Eylül 2016 İstanbul/Türkiye


Nəvaidə Yəsəvi və yəsəvilik



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə17/59
tarix18.01.2017
ölçüsü6,61 Mb.
#5811
1   ...   13   14   15   16   17   18   19   20   ...   59

2. Nəvaidə Yəsəvi və yəsəvilik

Ə.Nəvai ustadı Ə.Caminin “Nəfahət ül-üns” əsərini cığatay türkcəsinə çevirərkən 

mətnləri yenidən xeyli dolğunlaşdırır  və 152 məşhur sufi şair haqqında  əlavə edir. 

Ə.Nəvai “Nəsaim ül-məhəbbət” (1495/96)adlandırdığı bu əsərində bəhs etdiyi 770 

sufi şeyxdən biri də Xoca Əhməd Yəsəvidir. 

Tədqiqatda Həzrət Əlişir Nəvainin “Nəsaim ül-məhəbbət”əsərində Xoca Əhməd 

Yəsəvi və onun müridlərinin təqdimi dərəcəsindən, dini-fəlsəfə tarixində, elmi və su-

filik mərtəbəsində hansı mövqedə olmasından bəhs edilir.  



Geçmişten Geleceğe Hoca Ahmed Yesevî 

 189


Dövrünün  sufi  mütəfəkkirlərinə  Ə.Yəsəvi  misalında  Ə.Nəvainin  baxışı  500  il 

əvvəl və günümüzdə necə tanınması maraqlı məsələdir.

Hələ 1491-ci ildə yazdığı “Məcalis ün-nəfais” təzkirəsinə nəvaişünas alim, pro-

fessor Suyima Qəniyeva yazdığı şərhində qeyd edir: “Xoca Yusif Həmədani – əsil 

adı Əbu Yaqub alim və məşhur şeyxlərdən olub. Bağdad, İsfahan və Səmərqənddə 

hədislərini eşitdim, zamanının tanınmış alimləri ilə  söhbətləri var. Heratda da yaşa-

mışdır. Sonralar Mərvə qayıtmış və orada dünyadan köçmüşdür. Əshabələri (dostları) 

arasında Əhməd Yəsəvi və Əbdülxaliq Qucdüvaninin olması haqqında mənbələrdə 

məlumatlar var” (13,693).

“Nəsaim  ül-məhəbbət”  əsəri  orta  əsrelmi-ədəbi  yazı  ənənələrinə  uyğun  olaraq 

“Bismillahir-Rəhmanir-Rəhim”lə başlayır.Daha sonra əsərin girişində müəllif yazır: 

“Həzrət ustadım, səyyadım, hüccətim, məhdumum və şeyxülislamım Mövlana, millət 

və din nurum – Əbdürrəhman Caminin – (ona Allahın rəhməti, mərifəti, salamı və 

rizası olsun) “Nəfahət ül-uns” kitabını tam tərtibinə nail oldum.”

Allah təalanın köməyi ilə bu müqəddəs işi başa vurdum. Həzrət Şeyx Fəridəddin 

Əttarın “Təzkirət ül-övliya” əsərindən bəzi məşhur şeyxülislamlarından, yüksək elm-

lihind övliyalarından və bir çox başqa isimləri bu əsərə əlavə etdim” (14,90).

Elə bu hissənin davamı olaraq Klassik Şərq ədəbiyyatında olduğu kimi, müəllif üç 

yarımbaşlıqda “Minacat” təqdim edir.

Təzkirəçilik tarixində önəmli yer tutan, bu yazıda adlarını çəkdiyim və çəkmədiyim 

əsərlərlə tanışlıq Nəvainin elmi-nəzəri görüşlərinə, ədəbi-estetik baxışlarına, dünyəvi-

fəlsəfi sirlər aşiqliyini öz təsirini göstərdiyindən, onların fikir dünyasından faydalan-

dığını, gələcək nəsil üçün də mötəbər mənbə olacağını düşünərək bu sahədə qələmini 

sınamışdı. Təbii ki, o ustadı Ə.Caminin “Nəfahət ül-üns min-həzarət əl-qüds” əsərini 

fars dilindən cığatay türkcəsinə tərcümə etmək fikrində olur. Əsərin giriş hissəsində 

özünün  də  vurğuladığı  kimi,  Ə.Caminin  sağlığındakən  bu  əsəri  cığatay  türkcəsinə 

çevirmək istəyimürşid-mürid arasında söz olmuşdu. Ömürvəfa etmədiyindən Cami 

bu işin nəticəsini görə bilmədi. Əsərin giriş hissəsində Nəvai bu məsələyə toxunur.

Əsərdə  ilk  yazı  “Şeyx  Üveys  Karani”yə  həsr  edilmişdir.  Şeyx  Üveys  qeyri-adi 

istedadı,  müdrik  kəlamları,  nəsihətləri,  irfani  baxışları  ilə  övliyalar  sırasında  uca 

məqam tutmuşdu. Onun dinlənildikcə dinlənilən nəsihətləri məzmunu ilə bu gün də 

aktualdır. Bir nəsihətamiz söhbətini diqqətə yetirirəm: “Bir nəfər deyir:

– Ya Üveys, bir nəsihət söylə. 

– Allah-təala səni bilirmi? 

– Bəli, bilir. 


190  

Geçmişten Geleceğe Hoca Ahmed Yesevî

–  Elə  isə,  Allahdan  qeyrisi  səni  bilməsin.  Allah-təalanın  bilməsi  sənin  üçün 

kifayətdir” (14,99). 

Onu  da  xüsusilə  qeyd  etmək  istəyirəm  ki,  əsərdə  770  sufi  şair,  elm-irfan  əhli 

haqqında  verilən  mənbələrin  (hətta  ustadı  Camiyə  ehtiram  olaraq  tərcümə  kimi 

təqdim etsə belə) hamısı yenidən nəzərdən keçirilmiş, hər bioqrafik hekayətə əlavələr 

edilmiş, bəzən hədislərlə, nəsihətlərlə zənginləşdirmiş, həmin şəxsin elmi-nəzəri ya-

radıcılığının,  fikir  dünyasının  ən  vacib  xüsusiyyətini  önə  çəkmiş  və  şəxs  –  övliya 

haqqında mükəmməl qaynaq təqdim etmişdir. Bəzən bir müəllif haqqında cəmi iki-üç 

cümlə verib, amma o cümlələrdən çox zəngin informatik-elmi məxəz onun həyatının 

məzmun qayəsini əldə etmək olur.

Əsərdə Xoca Əhməd Yəsəvinin adı keçən bioqrafik-hekayətləri aşağıdakılardır:

441. Xoca Yusif Həmədani (q.t.s. – kaddasalloxu taolo sirraxu – Allah təala onun 

sirrini müqəddəs qılsın)

448. Kusam Şeyx (r.t. – raximaxulloxu taolo – Allah təala ona rəhm qılsın)

481.  Şeyx  Rəziyuddin  Əli  Lolo  Qəznəvi  (q.s.–  kuddisa  sirruxu  –  onun  sirri 

müqəddəs qılındı)

611. Xoca Əhməd Yəsəvi (Xoja Ahmad Yassaviy) (q.t.s.– kaddasalloxu taolo sir-

raxu – Allah təala onun sirrini müqəddəs qılsın)

612. Kutbiddin Heydər (q.s. – kuddisa sirruxu – onun sirri müqəddəs qılındı)

613. Hakim Ata (r.t. – raximaxulloxu taolo – Allah təala ona rəhm qılsın)

614. Ismail Ata (a.r. – alayxir-raxmax – ona (Allahın) rəhməti olsun)

637. Keşliğ Ata (a.r. – alayxir-raxmax – ona (Allahın) rəhməti olsun)

639. Səyyad Ata (a.r. – alayxir-raxmax – ona (Allahın) rəhməti olsun)

640. Bobi Mo Hüseyin (a.r. – alayxir-raxmax – ona (Allahın) rəhməti olsun)

Amma  əsərlə  tam  tanış  olduqda,  daha  zəngin  təəssürata  dolursan.  Belə  ki, 

Yəsəvinin müasirləri, əshabələri, müridləri, yəsəvilik təriqətinin davamçıları əsərdə 

geniş yer alıbdır. Bu o deməkdir ki, Nəvai Yəsəvi irsinə dərindən bələd olub, onun 

mənimsədiyi bütün irfani elmlərin dərinliyinə də gedib çıxa bilibdir.

Yəsəvi türk övliyalarının ilk məktəbi hesab olunduğu kimi, haqqında söhbət gedən 

“Nəsaim ül-məhəbbət”də türk təzkirəçilik tarixində ilk əsər hesab olunur.

Bu gün də Əhməd Yəsəvi, Xacə Əhməd, Qul Xacə Əhməd, Piri-Türkistan adları 

ilə də tanınan Xoca Əhməd Yəsəvi haqqında Nəvai “Nəsaim ül-məhəbbət” əsərində 

yazdığı hekayətin məzmunu belədir:

Xoca Əhməd Yəsəvi (Xoja Ahmad Yassaviy) (q.t.s.): Türküstan mülkünün  bü-

tün şeyxlərinin böyüyü, məqamı ali və məşhur, kəraməti və Allah tərəfindən verilmiş 


Geçmişten Geleceğe Hoca Ahmed Yesevî 

 191


Alilik dərəcəsi böyükdür. İmam Yusif Həmədaninin (k.s.)  müridlərindəndir. Xoca 

Əbdülxaliq Qucdüvani (k.s.) ilə söhbət tutubdur. Xoca Abdulla Barki və Xoca Həsən 

Əndaki ilə birgə İmam Yusif  Həmədaninin (r.t.) müridlərindəndir. Amma bunların 

hamısı  yüksək  mərtəbəyə  –  imam  rütbəsinə  qədər  məharətlərini  çatdırıblar.  Şeyx 

Rəziyəddin Əli Lolo (k.s.),  Şeyx Nəcmuddin Kubro  xocalar Əhməd Yəsəvinin hü-

zuruna gediblər, onun məktəb – mədrəsəsində olublar, söhbətlərə, nəsihət və hədislərə 

qulaq asıblar. Onun məzarı Türküstandadır, Yassi deyilən yerdəki, həmişə onun möv-

lud və xatirəsi anılıb. Türküstan əhlinin qiblə duasıdır (14,300-301). 

Qısa məzmunlu bu təqdimatda Yəsəvinin dövründə uca məqamı, hörməti, elmi, 

təfəkkürü, Allah sevgisi, təhsili, ustadı, dövrünün məşhur şeyxləri ilə həmkarlığı (on-

ların hər biri məktəb olub), özünəməxsus olan yeni təriqəti, orada yetişən şagirdlər, 

cismani torpağının məkanı və nəhayət, elin “qiblə duası” deyə ali tituluna işarətlər 

verib. Bir növ işarətlər hekayəsi də demək olur.

Əsərdə  Yəsəvinin  ustadı,  böyük  mütəfəkkir  Xoca  Yusif  Həmədani  haqqındakı 

hekayət irihəcmdədir: Xoca Yusif Həmədani: “Əsil adı Əbu Yaqubdur (imam, arif, 

din alimi, gözəl halları, çox əliaçıq, yüksək kəramət və rütbələri vardı), elmi, fəziləti 

və kəramətləriylə İslam dünyasında tanınıb, çox sevilmişdi. Gənc  yaşında Bağda-

da gəlib, fiqh elmini Əbu İshaq Şirazi  məclisindən öyrəndi. Kiçik yaşlı olmasına 

baxmayaraq, Əbu İshaq ona xüsusi qayğı göstərirdi. Bunun və digər fiqh alimlərinin 

dərslərinə davam etməklə, Hənəfi məzhəbində fiqh və münazirə alimi oldu. İsfahan və 

Səmərqənddə, zamanın məşhur hədis alimlərindən hədis elmini öyrəndi. Təsəvvüfü 

Əbu Əli Fərmadiqədir həzrətlərindən öyrənib, onun söhbətində yetişərək kamala çat-

dı. 

Abdulla Cuveyni, Həsən Simnani və bir çox böyük övliyalarla görüşüb, söhbət 



etdi. Onlardan elm öyrəndi. Piyada olaraq otuz yeddi həcc etdi. Quranı Kərimi saysız 

xətm etdi. Təfsir, hədis, kəlam və fiqh elmindən yeddi yüz cüz əzbərləmişdi. İki yüz 

on üç mürşidi-kamil istifadə etdi. Xıdır əleyhissalam ilə çox söhbət etdi (14,300-301).

İslam tarixində tanınmış alim və övliya Xoca Yusif Həmədanı (1048-1140) Orta 

Asiyada  təsəvvüfün  yayılma  ənənəsini  qoymuşdu.  O,    Mərv  və  Buxarada  açdığı 

mədrəsələrdə bir çox şagirdlər, daha doğrusu, yeni nəsil yetişdirdi. Bu məktəbin – 

Buxara  məktəbinin yetişdirmələri arasından sonralar dörd isim-ad tarixə özünəməxsus 

“naxışlarını” vurdu: Xoca Abdulla Bərki, Xoca Həsən Əndaki, Xoca Əhməd Yəsəvi 

və Xoca Əbdülxaliq Qucdüvani. 

Xoca Yusif Həmədani  Mərv şəhərində bir müddət qalıb Herata gedir və uzun za-

man orada qalır. Sonra təkrar Mərvə gəlib, bir müddət qaldıqdan sonra təkrar Herata 


192  

Geçmişten Geleceğe Hoca Ahmed Yesevî

dönür.  92 yaşlı Xoca Yusif  Heratdan Mərvə gedərkən yolda vəfat edir. Qəbri Mərv 

şəhərindədir, indi də ziyarət məkanıdır” (14,300-301)(Bunlar əsərdən iqtibasdır).

X.Ə.Yəsəvinin mürşidi X.Y.Həmədani orta boylu, buğdayi bənizli, qumral saqqal-

lı, zəif bir şəxs olub. Əlinə nə keçsə möhtaclara verir, kimsədən bir şey istəməzdi. Hər 

kəsə qarşı çox iltifat edər, yumşaq və mərhəmətli davranırdı. Yolda gedərkən belə Qu-

ran-ı Kərim oxumaqla məşğul idi. “Xoş-du” deyilən yerdən, məscidə gələnə qədər bir 

xətm oxuyar, məscid qapısından Həsən Əndaki və Əhməd Yəsəvi evinə çatana qədər 

Bəqərə surəsini oxuyardı. Geri dönərkən Ali-İmran surəsini bitirirdi. Arada bir üzünü 

Həmədana çevirir və çox ağlayardı. 

Xoca Yusif Həmədaninin vəfatından sonra irşad vəzifəsinə – mərtəbəsinə Abdulla 

Bərki, onun da vəfatından sonra Şeyx Həsən Əndaki tutur, Şeyx Həsən Əndaki də dün-

yasını dəyişdiyində həmin mərtəbəyə Əhməd Yəsəvi keçmişdir. Lakin bir müddətdən 

sonra  Yəsəvi  bu  məqamı  Şeyx  Əbdülxaliq  Qucdüvaniyə  verərək  Yəsiyə  dönmüş, 

həyatının  sonuna  qədər  burada  irşada  davam  etmişdir.  “Şeyx Yusif  Həmədani  sufi 

görüşləri əsasında Xoca Əbdülxaliq Qucdüvani Xocaqon  təriqətini yaratdı. Sonra bu 

təriqət Bəhaəddin Nəqşbəndin (əsl adı: Məhəmməd bin Məhəmməd ül-Buxari, XIV 

əsr) dövründə geniş yayılıb, nəqşibəndiyyə qolunu təşkil etdi (10,9)”.

Buxarada  Şeyx  Yusif  Həmədanidən  aldığı  təsəvvüf  təlimlərini  dünyanı  fəlsəfi 

dərki  baxışını  bilikləri  ilə  təkmilləşdirərək,  mükəmməlləşdirərək  burada  öz  sufi 

təlimini Yəsəviyyə adı ilə davam etdirdi.

“Yəsəviliyin əsaslarını tövhid, şəriət və sünnətə bağlılıq, riyazat (bədəni zərurət 

dərəcəsində bəsləmək yolu ilə nəfsi tərbiyə etmək üsulu) və mücadilə, gizli ibadətə 

çəkilmək və zikr təşkil edir. Bundan əlavə, camaatla birgə namaz qılmaq, səhər vaxt-

ları  oyaq  qalmaq,  bütün  günü  dəstəmazlı  olmaq,  özünü  hər  an Allahın  hüzurunda 

hiss etmək Yəsəviliyin davamçılarının müntəzəm olaraq əməl etməli olduqları əsas 

prinsiplərdəndir” (11,10).

Kusam Şeyx (r.t.): “Ul turk mashoyixidindur. Xoja Ahmad Yassaviy q.s. xonado-

nidindur. Xoja Bəhaəddin ul soz mujibiki, Mir Sayyid Kulolalarga ijozat berganda 

deb erdiki har qayondin royihai dimogingizga yetsa, talabda taqsir qilmayg” (14,305)! 

Kusam Şeyx türk şeyxlərindən olub, Xoca Əhməd Yəsəvi təriqətindəndir.

Şeyx Rəziyəddin Əli Lala Qəznəvi k.s.:  O Əli b. Səid b. Əbdülcəlil Lolo Qəznəvi. 

Və bu Şeyx Səid ki, Şeyx Əli Lalanın atasıdır. Hakim Sanainin əmizadəsidir. Həcc 

niyyətilə  Xorasana  gəlibdi.  Və  Əbu  Yaqub  İmam  Yusif  Həmədaninin  söhbətini 

dinləyibdir. Bu vaxt Şeyx Nəcməddin Kubro hədis toplamaq üçün Həmədana gəldi. 



Geçmişten Geleceğe Hoca Ahmed Yesevî 

 193


Şeyx Əli Lalanı tapıb bir məclisdə oldular...  Şeyx Əli Lala Türkistanda idi (14,342-

344).


“Həsənoğlu anadilli poeziyamızın ilk qüdrətli təmsilçilərindən biri kimi məşhurdur. 

XIV əsrin tatar-qıpçaq şairi Seyfi Sarayi (1321-1396) Şeyx İzzəddinin “Apardı kön-

lümü...”  qəzəlinə  nəzirə  yazmış,  həm  həmin  qəzəlin,  həm  də  nəzirə  S.Saraylının 

Sədi Şirazinin “Gülüstan” əsərini türkcəyə etdiyi tərcüməyə əlavə olunmuşdu. Bu o 

deməkdir ki, Həsənoğlu ya S.Saraylı ilə çağdaş idi, ya da ondan əvvəl yaşamışdı. İkin-

ci daha mötəbər dəlil isə odur ki, Həsənoğlunun mürşidi Şeyx Cəmaləddin Əhməd 

Zakirin mürşidi, yəni Şeyx İzzəddinin mürşidinin mürşidi  olmuş Şeyx Rəziyəddin 

Əli Lala (1170-1245) miladi tarixlə 1245-ci ildə vəfat etmişdir (9,13).

  İzzəddinin  mürşidi  olmuş  Şeyx  Camaləddin  Əhməd  Zakir  (16,237)  görkəmli 

təriqət rəhbəri, öz dövründə “Şeyxuş-şuyux”, “Şeyx ül-islam” sayılan Rəziyəddin Əli 

ibn Səid ibn Əbdül Cəlil əl-Lala əl-Qəznəvinin (1170-1245) mürid və xəlifələrindən 

olmuşdur. Şeyx Rəziyəddin Əli Lala isə öz növbəsində şöhrətli sufi, təsəvvüfdə mü-

hüm qollardan olan “Kübrəviyyə”nin müəssisi Şeyx Nəcməddin Kübra əl-Xarəzminin 

(1145-1226) müridi və onun xanəgahına bağlı bir şəxs kimi tanınmışdır. Eyni zaman-

da Şeyx Rəziyəddinin atası Şeyx Səid Lala əl-Qəznəvinin tanınmış təriqət şairi və 

mütəsəvvüf poeziyanın ən istedadlı nümayəndələrindən sayılan Həkim Sənai Qəznəvi 

(1071-1141) ilə əmioğlu olduğu barədə məlumatlar var. Qaynaqların verdiyi bu so-

rağa əsasən, Şeyx Rəziyəddinə həkim Sənai Qəznəvinin səcərə etibarilə eyni nəslə 

mənsub olduğunu söyləmək mümkündür. 

Yaxın və Orta Şərq ədəbiyyatında Şeyx İzzəddindən başqa Həsənoğlu təxəllüslü 

başqa bir şair bəlli deyil. İkincisi isə Həsənoğlunun ideya sələfi və mürşidinin mür-

şidi Şeyx Rəziyəddin Əli Lala türk təsəvvüf poeziyasının ustad sənətkarlarından və 

tanınmış  ürfan  başçılarından  Şeyx  Əhməd Yəsəvinin  məslək  və  əqidə  yolu  ilə  bir 

şəxs  XIII-XIV  əsrlər  anadilli  lirik  şeirimizin  inkişaf  yolu  olmuş,  hətta  bir  müddət 

Yəsəvi  xanəgahında  hikmət  öyrənmişdi.  Ə.Yəsəvi  isə  əruz  vəznli  şeirlərlə  yanaşı, 

heca vəznində təsirli ilahi nəfəslər söyləmişdir. Deməli, İ.Həsənoğlu öz yaradıcılığın-

da həm əruzun, həm də formaca Əhməd Yəsəvinin irsindən bəhrələnə bilərdi, çünki o 

etiqadca Yəsəviliyə yaxın bir sənətkar idi (4,13-15). 

Qütbiddin Heydər (q.s.): Yəsəviliklə qələndəriliyin sintezindən yaranan heydərilik 

təriqətinin banisi isə 1221-ci ildə vəfat etmiş Qütbiddin Heydər  idi. Türklər arasın-

da geniş yayılmış təriqətlərdən olub, monqol istilasına qədər Orta Asiya, Xorasan və 

Azərbaycanda böyük nüfuza sahib idi.  XIII əsrdən Anadoluda yayılmağa başlayan 

heydərilər qələndərilərlə eyni inancı və həyat tərzini bölüşürdülər. Səfəvilik təriqəti 


194  

Geçmişten Geleceğe Hoca Ahmed Yesevî

heydəriliyin bir növ sonrakı forması idi. Türkiyə Səlcuqlu dövlətinin paytaxtı Konya-

da Hacı Mübarək adlı heydəri dərvişinin dərgahı vardı. Mövlana Cəlaləddin Rumiyə 

dərin təsir göstərən bu heydəri şeyxinin yaxın dostlarından biri də Şeyx Məhəmməd 

Heydəri  olmuşdu.  Bağbanlıqla  məşğul  olan  həmin  şeyx  kəramətləriylə  məşhur  idi 

(14,438).

Anadoluya  Xarəzmdən  gələn  yəsəvi  dərvişləri,  Xorasandan  köçən  Qütbiddin 

Heydər dərvişləri söylədikləri türkcə şeirlərlə müridlərinə önçülük etmişlər.

Hakim Ata (r.t.):Adı Süleymandır, Xoca Əhməd Yəsəvinin mürididir.Süleyman, 

hələ kiçik yaşlarından ustadlardan dərs almağa başlayır. Təbii ki, o zamanların təbirinə 

uyğun olaraq, ilk dərsinə Qurani Kərimlə başlayır. Məktəbə gedərkən Quranı Kərimi 

yanında yox, başı üstündə götürərmiş. Müqəddəs kitaba belə bir sayğı göstərən uşaq 

hər  dərsdən  çıxarkən  arxasını  da  məktəbinə  çevirməzmiş.  Bir  gün  onun  bu  halını 

Xoca Əhməd Yəsəvi həzrətləri görür və bəyənir.  Süleymanı yanına alır (təbii ki, ilk 

mürşidinin və valideynlərinin izni ilə), on yaşında Əhməd Yəsəvi həzrətlərinə tam 

razı qaldığı halına gəlir (14,439).

Günlərin birində Xızr ə.s. Xoca Əhməd Yəsəvinin yanına gəlir. Xoca bir neçə uşa-

ğı odun toplamağa göndərir. Odunları toplayıb qayıdınca yağış yağır, bütün toplanan 

odunlar islanır, həmin uşaqların arasında olan Süleyman topladığı odunları paltarına 

büküb gətirir. Süleymanın gətirdiyi quru odunlar yanır, digər odunlar da həmin odun 

təsiri ilə alovlanır. 

Xızr əleyhissalam ə.s. bu işin sirrini öyrəndikdən sonra Süleymandan razı qalır və 

bu hərəkətinə görə ona “Ey fərzənd, hakimanə iş gördün, bundan sonra adın Hakim 

olsun!” – deyir. Ona çoxlu xeyir-dualar edir. Hakim Süleymanın içi nura qərq olur. Xı-

dır əleyhissalam, onun feyzindən digər insanların da istifadə etməsini əmr buyurunca, 

hikmətlər (mənzumə) söyləməyə başladı. Əhməd Yəsəvi həzrətlərindən duyduqlarını 

şeirlərlə digər insanların yoldaşına ötürdü.

Həmin şeirlərdən birini Nəvai əsərdə göstərir:

Tiki turg´on butadur,

Borgonlarni yutadur.

Borg´onlar kelmas bo´ldi,

Magar manzil andadur(14,439).

Ismail Ata (a.r.): “Zaxiran Xoja Axmad Yassaviy (k.s.)ninq İbroxim ato otliğ inisi-

ninq uğlidur va xolaninq muridi va nazar kilğonidur va anqa muridu asxob bulubdur. 

Va karomatu makomat va xavoriki odot benixoyat va yeşi yuzqa   yakin. Va avlodi un 

etti ya on sekkiz var idi va olamdin utarda avlodiorasidin Osxok Atoni uz koyimma-


Geçmişten Geleceğe Hoca Ahmed Yesevî 

 195


komi kilib olamdan utubdur” (14,439). İsmayıl Ata Seyyid Atanın ən məşhur xəlifəsi 

mərtəbəsinə ucalmışdı.

Keşliğ Ata (a.r.): “Samarkandininq Keş otliğ mavzeidindur.Xamono yanqa yasok 

nisbati bor ekandur. Ul taklifdin xotiri malul bulub, Turkistonda XojaAxmad Yassaviy 

mazoriğa borib, riezatlar tortib, işiqa kuşodlar etqandur. Andin Çin mulkiqa tuşub, ul 

xalk muridi bulib, anda elqa peşvo bulubdur va mazori xamul mulkdadur va omorat 

va mujovirlar utayyindur” (14,443).

Seyyid Ata (a.r.): “Xoja Axmad Yassaviyninq karobatidur. Riyezat bila mujoxada-

lar tortibdur. İşi ul erqa etqan ekandurki, debdurki, mən va Axmad tenqaştuk, mən bi-

yikrak erdim. Ani bazi xam siedatka mansub kulubdurlar. Va turk ulusida “Ato” derlar. 

Va bu şoxrati bağoyat kupdur va davomiz suzi xam kup” (14,443).Seyyid Ata (əsl adı 

Əhməd) Türkistan övliyalarının böyüklərindən, Zəngi Atanın dörd böyük xəlifəsindən 

biri olub. Rəsulullah əfəndimizin (əleyhissalam) mübarək nəvələri Həzrəti Hüseynin 

nəslindəndir.    O,  Buxara  mədrəsələrində  elm  öyrənərkən  ruhunutəsəvvüf  aləminə 

təslim edir. Beləliklə, dörd ayrılmaz dost birgə elm və əməldə ixlas əldə etmək, ka-

mil  iman  sahibi  olmaq  qərarında  qətiləşirlər:sonralar  həmin  gənclər  Uzun  Həsən 

Ata, Sədrəddin Məhəmməd Ata və Bədrəddin Məhəmməd Ata adlarını daşıyırdılar. 

Bu dörd gənc, Buxarada mədrəsəni tərk edib, bir təsəvvüf alimi axtarmaq üçün yola 

çıxırlar.

Uzun  elm-irfan  yolu  qət  etdikdən  sonra  könlündəki  pərdələri  açılır,  irşad 

mərtəbəsinə çatır, naxışları kamal mərtəbəsinə qovuşur. 

Əhməd Yəsəvi həzrətlərinin, zəngin Ata silsiləsiylə gələn yolunun davamını təşkil 

edən ikihalqadan biri olur.

Bobi Mo Hüseyin (a.r.): “Kibari maşoyixdundir. Derdurlar ki, Xoja Axmad Yas-

saviy (k.r.)ğa kiçik erkanida tarbiyat kilğandur. Va aninq xonavodasin buzurqlukka 

Movarounnaxr eli musallam tutubdurlar” (14,443).

Deməli, Həzrəti Əlişir Nəvai “Nəsaim ül-məhəbbət” əsərində on təsəvvüf aliminin 

hekayətində Xoca Əhməd Yəsəvinin (özü də daxil olmaqla) adını xüsusi olaraq qeyd 

edir (Xoca Yusif Həmədani, Kusam Şeyx, Şeyx Rəziyuddin Əli Lala Qəznəvi, Xoca 

Əhməd Yəsəvi, Kutbiddin Heydər, Hakim Ata, Ismail Ata, Keşliğ Ata, Seyyid Ata 

və Bobi Mo Hüseyin) və həmin məşhur sufi şeyxlərdən bəhs edərkən onları Əhməd 

Yəsəvinin  müdirləri  deyə  hörmətlə  təqdim  edir.  Bəzən  iki  cümləlik  təqdimatda 

X.Ə.Yəsəvinin adını çəkməklə o şəxs haqqında tam təsəvvür əldə etmək mümkün olur. 

Amma bu o demək deyil ki, Yəsəvi izi elə bu on övliyanın bioqrafisindən ibarətdir. 



196  

Geçmişten Geleceğe Hoca Ahmed Yesevî

Əhməd  Yəsəvinin  cox  sayda  xəlifəsi  vardı. Arslan  Babanın  oğlu  Mənsur Ata, 

Mənsur Atanın oğlu Əbdül-məlik Ata, Xarəzmli Səid Ata və Türklər arasında böyük 

şöhrət və nüfuz qazanan Süleyman Hakim Ata ən çox bilinənlərdir. Yəsəvi təriqətinə 

mənsub bütün  alim və üləmalar, məşhur şeyxlər haqqında əsərdə kifayət qədər rast-

laşmaq olur.  Məsələn, “İsxok Ata (a.r.): Çun atosiğa xalafu xalifa va koimi makom 

erdi. Muridu asxobka peşvolik kilib, atosi zikru avrodiğa kavm kurquzubdur va uz 

zamonida muktado ermiş” (14,439).  Bu cür misallardan çox qeyd edə bilərik.

Ümumiyyətlə,on  hekayətə  daxil  edilən  bu  mübarək  ad  –  X.Ə.Yəsəvi  ismi  əsər 

boyu 18 dəfə təkrarlanır. 

Əhməd  Yəsəvi  XI  əsrin  məşhur  mütəfəkkir  şairi,ortaq  türk  ədəbiyyatında  ilk 

mütəfəkkirlərdən biri, türk dilində sufizm ədəbiyyatının ilk yaradıcılarındandır.Bəli, 

belə ilklərin ardınca xüsusi qeyd edəcəyim daha bir fakt var: Həzrət Əmir Əlişir Nəvai 

türk ədəbiyyatı tarixində ilk dəfə türk dilində təzkirə (“Məcalis ün-nəfais”) yazmış-

dır.  “Nəsaim  ül-məhəbbət”  əsəri  ilə  daha  mükəmməl  bir  təzkirənin  araya-ərsəyə 

gəlməsinə  nail  olmuşdur.  Ə.Yəsəvinin  türk  ədəbiyyatı  tarixindəki  bu  xidmətləri 

təbii  ki,  Ə.Nəvainin  qürur  duyduğu,  elmi-fəlsəfi  düşüncələrinə,  irfani  baxışlarına 

heyranlıqla  müraciət  etdiyi  mənbəyə  çevrilmişdir. Təzkirə  (ərəbcə,  zikr  –  yadasal-

ma mənasında), Şərqdə sufi mürşidlər, ustad ədib və sənətkarlar, onların əsərləri və 

bioqrafiyası haqqında verilən əsərlərdir. Ə.Nəvainin yazdığı hər iki təzkirə bu gün 

təsəvvüf  tarixində  ilkin  qaynaq  kimi  etibarlı  və  dəyərlidir.  Şərq  ədəbi  təzkirəçiliyi 

yığcam və ensiklopedik xarakterdəolmuşdur.

Ümumiyyətlə,  Teymurilər  hakimiyyəti  X.Ə.Yəsəvi  şəxsiyyəti  və  irsini  öz  uca 

məqamında daim anmışdır. Təsadüfi deyil ki, Əmir Teymur 1389-ci ildə Xoca Əhməd 

Yəsəvinin qəbri üstündə əsrarəngiz tarixi memarlıq abidəsi– gözəl məqbərə tikdirmiş-

di. Həmin abidə bu günəcən qorunub saxlanmışdır.

Əhməd  Yəsəvi  ədəbi  şəxsiyyətindən  daha  çox  fəlsəfi  şəxsiyyəti  ilə,  tarixi 

həyatından  çox  mənkibələrdə  söylənən  həyatı  ilə Türküstanın  mənəvi  cəhətdən  ən 

əhəmiyyətli simasıdır. Onun kimi geniş bir sahədə əsrlərlə təsirini davam etdirə bilmiş 

başqa şəxsiyyət göstərmək mümkün deyildir.

Əhməd Yəsəvinin (Əhməd bin İbrahim bin İlyas Yəsəvi) əsas əsəri hesab olunan 

“Divani-hikmət” əslində müəllifdən əsrlərcə sonra Yəsəvi dərvişləri tərəfindən tərtib 

edilmişdir. Bu səbəbdən əsərin mətninin dili XI əsrin deyil, daha sonrakı yüzilliklərin 

dil  xüsusiyyətlərinə  malikdir.  “Divani-hikmət”  qafiyə  sistemi  və  vəzn  baxımından 

qoşmalara bənzəyən dördlüklərdən və əruz vəznində yazılmışqəzəllərdən ibarətdir.



Geçmişten Geleceğe Hoca Ahmed Yesevî 

 197


  “Divani-hikmət”  əsərindəki  hikmətlərdən  onun  həyatı  haqqında  bir  çox 

məlumatları  almaq  mümkündür.  X.Ə.Yəsəvi  ərəb  və  fars  dillərinə  dərindən  bələd 

olmasına  baxmayaraq,  “Divani-hikmət”-  cığatay  türkcəsində  və    sadə  xalq  dilində 

ya. O, əsərdəki mənzumələr vasitəsilə İslamın əsaslarını, şəriətin hökmlərini, ədəb və 

qayəsini, mahiyyətini xalqa çatdırırdı və həmin mənzumələrinə hikmət adlandırmışdı. 

Zahid olma, abid olma, aşiq ol, 

Möhnət çəkib eşq yolunda sadiq ol,

Nəfsi təpib dərgahına layiq ol,

Eşqsizlərin həm canı yox, imanı yox.

Eşq sevdası kimə düşsə rüsva qılar,

Pərtöv salıb haq özünə şeyda qılar,

Məcnun sifət ağlın alıb Leyli qılar,

Allah haqqı bu sözlərin yalanı yox.

Qul Xacə Əhməd candan keçib yola gir,

Ondan sonra ərənlərin yolun sor,

Allah debən yolunda canın ver,

By yolda can verməsən imkanı yox(2,53-54).

Xoca Əhməd Yəsəvi Peyğəmbərimizə (s.ə.v.) olan sonsuz məhəbbətini “Divani-

hikmət”ində belə təsəvvür edir: “Bir yaşımda ikən ruhlar mənə hissə verdi. İki yaşım-

da ikən peyğəmbərlər gəlib gördü. Üç yaşımda ikən qırxlar gəlib halımı soruşdu. Dörd 

yaşımda Baba Arslandan xurma aldım. O səbəbdən də 63 yaşımda yerə ( məzara) 

girdim”.


Prof.Dr.Buludxan Xəlilovun “Türkün hikmət xəzinəsi. Xoca Əhməd Yəsəvi” (21) 

adlı məhəbbətlə yazdığı kitabındakı kimi, Xoca Əhməd Yəsəvi və onun hikmətlər 

dünyası (“Divanı hikmət”) Türküstandan doğan bir türk günəşi kimi uca Yaradanın 

əmrlərinə bütün varlığı ilə bağlı olması, hər şeyini bu yolda fəda etməsi yüz minlərlə 

insanın qəlbində iman nurunun yanmasına səbəb oldu. 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin