Şəkil 3.
Əyripəncəliyin respublikamızda yayılmasına dair hər hansı bir araşdırma edilməmişdir. Amma apardığım qeydlərə əsasən bu xəstəlik Azərbaycanda da kifayət qədər görülməkdədir. Bu deformasiyanın müalicəsi bütün dünyada Ponseti metodu ilə aparıldığı üçün , məqsədimiz bu müasir metodun Azərbaycanda tətbiqinin genişləndirilməsidir. Əfsuslar olsun ki, özünü doğrultmayan gərəksiz cərrahi müalicə metodları respublikamızda hələ də tətbiq edilməkdədir. Əyripəncəliyin Ponseti metodu ilə müalicəsinə dair kitab azərbaycan dilinə tərcümə edildi. Bu kitab 2010-cu ildə Bakıda keçirilən Millli Ortopediya və Travmatologiya konfransında respublikamızın ortoped-travmatoloqlarına təqdim edildi. Bu kitab təqdim edildikdən sonra həkimlərimizin bu metoda son vaxtlarda marağı artmışdır. Klinikamızda son 1 ildə bu müalicə metodu ilə ondan çox xəstə sağlamlığına qovuşmuşdur(Şəkil 3).
Arzum bu patologiyası olan yenidoğulmuşların vaxtında düzgün diaqnozunun qoyulması, xəstələrin bu patologioya ilə məşğul olan mərkəzlərə yönləndirilməsi və müalicənin gec olmadan düzgün şəkildə və doğru metodla həyata keçirilməsidir.
Ten.Uzm.Dr. Rəşad Zeynalov
Dostları ilə paylaş: |