11-ci Tərəflər Konfransında 2015-ci ildə keçiriləcək BMT-nin Səhralaşma ilə Mübarizə
haqqında Konvensiyasının Tərəflər Konfransına (UNCCD-COP 12) ev sahibliyi etmək
arzusunu dilə gətirmiş və Türkiyənin ev sahibliyi etməsinə qərar verilmişdir. 12-ci
Tərəflər Konfransı 12-24 Oktyabr 2015 tarixində Ankarada keçiriləcəkdir.
42. 4 iyun 2014-cü ildə Türkiyə Meşə və Su Məsələləri Nazirliyi və FAO səhralaşmaya qarşı
mübarizə də daxil olmaqla, meşə təsərrüfatı məsələlərinin dəstəklənməsi məqsədilə yeni
Anlaşma Memorandumu imzalamışdır. Bu müqavilənin çətiri altında bir sıra layihələr həyata
keçirilir. «Mərkəzi Asiya və Qafqazda suayırıcılarının idarə edilməsi üzrə potensialın
artırılması» Səhralaşma və Eroziyaya qarşı Mübarizə Baş Direktoratlığının əlaqələndirici
agentlik olduğu layihələrdən biridir. TIKA həm texniki, həm də maliyyə cəhətdən bu layihəni
dəstəkləyir. Layihə Türkiyə, Azərbaycan, Qırğızıstan, Tacikistan və Özbəkistanda həyata
keçirilməkdədir.
43. TÜRKPA üzv dövlətlərinin, xüsusilə, Tərəflərin Müşavirəsi (COP), Konvensiyanın Həyata
Keçirilməsinə Nəzarət Komitəsi (CRIC), Regional Fəaliyyət Proqramı (RAP) və Subregional
Fəaliyyət Proqramı (SRAP) kimi toplantılarda iştirakı təcrübə qazanmaq və mübadilə aparmaq
üçün çox əhəmiyyətlidir. Bundan əlavə, bütün müvafiq qurumların, universitetlərin, vətəndaş
cəmiyyəti təşkilatlarının və maraqlı ekspertlərin iştirakı təşviq edilməlidir.
9
44. Üzv dövlətlər arasında bir sıra beynəlxalq səfərlər, seminar və təlimlər keçirilmişdir.
Azərbaycanlı ekspertlər meşə təsərrüfatı məsələlərinin dəstəklənməsi üçün Türkiyəyə səfər
etmişlər, hazırda isə Qırğızıstan ərazisində, Tyan Şan-Xan Tenqri dağlarında iştirakçı
ölkələrdən olan ekspertlərin birgə hazırladığı planın həyata keçirilməsi üçün Türkiyədən olan
nümayəndə heyəti fəaliyyət göstərir.
Dostları ilə paylaş: |