Ətraf müHİt və TƏBİİ ehtiyatlar komiSSİyasi biRİNCİ toplanti hesabat məruzəSİ



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə6/11
tarix18.05.2022
ölçüsü0,57 Mb.
#58426
1   2   3   4   5   6   7   8   9   10   11
3.Hesabat Etraf.muh.kom

QIRĞIZISTAN  

24. Qırğızıstan  Respublikası  Konvensiyaya  (UNCCD)  1997-ci  ilin  dekabr  ayında  qoşulmuşdur. 

Konvensiya  Qırğızıstan Respublikasının Joqorku Keneşi  (Parlament) tərəfindən 1999-cu ildə 

ratifikasiya  edilmişdir.  Qırğızıstan  Respublikasının  Milli  Fəaliyyət  Planı  (MFP)  2000-ci  ilin 

dekabr  ayında  təsdiq  edilmişdir.  MFP-nin  sektorlararası  əhatə  dairəsi  mövcuddur  –  ölkənin 

geostrateji  mövqeyi,  sosial-iqtisadi  vəziyyəti,  səhralaşmanın  anilləri  və  ölçüləri,  prioritet 

fəaliyyətlər,  layihələr  və  proqramlar,  qanunverici  çərçivə  və  MFP-nin  həyata  keçirilməsinin 

sxemləri.  

25. Səhralaşma  ilə  Mübarizə  üzrə  Milli  Mərkəz  (SMMM)  Qırğızıstan  Respublikası  Kənd 

Təsərrüfatı,  Su  Resursları  və  İcra  Sənayesi  Nazirliyinin  Suvarma  ilə  bağlı  Qırğız  Tədqiqat 

İnstitutunun  nəzdində  yaradılmışdır.  SMMM  milli  fəaliyyət  planının  hazırlanması,  bununla 

bağlı  milli  əlaqələndiricinin  müəyyənləşdirilməsi  və  ölkədə  səhralaşma  ilə  mübarizə  üzrə 

fəaliyyətlərin koordinasiya edilməsindən məsuldur.   

26. Qırğızıstan Respublikası üç coğrafi zonaya bölünür: (i) Suvarılan kənd təsərrüfatı torpaqları və 

yaşayış  olan  dəniz  səviyyəsindən  400-1200  metr  yüksəklikdə  yerləşən  dağ  və  dağətəyi 

zonalar;  (ii)  dəniz  səviyyəsindən  1,200  və  2,600  metr  arasında  yerləşən  otlaqlardan  və 

meşələrdən  ibarət  orta  dağ  zonası;  və  (iii)  dəniz  səviyyəsindən  2,600  metrdən  yüksəkdə 

yerləşən subalp və alp çəmənlikləri, qayalıqlar, yüksək seqmentlər, il boyu qar və buzlaqlardan 

ibarət zona. Qırğızıstanda torpağın deqradasiya prosesinə əsasən torpaq eroziyası, şoranlaşma 

və  bataqlaşma,  kimyəvi  çirklənmə  və  bitki  örtüyünün  məhv  edilməsi  aiddir.  Hər  bir  zonanın 



 

əlverişsiz  iqtisadi  fəaliyyətlə  bağlı  onun  geofiziki  və  iqlim  xüsusiyyətləri  ilə  şərtlənən  təbii 



deqradasiya problemləri mövcuddur.   

27. Qırğızıstanda  torpaqların  deqradasiyaya  uğramasının  təcili  qabaqlayıcı  tədbirlər  tələb  əsas 

prioritet sahələri: 

• yamac torpaqlarında suvarma və yağış nəticəsində su eroziyası, şoranlaşma;  

• düzənliklərdə bataqlaşma – məhsuldar torpaqların idarə edilməsində problemlərə səbəb olur; 

•  otlaqların  həddən  artıq  otarılması,  heyvanlar  üçün  yemin  azalması  və  yem  keyfiyyətinin 

pisləşməsi –  otlaq torpaqlarının idarə edilməsində problemlərə səbəb olur;  

• yanacaq üçün meşələrin qırılması və nəticəsində külək, su eroziyası və torpaq sürüşmələri – 

meşə və yuxarı su hövzələrinin idarə edilməsində problemlərə səbəb olur.   

 

28. Proqramların  inkişaf  etdirilməsi  baxımından,  aşağıdakı  pilot  layihələrin  müəyyən  edilməsi 

nəzərdə tutulur: 

•  Torpaq  ehtiyatlarının  səmərəli  istifadəsi  və  qorunması.  Burada  süsusi  diqqət  yuxarı  su 

hövzələrində torpaq və su ehtiyatlarının idarə olunmasının inteqrasiyasına veriləcək. 

• Dünya bazarında, ölkələr arasında və ölkə daxilində əsas bazarlarda istehsalın mövcud həcmi 

barədə  məlumat  verən,  qiymətlər  və  istehsal  baxımından  fermerlər  tərəfindən  asanlıqla  giriş 

edilə  bilən, kənd təsərrüfatı məhsulları  istehsalçılarına dəstək üçün  Mərkəzi  Asiyada milli  və 

regional bazar kəşfiyyat informasiya sisteminin yaradılması. 

•  Torpaqların  deqradasiyaya  uğramasına  nəzarəti  gücləndirmək  üçün  resurslar  yaratmaq 

məqsədi  ilə  Böyük  İpək  Yolunun  Qırğızıstan  bölməsinə  aid  hissəsində  eko-turizmin  idarə 

edilməsi üçün kənd icmaların potensialının artırılması.  

•  Kənd  təsərrüfatı  torpaqları,  otlaqlar  monitorinqi  (və  inventar)  sisteminin  inkişafı  və  su 

istifadəsi; 

•  Meşəsalma,  qoruyucu  məqsədlə  meşəsalma  və  kənd  yerlərində  odun  üçün  alternativ 

yaratmaq; 

• İqtisadi bazanın, təhsil və mədəniyyətin təkmilləşdirilməsi və kütləvi informasiya vasitələri 

ilə  kənd  əhalisinin  aqroekoloji  məlumat  üçün  çıxış  əldə  etməsi  məqsədilə  Qırğızıstan  kənd 

periferiyasında İnternet bağlantısının yaradılması; 

•  Məhsul  suvarılması  rejiminin  müəyyənləşdirilməsində  yeni  metodların  tətbiqi  üçün 

araşdırmaların  artırılması  və  suyun  artıq,  səmərəsiz  istifadəsi,  su  kəsilməsi  və  torpaqların 

şorlaşmasının qarşısının alınması; 

• Mərkəzi Asiyada dağ otlaqlarının davamlı idarə edilməsi üçün GEF maliyyələşdirilməsi ilə 

regional proqramın inkişaf etdirilməsi.   

 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin