Şəkil 1.
Mümkünsə, doğuşdan sonra ən qısa vaxtda gipsə başlanılır(7-10 gün). Əyripəncəlik deformasiyalarının çoxu manipulyasiya sonrası həftəlik tətbiq edilən gips sarğıları ilə təqribən 6 həftəyə düzəlir(Şəkil 2.a,b). Əgər altı-yeddi gips sarğısı sonrası deformasiya düzəlmirsə, müalicədə xəta vardır. Məqsəd uşaq doğulduqdan sonra bir neçə həftə içində müalicəyə başlamaqdır. Buna baxmayaraq, deformasiyanın düzəldilməsi çox vaxt gec uşaqlıq dövründə də mümkündür. Erkən uşaqlıq dövrünə qədər gecikdirilmişlərdə də müalicəyə Ponseti metodu ilə başlana bilər. Bəzilərinə cərrahi müdaxilə lazım olur, amma Ponseti metodu tətbiq edilənlərdə cərrahi müdaxilənin ölçüsü tətbiq edilməyənlərə görə daha kiçik olur.
Ayaq güclü, elsatik və ağrısız olmalıdır. Bu düzəlmə xəstənin həyatı boyu davam etməsi üçün nəzərdə tutulur. Bu müalicə ilə uşaqlıq dövrü üçün normal funksiyaya malik və yetkinlik dövrü üçün ağrısız, hərəkətli ayaq təmin olunur.
Uğurlu müalicə ayağın sərtliyindən, cərrahın təcrübəsindən və ailənin diqqətindən asılıdır. Əksəriyyət hallarda, xəstələrin 95%-indən çoxunda uğurlu nəticə əldə edilir. Uğursuzluq daha çox ayaq altında və ayaq biləyi üstündə görülən dərin qırışı olan, ağır kavusu və qısa, fibrozisə uğramış baldırın üçbaşlı əzələsi olan sərt ayağa malik xəsətlərdə görülür. Ponseti metodu artroqripozis, mielomeninqosel, Larsen sindromu və digər sindromlu uşaqlara da tətbiq edilə bilər. Düzəlmə daha uzun çəkdiyi üçün müalicə daha çətindir. Xüsusilə mielodisplaziya kimi hiss qüsuru olan uşaqlarda dəridə yaralar əmələ gətirməmək üçün diqqətli olmaq lazımdır.
a. b. c.
Dostları ilə paylaş: |