ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə8/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

Sarı Qalmaş: apelyativlərinin məna yükü belə  səciyyə-

ləndirilir:“sarı”–yetkin, kamil;“qalmaş”– qalmaq (durmaq)+ma+ş; 

atasının adı antroponimik modelində ifadə olunub: “İlək qoca oğlı 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

77

 

Sarı Qalmaş”. Bu mənada “Sarı Qalmaş”ın qohumluq əlaqələri 



“İlək qoca” ilə bağlı verilmiş cümlələrdə daha aydın görünür. Bu 

tip cümlələrə (əvvəlki səhifələrə bax) istinad edərək aşağıdakıları 

qeyd etmək olar: 

atası – İlək qoca  

qardaşı – Dönəbilməz Dülək Uran 

qardaşı – Alb (Alp) Ərən 

qardaşı arvadı, yengəsi – Çeşmə (Alp Ərənin arvadı, Ağ 

Məliyin qızı) 

qardaşının qayınatası – Ağ Məlik  

Savqan Sarı: “Kitab”da az təsadüf olunan adlardandır, cəmi 

bir dəfə işlənib; antroponimik modeldəki “savqan” qasid, xəbərçi, 

xəbər aparan, “sarı” isə yetkin, kamil anlamlı söz kimi izah 

olunur. Savqan Sarının qohumluq əlaqələri ilə bağlı heç bir fikir 

söyləmək olmur. 

Səgrək: qeyd etdiyimiz kimi, formaca Beyrək, Yegnək kimi 

adlarla səsləşir, həmin adlarla alliterasiya xəttində birləşir; igidlik 

məzmunludur, səyirdən, sıçrayan, çapan mənasındadır; onun qo-

humluq əlaqələri aşağıdakı kimidir: 

atası – Uşun qoca  

anası – mətndə adı çəkilməsə də, dolğun bir obraz təəssüratı 

yaradır 

qardaşı – Əgrək 

arvadı – mətndə ona işarə edilir: “...Eki qardaş bir-birinə sağ-

dıc oldılar, gərdəklərinə çapub düşdilər” (D-271). Burada bir mə-

qamı da qeyd etmək lazım gəlir: boyun əvvəlində Səyrəyin nişan-

lısı  ən namuslu, ən qeyrətli bir türk qadını kimi təqdim olunur 

(bax: Əyrəyin qohumluğu) 

qardaşı arvadı, yengəsi – Əyrəyin arvadı 

əmiləri – VIII boyda onlara birbaşa işarə edilir (bax: Əyrəklə 

bağlı bölmə) 



Şir  Şəmsəddin: bu modeldəki fars mənşəli “şir” sözü igid, 

cəsur,  ərəb mənşəli “Şəmsəddin” isə dinin günəşi mənasındadır; 

bədii təyinində igidliyi xüsusi olaraq qabardılır: “Dəstursızca Ba-


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

78

 

yındır xanıŋ yağısını basan, altmış biŋ kafərə qan qusduran, ağ-



boz atıŋ yalısı üzərində qar turdıran  Ğəflət qoca oğlı  Şir  Şəm-

səddin...” (D-61); onun qohumluq münasibətlərinin  əhatə dairəsi 

ilə bağlı yalnız bir faktı  qeyd etmək mümkündür: atası – Ğəflər 

qoca. 


Tərs Uzamış: buradakı “tərs” sözü dediyindən geri durma-

yan, sözündən dönməyən, “uzamış” isə bacarıqlı, uğurlu və s. kimi 

məna yükünə malikdir; “Kitab”da dörd dəfə işlənmiş “Tərs Uza-

mış”ın qohumluq əlaqələri  ilə bağlı heç bir fikir ifadə etmək 

mümkün deyil. 

Toğsun: apelyativinin məna yükü iki cür düşünülə bilir: ya-

ransın,  əmələ  gəlsin, meydana çıxsın; vursun, döysün, zərbə en-

dirsin; ikinci izah həm “Kitab”ın poetik strukturuna, həm də  qə-

dim türk ad sisteminə daha çox uyğun gəlir. Alp Rüstəmin antro-

ponimik modelində müşahidə olunan (Toğsun oğlı Rüstəm) Toğ-

sunun qohumluq əlaqələri, əsasən, aşağıdakı kimidir: 

oğlu – Alp Rüstəm 

oğlu – mətndə ona işarə edilir 

nəvələri – mətndə onlara işarə olunur (bax: Alp Rüstəmlə 

bağlı bölmə) 



Ulaş: daha çox ucalığa tay, yüksək, böyük anlamlı bir antro-

ponim kimi izah olunur. Ulaşın qohumluq əlaqələrinin aşkarlan-

masında Qazanın antroponimik modeli (Ulaş  oğlı Salur Qazan) 

xüsusi əhəmiyyət kəsb edir. Belə ki, “Qaragünə Ulaşın oğludur”, 

“Qarabudaq Ulaşın nəvəsidir”, yaxud “Uruz Qazanın oğlu, Ulaşın 

nəvəsidir” kimi hökmlər məhz Qazana görə verilə bilir, daha doğ-

rusu, Qazanın dilindən verilmiş “Qartaşım Qaragünəyi gördüm...”, 

“A bəglər, Uruz xub söylədi, şəkər yedi...” tipli cümlələrin seman-

tikasına əsaslanmaqla söylənilir. Konkret desək, “Kitab”da “Ulaş 

oğlı Qaragünə” antroponimik modeli yoxdur. Əksinə,  “Ulaş oğlı 

Salur Qazan” modeli üstün mövqedə görünür.  

Ulaşın qohumluq əlaqələrini aşağıdakı kimi sistemləşdirmək 

olar: 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

79

 

arvadı – II boyda ona işarə edilir (Qazanın dilində: “Qarıcıq 



anam gətürüb durursan, mərə kafər, anamı vergil maŋa ...) 

oğlu – Qazan 

oğlu – Qaragünə 

nəvəsi – Uruz (Qazanın oğlu) 

nəvəsi – Qazanın qızı (əvvəlki səhifələrə bax) 

nəvəsi – Qarabudaq (Qaragünənin oğlu) 

qudası – Bayındır 

gəlini – Burla xatun (Qazasnın arvadı) 

qudasının atası – Qam Ğan (Bayındırın atası) 

qaynı – Aruz 

qaynı arvadı – Aruzun arvadı, mətndə ona işarə olunur 

qaynı oğlu– Basat (Aruzun oğlu) 

qaynı oğlu – Qıyan Selcik (Aruzun oğlu) 

qaynı gəlini – Aruzun gəlini, Qıyan Səlcikin arvadı 

qaynı nəvəsi – Dəli Dondar (Aruzun nəvəsi, Qıyan Selcikin 

oğlu) 


qaynının əmizadələri–Baybican,Dəli Qarçar, Banıçiçək  

bacanağı – Beyrək (hər ikisi Daş Oğuzdan – Aruzun nəslin-

dən qız aldığı üçün şərti olaraq bacanaq kimi götürülə bilər) 

Burada Ulaşın qohumluq əlaqələri ilə bağlı bir məqam da  

yada düşür: nəvələri ailə qurub, oğulları qudadır, daha dəqiqi, 

Qaragünənin oğlu Qarabudaq Qazanın qızını alıb. 



Uruz. Bu adın apelyativi daha çox bəxt, tale, səadət, xoş-

bəxtlik mənalarında izah olunur, onun antroponimik modeli IV 

boyun adında aydın  şəkildə verilib: “Qazan bəg oğlı Uruz bəg”. 

Bu modelin semantikasına, eyni zamanda “Məgər sən xan Qaza-

nın  oğlı degilsən?” – dedi. Uruz qaqdı, aydır: “Mərə qavat, mə-

nim babam Bayındır xan degilmidir?” Ayıtdı: “Yox, ol, ananıŋ ba-

basıdır, səniŋ  dədəŋdir” kimi parçalara əsaslanaraq Uruzun qo-

humluq münasibətləri ilə bağlı  ən  əsas cəhətləri dəqiqləşdirmək 

olar. Uruzun qohumluğu təsvir olunmuş yuxarıdakı parçanın 

əhəmiyyəti, “Kitab”ın poetik strukturundakı yeri barədə K.Əliyev 

də bəhs edib. Müəllif həmin parçanı Uruzun özünü tanıması kon-


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

80

 

tekstində şərh edir: “...Uruzun kim olması və epik ənənəyə uyğun 



gələn qəhrəmanlıq göstərməsi və onun haqqında  ən  əhəmiyyətli 

məlumatlar məhz XI boyda, yəni “Salur Qazanın dustaq olduğu və 

oğlu Uruzun onu xilas etdiyi boy”da verilir. Burada, ilk növbədə, 

gənc Uruz özü özünü tanıyır”

1

. Bütün bu deyilənləri nəzərə alaraq 



Uruzun qohumluq əlaqələri ilə bağlı aşağıdakı nəticələri söyləmək 

olar: 


ulu babası – Qam Ğan  

babası – bayındır (ana babası) 

babası – Ulaş (ata babası) 

nənəsi – Ulaşın arvadı 

atası – Qazan 

anası – Burla xatun 

bacısı – Qarabudağın arvadı 

arvadı – mətndə ona işarə edilir (bax: Qazanın gəlini) 

əmisi – Qaragünə 

əmisi oğlu və bacısının əri – Qarabudaq 

atasının dayısı – Aruz 

atasının dayısı oğlu – Basat 

atasının dayısı oğlu – Qıyan Səlcik 

atasının dayısı gəlini – Aruzun gəlini, Qıyan Səlcikin arvadı 

IV boyun əvvəlində  təsvir olunur ki, Uruz keşişin qızını 

almaq istəyir: 

 

Pilon geyən keşişiŋ əlin öpərəm, 



Qara gözlü kafər qızın mən aluram. 

Həmin boyun sonrakı hissələrində isə Uruz anası Burla 

xatuna deyir: 

 Yad qızı həlalıma dəstur versün! 

 Maŋa tutan gərdəgə ayrıq girsün! 

                                                            

1

 K.Əliyev. Eposun poetikası:“Dədə Qorqud” və “Koroğlu”.Bakı,2011,s.57. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

81

 

Bu parçaların semantikasını qarşılaşdırsaq, yad qızı keşişin 



qızıdır, keşiş Uruzun qayınatasıdır – qənaətinə  də  gəlmək müm-

kündür. 


XII boyda Beyrəyin dilindən verilmiş parçaya nəzər salaq: 

   Ağca yüzli görklümi Aruz oğlı Basat gəlüb almadın...                        

   Qazan maŋa yetişsün. 

   Mənim qanım Aruza qomasın 

   Ağca yüzlü görklümi oğlına alı versün... 

Bu parçanın semantik tutumu isə belə bir ehtimalı söyləməyə 

əsas verir: Banıçiçək Basata yox, Uruza könül verə bilər, onun 

xatunu (arvadı) ola bilər. 

atasının dayısı nəvəsi – Dondar (Aruzun nəvəsi, Qıyan Səlci-

kin oğlu) 

nənəsinin əmizadələri (Qazanın anasının əmizadələri) – Bay-

bican, Dəli Qarçar, Banıçiçək 

nənəsinin əmizadəsinin qudası – Baybicanın qudası Baybörə 

nənəsinin əmizadəsinin əri – Banıçiçəyin əri Beyrək 



Uşun qoca: VIII və X boylarda işlənib; eponimlə bağlı olan 

adlar sırasına daxildir; “uşun” apelyativi bir sıra  lüğətlərdə, o 

cümlədən M.Kaşğarinin “Divan”ında “çiyinin başı, üst hissəsi” 

mənasında verildiyi üçün igidlik, məğrurluq məzmunlu adlarından 

biri kimi izah olunur; Uşun qocanın qohumluq əlaqələri ilə bağlı 

aşağıdakıları qeyd etmək olar:  

arvadı – mətndə  bir obraz kimi çıxış etsə də, adı verilməyib 

oğlu Əyrək 

oğlu Səyrək 

gəlini – Əyrəyin arvadı 

gəlini – Səyrəyin arvadı 

qardaşları – VIII boyda onlara  işarə edilir (əvvəlki səhifələrə 

bax) 

Yağrıncı: VII boyda işlənib; kürək anlamlı “yağrın” apelya-

tivinə görə düşmənin kürəyini yerə vuran”, “məğlub edən” və s. 

kimi mənalarda izah olunub (Əzizxan Tanrıverdi. “Kitabi-Dədə 

Qorqud”un söz dünyası. Bakı, 2006, s.13); onun qohumluq əla-



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

82

 

qələri ilə bağlı  cəmi bir detalı müşahidə etdik: oğlunun adı  İlal-



mışdır. Bu da İlalmışın antroponimik modelində aydın şəkildə ve-

rilib: “Yağrıncı oğlı İlalmış”. 



Yalançı: III boyda müşahidə olunur, “yalançı” apelyativi 

“yalan söyləyən” mənasındadır;  qorqudşünaslıqda daha çox əsl 

şəxs adı kimi yox, qeyri-real, poetik ad kimi izah olunur. Bu mə-

nada onun qohumluq əlaqələrindən şərti olaraq bəhs edirik: oğlu – 

Yırtacuq//Yalancuq. 

Yırtacuq//Yalancuq: hər iki apelyativ “yalan söyləyən” mə-

nasında izah olunur: yırtacuq (ağzı yırtıq, yalan söyləyən), yalan-

cuq (yalan danışan, yalan söyləyən); yuxarıda “Yalançı” adının da 

“yalan söyləyən” mənasında olduğunu göstərdik. Deməli, “Yalan-

çı  oğlı  Yırtacuq” və ya “Yalançı  oğlı Yalancıq” modellərindəki 

hər üç apelyativ (yalançı, yırtacuq, yalancıq) eyni semantik yuva-

ya daxildir. Burada da qohumluq əlaqəsindən bəhs etməyə ehtiyac 

yoxdur. Çünki mənfi emosiyalı Yırtacuq//Yalancuq adının seman-

tik yükü birbaşa boyun semantikasından doğur. Bu mənada Yır-

tacuq və ya Yalancuq poetik adlar silsiləsinə daxildir. Formasına 

görə “Bəkil oğlı Əmran”, “Uşun qoca oğlı Səgrək” kimi antropo-

nimik modellərlə səsləşən “Yalançı oğlı Yırtacuq” və ya “Yalançı 

oğlı Yalançıq” modellərində “y” samitinin  alliterasiyası ilə qalın  

saitlərin assonansının sintezi müşahidə olunur ki, bu da birbaşa 

obrazlılığı qüvvətləndirməyə xidmət edir.  

Yapağlu qoca: apelyativi daha çox aqillik, xilas etmə, xəbər 

tutma və s. anlamlı “yapağ (-lu)” sözünə  uyğun gəlir; Təpəgözə 

xidmətçi verilmiş iki qocadan biridir; onun qohumluq əlaqələri ilə 

bağlı heç bir detala rast gəlinmir.  



Yegnək: apelyativi yaxşı anlamlı “yeg” sözü ilə  əlaqələn-

dirilir; II, III, IV, VII və VIII boylarda rast gəlinir; Yegnəyin 

qohumluq əlaqələri ilə bağlı iki cəhət diqqəti cəlb edir:  

atası – Qazılıq qoca 

dayısı – Əmən 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

83

 

hər iki detal “Kitab”da açıq-aydın şəkildə müşahidə olunur: 



“Qazılıq qoca oğlı Yegnək” (D-201); “Dayım  Əmən imiş, anı 

bildim” (D-207). 

Əski tariximizin bir parçasına Oğuz kişilərinin qohumluğu 

müstəvisində müəyyən qədər aydınlıq gətirməyə çalışdıq (“Oğuz 

xanımlarının qohumluğu” bölməsindən sonra  verilmiş  nəticələrə 

bax). 


 

b) Kafirlərin qohumluğu 

 

Qorqudşünaslıqda “kafirlərə” müxtəlif prizmalardan yanaşı-

lıb. Təəccüb doğuran budur ki, kafirlərlə bağlı daha çox ziddiyyət-

li, qeyri-elmi nəticələr söylənilib. Burada diqqətçəkən bir neçə fik-

rə münasibət bildirmək zərurəti yaranır: E.Əlibəyzadəyə görə, 

“Kitab”dakı kafirləri ermənilər və gürcülər kimi başa düşmək la-

zımdır: “Kitab”da bu qonşular ümumi bir adla “kafir” deyə təqdim 

edilir. Ermənilər və gürcülər nəzərdə tutulur... Belə anlaşılır ki, 

hələ o vaxtlar – 1400-1500 il bundan öncə qonşularımız şər-şama-

ta olublar, xəyanət, dava-dalaş  həmişə onlar tərəfindən başla-

nıb...son 5-6 ilin hadisələri, təcavüz, qanlı müharibə də təsdiq edir 

ki, iddialı olmaq, şər, hiylə, qərəz, ədalətsizlik bu xalqın xilqətin-

də, canında varmış... Bu həqiqət Qorqud Atanın şahidliyi ilə das-

tanlarda öz əksini və  bədii həllini çox gözəl tapıb...”

1

. Müəllif 



“Oğuzlar və bədxah qonşuları” ilə bağlı fikirlərini “Bəkil oğlı Əm-

ran boyu” kontekstində bir az da “dəqiqləşdirir”. Belə ki, gürcülər 

sözünü ermənilərin xeyrinə ixtisar edərək yazır: “...Budur, min 

dörd, min beş yüz il bundan əvvəlki erməni sifəti. Bu gün də o, bu 

sifətini göstərir: bu sözün əyər-əskiyi yoxdur. Bu münasibət 

tarixən eynilə davam edib gəlir...”

2

. Hörmətli professorumuzun bu 



fikirləri Azərbaycan tarixinə ziddir. Əsl tarix hiss-həyəcanla, emo-

siyaya qapılmaqla yox, tutarlı fakt və arqumentlərlə danışmağı 

sevir...Məgər ermənilərin Cənibi Qafqazda məskunlaşma tarixini 

                                                            

1

 E.Əlibəyzadə. Kitabi-Dədə Qorqud. Bakı, 1999, səh.111-112. 



2

 Yenə orada, səh.114. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

84

 

V əsrə aparmaq olarmı? Heç şübhəsiz ki, yox!!! Burada emosiya-



larını cilovlaya bilmədiyi, həm də ermənilərə kəskin nifrət bəslədi-

yi üçün qeyri-dəqiqliyə yol vermiş E.Əlibəyzadəyə yazıçı Anarın 

bir fikrini xatırlatmaqla kifayətlənirik: “Kitabi-Dədə Qorqud”da 

“erməni” və “hay” sözlərinə rast gəlmirik.”Təkür” sözünü erməni 

kəlməsi “taqavor” kimi oxuduqda belə, bu, farsca “tacidar”dan 

törənmiş qeyri-müəyyən hökmdar titulundan başqa bir şey deyil”

1

.  


Ş.Cəmşidov kafirləri birbaşa erməni kimi təqdim etməsə də, 

şərhlərinin ümumi semantik yükündə “kafir=erməni” modeli açıq-

aydın görünür; “...Yaxın qonşular ilə Oğuz qəhrəmanları arasında 

düşmənçilik, demək olar ki, mövcud deyildir. Heç yerdə Oğuzlarla 

onların yaxın qonşuları olan erməni və gürcülərlə toqquşmaya 

təsadüf etmirik”

2

. Sovet ideologiyasının təsiri qabarıq  şəkildə 



görünən bu cümlələrdən belə anlaşılır  ki, “Kitabi-Dədə Qorqud” 

dövründə guya ermənilər Oğuzlarla mehriban qonşuluq şəraitində 

yaşayıb.   

Qeyd etdiyimiz kimi, bu cür izahlar tarixi həqiqətləri  əks 

etdirmir. Bu məqamda Ş.Cəmşidov və E.Əlibəyzadədən gətirdiyi-

miz sitatları semantika baxımından  qarşılaşdırmaq lazım gəlir:  

sitatlarda “Kitab”ın poetik strukturu, semantikası  nəzərə alınma-

yıb; hər iki müəllif erməniləri Oğuzların qonşusu hesab edir; biri 

erməniləri dost kimi (Ş.Cəmşidov), digəri düşmən kimi (E.Əli-

bəyzadə) təqdim edir; erməniləri dost hesab edən (Ş.Cəmşidov) 

sovet dövlətinin, düşmən hesab edən isə (E.Əlibəyzadə) müstəqil 

Azərbaycan dövlətinin ziyalısı kimi çıxış edir... “Kitab” isə hər iki 

fikri təkzib edir. Burada M.C.Bağırovun 1951-ci il mayın 24-də 

Azərbaycan K(b)P-nin XVIII qurultayındakı  çıxışından bəzi par-

çaları təqdim etmək lazım gəlir.  Ulu kitabımıza qarşı əsassız, həm 

də qərəzli hücumları müdafiə edən M.C.Bağırov deyir: “...Bu ya-

xınlarda Azərbaycan Sovet Yazıçıları  İttifaqı öz növbəti məsə-

lələrini müzakirə etdiyi zaman  “Dədə Qorqud” kitabının qiymət-

                                                            

1

 Anar. Dədə Qorqud dünyası. Sizsiz. Bakı, 1992, səh.33. 



2

 Ş.Cəmşidov. Kitabi-Dədə Qorqud. Bakı, 1977, səh.109.  



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

85

 

ləndirilməsinə tamamilə doğru yanaşmışdır. Bəzi ədəbiyyatşünas-



lar və yazıçılar siyasi sayıqlığını itirərək uzun illər ərzində bu zə-

rərli, xalqa zidd kitabı Azərbaycan eposu adı ilə  təbliğ etmişlər. 

“Dədə Qorqud” xalq eposu deyildir. Bu kitab başdan-başa soyğun-

çuluq və  qırğın məqsədilə Azərbaycana gələn köçəri oğuzların 

hakim, yuxarı  təbəqələrini tərifləməyə  həsr edilmişdir. Bu kitab 

tamamilə millətçilik zəhəri ilə doludur, müsəlman olmayan başqa 

xalqlara,  əsasən, qardaş gürcü və erməni xalqlarına qarşı yazıl-

mışdır” (“Ədəbiyyat” qəzeti, 26 may 1951-ci il). Bu parçanın se-

mantik yükü barədə  qısaca olaraq aşağıdakıları söyləmək  olar:   

Azərbaycan türklərinin etnogenezində xüsusi yer tutan Oğuzlar 

köçəri, soyğunçu adlandırılaraq təhqir edilir; “Kitab”ın guya, 

gürcü və erməni xalqlarına qarşı  yazıldığı xüsusi olaraq qabardı-

lır; “Kitab”ın Azərbaycan eposu olması qəti şəkildə rədd edilir. 

Cənubi Qafqazdakı türk etnosunun tarixinə islam və xristian 

dinləri kontekstində yanaşaraq düzgün nəticələr çıxarmış K.Bəşi-

rovun fikirləri də yuxarıda dediklərimizi arqumentləşdirir: “Türk-

lərin, o cümlədən azərbaycanlıların ilk rəsmi dinlərindən olan xris-

tianlığın islam dini xatirinə inkarı bir çox tarixi həqiqətlərin düz-

gün qavranılması yolunda bizə  əngəllər yaratmışdır. Din naminə 

qarşılıqlı milli imtina alban – türklərin erməniləşməsinə  və ya 

dünya ictimaiyyətinə ermənilər kimi tanıtdırılmasına səbəb olmuş-

dur. Dağlıq Qarabağ  və Ermənistan toponimlərinin böyük əksə-

riyyətinin türk mənşəli olması, Qarabağda özlərini erməni adlandı-

ranların dil, adət və ənənələrinin gəlmələrdən əsaslı fərqi bunların 

türk mənşəyindən xəbər verir”

1

.  



O.Ş.Gökyay “Dədə Qorqud”un coğrafiyasından bəhs edər-

kən yazır: “Ermenistan – Arap coğrafiyaçılarına göre, Kür ile Ha-

zer arasındaki bütün memlekete, yani Gürcüstan`a, Arran (Alba-

niya) ve Derbend boyuna... kadar Kafkasya`nın dağlık bölgesine 

verilen ad. Buraların tarihinin çoklukla ve özellikle müslümanlar 

ilə olan dögüşlerde, Ermenistan`ın tarihine sıkıca bağlı olduğu 

                                                            

1

 K.Bəşirov. Mürəkkəb quruluşlu Azərbaycan toponimləri. Bakı, 2008, səh.7. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

86

 

görülmektedir. Arap tarihçi ve coğrafiyaçılarının verdikleri başka 



bir bilgiye göre, Berda, Arran, Nahçevan bölgeleri de Ermenis-

tan`dan sayılıyordu. Bugün Sovyetler Birligi içerisinde ve Aras`ın 

kuzeyi ile onun bir kolu olan Arpaçayı arasında  bir cumhuriyet 

olan bölgenin adı olup başkenti Erivan`dır”

1

.  


Bəri başdan qeyd edək ki, O.Ş.Gökyayın fikirləri tarixi həqi-

qətləri düzgün əks etdirmir. Müəllif unudur ki, “ərməniyyə” Er-

mənistan deyil, türklərin yaşadığı  ərazinin adıdır, “ərmən” də er-

məni mənşəli yox, türk mənşəli sözdür (ər – igid, mən-adam). 

Təəccüb, həm də  təəssüf doğuran budur ki, “Kitab”da “hay” və 

“Hayıstan” kəlmələri işlənməsə də, haylarla bağlı heç bir hadisəyə 

işarə olunmasa da, O.Ş.Gökyay “Dədə Qorqud”un coğrafiyası 

kontekstində “qədim” və müasir Ermənistandan bəhs edir, tarixi 

faktları saf-çürük etmək  əvəzinə, təhrif edilmiş  şəkildə  təqdim 

edir. Burada bir neçə faktı xatırlatmaq lazım gəlir: birincisi, 

N.Gəncəvinin “Xosrov və  Şirin” poemasının “Şapurun  Şirini ax-

tarmaq üçün Ərmənə getməsi” hissəsində “Ərmən” Şirinin Vətəni 

kimi təqdim olunur: “Şirinin yanına bir aya gəldi... Ərmən dağları-

na gəlib yetişdi”; ikincisi, bir sıra tarixi mənbələrdə”Bərdə”  Ər-

məniyyənin mərkəzi şəhəri kimi göstərilir: “...8 (VIII-Ə.T.) əsrdə 

Əməvilər xilafətinin tərkibində yaradılmış canişinlik. Canişinliyin 

inzibati mərkəzi Dvin (Dəbil) şəhəri idi, 789-cu ildə mərkəz Bər-

dəyə köçürüldü (Azərbaycan Sovet Ensiklopediyası. IV cild, Bakı, 

1980, səh.228); üçüncüsü, etimoloji araşdırmalarda “Bərdə” daha 

çox türk mənşəli söz kimi izah olunur. Ə.Haqverdiyev bu cür 

araşdırmaların, demək olar ki, əksəriyyətinə münasibət bildirib: 

“Bərdə qədim türk dillərindəki “qab, piyalə, kuzə” anlamlı “bart” 

sözü  əsasında yaranıb (A.Axundov); “Bərdə sözü qədim türk di-

lində qol, ensiz çay, sapabənzər çay, tel mənasındadır” (E.Əzi-

zov); “Bərdə adlı yaşayış  məskənləri Orta Asiya, Ural və Altay 

ərazilərində də vardır” (E.Murzayev); “Orta Asiyada sakların ya-

şadığı Sakistan vilayətində Bərdə adlı şəhər olmuşdur” (Q.Qrum – 

                                                            

1

 O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, səh LXXXVII. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

87

 

Qrijimaylo); “Bərdə toponimi sak tayfalarından olan partien 



tayfasının adından alınıb, “qaçmaq” mənasını ifadə edir” (M.El-

li)...  Ə.Haqverdiyev bu tip fikirlərin hər birini saf-çürük edərək 

yazır: “...Çin mənbələrində xun kimi qeyd olunan hunlar eradan 

əvvəl sak tayfalarının  ən güclü qollarından birini təşkil etmişlər. 

Onların tərkibində olan tayfalardan biri isə  bərdorlar olmuşdur... 

Bərdə  şəhərinin adı eradan əvvəl sak tayfalarının tərkibində 

Azərbaycan  ərazisinə  gəlmiş  bərdor tayfasının adından alınmış, 

sonralar çox cüzi dəyişikliyə  uğrayaraq Bərdə adlandırılmışdır”

1



Bu faktlar Ermənistanı “Kitab”ın coğrafiyasına aid edən O.Ş.Gök-



yayın haqlı olmadığını bir daha təsdiq edir.  

“Kitab”a daha çox qədim türk epik təfəkkürü və islam dini 

kontekstində yanaşan N.Cəfərov bir sıra maraqlı mülahizələr söy-

ləyir:  “...kafirlər əsir düşmüş oğuz  igidlərinə - qazizlərə cəza ver-

sələr də, onları öldürmürlər... hətta xoş günlərində həmin igidləri 

gətirib qopuz çaldırır, qulaq asırlar. Çox zaman igidi ona görə əsir 

saxlayırlar ki, öz yerinə (Oğuza) qayıdıb yeni qüvvə ilə onların 

(kafirlərin) üzərinə  gəlməsin... “Kitab”da təqdim edilən epik 

zaman kafirlər üçün deyil, islamı  qəbul etmiş  oğuz türkləri üçün 

işləyir ... Eposda etnik münaqişədən söhbət getmir, bütün ziddiy-

yətlər dini-ideoloji mahiyyət daşıyır, müsəlmanlarla kafirlər  ara-

sında baş verir. Lakin müsəlmanların  əsasən oğuz türklərindən, 

kafirlərin isə  qıpçaq türklərindən, gürcülərdən (ümumən iber-

Qafqazlardan), yunanlardan (rumlardan) və s. olması həmin müna-

qişələrə müəyyən dərəcədə etnik məzmun verir. Oğuz igidləri ka-

firlərdən qız alırlar, hətta “Baybura oğlu Bamsı Beyrək boyu”ndan 

belə  məlum olur ki, Baybecan qızı Banıçiçəyi, bir tərəfdən, 

Beyrəklə beşikkərtmə nişanlı edir, digər tərəfdən, kafirə - Bayburt 

hasarının bəyinə söz verir ki, qız onundur...”

2

. “Kitab”ın seman-



tikasına, eyni zamanda qədim türk tarixinə istinadən söylənilmiş, 

bu fikirlərdə bir neçə cəhət diqqəti cəlb edir: kafirlər sırasında ilk 

                                                            

1

 Ə.Haqverdiyev. Orta əsr Bərdə şəhəri. Bakı, 1991, səh.15-16. 



2

 N.Cəfərov. Eposdan kitaba. Bakı, 1999, səh.112-115. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin