ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə2/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   2   3   4   5   6   7   8   9   ...   53

12

 

qumentimiz M.Kaşğarinin “Divan”ındakı  şərhlərdir: “Komıdı:  ər 



əvindqə komıdı = adam öz evinə həsrət duydu. Bir adam hər hansı 

bir  şey üçün darıxsa, ona qarşı ürəyində  həsrət və  şövq duysa

yenə belə deyilir: komır – komımak)

1

. Türkologiyanın banisi 



M.Kaşğari sanki bu fikirləri uzun müddət mübahisə obyektinə 

çevrilmiş “Qom-qomla mənim qoma yurdum” misrasının seman-

tikası barədə söyləyib. Çünki “Kitab”dakı “qoma” ilə “Divan”-

dakı”komı” təkcə fonetik tərkibcə yox, həm də semantika baxı-

mından eyni xətdə birləşir.  

Burada onu da qeyd etmək lazım gəlir ki, “Qom-qomla mə-

nim qoma yurdum” misrasını P.Xəlilovun “Necə qəzəblənməyim, 

necə  həyəcanlanmayım, yurdum; necə  bərk həyəcanlanmayım, 

yurdum” şəklində yozması (əvvəlki səhifələrə bax: A.Hacıyev bu 

yozumu diqqəti çəkən, maraqlı mülahizələrdən hesab edir) həm 

Qazanın dilindən verilmiş parçanın semantik yükü, həm də 

M.Kaşğarinin fikirləri ilə səsləşir. ”Qom-qomla mənim qoma yur-

dum” misrasındakı mən və yurd sözləri müasir ədəbi dilimizdə ey-

nilə  işlənir. Digər sözləri isə belə  səciyyələndirmək olar: “qom 

qomla” darıxmaq, həsrət duymaq mənasındadır; həmin sözdəki -la 

morfemi isimdən feil düzəldən şəkilçi kimi çıxış edir (quş quşla-

maq, av avlamaq sözlərində olduğu kimi); “qoma” sözündəki -a 

isimdən feil düzəldən şəkilçi kimi düşünülə bilir: qoma – həsrətli 

olmaq, həsrətini duymaq. Bu da yuxarıda qeyd etdiyimiz kimi, 

“qom-qomla qoma” modelindəki kök morfemlərinin eyni seman-

tik yuvaya daxil olduğunu göstərir.  

Fikrimizcə, “Qom-qomla mənim qoma yurdum” misrası 

“Həddindən çox darıxdığım, həsrətini duyduğum, həsrətli yur-

dum!”  şəklində müasirləşdirilməlidir. Bu motiv “Koroğlu” epo-

sunda da üstün mövqedə görünür: 

 

Göynən gedən beş durnalar, 



Bizim ellər yerindəmi? 

                                                            

1

 M.Kaşğari. “Divanü lüğat-it-türk”. III cild, Bakı, 2006, s.250. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

13

 

Bir-birindən xoş durnalar,  



Bizim ellər yerindəmi? 

Burada Bəkir Çobanzadə    ilə bağlı bir detalı xatırlatmaq 

yerinə düşür: B.Çobanzadə F.Ağazadə ilə birgə yazdığı “Türk 

qrameri” (1930) kitabında -a



2

  şəkilçi morfeminin cümlə daxilin-

dəki vəzifəsindən bəhs edərkən maraqlı nümunələr verir: Heç 

olmazsa, yurduma dönsə idim də kohum-kardaşımı görə bilsə 

idim; Mən bu yerləri nə vakt görəcək olsam, keçmiş ömrüm ya-

dıma gəlir... Bu cümlələrin semantikası olduqca təsirlidir: yurda 

dönmək, qohum-qardaşla görüşə bilmək istəyi, keçmiş ömrü yada 

salmaq arzusu, qəlbinin dərinliklərində baş qaldıran “dəli” bir 

yurd, Vətən sevgisi... Bu cümlələr sanki doğma yurdun həsrətilə 

çırpınan bir ürəyin pıçıltısıdır, həzin, kövrək bir nəğmədir. Elə bil 

ki, B.Çobanzadə öz acı taleyini, kəşməkəşli günlərini qrammatika 

dərsliyinə hopdurduğu məhz bu tip cümlələrlə ifadə edərək təsəlli 

tapmağa çalışıb. Nə qədər qəribə görünsə də, semantikası birbaşa 

B.Çobanzadənin həyatını xatırladan cümlələrlə Qazan xanın 

dilindən verilmiş “Qom qomla mənim qoma yurdum” cümləsi 

eyni semantik şaxədə birləşir.  

“ اتا

م  “ (D-232). Bu yazılış şəkli ardıcıl verilmiş iki misranın 



əvvəlində eynilə təkrarlansa da, qorqudşünaslıqda müxtəlif mənalı 

sözlər kimi transkripsiya olunub. Basatın dilindən verilmiş həmin 

yazılış şəkillərinin transkripsiyasına mətn daxilində diqqət yetirək: 

O.Ş.Gökyayın nəşrində  “ اتا

م “ yazılış  şəkli birinci misrada 

“atam”, ikinci misrada isə “anam” şəklində transkripsiya olunub 

(İstanbul, 2000): 

 

Atam adıŋ sorar olsaŋ kaba ağac 



Anam adın sorar olsaŋ kağan aslan. 

M.Erginin nəşrində O.Ş.Gökyayın transkripsiyası eynilə 

saxlanılıb (Ankara, 1958): 

 

                    Atam adın sorar olsan kaba ağac 



                    Anam adın dirişəŋ kağan aslan. 

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

14

 

H.Araslı birinci misradakı yazılış  şəklini “anam”, ikinci 



misradakını isə “atam” şəklində oxuyub (Bakı, 1977): 

 

Anam adın sorar olsan – Qaba Ağac! 



Atam adın deirsəŋ - Qoğan Aslan! 

F.Zeynalov və S.Əlizadənin nəşrində H.Araslının 

transkripsiyası eynilə saxlanılıb (Bakı, 1988): 

 

Anam adın sorar olsaŋ - Qaba Ağac! 



Atam adın deirsəŋ - Qağan Aslan! 

V.V.Bartold birinci misradakı yazılış şəklini “anam” (Спро-

сищь имя моей матери – крепкое дерево), ikinci misradakını isə 

“atam” (Имя  моего  отца  –свирепый  лев)  kimi tərcümə edib 

(Книга Моего Деда Коркута. Мoсква-Ленинград, 1962);  

Qorqudşünaslıqda yuxarıdakı transkripsiyalara, eləcə  də 

V.V.Bartoldun tərcüməsinə müxtəlif bucaqlardan yanaşılmış, 

fərqli mülahizələr irəli sürülmüşdür. Amma, qorqudşünas A.Hacı-

yevin qeyd etdiyi kimi, “həmin misraların yozumu indiyə  qədər 

mübahisəli olaraq qalmaqdadır”. Bu mənada ilk olaraq həmin 

misraların yozumu ilə bağlı fikirləri nəzərdən keçirək: 

“Atam adın sorarsan kaba ağac, anam adın sorarsan kağan 

aslan”. O.Ş.Gökyayın fikrincə, bu, türklərin bir ağacdan törədik-

ləri haqqında olan inancın, totemizmin qalığıdır. Müəllif fikrini 

qüvvətləndirmək üçün müxtəlif arqumentlər gətirir. Burada “Atəş 

tanrıya duasında”n gətirdiyi bir nümunəni xatırlatmaq lazım gəlir: 

“Anam atəş! Senin baban sert çelik, anan kaymak taşı ve cedd-i 

áláların ak-kavak ağacıdır” (Dedem Korkudun kitabı.  İstanbul, 

2000, s.294). 

S.Əlizadə birinci misradakı yazılış şəklinin transkripsiyası ilə 

bağlı O.Ş.Gökyay və M.Erginin yox, H.Araslının mövqeyini 

müdafiə edir: “Oğuzların qədim inancına istinadən (bax: “Salur 

Qazanın evinin yağmalandığı boy”) ağaca ana deyilməsi daha 

inandırıcı sayılmalıdır (“Kitabi-Dədə Qorqud”. Bakı,1988, s.249). 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

15

 

“Anam adın sorar olsan Qaba Ağac” şəklində transkripsiyanı 



daha məqbul hesab edən S.Əliyarov yazır: “...əsatiri protooğuz 

təsəvvürlərinə uyğun olaraq boylarda ulu təbiətin, xüusilə ağacın, 

dağın, suyun canlandırılması (animizm), soykök sayılması böyük 

yer tutur. Bunun yazıya alınmış izini Kaqanqatlı Musanın “Alban 

tarixi” kitabında görürük. VII yüzilin 70-ci illərində “hunlar ölkə-

sində knyaz Elteber və əyanlar “hündür ağaclar başbiləni və anası” 

olan bir palıd ağacını “həyatverici xilaskar tanrı” saymışlar. Onlar 

bu “sıxyarpaqlı palıd ağaclarına sitayiş edərək... atlardan qurban 

verirlər; kəsilmiş atın qanını o ağacın dibinə axıdır, başını  və 

dərisini isə budaqlardan asırdılar”... Söhbətin Şimali Azərbaycan-

dan getməsi şübhəsizdir, çünki Dərbənddən o yana nə “sıxyarpaq-

lı” palıd, nə də başqa bir meşəlik qeydə alınmışdır” (“Kitabi-Dədə 

Qorqud”. Bakı, 1988, s.258). 

M.Seyidov Basatın mifik ata-anasını belə  səciyyələndirir: 

mifik anası – Qaba ağac – bərk, iri Dünya ağacıdır, Dirilik ağacı-

dır; mifik atası – Qağan Aslandır. Müəllif zoomorfik onqonlardan 

bəhs edərkən “Kitab”dakı “Qağan Aslan”ın semantikasına da ay-

dınlıq gətirməyə çalışır: “Günəşi təmsil edən qurd – böri və aslan 

həmişə Günəş  şüası ilə, işıqla bağlı insanların gözünə görünər-

miş... Günəşin kişi və eləcə  də qadın başlanğıcı olması ana, ata 

xaqanlığı (madərşah, padərşah) ilə bağlıdır. Ana xaqanlığı çağında 

qadın, ata xaqanlığı çağında isə kişi  olmuşdur. “Dədə Qorqud”un 

Basatın Təpəgözü öldürdüyü boyunda Günəş atadır...” (Azərbay-

can xalqının soykökünü düşünərkən. Bakı, 1989, s. 370-371). 

Basatın dilindən verilmiş həmin cümlələri təhlil süzgəcindən 

keçirən Kamal Abdulla maraqlı mülahizələr söyləyir: “...Basat on-

dan babasının adını soruşan Təpəgözə belə cavab verir: “Anam  

adın sorar olsan, Qaba Ağac, atam adın deyirsən – Qoğan Aslan 

(Qağan Aslan – Ə.T.). Bu adlar F.Kuperin Amerika hindularının 

həyatından bəhs edən məşhur romanlarının qəhrəmanlarının adları-

nı xatırladır: Qaba Ağac, Qoğan Aslan, Salur Qazan və bu kimi di-

gər adlar qədim mifoloji təsəvvürü çox əyani bir şəkildə nümayiş 

etdirir. Təbiətlə (ağacla, quşla ...) adam arasında əlaqənin xətlərini 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

16

 

qururlar” (Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud. Bakı, 



2009, s.54). 

“Kitab”da  Qaba Ağacın simvolik səciyyə daşıdığını, həm də 

birbaşa kişi cinsinə aid edildiyini mətn semantikası müstəvisində 

araşdıran B.Abdullanın çoxsaylı arqumentlərindən yalnız birini 

təqdim edirik: “... III boyda kafir əlindən qurtarıb yurda qayıdan 

Bamsı Beyrək evlərinin önündəki pinardan – bulaqdan su aparan 

və toy-düyünün qara oldu, qardaş, – deyib ağlayan bacısıyla rastla-

şır. Qız qardaşını tanımır. Bamsı Beyrək ondan soruşur: 

 

Məgər sənin ağan yoq olubdur? 



Yürəginə qaynar yağlar qoyulubdur (D-101

10



Bacısı da cavabında “Kölgəlicə qaba ağacım kəsilübdir” (D-

104


11

), yəni qardaşım it-bat olubdur deyir... Banıçiçək Beyrəyin 

əsirlikdən qayıtma xəbərini Baybörəyə  rəmzi  əlamətlərlə bildirər-

kən bunu da deyir ki: “Qaba Ağacın qurımışdı, yaşardı axır” (D-

117

5

). Yəni Beyrəyin ölməsi xəbəri yalandır. O, sağ-salamat qayı-



dıb gəlib (Kitabi-Dədə Qorqud Ensiklopediyası. II cild, Bakı, 

2000). 


R.Qafarlı totemist görüşlərin bəzən üz qatda, daha çox isə 

pərdələnmiş şəkildə “Kitab”ın canına hopdurulmasından bəhs edir, 

konkret desək, Basatın dilindən verilmiş “Anam adın sorar olsan – 

Qaba Ağac! Atam adın deirsən – Qağan Aslan! Mənim adın sorar-

san – Aruz oğlı Basatdır” misralarını sistemli şəkildə təhlil süzgə-

cindən keçirir. Müəllifin fikrincə, burada üç cəhət maraq doğurur: 

a) ağaca totem kimi baxılmasının tarixin ən qədim mərhələsi-

nə - matriarxat (anaxaqanlıq) dövrünə aid olmasına işarə edil-

məsi...; 

b) hamının bir-birinə qohum olması ideyasına inamın möv-

cudluğu (müəllif burada Alp Aruzun insana bənzəməyən məxluqu, 

yəni Təpəgözü öz qanından hesab etməsini, evinə  gətirməsini 

xüsusi olaraq qabardır); 

c) totem kimi götürülən ağacın qaba (kobud) olması, yəni  bar 

verməməsi... 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

17

 

Amma burada bir məsələni də qeyd etmək yerinə düşür: 



R.Qafarlının araşdırmalarında “Qaba Ağac” həm də ata (kişi) 

kontekstində  təqdim olunur. Daha doğrusu, bu cəhət müəllifin 

təhlillərinin ümumi semantik tutumundan aydın olur: “... “Baybörə 

oğlı Bamsı Beyrək boyu”nda totemizmə söykənən “Kölgəlicə qaba 

ağacım kəsilübdir, Ozan, sənin xəbərin yoq” etirafında bir qızın 

demək istədiyi belə bir fikir ifadə olunmuşdur: qardaşım Beyrəyin 

yoxa çıxması ilə  nəslimizin kökü yerdən üzülmüşdür” (Mif və 

nağıl. Bakı, 1999, s.72-74). Bu qeydlər R.Qafarlının “Kitab”ın 

poetik strukturuna dərindən bələdliyini, mətnin semantik yükünü 

düzgün qavradığını təsdiq edir. 

Qaba Ağac və Qağan Aslan ifadələrini mətn semantikası 

müstəvisində  nəzərdən keçirən  Ə.Tanrıverdi yazır: “Basatın 

Dəpəgözlə söhbətindən məlum olur ki, onun yurdu “Günortac”, 

xanı Bayındır”, yurdunun qəhrəmanı “Salur Qazan”, anası “Qaba 

Ağac”, atası “Qağan Aslan”, öz adı isə “Aruz oğlı Basat”dır... Ba-

satın “Anam adın sorar olsaŋ, - Qaba Ağac”, - deməsi qeyri-real-

dır,  türk mifoloji təfəkküründə  ağacın müqəddəsliyinə  işarədir... 

Türk mifik təsəvvüründə “Qağan”  ən böyük başçı, xaqandırsa, 

aslan da güclülük, qorxmazlıq, qüvvətlilik, çeviklik simvoludur...” 

(“Kitabi-Dədə Qorqud”da şəxs adları. Bakı, 1999, s.82-84); 

S.Rzasoy yuxarıdakı misraları türk mifoloji düşüncəsi 

müstəvisində  şərh edərkən maraqlı mülahizələr irəli sürür: 

“...Aruz Basatın bel atasıdır, Qaba ağac onun totem anası, Qağan 

(Xaqan) Aslan isə totem atasıdır. Burada Aslanın xaqan adlan-

dırılması onun Günəş kimi, Oğuzlarda siyasi hakimiyyətin totem 

simvolu olduğunu göstərir. Onu Günəşlə eyni simvolik sıraya bu 

halda iki atributu qoyur: hər ikisi xaqan və  hər ikisi atadır. Ata 

əski Oğuz inamlarında  əcdadı da bildirir. Beləliklə, Aslan və 

Günəş hər ikisi türklərin əcdadı və xaqanı sayılır...” (Oğuz mifinin 

paradiqmaları. Bakı, 2004, s.157). Burada bir cəhəti xatırlatmaq 

lazım gəlir: mifoloq Seyfəddin Rzasoy mənimlə “Kitab”dakı 

“Qaba Ağac” barədə söhbət edərkən (18 oktyabr 2013-cü ildə) 

dedi: “əslində, Qaba Ağac da Basatın totem atasıdır”). 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

18

 

A.Hacıyev həmin yazılış  şəkillərinin oxunuşu və  tərcüməsi 



ilə bağlı fikirləri ümumiləşdirərkən fərqli transkripsiyaları nüsxə 

katibinin xətası kontekstində  təqdim edir: “...nüsxə katibi, 

naşirlərin düzgün müşahidə etdikləri kimi, “Ulaş  oğlu Qazan” 

əvəzinə “Salur oğlı Qazan” yazmış, beşinci misranı “anam adın”, 

altıncı misranı isə “atam adın” birləşməsi ilə başlamışdır. Elə buna 

görə  də O.Şaiq, M.Ergin və  Ş.Cəmşidov nəşrlərində Drezden  

nüsxəsinə uyğun variant əsas götürülmüşdür. Lakin Bartold, 

H.Araslı  və Zeynalov – Əlizadə  nəşrlərində bu yazılış növbəti 

katib xətası kimi dəyərləndirilərək yuxarıda göstərilən ardıcıllıqla 

verilmişdir ki, ortaya çıxan bu cür ziddiyyətli oxunuş variantları 

mübahisəli fikir və mülahizələrin predmetinə çevrilmişdir”. 

B.Abdullanın “bizə  bəlli olan məsələ burada bir daha aydın olur 

ki, Qaba Ağac ata, Qağan Aslan isə anadır” fikrini inandırıcı 

görünməyən, sadə bir açıqlama hesab edən A.Hacıyev daha çox 

V.V.Bartold və S.Əlizadənin mövqeyində dayanır: “...aslanı ana 

deyil, əksinə, ata kimi dərk edən akademik V.V.Bartold bu misra-

ların deyilmə  səbəbini eynilə Basatın itkin düşməsi və aslan 

tərəfindən bəslənməsi ilə əlaqələndirir...Bəlkə də, nüsxə katibi də 

belə düşündüyündən həmin sözləri yerdəyişik yazmışdır. Hətta 

belə olduqda  “Qaba Ağac”ı ata kimi əsaslandırmağın mümkünlü-

yünü təsəvvür edə bilmirik. Ümumiyyətlə, oğuzların törəniş haq-

qındakı  təsəvvürlərini nəzərə almadan bu deyimi necə açıqlamaq 

olar? Odur ki, həmin görüşləri  bir daha nəzərdən keçirək. 

Uyğur “Oğuznamə”sində göstərildiyi kimi, Oğuz Kağanın 

Boz oqların  əsasını  təşkil edən Gün, Ay, Ulduz adlı  oğulları 

göydən yaruk (Şüa) içində enmiş  qızla, Üç oqların  əsasını  təşkil 

edən Göy, Dağ, Dəniz adlı  oğulları isə  ağac koğuşunda oturmuş 

qızla izdivacından törəmişdir... Deməli, oğuz inamına görə “Qaba 

Ağac” heç də ata deyil, məhz anadır”. Qorqudşünas Asif Hacıyev  

mübahisə predmetinə çevrilmiş  həmin misralarla bağlı  şərhlərini 

belə yekunlaşdırır: “Hər halda, hansı mövqedən izah edilməsindən 

asılı olmayaraq, bu məqamda “Qağan Aslan” ifadəsinin məhz əski 

mifə sədaqət ruhunda “ata” başlanğıcı, “Qaba Ağac” birləşməsinin 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

19

 

isə “ana” başlanğıcı yaşatması mübahisəsizdir” (“Dədə Qorqud 



kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, s.175-186). 

R.Əlizadənin araşdırmalarından aydın olur ki, müəllif daha 

çox S.Əlizadə, M.Seyidov, R.Qafarlı, A.Hacıyev, S.Rzasoy kimi 

alimlərin mövqeyini müdafiə edir: “Dədə Qorqud” eposunda 

Basatın soylamasında ağacın mifoloji ana statusu və ilkin stixiya 

kimi oğuzların düşüncəsindəki yeri müəyyənləşir: 

Anam adın sorar olsaŋ - Qaba Ağac! 

Atam adın deirsəŋ - Qağan Aslan! 

Mənim adım sorarsaŋ - Aruz oğlu Basatdır. 

Basatın qeyd edilən cavabı islamdan əvvəlki oğuz-türk 

düşüncəsindəki mifik qatları (Dünya ağacına aid inamlar) 

göstərməklə yanaşı, keçid mərhələsində arxaik elementlərin fəal 

iştirakına da büruzə vermiş olur” (Azərbaycan folklorunda təbiət 

kultları. Bakı, 2008, s.60).  

İslam Sadıq “Qaba Ağac” ifadəsini  Şumer dastanları kon-

tekstində  təhlil edir: “Anam adın sorar olsan –  Qaba Ağac” 

misrasında gizli bir mənanın kodlaşdığı aydın görünür.  Ona görə 

də “qaba” sözünün buradakı mənası digər ifadələrdəki mənalarına 

uyğun gəlmir... Basatın “Anam adın sorar olsan – Qaba Ağac” 

fikrinin  şumer mifik təfəkküründən qaynaqlandığı, “Həyat ağacı 

ilə Qaba ağac” ifadələrinin eyni anlamda işləndikləri düşünülə 

bilər” (Türk epos yaradıcılığı  və  Şumer dastanları. Xalq cəbhəsi 

qəzeti, 10 iyul 2010-cu il).  

Təqdim etdiyimiz fərqli transkripsiyalara uyğun söylənilmiş 

fikir və mülahizələr əsasən oxşar olsa da, hətta bəzən biri digərini 

təkrarlasa da, onların hər birini normal hal kimi qəbul edir və 

problemə tam yeni müstəvidə yanaşmağı  məqsədəuyğun bilirik. 

Bu mənada aşağıdakı arqumentlərə diqqət yetirək: 

– fikrimizcə, Drezden nüsxəsinin 232-ci səhifəsində ardıcıl 

işlənmiş cümlələrdə eynilə  təkrar olunan yazılış  şəklinin ( اتا

م ) 

birinci cümlədə (ardıcıl verilmiş cümlələrdəki sıra nəzərdə tutulur) 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

20

 

“atam”, ikinci cümlədə “anam” (O.Ş.Gökyay, M.Ergin), yaxud 



əksinə, birinci cümlədə “anam”, ikinci cümlədə “atam” (H.Araslı, 

Zeynalov-Əlizadə) şəklində transkripsiyasını məqbul hesab etmək 

olmaz. Çünki Drezden nüsxəsindəki hər iki yazılış  şəkli məhz 

“atam” kimi oxunur. Dəqiq desək, hər iki yazılış  şəklində ikinci 

hərfin te (ت) olması açıq-aydın görünür; 

– ikincisi, dialoqun məzmunundan aydın olur ki, Təpəgöz   

Basatdan  anasının  adını soruşmur.   Bu  mənada “ اتا

م ” yazılış şək-

linin “anam” şəklində transkripsiyası artıq görünür, hətta məntiqə 

ziddir. Bu fikri Əyrəklə  Səyrəyin dialoqu da qüvvətləndirir: 

Təpəgöz Basatdan yalnız atasının adını soruşduğu kimi (Ağ saq-

qallu babaŋ adı nədir?), Əyrək də Səyrəkdən yalnız atasının adını 

soruşur (Yigit, səniŋ babaŋ kim?). Səyrək isə ona ünvanlanmış 

sual cümləsinin semantikasına uyğun olaraq yalnız atasının adını 

deyir (Babam adın sorarsaŋ - Uşun qoca!). Bu qarşılaşdırma bir 

daha təsdiq edir ki, Basatın dilindən verilmiş cavab cümləsindəki 

“ اتا

م  “ yazılış şəklinin “anam” şəklində oxunuşu Təpəgözlə Basatın 



dialoqunun semantikasına, ümumiyyətlə, uyğun deyil. Hətta bu 

məsələni sadə bir məntiqlə  də yozmaq olar: Təpəgöz Basatdan 

anasının adını deyil, təkcə atasının adını soruşursa, Basat da yalnız 

atasının adını deyir. Burada bir cəhəti də qeyd etmək lazım gəlir: 

ana adının çəkilməsi qədim türk adətlərinə ziddir. Bu, “Kitab”da 

da qabarıq görünür. Belə ki, Dirsə xan, Qazan xan, Buğac, 

Beyrək, Qanturalı kimi qəhrəmanlar analarının adını çəkmir, hətta 

buna təhkiyəçi dilində də təsadüf olunmur; 

– üçüncüsü, “Qaba Ağac” ifadəsinin kişi cinsinə aid olması 

həm də “Kitab”a istinadən dəqiqləşdirilib (əvvəlki səhifələrə bax: 

B.Abdulla və R.Qafarlının fikirləri). Qeyd etdiyimiz kimi, Beyrə-

yin bacısının dilindən verilmiş “Kölgəlicə qaba ağacım kəsilübdir, 

Ozan səniŋ xəbəriŋ yoq” cümləsini müxtəlif bucaqlar altında şərh 

etmək olar. Amma burada “nəsli davam etdirəcək kişi (ata) yox-

dur” mənası daha qabarıq görünür; 

– dördüncüsü, Drezden nüsxəsində on beş  dəfə  işlənmiş 

“anam” sözündə ikinci hərf məhz “ن” (nun) hərfidir. Bu mənada  


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

21

 

“ اتا



م “ yazılış  şəklini nüsxə katibinin xətası hesab edərək onu 

“anam”  şəklində transkripsiya etmək heç bir məntiqə  sığmır. 

Digər tərəfdən, həmin sintaktik bütövün (Basatın cavabı  nəzərdə 

tutulur) son dörd misrasında ardıcıl olaraq işlənmiş sözlərdəki 

(ata, ad ...) ilk iki səsin (at, ad) “Basat” adındakı son iki səslə (at) 

alliterasiya yaratması da “ اتا

م “ yazılış şəklinin “anam” yox, “atam” 

şəklində transkripsiya olunmasına imkan verir (atam, adın, atam, 

adın, adım ..., Basat): at-ad-at-ad-ad-at. Daha doğrusu, assonans 

və alliterasiyanın  sintezindən ibarət olan bu sıralanma həmin 

sintaktik bütövün son hissəsindəki misraları tam əhatə etdiyi üçün 

alliterativ tipli qafiyələr kimi çıxış edir. Şübhəsiz ki, burada son 

misraların leksik və sintaktik anaforalar şəklində qurulmasını da 

inkar etmək olmaz: “Atam adın sorar olsaŋ... Atam adın deirsəŋ 

...” Bu da təsadüfi deyil. Çünki “sözün və hərəkətin, yaxud obra-

zın – adın təkrarlanması ritual davranışın səciyyəvi cəhətidir”

1



Deməli, mübahisəli olan yazılış  şəklinin “anam, atam”, yaxud 



“atam, anam” kimi transkripsiyası alliterativ tipli qafiyələnmənin 

pozulmasına səbəb olur: anam, adın, atam, adın, adın, ...Basat (an-

ad-at-ad-ad-at), yaxud atam, adın, anam, adın, adın, adın...Basat 

(at-ad-an-ad-ad-at). Fikrimcə, belə bir transkripsiyanın mətnin 

ahəngdar səsləməsinə birbaşa mane olduğunu əlavə faktlarla arqu-

mentləşdirməyə ehtiyac yoxdur. Əksinə, alliterativ tipli qafiyələn-

mə ilə yaradılmış poetikliyin, daha dəqiqi, melodiyalılığın “Ki-

tab”ın dili üçün səciyyəvi olduğunu xüsusilə vurğulamaq lazım 

gəlir. Burada sintaktik mühitlə bağlı olaraq “Beyrəgə” formasına 

düşmüş  şəxs adının sonundakı “gə”nin digər sözlərdəki oxşar 

formalarla alliterasiya yaratmasını qeyd etməklə kifayətlənmək 

olar: “Aydan arı, gündən görkli qız qardaşıŋ Banıçiçəgi Bamsı 

Beyrəgə diləməgə gəlmişəm” (D-83):  gü – gö – gi – gə - gə -gə; 

– beşincisi, Qaba Ağac və Qağan Aslan adları  təkcə forma 

yox, həm də semantika baxımından oxşardır: forma baxımından 

                                                            

1

 R.Kamal.“Kitabi-Dədə Qorqud”un kommunikativ məkanı: miforital aspekt. Bakı, 



2013. 

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin