Ətraf müHİt və TƏBİİ ehtiyatlar komiSSİyasi biRİNCİ toplanti hesabat məruzəSİ


şoranlaşmasıdır ki, başqa bir adla bunu səhralaşma da adlandırırlar



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə2/11
tarix18.05.2022
ölçüsü0,57 Mb.
#58426
1   2   3   4   5   6   7   8   9   10   11
3.Hesabat Etraf.muh.kom

şoranlaşmasıdır ki, başqa bir adla bunu səhralaşma da adlandırırlar.   

 

2.  Birləşmiş  Millətlər  Təşkilatının  ətraf  mühit  və  inkişaf  üzrə  1992-ci  ildə  Rio  de-Janeyroda 



keçirilən  konfransı  BMT-nin  Səhralaşma  ilə  Mübarizə  haqqında  Konvensiyasının 

hazırlanmasını tövsiyə etmişdir. Konvensiya 1994-cü ildə hazırlanmışdır və dünyanın bir çox 

ölkələri onu imzalamışdır. Türkdilli ölkələr öz siyasətlərində səhralaşma ilə mübarizəyə böyük 

önəm  verirlər.  Səhralaşma  ilə  Mübarizə  Konvensiyası  regional  və  milli  fəaliyyət  planları 

vasitəsilə  həyata  keçirilir.  Bu  fəaliyyət  planları  milli  institutlar,  QHT-lər  və  insanların  birgə 

iştirakını  təmin  edə  bilər  ki,  bu  da  uzunmüddətli  siyasət  və  davamlı  inkişafa  səbəb  olar. 

Konvensiya  sosial-iqtisadi  inkişaf  və  təbii  ehtiyatların  qorunması  üçün  əsas  kimi  hesab  edilə 

bilər. 


3.  Qazaxıstan, Qırğızıstan və Türkiyə özlərinin Milli Fəaliyyət Proqramlarını qəbul ediblər. Milli 

və Regional Fəaliyyət Proqramlarının əsas məqsədi xüsusilə: səhralaşma və quraqlıq ilə bağlı 

ölkələrin  prioritetlərinin  müəyyən  edilməsi;  regional  səylərə  töhfə  verilməsi;  maraqlı  tərəflər 

arasında  əməkdaşlığın  inkişaf  etdirilməsi;  səhralaşma  ilə  bağlı  ictimai  marağın  artırılması;  

bütün  səviyyələrdə  inkişaf  planlarının  və  strategiyaların  inteqrasiyası;  bütün  təşkilatların, 



 

qeyri-hökumət  təşkilatlarının  və  yerli  əhalinin  iştirakının  təşviq  edilməsi;  bu  sahədə  müxtəlif 



tədbirlərin həyata keçirilməsi üçün maliyyə mənbələrinin ayrılmasıdır.  

4.  Birləşmiş Millətlər Təşkilatının mənbələrinə uyğun olaraq səhralaşma və quraqlıq yer üzündə  

sahəsi  4  milyard  hektardan  çox  ərazini,  habelə  110  müxtəlif  ölkələrdə  yaşayan  1,2  milyard 

insanı  təhdid  edir.  Türkdilli  ölkələrin  coğrafi  mövqeyi,  topoqrafiyası,  iqlim  şəraiti,  qədim 

tarixi, eləcə də dinamik əhali strukturları səhralaşma və quraqlıq məsələsinə yüksək həssaslıqla 

yanaşmaya ehtiyac olduğunu göstərir.   

5.  Hesabat  səhralaşma  ilə  mübarizədə  TÜRKPA  üzvü  olan  ölkələrin  dövlət  siyasəti  haqqında 

qısa  məlumatı  özündə  cəmləşdirir.  Hesabat  üzv  ölkələrin  müvafiq  nazirliklərinin 

məlumatlarına əsaslanır.  


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin