İstifadəsi
üzrə təlimat
ESSEL FORTE H kapsullar
ESSEL FORTE H
Beynəlxalq patentləşdirilməmiş adı: Essential phospholipids (EPL-substance)
Tərkibi
Hər kapsulun tərkibində:
Essensial fosfolipidlər (EPL-substansiya)....................300 mq
Farmakoterapevtik qrupu
Bioloji aktiv əlavə
Farmakoloji xassələri
Farmakodinamika
Essensial fosfolipidlər - qaraciyər hüceyrələrinin membran və hüceyrə orqanoidlərinin əsas struktur
elementləridir. EPL-in tərkibinə təbii mənşəli xolin fosfor turşusunun diqliseridli efiri, doymamış yağ turşuları
ilə zəngin olan soya paxlalarının ekstraktı daxildir. Doymamış yağ turşularından linol (70%), linolen və olein
turşuları üstünlük təşkil edir. Qaraciyərdə metabolizm proseslərinin pozğunluqlarında preparat qaraciyərin
yüksək enerjili essensial fosfolipidlər ilə təminatını həyata keçirir. Bu fosfolipidlər kimyəvi strukturuna görə
endogen fosfolipidlərə çox yaxındır. Onlar qaraciyər hüceyrələrinə daxil olaraq hüceyrə membranlarında
fəaliyyət göstərirlər.
Essensial fosfolipidlər qaraciyərin funksiyasını normallaşdırır, qaraciyər hüceyrəsinin fermentativ aktivliyini
artırır, qaraciyərin enerji israfını azaldır, regenerasiya qabiliyyətini artırır, neytral yağları və xolesterini asan
parçalanan formaya çevirir, ödün fiziki-kimyəvi xassələrini stabilləşdirir.
İstifadəsinə göstərişlər
- xroniki hepatit
- qaraciyər sirrozu
- qaraciyər hüceyrələrinin nekrozu
- qaraciyərin müxtəlif etiologiyalı piy degenerasiyası (şəkərli diabet)
- qaraciyərin toksiki zədələnmələri
- hamiləlik toksikozu
- hepato-biliar zonada cərrahiyyə əməliyyatlarından əvvəlki və sonrakı müalicə dövrü
- psoriaz (köməkçi terapiya kimi)
- radiasion sindrom
- şiş əleyhinə kompleks terapiya
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası
Daxilə. 2 kapsuldan gündə 2-3 dəfə, qida qəbulu zamanı.
Əlavə təsirləri
Nadir hallarda: epiqastral nahiyədə narahatlıq, diareya.
Buraxılış forması
Hər blisterdə 10 kapsul olmaqla, 3 blister içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanılma şəraiti
+25ºС-dən yuxarı olmayan temperaturda, quru, günəş şüası olmayan və uşaqların əli çatmayan yerdə
saxlamaq lazımdır. Dondurmamaq.
Yararlılıq müddəti
3 ildir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
İstehsalçı
«Nabros Pharma Pvt. Ltd.» - firmasıdır.
National Highway №8,
Kheda – 387 411, Hindistan
® - qeydiyyata alınmış ticarət nişanı
Azərbaycanda rəsmi distribyutor
«TETRADA» MMC - dir.
AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan
Теl.: (+994 12) 431-59-24, 431-05-41
Faks: (+994 12) 430-80-51
Е-mail: info@tetrada-az.com
www.tetrada-az.com