ƏYRİPƏNCƏLİK(talipes equinovarus): MÜASİr ponseti metodu iLƏ MÜALİCƏ



Yüklə 1,63 Mb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#1829
1   2   3   4
Şəkil 2.

Əyripəncəliyin çoxu qısa manipulyasiya və sonra maksimum düzəlmiş vəziyyətdə gips sarğısıyla düzəldilə bilər. Təqribən beş ardıcıl tətbiq edilən gips sarğısı sonrası kavus, adduksiya və varus düzəldilir. Ekin deformasiysının düzəldilməsi üçün dəri üzərindən axil tenotomiyası demək olar ki, bütün hallarda tətbiq edilir və ayaq sonuncu dəfə 3 həftəlik gips sarğısına alınır. Bu düzəlmə ayaq abduksiya cihazına qoyularaq gecə şinalaması ilə qorunur və uşaq 2-4 yaşına çatana qədər davam etdirilir.

Gips sarğılarına son verildikdən sonra ayaq 60-70º-yə qədər abduksiyaya gətirilməlidir(bud—ayaq oxu). Ponsetinin müalicə protokoluna görə bundan sonra ayağı abduksiya və dorzifleksiyada tutan şinaya qoymaq lazımdır(Şəkil 2.c). Bu şina barmaq ucları açıq iki ayaqqabını birləşdirən çubuqdan ibarətdir. Tək tərəfli əyripəncəlikdə şina içində müalicə edilmiş tərəf 60-70º və normal tərəf 30-40º bayır rotasiya vəziyyətində tutulur. İki tərəfli əyripəncəlikdə isə hər iki tərəf 70º bayır rotasiyada tutulur. Daban sümüyü və ön ayağı abduksiyada tutmaq və residivlərin qarşısını almaq üçün müəyyən dərəcədə ayağın abduksiyada tutulması lazımdır. Ayağın medial hissəsindəki yumşaq toxumalar şina istifadə edildiyi təqdirdə uzana bilər. Uşağın dizlərini hərəkət etdirərək baldırın üç başlı əzələ vətərini gərə bilməsi üçün şinada dizlər boşda qalır. Ayaqların abduksiyada və az bükülməsi eyni zamanda ayaqları dorzifleksiyaya gətirir. Çubuq uşağın ayaqlarını dorzifleksiyada tutması üçün aşağı doğru 5-10º qabarıq şəkildə bükülməlidir. Bu qastroknemius əzələsi və axil tendonunun gərilməsinə kömək edir. Ayaq biləyi-ayaq ortezləri(AFO) ayağı sadəcə düz neytral dorzifleksiyada tutduğu üçün faydalı deyil. Ən sıx rastlanan xəta uşağı narahat edən ayaqlar arasındakı çubuğun qısa olmasıdır. Gips çıxarıldıqdan sonra şina 3 ay boyunca bütün gün(gecə və gündüz) taxılmalıdır. Bundan sonra uşaq gecələri 12 saat və gündüzləri 2-4 saat, cəmi 14-16 saat taxmalıdır. Bu protokol uşaq 3-4 yaşına gələnə qədər davam etdirilir. Bəzən bu şinanı istifadə edərkən artıq daban varusu və bayır tibial rotasiyası inkişaf edə bilər. Belə hallarda həkim ayaqqabılarını bayır rotasiyasını 70º-dən 40º-yə qədər azaltmalıdır. Ponseti manipulyasiyası və dəri altından tətbiq dilən tenotomiya ilə müntəzəm əla nəticə əldə edilir. Buna baxmayaraq, şina proqramına düzgün riayət edilməzsə 80% hallarda residiv olur. Bunun əksinə, deyilənlərə əməl edən ailələrdə residiv cəmi 6%-dir (Morcuende et al.).



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin