ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə14/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   ...   10   11   12   13   14   15   16   17   ...   53

141

 

nümü...Bu isə o deməkdir ki, uyğun sintaktik mühit uyğun forma 



ilə reallaşdırılıb. Heç şübhəsiz ki, burada “l” samitinin patıltısız və 

davamlı tələffüz imkanına malik olması” (Ə.Dəmirçizadə) da həl-

ledici amillərdəndir. Bu mənada qarşılaşdırdığımız misralardakı 

oxşarlıqları heç də təsadüflər kontekstində izah etmək olmaz. Belə 

ki, həmin misralarda sonor “l” samitinin alliterativ qafiyələr daxi-

lində yeddi dəfə təkrarlanması məhz müəyyən bir varlığı həddin-

dən çox istəmə, arzu, sövq, həvəs kimi mənaları qüvvətləndirir. 

Burada dünyanın ən məşhur simfoniyaları ilə bir sırada dura bilən 

laylalarımızdan da yan keçmək olmur:  

 

            Laylay beşiyim laylay, 



                      *   *   *  

            Balam, laylay, a laylay, 

            Gülüm, laylay, a laylay! 

Axı bu misralardakı son dərəcə gözəl ahəngdarlıq da, körpə 

övlada olan dərin məhəbbət də daha çox “l” samitli alliterativ 

qafiyələrlə yaradılıb (misralarda 21 heca daxilində “l” samitinin 

24 dəfə  təkrarlanması da dediklərimizi arqumentləşdirir). Yeri 

gəlmişkən, bu cəhət oxşamalarımızda da qabarıq şəkildə görünür: 

 

Balama qurban xalçalar, 



Balam nə vaxt əl çalar? 

          *   *    * 

Balama qurban ilanlar 

Balam nə vaxt dil anlar? 

Bu oxşamalardakı “l” sonor samitinin alliterasiyası da yuxa-

rıdakı nümunələrlə səsləşir. Burada poetik semantikanı qüvvətlən-

dirən bəzi detallara diqqət yetirək: hər iki oxşama cəmi iki misra-

dan ibarətdir; hər iki oxşamada “l” samiti 6 dəfə təkrarlanıb; hər 

iki oxşamada “a”-nın assonansı üstün mövqedədir; hər iki oxşa-

mada bala sözü təkrarlanıb; hər iki oxşamada zəngin qafiyələr iş-

lənib (xalçalar - əl çalar; ilanlar – dil anlar)... Məhz bu cür detal-

lara görə R.Qafarlı həmin oxşamaları yüksək şəkildə dəyərləndirir, 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

142

 

onların bədii-estetik məziyyətlərini, poetik siqlətini mətn semanti-



kası müstəvisində  dəqiqləşdirir: “Şeirdə  uşağı  əyləndirən nə ana-

nın canını qurban deməsidir, nə də sorğusundakı istəkdir, əvvəldə 

“balam” sözünün təkrarı və misra sonunda qafiyələnən kəlmələrlə 

ahəngdarlıq yaranmasıdır. Sanki səslər və kəlmələr körpənin nəzə-

rində  rəqs edir. Uşaq səs və ifadələrin oynaqlığından dil açmağa 

can atır. Mənasına gəlincə, xalçalar və ilanların ...qurbanlıqla heç 

bir bağlılığı yoxdur”

1



“Kitab”dakı “Ala gözlü oğlına al duvaxlı gəlin aldı” misrası-

nın assosiativliyi ilə  Nəsimidən və  şifahi  ədəbiyyatdan təqdim 

etdiyimiz misraların semantikası başqa detallara da işıq salır. Bu 

mənada hər üç misranı şərti olaraq həm də məntiqi ardıcıllığı göz-

ləməklə eyni mətn daxilində götürərək belə bir açıqlama verməyi 

məqsədəuyğun hesab edirik.: həmin misraların semantik yükünü 

semantik dinamikanın başlanması  və tamamlanması kontekstində 

götürdükdə onlar bir üçbucağın müxtəlif tərəfləri kimi çıxış edir, 

həm də biri digərini bütün parametrlərinə görə tamamlamış 

vəziyyətdə görünür. Bütün bu cəhətlər daha aydın olsun, - deyə 

semantik dinamikaya mətn daxilində diqqət yetirək: 

– eşqin tərənnümü, aşiq və məşuqə: “Al ilə ala gözləri aldadı 

aldı könlümi” (Nəsimi); 

– toyun baş tutması, bəy və  gəlin: “Ala gözlü oğlına al 

duvaxlı gəlin aldı” (“Kitab”); 

– uşağın dünyaya gəlişi, ona beşiyi başında qığıltısından 

doğan laylanın oxunması (Balam laylay, a laylay...). 

Bu semantik dinamikada sıranı    dəyişdirsək, daha doğrusu, 

həmin mətnləri körpə  uşaq (oğlan və  qız)  →  aşiq və  məşuqə 

(sevgililər) → bəy və gəlin modelləri üzrə nəzərdən keçirsək, tam 

yeni bir mənzərənin şahidi ola bilərik. 

Qeyd etdiyimiz kimi, “l” sonor samitinin alliterasiyası təkcə 

musiqililik və ahəngdarlıq yaratmır, həm də “müəyyən bir varlığı 

həddən çox istəmə” semantikasını qüvvətləndirir. Məhz bu cür 

                                                            

1

 R.Qafarlı. Uşaq folklorunun janr sistemi və poetikası. Bakı, 2013, səh.195-196. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

143

 

ahəngdarlıq, harmoniya və reallıqla sintez şəklində olan poetik 



məna anaların, nənələrin, ağbirçəklərin  şirin zümzümə ilə dediyi 

laylalar vasitəsilə körpələrin yaddaşına köçürülür, onların yadda-

şında şüuraltı olaraq daim – ölənədək yaşayır. Deməli, körpə uşaq-

ların (oğlan və qızların), aşiq və məşuqələrin (sevgililərin), bəy və 

gəlinlərin hiss və duyğularını, həyatlarının ən gözəl anlarını obraz-

lı şəkildə canlandıran xalq da, şair də “l” sonor samitinin alliterasi-

yasına söykənib, onun möcüzəsi ilə silahlanaraq yaradıb. Burada 

həmin əbədiyaşar misraları insanın (daha dəqiqi, qədim və müasir 

türkün) yaş  dövrlərinə uyğun  şəkildə  sıralayaq ki, dediklərimiz 

daha aydın görünsün: 

körpə uşaq (oğlan və qız): “Balam, laylay, a laylay// Gülüm, 

laylay, a laylay!...(laylalar); 

aşiq və  məşuqə (sevgililər): “Al ilə ala gözləri aldadı aldı 

könlümü” (Nəsimi); 

bəy və gəlin: “Ala  gözlü oğluna al duvaxlı gəlin aldı” (“Ki-

tab”). 


Bu sıralanma, bu semantik dinamika istər-istəməz başqa bir 

məqamı da yada salır: “l” samitinin alliterasiyası bu dünya ilə vi-

dalaşma anlarını  əks etdirən poetik parçalarda da müşahidə olu-

nur: “Kitab”da – “Əcəl aldı, yer gizlədi... Gəlimli, gedimli dünya, 

Soŋ ucı ölümli dünya” ...(l – l – l – l – l – l); kədərli bayatılarda – 

 

“Ələmi halim fələk 



Dil bilməz zalim fələk 

Kəsdin can bağçasından 

Iki nihalım fələk” 

Bu bayatının ilk iki misrasında “l” samiti yeddi dəfə, son 

misrasında isə iki dəfə işlənib. 

Heç  şübhəsiz ki, bu tip nümunələrdə “l” alliterasiyası  şövq, 

həvəs, nəyisə çox istəmə kimi mənaları yox, dərd və kədər, taleyin 

hökmü ilə barışma kimi mənaları qüvvətləndirir. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

144

 

Bu cür misralara müxtəlif bucaqlardan yanaşmaq olar. Biz 



isə burada cəmi bir fikri qeyd etməklə kifayətlənirik: bu misralar-

da türkün zəngin etnoqrafiyası və bədii-estetik təfəkkürü yaşayır. 



T ə ş b e h . “Kitab”da oğul, qardaş, qız-gəlin kimi qohum-

luq terminlərinin təşbehlər daxilində işlənməsi müşahidə olunur: 

oğul: “Qaza bəŋzər qızumuŋ-gəlinimiŋ çiçəgi oğul!” (D-

119). Bu nümunədə  oğula olan dərin məhəbbət obrazlı  şəkildə 

canlandırılıb; 

qız-gəlin: “Qaza bəŋzər qızım-gəlinüm ağ çıqardı, qara gey-

di” (D-146). Oğuz elinin kədərli anlarının, yas mərasimlərinin bu 

cür təşbehlərlə ifadə olunmasına “Kitab”dakı digər sintaktik 

bütövlərdə də təsadüf olunur; 

ağa (qardaş...): “Aslan kibi turışıŋdan//Qaŋrıluban baqı-

şından//Ağam Beyrəgə bəŋzədürəm, ozan, səni!” (D-106). Beyrə-

yin böyük bacısının dilindən verilmiş bu təşbehdəki “ağa” sözü-

nün titul yox, “qardaş” mənasında çıxış etməsi açıq-aydın görü-

nür. Digər tərəfdən, həmin təşbehdə Beyrəyin duruşu aslana bən-

zədilir ki, bu da birbaşa onun igidliyinə, cəsurluğuna işarədir. 

M e t a f o r a. Qohumluq terminlərinin metafora tərkibində 

işlənməsinə az təsadüf olunur: 

Oğul: “Bərü gəlgil qulunım oğul!” (D-125); “Toğduğında 

toquz buğra öldürdigim, aslan oğul!” (D-163)...  

Bu metaforalara qarşılaşdırmalar kontekstində  nəzər salaq: 

“qulun → oğul”, “aslan → oğul”. Birinci modeldə oğula olan son-

suz və dərin məhəbbət, ikinci modeldə isə oğulun gücü, cəsurluğu 

ifadə olunub. Hər iki  halda poetik semantika qüvvətlidir. Bu da 

birbaşa Oğuz cəmiyyətində oğula olan münasibətlə bağlıdır. 

 

 



 

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

145

 

e) kişi cinsini ifadə edən qohumluq terminləri 

 

Türkologiyada qohumluq terminlərinin yaranması, mənşəyi, 



leksik-semantik xüsusiyyətləri, semantik diferensiasiyası  və eti-

mologiyasından kifayət qədər bəhs olunub. Konkret desək,  İ.İs-

mailov, B.Əhmədov, A.Kuliyev, Q.Cəfərov, İ.Kazımov, A.Yunu-

sov, B.Məhərrəmli kimi alimlərin araşdırmalarında qohumluq ter-

minlərinə müxtəlif bucaqlardan yanaşılıb. Burada bir cəhəti qeyd 

edək ki, bu tip araşdırmaların bir qismində yeri gəldikcə “Ki-

tab”dakı qohumluq terminlərinə münasibət bildirilsə də, “Kitab”da 

xüsusi çəkiyə malik olan bu tip vahidlər kompleks və sistemli şə-

kildə öyrənilməyib. Hətta bu cür araşdırmaların  bir qismində qo-

humluq terminləri nəinki ayrılıqda təhlil edilib, hətta ləqəb və ti-

tullar başlığı altında öyrənilib. Məsələn,  Ə.Dəmirçizadə “Ki-

tab”dakı leksik-semantik qruplardan bəhs edərkən göstərir: “Lə-

qəb və titullar: ağa, dədə, alp, ata, baba, bəg (bəy), xan, xanım, xa-

tun, təkur, aznavur, dəli, məlik, keşiş, ərən, əvrən, ərənlər əvrəni, 

sultan, xanlar xanı, bəglər bəgi...”

1

. Bu mənada “Kitab”dakı qo-



humluq terminlərinin “kişi cinsini ifadə edən qohumluq termin-

ləri” və “qadın cinsini ifadə edən qohumluq terminləri” başlığı 

altında araşdırılmasını məqsədəuyğun hesab edirik. 

“Kitab”da kişi cinsini ifadə edən qohumluq terminləri əsasən 

bunlardır: ata, ağa (ata və qardaş  mənasında), baba, dayı, dədə, 

əmmi,  əmdi,  ər, güyəgü//göygü, qarındaş// qartaş//qardaş, qayın 

ata//qayınata, oğul. Bu sözlərin hər birini ayrılıqda nəzərdən 

keçirməzdən  əvvəl, “Kitab”da eyni sintaktik bütöv daxilində bir 

neçə qohumluq termininin işlənməsinə münasibət bildirmək lazım 

gəlir. Məsələn, Qazanın bədii təyinində oğul, göygü (kürəkən) və 

ağa (qardaş) qohumluq terminləri işlənib “...Bir gün Ulaş  oğlı 

Tülü quşuŋ yavrısı... xan Uruzuŋ ağası, Bayındır xanıŋ göygüsü... 

Salur Qazan yerindən turmışdı” (D-36). Bu mətndəki qohumluq 

terminləri Qazanın qohumluq əlaqələri barədə müəyyən informa-

                                                            

1

 Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dilinin tarixi. Bakı, 1976, səh.130-131. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

146

 

siya verirsə, Qazanın dilindən verilmiş parçalarda bu informasiya-



lar bir az da dolğunlaşdırılır: “Bərü gəlgil, qulunım oğul!... Qarta-

şım Qaragünəyi gördim!... Tayım Urızı gördim... (D-124). Bura-

dakı oğul, qartaş (qardaş) və “tayı” (dayı) qohumluq terminlərinin 

informativ yükü də dediklərimizi təsdiqləyir. “Kitab”ın poetik 

strukturu üçün səciyyəvi olan bu cür detallara Orxon-Yenisey 

abidələrində də təsadüf olunur: “Kanım tülbəri, kara bodun, külig 

kadaşım, sizimə, el eşim  ər, üküş  ər, oğlan  ər, küdəgülərim, kız 

kəlinlərim bökmədim”

*

. Buradakı kürəkən və qız-gəlin kimi sözlər 



məhz qohumluq terminləridir. 

“Kitab”da kişi cinsini ifadə edən qohumluq terminlərini 

ayrılıqda təhlil süzgəcindən keçirək:  

A t a . “Kitab”da öz övladına nisbətən “kişi, dədə” mənasın-

da işlənmiş bir neçə söz  müşahidə olunur: ata – “...ata belindən 

enincə enməsə, yeg...” (D-4); “Hay, atamıŋ altun qədəhindən 

şərab içən, məni sevən atdan ensün” (D-284); baba – “Baba oğul 

qazanur ad içün. Oğul da qılınc quşanur baba ğeyrətiçün” (D-

131); ağa – “...xan Uruzun ağası... Salur Qazan yerindən turmuş-

dı” (D-36). Müqayisələr “Kitab”da “ata” anlamlı “baba” sözünün 

üstün mövqedə olduğunu göstərir. 

“Qorqud ata” modelindəki “ata” sözü, daha doğrusu, ata lə-

qəbi müdrik, yol göstərən, hörmətli kimi mənalarda olub, bütün  

parametrlərinə görə “Dədə Qorqud” antroponimik modelindəki 

“Dədə”  ləqəbi ilə eyni semantik yuvaya daxil olur. 

“Ata sözünün mətnlərdəki digər xüsusiyyətləri isə belədir: 

qohumluq bildirən “ata-ana” mürəkkəb ismində birinci tərəf kimi 

çıxış edir: “Ata-ana yaŋlış xəbərdir, getmə, oğul!” – dedilər” (D-

259); bir sıra frazeoloji vahidlərdə semantik dinamika məhz “ata” 

sözü ilə başlanır: ata adını yürütmək – nəsli davam etdirmək, ata-

nın yerini tutmaq. “Ata adın yüridəndə dövlətlü oğul yeg” (D-4); 

ata sözünü iki eləməmək – atanın dediklərini yerinə yetirmək, bir 

                                                            

*

 

.



Qeyd: Nümunə Ə.Rəcəblinin “Göytürk dilinin leksikası” (Bakı, 2004, s.259) 

kitabından götürülüb. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

147

 

sözünü iki eləməmək. “Ol zəmanda oğul ata sözin iki eləməzdi” 



(D-131). 

Türkologiyada “ata” sözünün etimologiyası ilə bağlı bir sıra 

araşdırmalara rast gəlinir (əvvəlki səhifələrə bax: sadə quruluşlu 

qohumluq terminləri). Burada “ata” sözünü ana və baba kimi qo-

humluq terminləri ilə bir müstəvidə izah edən Bəkir Çobanzadənin 

fikirlərini xatırlatmaq yerinə düşür: “At, ap və baba isimlərinə ma, 

na, am, an, ana isimlərində  təsadüf olunur

.

. Burada r, b, d, t həp 



dodaq və yaxud diş  səsləridir ki, cocuqların  ələlümum ilk əvvəl 

çıxara bildikləri səslər də bunlardır. Cocuq anasını  əmərkən  ən 

ziyadə hərəkət edən sövti üzvi dodaqlarıdır. Ufaq bir hərəkətlə m, 

b, p,  yaxud d, t səslərini çıxara biliyor və bu səslərin təkrarı aya, 

ama, ada, ata, yaxud mama, papa, dada, tata kəlmələrini meydana 

gətirir”


1

. B.Məhərrəmli dilçilikdəki bu cür fikirləri qəbul etmir: 

“...bu tipli sözlərin oxşar semantikaya və fonetik formaya malik 

olmalarının  əsas səbəbi bu sözlərin genezisinin eyniliyi ilə, yəni 

bütün dillərdə bu tipli sözlərin bir kökdən yaranması ilə  əlaqə-

dardır...Əslində, bu tip sözlər uşaqların eyni səsləri təkrarlaması 

ilə deyil, bəşər dilinin eyni köklü olması ilə izah olunmalıdır...

2

.  



A  ğ a. Qorqudşünaslıqda sahib, sahibkar anlamlı “ağa” sö-

zündən çox bəhs olunub. Bu da təsadüfi deyil. Çünki “Kitab”da 

“ağa” sözü daha çox məhz həmin mənadadır: “Ağam Qazan məs-

ləhətdir” (D–37). Amma “Kitab”da “ağa” və “böyük qardaş” mə-

nalarında işlənməsinə də təsadüf olunur: “ağa” sözü ata mənasın-

da. “...xan Uruzıŋ ağası... Salur Qazan yerindən turmuşdı” ( –36); 

“ağa” sözü “böyük qardaş” mənasında. “...Ağam Beyrək gedəli 

köçərim yoq” (D–104), “Mərə qavat qızı, ağam başına and içmi-

şəm, dönməgim yox!” (D–267). 

“Ağa” sözünü ümumi dilçilik müstəvisində təhlil süz-gəcin-

dən keçirərək maraqlı  nəticələr  əldə edən B.Məhərrəmli “Ki-

                                                            

 

1

 B.Çobanzadə. Türk-tatar  lisaniyyatına mədxəl. Bakı, 2006, səh.93. 



2

 B.Məhərrəmli. Türk dillərində isim köklərində leksik-semantik inkişaf. Bakı, 

2012, səh.255. 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

148

 

tab”dakı “ağa” sözü barədə yazır: “Kitabi-Dədə Qorqud” dastanın-



da “böyük qardaş, ata, sahib” mənalarındadır: Ağam Beyrək de-

yərdim, ozan sana”

1

. Müəllifin təqdim etdiyi nümunədə də “ağa” 



sözü məhz böyük qardaş  mənasındadır. Yeri gəlmişkən, “ağa” 

sözünün “böyük qardaş” mənasında işlənməsini “Kitab”dakı digər 

nümunələrə  istinadən də  dəqiqləşdirmək mümkündür: “Əgrək 

kiçi qardaşıŋ boynın öpdi, Səgrək daxı  ağasınıŋ  əlin öpdi” (D-

270). Bu cümlənin semantik yükü bir daha təsdiq edir ki, “ağa” 

sözü həm də “böyük qardaş” mənasında işlənib (kiçik qardaş 

Səyrək  ağasının, yəni böyük qardaşının əlini öpür, böyük qardaş 

Əyrək isə kiçik qardaşının boynunu öpür). 



B a b a . Qeyd etdiyimiz kimi, “Kitab”da “baba” sözü ata 

mənasında işlənmişdir: “Baba, mən yerimdən turmadın ol turmış 

ola!” (D-170). “Kitab”da ata anlamlı “baba” sözü ilə yanaşı, “öz 

övladına nisbətən kişi, dədə” anlamlı “ata” sözü də işlənir: “...ana-

sı ilə söhbət eylədi, atasına qəsd eylədi” (D-20). Burada belə bir 

fikir reallaşır: “ata” anlamlı “baba” sözü “Kitab”da üstün mövqe-

də olsa da, ata sözü ilə sinonimdir. “Ata-baba” sinonimliyinə diax-

ronik və sinxronik prizmadan yanaşan A.Məmmədova yazır: “Də-

də Qorqud”da ...ata, baba heç bir semantik tonlara malik deyillər. 

Konkret olaraq vahid bir məna ifadə edirlər. Sonrakı inkişaf prose-

sində bir dildən törəyən başqa dillərdən biri (oğuz –Azərbaycan, 

Anadolu, qazauz, türkmən) özündə bu sinonim komponentlərdən 

birini (məs.: ata (Azərbaycan dilində), digər dil o birisini (baba 

(Anadolu türkcəsində) qoruduğu halda, dialektlərdə hər iki variant 

da işlək ola bilər”

2

. Müəllifin qeydləri “baba” sözünün inkişaf tari-



xi və  arealları barədə dolğun təəssürat yaradır. Burada qorqudşü-

naslıqda tez-tez vurğulanan bir fikri də yada salaq: “Kitab”dakı 

“ata” anlamlı “baba” sözü  Azərbaycan dilinin qərb  şivələrində, 

                                                            

1

 B.Məhərrəmli. Türk dillərində isim köklərində leksik-semantik inkişaf. Bakı, 



2012, səh.279. 

2

 A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası”. Bakı, 2009, səh.72. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

149

 

daha dəqiqi, Başkeçid və Füzuli şivələrində eynilə mühafizə 



olunur. 

D ə d ə.“Kitab”da iki mənada işlənib: a) “Dədə Qorqud” an-

troponimik modelində müdrik, yol göstərən, ağsaqqal, şaman və s. 

anlamlı ləqəb kimi (əvvəlki səhifələrə bax). Burada “dədə” sözünü 

Dədə Qorqud və dədəlik institutu kontekstində izah edən N.Cəfə-

rovun bir fikri yada düşür: “Orta əsrlərdə türklər görkəmli sufi 

dərvişlərə, böyük kəramət sahiblərinə, pirlərə “Dədə” demişlər. 

Və beləliklə, Dədə Qorquddan sonra dədəlik institutu nə qədər in-

kişaf edib mürəkkəbləşsə də, öz əsas funksiyasını – Tanrı – Allah-

dan gələn gücü vasitəsilə  cəmiyyətdə müəyyən harmoniya yarat-

maq vəzifəsini itirməmişdir”

1

; b) baba (atanın, ya ananın atası; nə-



vəsi olan kişi) mənasında: “Mərə qavat, mənim babam Bayındır 

xan degilmidir?” Ayıtdı: “Yox, ol, ananıŋ babasıdır, səniŋ dədəŋ-

dir” (D-282). 

Y.Quliyeva “dədə” sözünü M.Kaşğarinin “Divan”ı müstəvi-

sində təhlil edərkən “Kitab”a da müraciət edir: “Təbii ki DQK-da 

işlənən bu sözün (Dədəm Qorqud ifadəsi nəzərdə tutulur – Ə.T.) 

əsas məzmunu Mahmud Kaşğarinin semantikası ilə üst-üstə düşür. 

Amma kök etibarilə bu sözün əsasında Mahmud Kaşğarinin se-

mantikası dursa da, “Dədə Qorqud”dakı semantika daha genişdir. 

Belə ki, DQK-da bu söz “ağsaqqal,  şaman, ozan, müdrik insan” 

mənalarını verir: Məsləhət gördilər ki, Dədə Qorqud varsun. Ça-

ğırdılar Dədə Qorqut gəlür oldu: Dədə Qorqut oğlanın babasına 

söyləmiş, görəlim xanım, nə söyləmiş”

2

. Bu qeydlər inandırıcıdır. 



Amma müəllif Radlovun lüğətində  “dədə” sözünün “baba” məna-

sında verildiyini göstərsə  də, “Kitab”dakı baba anlamlı “dədə” 

sözündən bəhs etmir. Maraqlıdır ki, “dədə” sözünün semantikası 

və yayılma areallarından geniş şəkildə bəhs edən B.Məhərrəmli də 

“Kitab”dakı baba anlamlı “dədə” sözünə münasibət bildirmir. Mü-

əllifə görə, “Kitabi-Dədə Qorqud” dastanında “ata, dərvişlərin pi-

                                                            

1

 N.Cəfərov. Xanım, hey! Bakı, 1999, səh.21. 



2

 Y.Quliyeva. Mahmud Kaşğarinin oğuz dünyası. Bakı, 2010, səh.133 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

150

 

ri, yaşlı, hörmət mənasında yaşlı adamlara müraciət, ləqəb” məna-



larında işlənmişdir: Hay! Dədə Sultan! Tanrı bunun simizin də al-

sın, arığın da alsın; Dədə qız qarındaşımın yoluna mən nə istərsəm 

verərmisən?”

1

 Anar “Yox, ol, ananıŋ babasıdır, səniŋ  dədəŋdir” 



cümləsində “dədə” sözünün məhz “baba” mənasında işlənməsinə 

istinad etməsə də, “Kitab”ın ümumi semantik tutumuna əsaslana-

raq düzgün nəticə çıxarır: “Dədəm Qorqud ibarəsi bir məhrəmlik, 

doğmalıq, dastanı danışan, ya qələmə alanla Dədə Qorqud arasın-

da yaxınlıq nəvə-baba münasibətlərinin olmasına işarədir. Dədəm 

yəni babam, həm hərfi mənada, atamın atası mənasında, həm də 

elin, yurdun, dilin əcdadı, kökü mənasında qavranıla bilər”

2



Ə m m i (əmi). Ərəb mənşəli atanın qardaşı anlamlı “əmmi” 

(müasir Azərbaycan ədəbi dilində: əmi) sözü “Kitab”ın  Drezden 

nüsxəsində  cəmi üç dəfə  işlənib: “Adam saldı,  əmmisini oxudı, 

gəldi” (D-283). 



Ə m d i . “Kitab”da cəmi bir dəfə işlənib: “Dəpəgöz aydır: 

“Əmdi qardaşlar, qıyma maŋa!” dedi” (D-232). Bu sözün trans-

kripsiyası  və semantikası barədə geniş  şəkildə  bəhs etmişik (əv-

vəlki səhifələrə bax). 



Ə r. “Kitab”da igid, qəhrəman anlamlı “ər” sözü üstün möv-

qedə görünür. Amma qadının həyat yoldaşı  mənasında işlənmiş 

“ər” sözünə az təsadüf olunur: “...yazıdan yabandan evə bir qonaq 

gəlsə,  ər adam evdə olmasa, ol anı yedirər-içirər, ağırlar-əzizlər, 

göndərər” (D-7); “...əri desə ki, dur çörək gətir, yeyək, qonaq da 

yesin” (D-9). Bu nümunələrdə işlənmiş “ər” sözü igid, qəhrəman 

yox, məhz “qadının həyat yoldaşı” mənasındadır. 

        Güyəgü//göygü. Kürəkən anlamlı bir söz kimi “Kitab”da iki 

formada işlənib: güyəgü. “Bəglər, Beyrək bizdən qız almışdır, 

güyəgümizdir” (D-295); göygü. “Xan babamıŋ göygüsi//Qadın 

anamın sevgisi” “(D-136). 

                                                            

1

 B.Məhərrəmli. Türk dillərində isim köklərində leksik-semantik inkişaf. Bakı, 



2012, səh.264. 

2

 Anar. Dədə Qorqud dünyası. Sizsiz. Bakı, 1992, səh.46. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin