ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə6/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   2   3   4   5   6   7   8   9   ...   53

55

 

Yuxarıdakı qohumluq əlaqələrini (sonuncular nəzərdə tutu-



lur) dayı-bacıoğlu müstəvisində araşdıran S.Rzasoyun fikirləri 

maraq doğurur: “...İç Oğuz – Daş Oğuz münasibətləri qohumçuluq 

(qohumluq – Ə.T.) korrelyasiya oxunu ortaya qoymuş olur... 

Qazan-Aruz və Beyrək-Aruz qoşalıqları  İçoğuzların Daşoğuzla-



rın bacısı uşaqları olması korelyativ oxu ilə birləşir. İlk baxışdan 

adama elə gəlir ki,  sonuncu boy süjetinin epik konfliktinin kon-

tekstində Dayı – Bacıoğlu qoşalığının təhlil səviyyəsi kimi götü-

rülməsi təsadüfidir. Ancaq yada salaq ki, sonuncu boyda məhz bu 

model (Aruzun Qazanın dayısı olması və Beyrəyin Daşoğuzlar-

dan qız alması) xüsusi olaraq qabardılır (süjet aktuallığı qaza-

nır)... Diqqət edək: Qazan Aruzun bacısı  oğludur. Beyrək daş-

oğuzlardan qız almışdır. Bu iki informasiya bloku paradiqmatik 

düzümdə semiotik aspekti ortaya qoymuş olur: 

 

 

Qazan Aruzun  bacısı oğludur 



Beyrəyin uşağı Daşoğuzların bacısı oğludur 

 

Daşoğuzlu qızdan doğulmuş Qazanla Beyrəyin daşoğuzlu 



qızdan doğulacaq potensial uşağı eyni sütunda dayanır və  Bacı-

oğlu invarinatına girir...”

1

. Bu fikirləri belə  səciyyələndirmək 



olar: 

– bir sıra paradiqmatik düzümlərdə semiotik aspektlər müəy-

yənləşdirilib ki, bu da “Kitab”ı linqvopoetik baxımdan tam 

mənimsəmədən mümkün deyil; 

– bərpa olunan strukturlar “Kitab”ın poetik sistemi və se-

mantikası ilə birbaşa bağlanır; 

– semiotik aspektin nəticəsi olaraq verilmiş sxem assosiativ 

olaraq “Qazanla Beyrəyin oğlu xalaoğludur”  qənaətini də 

reallaşdırır ki, bu da “Kitab”ın semantik yükünə uyğun gəlir. 

K.Abdulla isə “Kitab”dakı dayı-bacıoğlu münasibətlərini 

daha çox dayının fetişi və ananın fetişi kontekstində araşdırıb: 

                                                            

1

 S.Rzasoy. Oğuz mifinin paradiqmaları. Bakı, 2004, səh.101-102. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

56

 

“...Dayı ilə bacıoğlu münasibətlərinin fetişləşdirilməsi, başqa  şə-



kildə desək, adi avankulat olan bu hal Dastanda açıq  şəkildə ol-

masa da, hər halda Qazan-Aruz münasibətlərində öz əksini tapır. 

Aydındır ki, dayının fetişi ananın fetişi ilə, yəni bütövlükdə götür-

sək, matriarxatın bizim təhlilin dilində desək, keşmişlə bağlı bir 

haldır və bu mənada dayı öz-özlüyündə artıq köhnəni simvolizə 

edən bir qüvvə kimi özünü göstərir. Dayı timsalında köhnəyə - 

keçmişə münasibət Qazanın, Beyrəyin ölümü ilə əlaqədar gördüyü 

tədbirlərdə də öz əksini tapır”

1



“Kitab”ın poetik strukturundan aydın olur ki, Qazanın anası 



Aruzun bacısıdır, yəni Aruz Qazanın dayısıdır. Beyrək də Aruzun 

nəslindən qız alıb, yəni qayınatası Baybicanla Aruz eyni nəsildən-

dir: “...Bəglər, Beyrək bizdən qız almışdır, güyəgümizdir”. (D-

295). Bu mənada Beyrəyin digər qohumluq dərəcəsini, daha 

doğrusu, uzaq qohumluğunu şərti olaraq belə bərpa etmək olar: 

bacanağı – Ulaş (Qazanın atası) 

bacanağının qudası – (Ulaşın qudası Bayındır) 

bacanağının qudasının atası – Qam Ğan (Ulaşın qudası 

Bayındırın atası) 

bacanağının oğlu – Qazan (Ulaşın oğlu) 

bacanağının oğlu – Qaragünə (Ulaşın oğlu) 

bacanağıının oğlunun arvadı – Burla xatun (Qazanın arvadı) 

bacanağının oğlunun qayınatası – Bayındır (Qazanın qayına-

tası) 


bacanağının nəvəsi – Uruz (Ulaşın nəvəsi) 

bacanağının nəvəsi – Qarabudaq (Ulaşın nəvəsi)... 

Bu şəcərəyə əsaslanmaqla “Kitab”dakı başqa qohumluq əla-

qələrinə də işıq salmaq olar: Banıçiçək – Qazanın dayısı qızı kimi, 

Beyrək – Qazanın dayısı  qızının  əri kimi, Qazan – Banıçiçəyin 

bibisi oğlu kimi, Uruz – Banıçiçəyin bibisi nəvəsi kimi götürülə 

bilər. Belə bir qohumluq əlaqəsi assosiativ olaraq bəzi məqamları 

da yada salır: Aruz tərəfindən qılınclanmış Beyrək can verərkən 

                                                            

1

 K.Abdulla. Mifdən yazıya və yaxud gizli Dədə Qorqud. Bakı, 2009, səh.43-44. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

57

 

Banıçiçəyin gələcək taleyini də düşünür. O istəmir ki, “üç öpüb – 



bir dişləyib, qızıl üzüyü barmağına taxdığı” Banıçiçək ömrünü 

Basatla çürütsün (qeyd etdiyimiz kimi, Basat Banıçiçəyin əmiza-

dəsidir): “Ağca yüzli görklimi Aruz oğlı Basat gəlüb almadıŋ” (D-

299).  Əksinə, təkidlə deyir ki, Qazan Banıçiçəyi oğluna (Uruza) 

alsın: “Qazan maŋa yetişsün. Mənim qanım Aruza qomasun. Ağca 

yüzlü görklümi oğlına alı versün” (D-299). Boyun, həm də 

“Kitab”ın sonunda bəlli olur ki, Qazan Beyrəyin qanını dayısından 

alır: “...Qaragünə atdan endi. Aruzın başın kəsdi” (D-302). Bu 

detal isə Banıçiçəyin sonrakı taleyi ilə bağlı müəyyən süjetləri 

bərpa etməyə imkan yaradır: göz açaraq gördüyü, könül verib 

sevdiyi Beyrəyin  ölüm xəbərini eşidəndə payız alması kimi al 

yanağını dartan, yırtan Banıçiçək Basata yox, Uruza könül verir, 

qayınatası Qazanın, qayınanası Burla xatunun hörmət və  məhəb-

bətini qazanır, xanımlar xanımı Burla xatunun ən layiqli davam-

çısı statusunda çıxış edir... Onu üç öpüb, bir dişləyən Beyrəyi isə 

qəlbinin dərinliklərində saxlayır,  şam kimi yandığını, için-için 

ağladığını bir kimsəyə bildirmir, taleyin hökmü ilə barışır... 

Bəkil. Etimologiyası ilə bağlı müxtəlif fikirlər var. Konkret 

desək, gözləmək, qorumaq, elin bəyi və s. kimi mənalarda izah 

olunub. Bəkilin qohumluq münasibətlərini əks etdirən nümunələrə 

isə az təsadüf olunur: Oğlancıqları qarşu gəldi, oxşamadı (D-238); 

Oğlancuğı  Əmran bəhadır babasına qarşu gəldi (D-240); Xatun 

ayıtdı: ...Kişi, qoynında yatan həlalına sirrini deməzmi olur? (D-

242). Bu cümlələrin semantik yükü Bəkilin qohumluq dərəcəsi ilə 

bağlı aşağıdakıları qeyd etməyə imkan verir: 

babası  və  nənəsi, atası  və anasının kimliyini əks etdirən 

nümunələrə rast gəlinmir  

arvadı (xatunu, halalı) – mətndə adı  çəkilməsə  də,  əsas 

obrazlardan biri kimi çıxış edir 

oğlu – Əmran 

digər oğlu – mətndə ona birbaşa işarə olunur 

(yuxarıdakı nümunələrə bax) 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

58

 

gəlini – mətndə ona işarə edilir  (“Ala gözlü oğlına al duvaxlı 



gəlin aldı”) 

Bəgdüz Əmən. Onun ləqəbi kimi işlənmiş “bığı qanlı” ifadə-

si igidlik məzmunludur.  “Bəgdüz  Əmən” modelində “bəg” titul, 

“düz” doğru, sədaqətli, “əmən” isə  məşhur, nəcib mənalarında 

şərh olunur. Bəgdüzün bir sıra xarakterik cəhətləri onun bədii təyi-

nində  obrazlı şəkildə canlandırılıb: “Varıban peyğəmbəriŋ yüzini 

görən, gəlübəni Oğuzda səhabəsi olan, acığı tutanda bıqlarında 

qan çıqan bığı qanlu Bəgdüz  Əmən...” “Kitab”ın poetik struktu-

runda Bəgdüzün qohumluq əlaqələrinin ifadə edən detallar yox 

dərəcəsindədir. Diqqətçəkən nümunələrdən biri isə Qazılıq qoca 

oğlu Yeynəyin dilində müşahidə olunur: “Dayım Əmən imiş, anı 

bildim. Döndüm ol ərə səlam verdim” (D-207). Bəgdüzün qohum-

luq münasibətlərinə  də,  əsasən,  bu cümlə kontekstində aydınlıq 

gətirmək mümkündür (şübhəsiz ki, şərtilik nəzərə alınmaqla):  

bacısının əri, kürəkəni – Qazılıq qoca  

bacısı oğlu – Yeynək (Qazılıq qocanın oğlu) 

Şərti olaraq təqdim etdiyimiz bu qohumluq əlaqələri ilə bağlı 

bəzi detallara aydınlıq gətirmək lazım gəlir: O.Ş.Gökyayın fikrin-

cə, “Kitab”da “Əmən” adlı üç qəhrəman var: Emen (Bin Bügdüz 

başları), Emen (Bıyığı – kanlu Bügdüz), Emren (İstanbul, 2000, 

səh.322). Fikrimizcə, bu, eyni qəhrəmanın müxtəlif adlarla təqdi-

mindən başqa bir şey deyil: birincisi, ona görə ki “Emen (Bin 

Bügduz başları) – Əmən (biŋ  Bəgdüz başları)” IV boyda Aruzla 

birlikdə, daha dəqiqi, ardıcıl sıralanmış cümlələrdə təqdim olunur: 

“Anuŋ ardınca biŋ  Bəgdüz başları  Əmən yetdi. Anuŋ ardınca 

toquz qoca başları Aruz yetdi” (D-151); ikincisi, “Emen (Bıyığı – 

kanlu Bügdüz)  –  Əmən (Bığı qanlu Bəgdüz)” VIII boyda yenə də 

Aruzla birlikdə  məhz ardıcıl sıralanmış cümlələr kontekstində 

verilir: “Bığı qanlu Bəgdüz  Əmən  əlində  zəbun oldı. Ağ saqallu 

Aruz qocaya qan qusdırdı” (D-219); üçüncüsü, XII boyda Aruzun 

köməyə çağırdığı  bəylər sırasında  Əmənin adı ilk olaraq çəkilir: 

“Aruz qayət səxt oldı. Taş  Oğuz bəglərinə adam saldı: “Əmən 

gəlsün, Alp Rüstəm gəlsün, Dönəbilməz Dülək Uran gəlsün, gerü 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

59

 

qalan bəglər həb gəlsün!” – dedi” (D-294) dördüncüsü, XII boyda 



Aruz  və    Əmən adlarının nəinki ardıcıl verilmiş cümlələr, hətta 

bir cümlə daxilində yanaşı işlənməsi müşahidə olunur: “Taş Oğuz 

bəglərindən Aruz, Əmən və qalan bəglər bunı eşitdilər...” (D-292). 

Bu qənaətlər “Kitab”dakı digər cəhətlərə  də  işıq salır.  İlk olaraq 

Əmənin qohumluq əlaqəsinin  əhatə dairəsinin genişlənməsinə 

diqqət yetirək:  

əmizadəsi – Qazanın qarıcıq anası 

əmizadəsinin əri – Ulaş 

əmizadəsinin oğlu – Qazan 

əmizadəsinin oğlu – Qaragünə 

əmizadəsinin nəvəsi – Uruz 

əmizadəsinin nəvəsi – Qarabudaq 

əmizadəsinin gəlini – Burla xatun 

əmizadəsinin qudası – Bayındır xan... 

Bügdüz  Əmənlə bağlı digər cəhətləri isə belə ümumiləş-

dirmək olar: Daş Oğuzda ikinci şəxs statusunda çıxış edir; üç adla 

tanınan qəhrəmandır (Əmən, Bügdüz başları  Əmən, Bığı qanlu 

Bəgdüz Əmən: buradakı bin “Bügdüz başları” titul, “Bığı qanlu”  

isə ləqəbdir. 

Maraqlıdır ki, Aruzla Qazanın arasındakı soyuq müna-sibət-

lər  Əmən – Qazan münasibətlərində  də özünü göstərir. Məsələn, 

Aruzla  Əmənin dialoqunda bu soyuq münasibət açıq-aşkar görü-

nür: “Aruz aydır ki, “Mərə qavat, biz Qazana düşmənüz” – dedim. 

Əmən aydır: “Eyü demişsən” (D-295). Bu məqamda assosiativ 

olaraq  Əmənin bacısı  oğlu Yeynəklə Qazan, eyni zamanda Yey-

nəklə Qazanın qardaşı  oğlu və kürəkəni Budaq (Qarabudaq) ara-

sındakı münasibətlər də yada düşür: Yeynək bilərəkdən Qazanın 

(xalası oğlunun; hər ikisinin anası Daş Oğuzdan olduğu üçün belə 

bir qohumluq əlaqəsindən bəhs etmək olar) xristian keçmişinə işa-

rə edir: “Qoŋur atlu Qazana “keşiş” deyən bəg Yegnək Turı ayğı-

rına bindi” (D-37) (bax: Kafirlərin qohumluğu); Qarabudaq Yey-

nəyi boşboğazlığına görə ittiham edir: “Budaq aydar: “Bunda laf 

urub nedirsən? Çünki ər dilərsin, varub babaŋı qurtarsaŋa! Nə on 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

60

 

altı yıldır tutsaqdırr?” – dedi” (D-204). Şübhəsiz ki,  bu cür detal-



lar “Kitab”dakı başqa gizli motivlərin açılmasına da kömək edə 

bilər. 


Buŋlu qoca.  Təpəgözün xidmətçilərindən biri olan Buŋlu 

qoca epizodik obrazlardandır. Qorqudşünaslıqda “Buŋlu” adı izti-

rablı, kədərl; dəlisov, sərsəm kimi mənalarda izah olunur ki, bu da 

həmin obrazın boydakı statusu ilə birbaşa səsləşir. Buŋlu qocanın 

qohumluq əlaqələri ilə bağlı heç nə söyləmək mümkün deyil. 

Buğac. Yalnız I boyda işlənib. Bu adın mənası “Kitab”da 

tam aydın şəkildə ifadə edildiyi üçün heç bir şərh vermir və onu 

eynilə  təqdim edirik: “Bayındır xanıŋ  ağ meydanında bu oğlan  

cəng etmişdir. Bir buğa öldürmüş səniŋ oğlıŋ” adı Buğac olsun...”. 

Buğacın qohumluğunu təsdiqləyən bir neçə nümunəyə  nəzər 

salaq: “Dirsə xan oğlu Buğac xan boyını  bəyan edər...” (D-10); 

“Bəri gəlgil, aq südin əmdigim, qadunım ana!” (D-28). 

babası və nənəsi ilə bağlı heç bir detala təsadüf olunmur  

atası – Dirsə xan 

anası – mətndə adı konkret olaraq çəkilməsə də, boyun əsas 

obrazlarından biri kimi görünür 

Dədə Qorqud. “Kitab”da  üstün mövqedə görünən bu 

modelin dörd dəfə “Qorqud ata” şəklində işlənməsinə rast gəlinir. 

Qorqudşünaslıqda bu modellərdəki sözlərin məna yükü barədə 

kifayət qədər bəhs olunub: dədə – yol göstərən, aqil, müdrik, ağ-

saqqal...; ata-rəhbər, tərbiyəçi, yolgöstərən...; qorqud – ruzi verən, 

ruzulu ata, xeyir qoruyan, xoşbəxtlik odu, bəxt odu, od tanrısı... 

Burada dədə və ata sözlərinin eyni semantik yuvaya daxil olmasını 

xüsusilə vurğulamaq lazımdır.  

“Dastan”da Dədə Qorqudun bayat tayfasından  olmasına bir-

başa işarə edilir: “Rəsul Əleyhissəlam zəmanına yaqın Bayat bo-

yından, Qorqut ata diyər, bir ər qopdı” (D-2). Qohumluq əlaqələ-

rini ifadə edən konkret nümunələrə isə  təsadüf olunmur. Amma 

bunu da unutmaq olmaz ki, Dədə Qorqud Oğuz elinin kamil bilici-

si, yol göstərəni, məsləhət verəni, boy boylayanı, soy soylayanı-

dır... Oğuz elinin beşikdəki körpəsi də, at belində döyüşən igidi 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

61

 

də, qocası, ahılı da onun üçün qohumdur, doğmadan doğma 



adamlardır... Sanki onların hər biri atası Qara Xocanın (bir sıra 

tarixi mənbələrdə belə göstərilir) yadigarlarıdır. 



Dəli Domrul. Qorqudşünaslıqda “dəli” sözü daha çox igid, 

qorxmaz, “domrul” isə  nəsil verən, həyat başlanğıcı  mənasında 

şərh olunur. V boyun əsas qəhrəmanlarından  biri kimi çıxış edən 

Dəli Domrulun qohumluq əlaqələri aşağıdakı kimidir: 

babası və nənəsilə bağlı parçalara təsadüf olunmur  

atası – Duxa qoca 

anası – mətndə adı şəkilməsə də, əsas obrazlardan biri kimi 

görünür: “Toquz ay tar qarnımda götürdigim, oğul!” (D-165). 

arvadı və oğulları – mətndə onlara birbaşa işarə olunur: “Yad 

qızı həlalım var, andan mənim iki oğlancığım var...” (D-166). 



Dəli Dondar (Tundar, Tundaz, Tondaz). Bu antroponimik 

modeldəki “dəli” sözü igid, qəhrəman, “dondar” isə silahlandıran, 

döyüşə hazır edən mənasındadır. Dəli Dondarın bədii təyini 

belədir: “Dəmir qapu Dərvəndəki dəmür qapuyı dəpüb alan, altmış 

tutam ala köndəriniŋ ucında  ər bəgürdən Qiyan Səlcük oğlı  Dəli 

Donda ...” (D-60). Bu parçaya, eləcə  də “Kitab”ın poetik 

strukturundakı uyğun nümunələrə söykənməklə  Dəli Dondarın 

qohumluq əlaqələrinə aydınlıq  gətirmək olar: 

babası – Aruz 

nənəsi – Aruzun arvadı 

atası – Qıyan Səlcik 

anası – mətn kontekstində müəyyənləşə bilir (bax: Aruzun 

qohumluğu) 

əmisi – Basat 

əmizadələri – Baybican, Dəli Qarçar, Banıçiçək... 

əmizadəsinin qudası – Baybörə (Baybicanın qudası) 

əmizadəsinin əri – Beyrək (Banıçiçəyin əri) 

atasının bibisi – Qazanın anası, Aruzun bacısı 

atasının bibisi oğlu – Qazan 

atasının bibisi oğlu – Qaragünə 

atasının bibisi nəvəsi – Uruz (Qazanın oğlu) 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

62

 

atasının bibisi nəvəsi – Qarabudaq (Qaragünənin oğlu) 



atasının bibisi nəvəsi – Qazanın qızı (Qarabudağın arvadı) 

atasının bibisi gəlini – Burla xatun (Bayındırın qızı) 

atasının bibisi oğlunun qayınatası – Bayındır (Qazanın 

qayınatası) 



Dəli Uran. Yalnız VII boyda işlənmişdir, apelyativlərinin se-

mantik yükü ilə bağlı kifayət qədər bəhs olunub: “dəli” sözü igid, 

“uran” isə biçən, kəsən, vuran mənasında səciyyələndirilib. “Ki-

tab”da cəmi bir dəfə  işlənmiş  Dəli Uranın “Əjdəhalar ağzından 

adam alan” bədii təyini birbaşa onun qəhrəmanlığını qabartmağa 

xidmət edir. Dəli Uranın qohumluq əlaqələrini ifadə edən parça-

lara rast gəlinmir. 

Dəli Qarçar. Bu adın etimologiyası ilə bağlı 1999-cu ildə 

söylədiklərimi eynilə  təqdim edirəm: “Dəli Qarçar antroponimik 

modelində “Dəli” ləqəbi igid mənasındadır. “Qarçar” antroponi-

minə isə tarixi-etimoloji prizmadan yanaşsaq, həmin antroponim 

“qaraca+ər” konstruksiyasının inkişafı  əsasında yaranmışdır – 

fikrini söyləmək mümkündür... “Dəli Qarçar” antroponimik 

modelindəki hər üç apelyativ igidlik simvolludur: dəli (igid), 

qara//qaraca (böyük, qüdrətli, güclü), ər (igid, qəhrəman)...”

1

.  III 


boyda qəhrəmanlardan biri kimi çıxış edən Dəli Qarçarın 

qohumluq münasibətləri ilə bağlı aşağıdakıları qeyd etmək olar: 

atası – Baybican 

anası – adı çəkilmir, mətn kontekstində müəyyənləşir 

bacısı – Banıçiçək 

bacısının əri – Beyrək 

bacısının qayınatası – Baybörə 

əmizadələri – Aruz, Basat, Qıyan Səlcik, Dəli Dondar 



Dəmirgüci. Apelyativləri (dəmir+güc) igidlik, mərdlik 

məzmunludur. II boyda epizodik obrazlardan biri kimi görünən 

Dəmirgücinin qohumluq əlaqələrinin  əhatə dairəsi o qədər də 

geniş deyil: 

                                                            

1

 Ə.Tanrıverdi. “Kitabi-Dədə Qorqud”da şəxs adları. Bakı, 1999, s.96. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

63

 

qardaşı – Qaraca çoban 



qardaşı – Qabangüci 

Dəmür Tonlu Mamaq. Yalnız VIII boyda müşahidə edilir: 

“Dəmür Tonlu” igidlik məzmunlu ləqəbdir; “mamaq” apelyativi 

isə M.Kaşğarinin “Divan”ındakı öküz anlamlı “mama” sözü ilə 

səsləşir; “Kitab”da “Mamaq”ın qohumluq münasibətlərini ifadə 

edən nümunələrə rast gəlinmir. 

Dirsə xan. Yalnız I boyda təsadüf olunann Dirsə antro-

poniminin Allah adam, diri adam mənasında olması ehtimal edilir. 

Müqayisələr göstərir ki, “Kitab”da Bayındır xan, Qazan xan, Aruz 

kimi Oğuz bəylərindən fərqli olaraq, Dirsənin qohumluq əlaqələri 

nisbətən zəif görünür: 

arvadı, xatunu – boyun əsas qəhrəmanlarından olsa da, adı 

çəkilmir. Dirsə xan ona qavunım, verəgim, döləgim  xan qızı, –  

deyə müraciət edir (Xan qızı, yerimdən tirayınmı?) 

oğlu – Buğac 

Dözən. İgidlik məzmunlu bir ad kimi səciyyələndirilir, daha 

doğrusu, dözən, tab gətirən mənasında izah olunur; Qohumluq 

əlaqələrini  əks etdirən nümunələr çox azdır. “Dözən oğlı Alp 

Rüstəm” antroponimik modelinə görə onun  Alp Rüstəm adlı oğlu 

olduğunu söyləmək mümkündür. Yaxud Alp Rüstəmin dilindən 

verilmiş “eki qardaş  bəbəgin öldürüb zəlil gəzən” feli birləşmə-

sinin semantikasına əsaslanmaqla Dözənin Alp Rüstəmdən başqa, 

oğlu və  nəvələri də vardır – qənaətinə  gəlmək mümkündür. 

Bunları aşağıdakı kimi sistemləşdirmək olar: 

oğlu – Alp Rüstəm  

oğlu – mətn kontekstində müəyyənləşir 

nəvələri – mətn kontekstində müəyyənləşir 



Duxa qoca. V boyda müşahidə olunan “Duxa” adının vur, 

döy anlamlı “tok” feli əsasında yarandığı ehtimal edilir; onun 

qohumluq əlaqələri də yalnız V boyla məhdudlaşır ki, bu da əsa-

sən aşağıdakıları əhatə edir: 

arvadı – mətndə adı çəkilməsə də, əsas obrazlardan biri kimi 

çıxış edir  



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

64

 

oğlu – Dəli Domrul 



nəvələri – Dəli Domrulun oğulları (mətndə onlara işarə 

edilir) 


gəlini – Dəli Domrulun arvadı 

Dügər: igidlik məzmunlu antroponimdir; etnonim əsasında 

yaranıb (tügər); “bin qövm başları” tituluna görə digər qəhrə-

manlardan fərqlənir; IV boyda cəmi bir dəfə  işlənmişdir; onun 

qohumluq əlaqələrini ifadə edən hər hansı bir detala rast gəlinmir. 



Dönəbilməz Dülək Uran.  VII, XI və XII boylarda müşahi-

də olunan bu antroponimin apelyativlərini belə  səciyyələndirmək 

olar: dönəbilməz – sözündən dönməyən, döyüşdə daim irəli atı-

lan...; dülək – güclü, qüvvətli, qüdrətli; uran – vuran, biçən, kəsən. 

Onun qohumluq əlaqələri ilə bağlı  aşağıdakıları söyləmək 

mümkündür: 

atası – İlək qoca 

anası – mətndə təsadüf olunmur 

qardaşı – Alb Ərən 

qardaşı – Sarı Qalmaş 

qardaşının qayınatası – Ağ Məlik (Alb Ərənin qayınatası) 

qardaşı arvadı – Çeşmə (Alb Ərənin arvadı) 



Əgrək. Beyrək, Yegnək, Səgrək kimi adlarla alliterasiya 

xəttində birləşən “Əgrək”in “əymək” apelyativi əsasında yaranma-

sını igidlik məzmunlu bir ad olmasını ehtimal etmişdim

1

. Məlumat 



üçün deyim ki, belə bir yozum qədim türk ad yaradıcılığı ilə 

birbaşa bağlanır. Amma “Əgrək” adını başqa prizmadan da izah 

etmək mümkündür. Fikrimcə, “Əgrək” adı “erkəg//ərkəg” apelya-

tivi  əsasında yaranmışdır: birincisi, ona görə ki  “Əgrək” adı ilə 

“ərkəg” (kişi cinsinə mənsub fərd; kişi; kişi kimi möhkəm, güclü) 

sözü fonetik tərkibcə çox yaxındır, konkret desək, “Əgrək”  şəxs 

adı  “ərgək” sözünün metatezaya uğramış bir forması kimi görü-

nür:  ərkəg=Əgrək; ikincisi, erkəg//ərkəg apelyativinin semantik 

yükü türk kişi adlarının yaranma əsaslarına tam uyğun gəlir (kişi 

                                                            

1

 Ə.Tanrıverdi. “Kitabi-Dədə Qorqud”da şəxs adları. Bakı, 1999, s.132. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

65

 

kimi möhkəm, güclü). Müq.et: Ərən, Kişi...; üçüncüsü, “Kitab”da 



“erkək” sifəti totemlə bağlı olan sözlərlə birlikdə işlənib, həm də 

bir təyinedici kimi üstün mövqedə görünür: Ağ qayanıŋ qaplanı-

nın ergəgində bir köküm var; Əzvay qurd ənügi erkəgində bir kö-

küm var; Ağ sunqur quşı erkəgində bir köküm var...; dördüncüsü 

təqdim etdiyimiz nümunələrdə “erkəg” sözündən  əvvəl işlənmiş 

qaplan, qurd və  ağ sunqur vahidləri qədim türk dilində  təkcə 

apelyativlər kimi yox, həm də şəxs adları kimi intensivdir: Qaplan, 

Ağ sunqur (qurd sözünün sinonimi olan “börü” apelyativi əsasında 

yaranmış “Baybörə” və Beyrək (börüyək) adlarından bəhs etmi-

şik); beşincisi, Səyrəyin nişanlısının dilindən verilmiş  “ərkəg si-

nəg” (erkək milçək) ifadəsini təsadüfi hesab etmək olmaz: “Ərkəg 

sinəgi üzərimə qondırmıyam...” (D-260). Burada “ərkəg” sifətinin 

Əgrək və  Səgrək  şəxs adları ilə assosiativliyi açıq-aydın görünür 

və bu assosiativlik təkcə alliterativ qafiyələnmədə (Əgrək, Səgrək-

ərkəg) yox, eyni zamanda Əgrək adı ilə “ərkəg sinəgi” (litota kimi 

işlənib) ifadəsinin semantik bağlılığında özünü göstərir. Həmin 

misranın semantik yükünə diqqət yetirək: nişanlısı Səyrəyin yolu-

nu gözləməkdə israrlıdır; Səyrəyin ölüm xəbərini gətirənin başını 

kəsməyə hazırdır; sinəsinə heç bir kişini, heç bir erkəyi, hətta er-

kək milçəyi belə qondurmaq fikrində deyil. Bu müstəvidə  Səy-

rəyin nişanlısı olduqca sədaqətli, olduqca namuslu, olduqca qey-

rətli bir türk qadınının ümumiləşdirilmiş obrazı kimi çıxış edir. 

Hətta o, bu müstəvidə “...Yoxsa iyrənc dinli kafirin döşəyinə gi-

rimmi?” – deyən xanlar xanı Bayındırın qızı xanımlar xanımı 

Burla xatundan çox yüksəkdə durur.  

Bir sıra cümlələrdə Əyrəyin igidliyi xüsusi olaraq qabardılır; 

“Bəhadır, dəlü, yaxşı yıgıd idi” (D-253); Qohumluq münasibətlə-

rini mətn kontekstində asanlıqla müəyyən etmək mümkündür: 

“Uşun qoca deərlər, bir kişi vardı... Ulu oğlınıŋ adı Əgrək idi” (D-

253); “Məgər xanım, Uşun qocanıŋ kiçi oğlı Səgrək eyü, bəhadır, 

alp, dəlü yigit qopdı” (D-256); “Ulu oğlına dəxi görklü gəlin 

gətürdi” (D-271)...  Bu tip cümlələrə, həm də X boyun məzmunu-



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin