ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə25/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   ...   21   22   23   24   25   26   27   28   ...   53

251

 

şəkildə canlandırılıb. Burada M.Kaşğarinin “Divan”ında verilmiş 



bir parçanı təqdim etməklə kifayətlənmək olar: 

 

“Kış yay bilə tokuştı, 



Kınqır közün bakıştı, 

Tutuşkalı yakıştı, 

Utğalımat oğraşur. 

Qış yay ilə toqquşdu, 

Qızmış gözlə baxışdı, 

Tutuşmaqçun yaxlaşdı, 

Bir-birini udmağa əlləşir. 

Yay ilə qış bir-birilə döyüşə girişdilər, qəzəblə bir-birini süz-

dülər, tutuşmaq üçün yaxınlaşdılar, biri digərini udmaq üçün əllə-

şir” (MK. I c., 2006, s.222). 



Güz (payız).  İlk olaraq ilin  üçüncü fəslinin “güz” sözü ilə 

ifadə olunmasına aydınlıq gətirmək zərurəti yaranır. Bu mənada 

güz (payız) fəslində (23 sentyabr – 22 dekabr) Günəşin hərəkət 

trayektoriyasında baş  verən dəyişmələri izləyək: “Şimal yarımkü-

rəsində payızın başlanma anında (23 sentyabr) Günəş ekvatoru 

payız gecə-gübdüz bərabərliyi nöqtəsində kəsərək cənub yarımkü-

rəsinə keçir. Bu an bütün Yer kürəsində gündüz gecəyə  bərabər-

dir...”


1

. Qeyd etdiyimiz kimi, Azərbaycanda  və onunla eyni enlik-

də yerləşən ölkələrin ərazisində Günəş işığının düşmə dərəcəsi yaz 

fəslindən yay fəslinə doğru getdikcə artırsa (yazda: 50˚; yayda: 

73,5˚), güz (payız) fəslində  qış  fəslinə doğru getdikcə azalmağa, 

zəifləməyə başlayır (güzdə - payızda: 50˚;  qışda: 26,5˚). Burada 

assosiativ olaraq “gün işığı az düşdüyü üçün ilin bu zaman kəsiyi 

“gün+az” modelinin inkişafı əsasında yaranmış “güz” sözü ilə ifa-

də olunub” fikri yarana bilər. Maraqlıdır ki, bu fikrin düzgünlüyü-

nü müxtəlif bucaqlardan əsaslandırmaq mümkündür. Məsələn, be-

lə: “gün  + az = güz” (apokopa hadisəsi müşahidə olunan sözlərlə 

müq.et: ay qız = az; ay kişi = əşi...); gün düşməyən, kölgəli yer 

                                                            

1

 Azərbaycan Sovet Ensiklopediyası. IV cild, Bakı, 1980, səh.419. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

252

 

anlamlı “quzey” sözü ilə payız anlamlı “güz” sözü eyni fonetik-



semantik yuvaya daxil ola bilir. Bu fikri M.Kaşğarinin “Divan”ına 

istinadən qüvvətləndirmək olar: “...kuz tağ = günəş görməyən dağ 

(oraya ancaq günortadan sonra gün düşür, dağ günəşin solunda 

qalır, soyuq və qar çox olur)”

1

. Bütün bu qeydlər həqiqətə uyğun 



görünsə də, razılaşmaq olmaz. Daha doğrusu, M.Kaşğarinin “Di-

van”ında payız fəslinin girməsinin məhz “küzər”  şəklində ifadə 

olunması “güz” sözünü tam başqa müstəvidə  təhlil süzgəcindən 

keçirilməyi diktə edir. “Divan”da göstərilir: “küzərdi” öd küzərdi 

= mövsüm payızlaşdı, payız fəsli girdi, küzərür – küzərmək”

2

.  



Buradakı “küzərmək” sözü ilə dilimizdəki “zəif işıq vermək, işar-

maq, işıldamaq” anlamlı “közərmək” sözü nəinki eyni semantik 

yuvaya daxil ola bilir, hətta bu leksemlər bütün parametrlərinə 

görə eyni söz kimi götürülə bilər (ü→ö; ö→ü sait əvəzlənmələri 

türk dilləri üçün səciyyəvidir). Yuxarıda qeyd etdik ki, şimal 

yarımkürəsində Günəş işığının düşmə dərəcəsi güz (payız) fəslin-

dən qışa doğru getdikcə azalır, zəifləyir. Deməli, bu hadisənin qə-

dim türk dilində “zəif işıq vermək, işarmaq, işıldamaq” anlamlı 

“küzərmək//közərmək çoxmənalı feli ilə ifadə oluna bilməsi təbii 

və məntiqli hesab oluna bilər. Yeri gəlmişkən, “Kitab”da “közər-

mək” anlamlı “şılamaq” feli də məhz günlə bağlı təşbeh daxilində 

işlənib: “Toz yarıldı, gün kibi şıladı, dəηiz kibi yayqandı...” (D-

127). Buraya qədər dediklərimizi belə ümumiləşdirmək olar: “od 

yanandan sonra qalan alovsuz, qızmar kömür” anlamlı küz (köz) 

isminə -ar

2

 leksik şəkilçisinin qoşulması ilə “küzər//közər feli ya-



ranıb (müq.et: ağ + ar = ağarmaq, suv + ar = suvarmaq...); sonrakı 

dövrlərdə “küzər+//közər” sözündəki -ar

2

  şəkilçisinin düşməsi 



nəticəsində “küz//güz” şəklində sabitləşib (müasir ədəbi dilimiz 

üçün arxaizmdir, yalnız danışıq dili və şivə səviyyəsində bəzi dü-

zəltmə sözlərin daxilində  işlənir:  güzəm – payızda qırxılan yun; 

güzdək – payızlıq taxıl...); “küz//köz + ər = küzər//közər →güzər 

                                                            

1

 M.Kaşğari. Divanü lüğat-it-türk. I cıld, Bakı, 2006, səh.340. 



2

 Yenə orada, II cild, səh.113. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

253

 

+ güz (türk dillərində k→g; ü→ö səs əvəzlənmələri və -ər şəkilçi-



sinin ixtisarı mümkün hadisələrdəndir). Bu qeydlərin düzgünlüyü-

nü qüvvətləndirən digər faktlara müraciət edək. S.Əlizadə  “Oğuz-

namə”də işlənmiş “Qış közi qırağu olur” deyimindəki köz və qı-

rov sözlərinin poetik semantikası barədə  yazır: “Qışın közü qırov 

olur” cümləsində metaforik təfəkkürün sərrastlığı heyrətləndirici-

dir; poetik obraz ustalıqla yaradıldığı kimi, sətiraltı məna da sənət-

karlıqla ifadə olunmuşdur: zahiri görünüşünə, rənginə görə köz qı-

rova, qırov da közə çox bənzəyir. Lakin köz yandıran istilik mən-

bəyidirsə, qırov yandıran  soyuqluq mənbəyidir. Demək, qırovun 

köz adlandırılması, xəfif bir kinayənin təcəssümü kimi başa düşül-

məlidir (yəni qışın qırovu da yandırır, amma qızdırmır, dondu-

rur)”


1

. Bizə belə  gəlir ki, “Kitab”ın  “müqəddimə”sində  işlənən 

“Yapa-yapa qarlar yağsa, yaza qalmaz”, “Yapağlu” gökcə çəmən 

güzə qalmaz” atalar sözlərində olduğu kimi, “Oğuznamə”də işlə-

nən “Qış közi qırağu olur” deyimində də təbiət hadisəsi real, am-

ma obrazlı şəkildə canlandırılıb. İlk olaraq qeyd edək ki, “Qış közi 

qırağu olur” deyimi motivləşmə baxımından folklorumuzdakı 

“Qış dumanı qar gətirər, yaz dumanı bar” nümunəsi ilə səsləşdiyi 

üçün belə yozula bilər: “Qış közü (günəşi) qırov yaradar (gəti-

rər)”. Bu mənada S.Əlizadənin “...qırovun köz adlandırılması, xə-

fif bir kinayənin təcəssümü kimi başa düşülməlidir (yəni qışın qı-

rovu da yandırır, amma qızdırmır, dondurur)” fikrini eynilə qəbul 

etmək olmaz. Belə ki, “qırov” “payızın axırlarında soyuqlar dü-

şəndə gecələr yerə, yarpaqlar və s. üzərinə kiçik kristallar şəklində 

qonan qar kütləsi, şehin donmuş zərrələri”

2

 mənasındadır. Bu isə o 



deməkdir ki, “qırov” Günəş işığı zəiflədiyi, közərdiyi zaman kəsi-

yində, yəni payızın  (əslində, güzün) axırlarında yaranır. Deyimdə-

ki “qış közi” ifadəsi də  məhz qış günəşi, yaxud qışda (əslində, 

payızın sonlarında) günəş  işığının azalması, közərməsi mənasına 

uyğun gəlir. Deməli,  deyimdəki ilkin məna belə yozula bilər: “Qı-

                                                            

1

 S.Əlizadə. Müdriklərin sönməyən işığı. Oğuznamə. Bakı, 1987, səh.14. 



2

 Azərbaycan dilinin izahlı lüğəti. I cild, Bakı, 1964, səh.521. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

254

 

şın közü (günəşi) qırov yaradır”. Heç şübhəsiz ki, həmin deyimdə-



ki  məcazi məna da bu kontekstdən kənar deyil. Bu qeydlər “Qış 

közi  qırağu olur” deyimindəki “köz” sözü ilə payız anlamlı “güz” 

sözü arasında məntiqi bağlılıq görünür” – qənaətini də söyləməyə 

imkan verir. 

“Kitab”da işlənən “güz” sözünün səciyyəvi cəhətləri ilə bağlı 

aşağıdakıları söyləmək olar: 

− konkret zaman kəsiyini ifadə edən bir söz kimi çıxış edir: 

“Yapağlu gökçə çəmən güzə qalmaz” (D-3); 

− “güzin” sözündə kök morfemi kimi işlənməsi müşahidə 

olunur: “Bir yazın, bir güzin buğayla buğrayı  savaşdırarlardı” (D-

15). Buradakı “güzin” payızda anlamlı düzəltmə zaman zərfidir, 

müasir ədəbi dilimiz üçün arxaikləşmiş vahidlərdəndir; 

- bir sıra təşbehlərdə semantik dinamika məhz “güz” sözü ilə 

başlanır: “Güz almasına bəηzər al yaηaqlım!” (D-12); “Güz  alma-

sı kibi al yanağını tartdı, yırtdı” (D-92). “Güz” sözü, daha dəqiqi, 

“güz alması” (payız alması) ifadəsi ilə başlanan bu təşbehlərdən 

birincisində qadın obrazının gözəlliyi, ikincisində isə onun qəmli, 

kədərli anları qabardılır... 

Yuxarıdakı dil faktları və şərhlər göstərir ki, “güz” sözü ədə-

bi dilimizə qaytarılmalıdır: birincisi, ona görə ki, qədim türk abi-

dələrində, xüsusən də “Kitab” kimi sanballı bir abidənin dilində 

intensiv şəkildə işlənib; ikincisi, müasir ədəbi dilimizdəki “payız” 

sözü fars mənşəlidirsə (“payız” bəzi araşdırmalarda qıpçaq mən-

şəli söz kimi göstərilir), bərpa etmək istədiyimiz “güz” sözü türk 

mənşəlidir; üçüncüsü, “güz” sözü formasına görə müasir ədəbi 

dilimizdə ilin fəsillərinin adlarını bildirən sözlərə çox yaxındır. 

Konkret desək, bu sözlərin dördü də (yaz, yay, güz, qış) üç səsdən 

ibarətdir, ən əsası isə dördü də örtülü-qapalı heca tipindədir. “Pa-

yız” sözü isə bu sistemə daxil ola bilmir; dördüncüsü, yaz, yay və 

qış sözləri kimi “güz”də Günəş  işığının düşmə  dərəcəsinə uyğun 

olaraq yaradılıb; beşincisi, “güz almasına bəηzər al yaηaqlım!” ki-

mi obrazlı ifadələrdəki “güz” sözü “payız”la əvəzlənərək oxucula-

ra təqdim olunur ki, bu da həmin ifadələrin poetik çəkisini xeyli 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

255

 

azaldır; altıncısı, “güz” sözü şivələrimizin əksəriyyətində mühafi-



zə olunur ki, bu da onun ədəbi dilimizdə sabitləşməsinə təkan verə 

bilər. 


Qış.  İlin fəsillərindən dördüncüsünün “qış” sözü ilə ifadə 

olunması təsadüfi deyil. Belə ki, qış fəsli şimal yarımkürəsində de-

kabrın 22-dən martın 21-nə  və ya 22-nə  qədər davam edir. Bu 

dövrdə Azərbaycanda və onunla eyni enlikdə olan  ölkələrin əra-

zisində Günəşin düşmə bucağı 26,5˚-yə  bərabər olur, bu zaman 

kəsiyində gündüz qısa, gecə isə uzun olur. Bu hadisələrin assosia-

tivliyi azalmaq, gödəlmək anlamlı “qısalmaq” sözünü yada salır. 

Bu sözün kök morfemi (qıs) isə fəsil anlamlı “qış” sözü ilə səslə-

şir, daha doğrusu, s → ş səs  əvəzlənməsi nəzərə alınmazsa (belə 

bir səs keçidi türk dilləri üçün səciyyəvidir), tam eyni fonetik tər-

kibli sözlər hesab oluna bilər. Bu da, heç şübhəsiz ki, “qısalmaq” 

sözünün çoxmənalılığı ilə bağlıdır. Bu mənada həmin zaman kəsi-

yinin (22 dekabrdan – 22 marta qədər) “qış” sözü ilə ifadə olun-

ması  təbii görünür. Digər tərəfdən, bu fikri M.Kaşğarinin “Di-

van”ındakı “çəkilmək” anlamlı “kışar” sözü də qüvvətləndirir: 

“...Günəş göyün ortasından çəkilsə, yenə  də belə deyilir. Kışar–

kışmaq)”

1

. “Qış” sözü ilə bağlı dediklərimizi belə modelləşdirmək 



olar: “kış + ar = kışar → kış = qış”. 

İlin ən soyuq fəsli anlamlı “qış” sözü “Kitab”da cəmi bir də-

fə işlənib: “Qışda-yazda qarı-buzı ərinməyən  Qazılıq tağına gəldi, 

çıqdı” (D-26). Bu cümlədəki “qışda” sözünü belə  səciyyələndir-

mək olar: zaman məzmunlu  isim əsasında düzəlmiş zaman zərfi-

dir; antonimi (yazda) ilə yanaşı  işlənib; bədii təyin daxilində ilk 

söz kimi çıxış edib, daha doğrusu, bədii təyindəki semantik 

dinamika məhz “qışda” sözü ilə başlanıb...  

 

365 gün mənasını ifadə edən yıl//yil (il) sözü 

Məlumdur ki,  Yerin Günəş ətrafında fırlanma müddəti 365 

gün 5 saat 48 dəqiqə 46,1 saniyədir. Bu zaman  kəsiyi qədim türk 

                                                            

1

 M.Kaşğari. Divanü lüğat-it-türk. III c., Bakı, 2006, səh.179. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

256

 

dilində  yıl//yil sözü ilə ifadə olunub. Müasir ədəbi dilimizdə isə 



“il” şəklində sabitləşib. Sual yaranır: 365 günü əhatə edən bir za-

man kəsiyi qədim türk dilində nə üçün  məhz yıl//yil sözü ilə ifadə 

olunub? Bunların arasında hansı semantik bağlılıq var? Qədim 

türk dilində  yıl//yil sözünün mənasına diqqət yetirək. Məsələn, 

“Oğuznamə”də  işıqlandırmaq, parlatmaq anlamlı “yıldırmaq” sö-

zünə rast gəlinir: “Yıldırayıq yana gəlsə, yaza bun yoq”. Bu de-

yimdəki birinci söz məhz işıqlandırmaq mənasındadır. Yaxud 

“Yalab-yalab yalabıyan incə tonlum!” (“Kitab”) misrasındakı 

“yal” kök morfeminin parlaq mənasında işlənməsi açıq-aydın şə-

kildə görünür. Bir cəhəti də qeyd edək ki, yıldız (ulduz), yıldırım 

(ildırım), yılğım (ilğım) kimi sözlərin ilk hissəsindəki “yıl”da 

parlaq, işıqlı anlamlıdır. Bu tip sözlərin “yal” kök morfemindən 

törəmə olması türkologiyaya bəllidir:  “Azərbaycan dilində “al” 

kökü  yaldız sözündə də işlənir. Ona görə də daha qədim dövrdə 

“al” sözünün “od” anlamlı “yal” kökündən törəmə ehtimalı vaxtilə 

Q.Vamberi tərəfindən  irəli sürülmüşdür. O, “al” sözünü  “parla-

maq” anlamında olan “yal” sözü ilə bağlamışdır”

1

. Bu mənada 365 



gün anlamlı yıl//yil sözünü də həmin semantik şaxəyə daxil etmək 

olar: birincisi, ona görə ki, yıl//yil sözü fonetik tərkibcə  həmin 

vahidlərə çox yaxındır; ikincisi, yaz, yay, güz (payız) fəsillərini  

əhatə edən ayların və ya günlərin cəmi yıl//yil adlanır ki, bu da 

təsadüfi deyil. Belə ki, fəsil adları  məhz Günəşin (işığın) düşmə 

dərəcəsinə uyğun  şəkildə adlandırılıb (əvvəlki səhifələrə bax). 

Qeyd etdiyimiz kimi, qədim türk dilində yıl//yil sözü həm də işıq 

mənasında işlənib. Bu mənada  belə bir bərpa məqbul hesab oluna 

bilər: Günəş  yılı//yili = Günəş  işığı. Deməli, parlaq, işıq anlamlı  

yıl//yil sözü əsasında zaman məzmunlu yil (il) ismi yaranıb – qə-

naətinə gəlmək mümkündür. Bir məsələni də qeyd edək ki, Günə-

şin (işığın) bir gün (24 saat) ərzində keçməsi və görünməsi “gecə” 

və “gündüz” sözləri ilə ifadə olunubsa, 365 gecə və gündüzü əhatə 

edən zaman kəsiyi də  (Yerin Günəş ətrafında fırlanma müddəti) 

                                                            

1

 F.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, səh.150-151. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

257

 

işıq anlamlı  yıl//yil sözü ilə adlandırılıb. Deməli, bu tip sözlərin 



hər biri  Günəş  və onun hərəkət trayektoriyasına uyğun  şəkildə 

yaradılıb. 

“Kitab”da “yil” sözünün işlənmə  məqamlarına diqqət yeti-

rək: 


– birinci növ təyini söz birləşməsinin ikinci tərəfi kimi 

işlənib: “Qız, sən maηa bir yil baqğıl!” (D-261); 

– “yildə” zaman zərfində kök morfemi kimi çıxış edir: “Bir 

yildə  gəlməzsəm, iki yil baqğıl!” (D-261). Bu cümlədəki “yildə” 

zaman zərfi də birinci növ təyini söz birləşməsinin əsas tərəfi kimi 

işlənib. Diqqətçəkən məqamlardan biri də budur ki, yil və yildə 

sözləri “Kitab”ın dilində daha çox I növ təyini söz birləşməsinin 

2-ci tərəfi kimi çıxış edir: “İki yildə  gəlməzsəm,  üç yil baqğil!” 

(D-261). 

 

Vaxt, zaman anlayışını ümumi 



 şəkildə ifadə edən sözlər 

 

Çağ. Vaxt, zaman anlamlı “çağ” sözünə Kitab”da beş  dəfə 

rast gəlinir: “Ağlı-qaralı seçilən çağda” (D-21); “Qalın Oğuzıη 

gəlini-qızı  bəzənən çağda” (D-21); “Bəg yigitlər cilasınlar bir-

birinə qoyulan çağda” (D-21)... Bu nümunələrin hər üçündə “çağ” 

sözü ismin yerlik halında işlənib, eyni zamanda hər üç məqamda 

“çağ” sözünün indiki zaman məzmunlu -an

2

 feli sifət şəkilçili söz-



dən sonra  (seçilən, bəzənən, qoyulan) işlənməsi özünü göstərir. 

Bu da mətndəki  poetik semantikanı, eləcə  də eyni zamanlılığı 

qabarıq şəkildə nəzərə çarpdırma ilə bağlıdır.  

Dəm. Fars mənşəli an, vaxt, zaman anlamlı “dəm” sözü, əsa-

sən, üç məqamda müşahidə olunur: “ol” sözü ilə birlikdə keçmiş 

zaman məzmunu ifadə edir. “Məgər  ol dəm Bayındır xan  bəglər 

ilə seyrana yetmişlərdi” (D-216); “həman” sözü ilə birlikdə indiki 

zaman məzmunu ifadə edir: “Dedi, həman dəm günbəd yarıldı, 

yedi yerdən qapu açıldı” (D-229); keçmiş zaman məzmunlu  -dı-

ğıη feli sifət şəkilçili sözlə birlikdə keçmiş zaman məzmunu ifadə 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

258

 

edir: “Evin yağmalatdığıη dəm Taş Oğuz bilə bulınmadı, səbəb, 



oldur” (D-292). Bu nümunələrin hər üçündə “dəm” sözü I növ 

təyini söz birləşməsinin ikinci tərəfi kimi işlənib: ol dəm, həman 

dəm, evin yağmalatdığıη dəm.  

Məhəl.  Ərəb mənşəli, “vaxt”, zaman” anlamlı bu söz “Ki-

tab”da iki məqamda müşahidə olunur: birləşmə daxilində “ol” işa-

rə  əvəzliyi ilə birlikdə keçmiş zaman məzmunu ifadə edir: “Ol 

məhəldə Qanturalınıη babası-anası çıqa gəldi” (D-194); birləşmə 

daxilində “bu” işarə  əvəzliyi ilə birlikdə indiki zaman məzmunu 

ifadə edir: “Bu məhəldə, sultanım,  Salur Qazanla Qaraca çoban 

çapar yetdi” (D-56). 

“Kitab”da intensivliyi ilə fərqlənən (on dəfə işlənib) “məhəl” 

sözü  ədəbi dilimiz baxımından arxaizmdir. Şivələrimizdə isə 

“Kitab”dakı, həm də mənbə dildəki forma və semantikasına uyğun 

işlənir. Yeri gəlmişkən, Azərbaycan dilinin Başkeçid  şivəsində 

məhəl//məhəli şəklində  mühafizə olunan bu sözə V.Canqidze tam 

başqa bucaqdan yanaşıb. Müəllifə görə, türkmən dilindəki “ma-

xal” Başkeçid  şivəsində “məhəli”  şəklində mühafizə olunur

1

. Bu 



fikirlərlə razılaşmaq olmaz: birincisi, “məhəl” sözü dilimizə türk-

mən dilindən yox, ərəb dilindən daxil olub; ikincisi, həmin söz 

təkcə Başkeçid deyil, ümumən qərb  şivələri üçün səciyyəvidir; 

üçüncüsü, məhəl sözü qərb  şivələrində iki formada mühafizə 

olunur: məhəli, məhəl. 

Son. “Axır” anlamlı bu sözün “Kitab”dakı səciyyəvi cəhətlə-

rini belə ümumiləşdirmək olar: sinonimi ilə yanaşı  işlənib (bir 

neçə dəfə). “Axır- soη ucı” ölumlü dünya!” (D-65); “uc” sözündən 

əvvəl işlənməklə zaman mənasını, zaman hüdudunu ifadə edib (bu 

semantik yük birinci cümlədəki “son” sözünə də aiddir). “Soη ucı 

ölümli  dünya!” (D-201). Bu tipli cümlələr daha çox boyların so-

nunda Dədə Qorqudun dilindən verilib. Müqayisələr  göstərir ki, 

“soη” sözü digər obrazların dili üçün səciyyəvi deyil. Daha dəqiqi, 

                                                            

1

  В.Джангидзе.  Дманисский  говор  казахского  диалекта  азербайджанского 



языка. Баку, 1965, с.96. 

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

259

 

cəmi bir dəfə Qazan obrazının dilində  işlənib: “... bən ölib sən 



qalıcaq tacım-taxtım saηa vermiyələr, – deyü soηımı aηdım, ağla-

dım...” (D-125). 



Vədə.  Ərəb mənşəli, “bir işin görülməsi üçün iki tərəfin 

razılığı ilə müəyyən edilmiş “vaxt, müddət” anlamlı “vədə” sözü 

“Kitab”da müstəqil  şəkildə yox, frazeoloji vahidlər daxilində 

işlənib: vədə irmək (ömrü tamam olmaq...). “Əcəl vədə irməyincə 

kimsə ölməz” (D-3); Vədə qoymaq (vaxt qoymaq). “Ulu dügüninə 

vədə qodı” (D-94). “Vədə eyləmək” (vəd etmək, söz vermək) 

tərkibi felindəki “vədə” isə “vəd” mənasındadır. “...qızımı  aηa 

verirəm deyü vədə eyləmişdi” (D-173). Sonuncu nümunədə vaxt, 

zaman mənası mətn kontekstində anlaşılır. 

Vəqt. Müasir ədəbi dilimizdə “vaxt” formasında sabitləşmiş 

bu söz “Kitab”da ərəb dilindəki fonetik tərkibinə uyğun işlənib. 

“Vəqt” sözünün “Kitab”da işlənmə  məqamları  əsasən aşağıdakı 

kimidir: 

− bir neçə dəfə “vəqt+in” modelində işlənib ki, bu da “vaxt-

da” mənasına uyğun gəlir: “Savaşdügiη  vəqtin kəndüηi tutdura-

san” (D-143). “Kitab”ın 1988-ci il Bakı nəşrində belə sadələşdiri-

lib: “Vuruşarkən özünü tutdurasan”

1

. Buradakı “vuruşarkən” feli 



bağlaması “vuruşduğun vaxtda” mənasındadır;  

− birləşmə daxilində “ol” işarə  əvəzliyi ilə birlikdə keçmiş 

zaman məzmunu ifadə edib: ol vəqt (o zaman, onda, o vaxt). “…ol 

vəqt Qazan evin yağma edərdi” (D-293);  

− “ekindü” sözündən sonra  işlənməklə “günorta üstü” məna-

sını reallaşdırıb.  Bu da, qeyd etdiyimiz kimi, günün hissələrinin 

adları sırasına daxildir: “...Mərə qocalar, ekindü vəqti munı maηa 

çevirəsiz, yiyəm” (D-226); 

− birləşmə daxilində “qocalıq” sözündən sonra  işlənməklə 

zaman məzmunu ifadə edir: “Qocalığım vəqti aldırduğım yalηuz 

oğul! – dedi” (D-141). Burada temporallığın leksik (qocalıq, vəqt), 

morfoloji (-duğım: keçmiş zaman məzmunlu feli sifət şəkilçisi) və 

                                                            

1

 Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.172. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

260

 

sintaktik vasitələri (feli birləşmə:qocalığım vəqti aldurduğım – 



qocalığımda itirdiyim) sintez şəklindədir. 

Zəman. Ərəb mənşəli, “zəmanə, dövr” anlamlı bu söz “Ki-

tab”da mənbə dildəki fonetik tərkibinə uyğun işlənib. “Kitab”ın 

birinci cümləsində üçüncü sözün məhz “zəman” olması onun in-

tensivliyini şərtləndirən bir detal kimi götürülə bilər: “Rəsul əley-

hissəlam zəmanına yaqın Bayat boyından, Qorqut ata diyərlər, bir 

ər qopdı” (D-2). “Zəman” sözünün digər işlənmə  məqamları isə, 

əsasən, belədir: 

− birləşmə daxilində “axır” sözündən sonra işlənməklə mü-

əyyən zaman hüdudunu ifadə edir: “Axır zəman olıb qiyamət 

qopınca bu didügi Osman nəslidir” (D-2); 

−  Oğuz cəmiyyəti ilə bağlı müəyyən bir zaman kəsiyini 

reallaşdıran vahid kimi çıxış edir: “Oğuz zəmanında bir yigit ki 

evlənsə, ox atardı” (D-89); 

− birləşmə daxilində “ol” işarə  əvəzliyi ilə birlikdə keçmiş 

zaman mənasını ifadə edir: “Ol zəmanda Oğuz yigitlərinə nə qəza 

gəlsə, uyxudan gəlürdi” (D-191); 

− zaman anlayışlı frazemin tərkibində müşahidə olunur: zə-

man dönmək (günü gəlmək, vaxtı çatmaq). “Yarınkı gün zəman 

dönib, bən ölıb sən qalıcaq tacım-taxtım saηa vermiyələr...” (D-

125); 


−qeyri-məhsuldar -la şəkilçisini qəbul etməklə (zəmanla) 

“zaman gəlmək” mənasını ifadə edir: “Zəmanla Oğuz genə 

yaylaya köçdi” (D-215)... 

Yuxarıdakı nümunələr bir daha təsdiq edir ki, ərəb mənşəli 

“zəman” (zaman) sözü “Kitab”da xüsusi çəkiyə malikdir. Digər 

tərəfdən, onu da qeyd etmək lazım gəlir ki, “Kitab”ın poetik struk-

turunda “zəman” (zaman) sözünün vəqt (vaxt), dəm, əyyam, vədə 

kimi sinonimləri də qabarıqlığı ilə seçilir. Bu cəhət M.Ə.Sabirin 

poetik dilində də üstün mövqedə görünür. Şairin dilindəki zaman 

anlayışlı sözlərə, eləcə  də “zaman” sözünün sinonimlərinə müx-

təlif prizmalardan yanaşan R.Məhərrəmova yazır: “...Zaman, dövr, 

dövran sözləri  dilimizin mütləq  sinonimlərindəndir. Xüsusilə da-



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin