda 
televiziyayla  çıxıĢ  edərək  mitinqi  ertələməsi  haqqında  bəyanat  verməyə  razı  sala  bildilər. 
(Həmin axĢam Ġ.Həmidov televiziyada F.Quluyevlə birgə çıxıĢ etdi). 
Dövlət  müĢaviri  A.Hacıyev  Azərbaycaniçi  durumla  bağlı  siyasi  açıqlama  verdi.  O  bildirdi  ki, 
ölkəmizdəki  bəzi  müxalifətçi  qüvvələr,  o  sıradan  Etibar  Məmmədovun  baĢçılıq  etdiyi  AMĠP 
“aĢkar  siyasi  məğlubiyyətlər  yoluna  qədəm  qoymuĢdur”.  A.Hacıyevin  fikrincə,  mart  ayında 
həmin  qüvvələr  fəal  xalq  hərəkatının  baĢlanmasına  və  indiki  iqtidarı  konstitusiyaya  zidd 
yollarla  devirmək  imkanlarına  bel  bağlayırdılar,  ancaq  onların  umudları  doğrulmadı. 
Keçirilməsi bu ilin  sentyabr-oktyabr aylarına  təyin  edilmiĢ parlament  seçkiləri göstərəcək  ki, 
ölkəmizdə hakimiyyət məsələsi yalnız xalqın öz xeyirxah iradəsiylə həll olunur. “Respublikada 
sabitlik pozulmazsa iqtidarın da, müxalifətin də arzuladıqları seçkilər baĢ tutacaqdır”. 
MüĢavir  bəyan  edirdi:  «Məncə,  seçkilərdə  iki  blok  rəqabət  aparacaq:  AXC+“Yeni  Müsavat” 

Partiyası (sədri parlamentin indiki  sədri Ġsa  Qəmbər) və AMĠP+YAP  (sədri Heydər Əliyev)». 
Xüsusən  son  cümlə  bir  çox  baxımdan  maraq  doğurur.  Bu  da  maraqlıdır  ki,  artıq  2  iyunda 
H.Əliyev öz tərəfdarlarına hazırlıq komandası vermiĢdi (P.Hüseynov).  
Hiss  olunur  ki,  həm  “AMĠP+YAP”  iĢbirliyi,  həm  də  Gəncədən  gələn  həyəcanlı  xəbərlər  artıq 
gerçək  Ģəkildə  cəmiyyəti  silkələməkdədir  və  bu  silkələnti  hakimiyyətdəkilərin  bir  çoxunun 
əqidəsində sarsıntı yaradıb, bəziləri də sabahıyçün “gün ağlamaq” fikrinə düĢüb... Bircə misal. 
Mətbuatda  hərbi  materiallara  senzura  tətbiq  edildiyi  və  Gəncədəki  gərginliyin  ən  yüksək 
zirvəyə yetiĢdiyi bir anda - 3 iyunda ölkənin ən məlumatlı qəzeti sayılan “Azərbaycan” özünün 
sevimli  müəlliflərindən  olan  Leyla  Yunusovanın  gurultulu  baĢlıqlı
  “Bir il keçdi.  Azərbaycanda 
milli ordu varmı?” adlı nataraz məqaləsini dərc etdi. Rəhim Qazıyevin bir neçə gün öncə - 21 
mayda  orada  verilmiĢ  müsahibəsi  ruhundakı  bu  yazıda  əslində  iqtidarın  ordu  quruculuğu 
sahəsində  gördüyü  bütün  iĢlər  qərəzlə  təftiĢ  edilərək  heçə  endirilir,  ordunu  sarsıtmıĢ 
cinayətkar ünsürlərin təmizlənməsi uğrunda görülən tədbirlərə amansız hücum edilir və onlar 
hökumətin özünə qarĢı çevrilir, istər xalqda, istər orduda ruh düĢkünlüyü və təslimçilik əhval-
ruhiyyəsi  yaratmağa  cəhd  edilir:  “Bu  gün  bizdə  Azərbaycanın  iki  kontr-admiralından  biri  öz 
evindəcə  öldürülmüĢdür.  ...12  generaldan  3-ü  həbsdədir...”.  “Zabit  kadrlarının  30  faizi 
ehtiyata  buraxılmıĢ  və  ya  dağılmıĢlar.  Özü  də  bu  məhz  35-40  yaĢlı  döyüĢ  zabitləridir.  [...] 
Zabitlərin 10-12 faizi istintaq altındadır. Daha 30-35 faiz zabit isə azad olunmaq üçün raport 
vermiĢdir”.  “...Azərbaycanı  müdafiə  etmək  üçün  tələsən  hərbçilərin  arasında  təĢviĢ  və 
məyusluq hökm sürməkdədir. Onlara inanmadılar, onları alçaltdılar və qovdular”.
 
R.Qazıyev  dövründə  Müdafiə  Nazirliyi  mətbuat  xidmətinə  rəhbərlik  etmiĢ  (bu  dövrdə  onun 
fəaliyyəti hər gün onlarca erməni vertolyotunun, eyni zamanda bizim artıq mövcud olmayan 
SU  təyyarələrimizin  vurulması  haqqındakı  fantastik  məlumatlarla  yadda  qalıb;  bu 
məlumatların  hərbçilərə  hansı  maddi  qazanc  gətirməsi  baĢqa  söhbətin  mövzusudur) 
L.Yunusova  Milli  Ordunun  ağlamalı  günə  düĢməsində  dünənki  Ģefinin  bütün  məsuliyyətini 
açıqdan-açığa  (ən  qəribəsisə  budur  -  olduqca  asanlıqla,  heç  bir  müqavimət  görmədən!) 
iqtidarın üzərinə atır, sanki məhz R.Qazıyevin qisasını almağa çalıĢır, həbslərin və b. cəzaların 
hansı  cinayətlər  üstündə  olması  haqqında,  sözsüz  ki,  susur,  onların  heç  birinə  Ģərh  vermir. 
Ancaq  həmin  Ģərhi  biz  rus  jurnalisti  Dmitri  Furmanın  Rusiya  mətbuatında  təxminən  eyni 
dövrdə yazdığı məqaləsində tapırıq: “...Ə.Elçibəyə və AXC-yə zərbə Azərbaycanın qarĢısında 
məhz  artıq  hansısa  perspektivlərin  açıldığı  vaxtda  endirildi.  Elçibəy  bizim  nazir  P.Qraçovun 
telemüsahibədə  özünün  dostu  adlandırdığı  R.Qazıyevi  və  S.Hüseynovu  vəzifədən 
uzaqlaĢdıraraq  orduda  sanki  qayda  yaratmağa  baĢladı,  ancaq  S.Hüseynov  uzaqlaĢmaq 
istəmədi  və  öz  batalyonunu  Gəncəyə,  ona  “əl  uzatmağın”  çətin  olduğu  Azərbaycan 
ərazisindəki  sonuncu  Rusiya  hissəsinin  yerləĢdiyi  yerə  apardı.  Bir  sıra  zabitlər  həbs  edildi. 
Bunların  necə  zabitlər  olduğu  və  Qarabağ  müharibəsində  hansı  sərvətlər  topladığı  təkcə 
bundan  aydın  olur  ki,  onların  birindən  -  Müdafiə  Nazirliyi  maliyyə  idarəsinin  R.Qazıyev 
zamanındakı rəisindən 1,5 milyon ABġ dolları və iyirmi milyon Rusiya rublu aĢkar edilmiĢdi”
 
(“Svobodnaya mısl” jurnalı, 1993, N11). 
Leyla Yunusova «Azərbaycan» qəzetində hərbçilərə üz tutur: “Bu gün HÖKUMƏTĠN... DEYĠL, 
...Vətənin sizə ehtiyacı var” (??!). Bu ittihamların rəsmi dövlət qəzetində, özü də, bütövlükdə 
hakimiyyətin ən böhranlı çağında dərc  edilməsinin səbəbini mən heç cür anlaya bilmir, ona 
heç nəylə bəraət qazandırmağı bacarmıram… 
4 ĠYUN 

Mirzə  Fətəli Axundzadə  “AldanmıĢ kəvakib”  əsərində Yusif  Sərracın  -  qaniçən  və cəllad  ġah 
Abbasın məhv etməkçün öz yerinə müvəqqəti oturtduğu ədalətli, ağıllı, xalqa ürəyi yanan və 
qısa vaxtda çoxlu islahatlar həyata keçirən demokratik dünyagörüĢlü yenilikçi qəhrəmanının 
aqibətini  belə  təsvir  edir:
 
Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin