Təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmə-
lərin inkişafı əsasında formalaşan antroponimlər
Azərbaycan onomastikasında təyini söz birləşmələrinə
daxil olmayan ismi birləşmələrin inkişafı əsasında formalaşan
mürəkkəb quruluşlu antroponimlərə müxtəlif münasibətlər
vardır. Bu tip antroponimlər təyini söz birləşmələrinə daxil
olmayan ismi birləşmələrin inkişafı əsasında formalaşan
mürəkkəb quruluşlu antroponimlər kimi tədqiq edilməmişdir.
Məsələn, M.Çobanov bu tip antroponimləri ―birinci kompo-
nenti ismin yönlük və yerlik hal şəkilçisini qəbul edən, ikinci
komponenti isə sadə sözdən ibarət olan (Dilənur, Bağdagül və
s.) və birinci komponenti mənsubiyyət şəkilçisi, ikinci kom-
ponenti isə sadə sözdən ibarət olan (Adızər, Adıgül və s.)‖
antroponimlər kimi izah etmişdir (180 – 85). X.Məmmədova
yazır ki, ―mürəkkəb antroponimlərin müəyyən qisminin hansı
sintaktik əlaqə və söz birləşməsi növündə formalaşdığını müəy-
yənləşdirmək çətinlik törədir. Məsələn, ―Əsligül‖ sözünün ismi
birləşmə, yaxud da ərəb-fars izafəti əsasında formalaşdığını
düşünmək olar‖ (117-60). Göründüyü kimi, M.Çobanov təyini
söz birləşmələrinə daxil olmayan ismi birləşmələrin inkişafı
əsasında formalaşan mürəkkəb quruluşlu antroponimləri
sintaktik deyil, morfoloji prizmadan təhlil etməyə çalışmışdır.
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
173
X.Məmmədova isə təyini söz birləşməsinə daxil olmayan ismi
birləşmənin inkişafı əsasında mürəkkəb quruluşlu antroponimə
çevrilmiş ―Əsligül‖ adının hansı ismi birləşmənin inkişafı
əsasında yarandığını dəqiq göstərmir.
Antroponimikamızda bu tip birləşmələrin inkişafı əsasın-
da formalaşan mürəkkəb quruluşlu antroponimlərin intensivliyi
müəyyən qədər azdır, daha dəqiqi, sadə və düzəltmə quruluşlu
antroponimlərə nisbətən az işlənir. Buna baxmayaraq, həmin
quruluşda olan antroponimik vahidlər türk mənşəli antroponim-
lər sistemində xüsusi lay təşkil edir. Bu tip vahidləri aşağıdakı
kimi qruplaşdırmaq olar:
a) Birinci tərəfi mənsubiyyət şəkilçili sözlə ifadə olunan-
lar: Adıgözəl, Adıbala, Adıgül, (hibrid), Adıgün, Adızər (hib-
rid), Adışirin (hibrid), Börkiyarıq (XII əsr), Atamoğlan,
Özüxan, Xalıgözəl (hibrid) və s. (əsl şəxs adları); Əliçatılı
Məhəmməd, Gözüpiçalaqlı Anaxanım (N.Vəzirov) və s. (ləqəb-
lər); Boynuburuq, Gözüyuxulu (M.Ə.Sabirin təxəllüslərin-
dəndir), Qarnıyarıq (Nəsrulla Qəribli), Əlidəyənəkli (Əli
Nəzmi) və s. (təxəllüslər). Bu antroponimlərin ikinci tərəfindəki
vahidlər birinci tərəfdəki vahidlərin əlamətini bildirir. Çünki
ikinci tərəf atributiv funksiyalı (gözəl, çatılı, piçalaqlı, buruq,
yuxulu, yarıq...) vahidlərdən ibarətdir.
Yuxarıdakı nümunələrdə təyini söz birləşmələrinə daxil
olmayan ismi birləşmələrin inkişaf edərək bir sözə, o cümlədən
antroponimik vahidə çevrilməsi aydın görünür. Qeyd edək ki,
―Kitabi-Dədə Qorqud‖ dastanında təyini söz birləşmələrinə da-
xil olmayan ismi birləşmələr elə birləşmələr kimi də işlənmiş-
dir. Daha dəqiq olsun, - deyə digər faktlara deyil, məhz antro-
ponimlərlə bağlı olan dil faktlarına müraciət edək: ― Adı görklü
Məhəmməd Mustafa, Bığı qanlı Bəkdüz Əmən‖ və s. Hər iki
dil faktı dastanda ən çox işlənən vahidlərdəndir.
b) Birinci tərəfi yerlik hal şəkilçili sözlə ifadə olunanlar.
Bu birləşmələrdə birinci tərəf ikinci tərəfi məkanca izah edir,
Язизхан Танрыверди
174
lakin bu məkan geniş əhatə dairəsinə malik olmur və buna görə
də çox vaxt məkan mənasına malik obyekt kimi çıxış edir (3-
48). Azərbaycan antroponimləri sistemində bu tip birləşmələrin
inkişafı əsasında mürəkkəb quruluşlu antroponimə çevrilmə, az
da olsa, müşahidə edilir. Məsələn, Aydagül, Bağdagül, Bağda-
zər, Eldəgül və s. Göründüyü kimi, birinci tərəfin ikinci tərəfi
məkanca izah etməsi nisbidir. Bu nisbilik ―Aydagül‖ və ―Bağ-
dagül‖ antroponimlərinin müqayisəsində daha aydın görünür.
Əgər ―Aydagül‖ antroponimində məkan anlayışı (aydagül) mə-
cazidirsə, ―Bağdagül‖ antroponimində nisbətən konkretdir.
Maraqlıdır ki, gözəllik motivli hər iki antroponimdə poetiklik
müşahidə edilir.
Türk mənşəli antroponimlər sistemində elə mürəkkəb
quruluşlu antroponimlər müşahidə edilir ki, onlar təyini söz
birləşmələrinə daxil olmayan ismi birləşmənin inkişafı nəticə-
sində formalaşsa da, fonetik, leksik və morfoloji semantikası
donmuş olduğundan hansı birləşmə əsasında yarandığı formal
qavranmır. Məsələn, ―Toğanyürək‖ (XI əsr) antroponimi bu
baxımdan maraqlıdır. ―Toğanyürək‖ antroponimi təyini söz
birləşmələrinə daxil olmayan ismi birləşmənin inkişafı əsasında
(―toğan yürək‖ – qartal ürəkli) formalaşmışdır. Burada birinci
tərəf (toğan) ikinci tərəfi izah edir. Belə birləşmələr müasir
ədəbi dilimizdə fərqli formadadır. Dəqiq desək, ikinci tərəf
həmişə -lı
4
şəkilçili sözlə işlənir. Məsələn, ―qan rəngli, könül
adlı‖ və s. (3-47). Bu tipli birləşmələrdən mürəkkəb sözə
çevrilənləri də vardır. Məsələn, ―durnagözlü‖. Əlavə edək ki,
―Kitabi-Dədə Qorqud‖ dastanında da belə birləşmələrin ikinci
tərəfi məhz –lı
4
şəkilçili sözlə işlənmişdir. Məsələn, Atağuzlu
Uruz Qoca (Anlar eylə digəc Atağuzlu Uruz qoca iki dizinin
üstünə çökdi) (103-42). Fikri təsdiq üçün gətirdiyimiz ―Ata-
ğuzlu‖ antroponimi də ―Toğanyürək‖ adı kimi igidlik motivi
əsasında formalaşmışdır. Bu antroponimlərin quruluşu da bir-
birinə yaxındır: hər ikisi təyini söz birləşmələrinə daxil olma-
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
175
yan ismi birləşmənin inkişafı əsasında mürəkkəb quruluşlu an-
troponimə çevrilmişdir; hər ikisində zooleksemlə ifadə olun-
muş birinci tərəf ikinci tərəfi izah edir. Əgər ―Atağuzlu‖ antro-
poniminin ikinci tərəfindəki–lı
4
leksik şəkilçisini ―Toğanyürək‖
antroponiminin ikinci tərəfindəki ―yürək‖ sözünə əlavə etsək,
bu vahidlərdəki struktur və məna yaxınlığı aydın görünə bilər:
―Atağuzlu‖, ―Toğanyürəkli‖.
Azərbaycan antroponimləri sistemindəki türk mənşəli
―Özdəmir‖ antroponiminin hansı birləşmənin inkişafı əsasında
yarandığı müəyyənləşdirilməmişdir. Bizə belə gəlir ki, ―Öz-
dəmir‖ antroponimi təyini söz birləşmələrinə daxil olmayan is-
mi birləşmənin inkişafı əsasında yaranmışdır. Struktur baxımın-
dan Özüxan, Adıxan kimi antroponimləri yada salır: Özdəmir-
Özüdəmir.
Sadə cümlə (nəqli cümlə) əsasında formalaşan antro-
ponimlər: Ağaverdi, Qaryağdı, Bəyverdi, Bəygəldi (Gəldibəy),
Babaverdi, Tanrıverdi, Tarverdi, Xangəldi, Ocaqverdi və s.
(kişi adları); Bəslər (Bəs+elər), Oğlangərək və s. (qadın ad-
ları). Bu model əsasında elə mürəkkəb quruluşlu antroponimlər
də formalaşmışdır ki, onların ikinci tərəfindəki vahid feli sifət
şəkilçilidir, lakin həmin tip vahidlərə xəbərlik kateqoriyasının
şəkilçisi (-dır
4
) asanlıqla artırıla bilər. Bu onu göstərir ki, həmin
tip vahidlərdə xəbərlik kateqoriyasının morfoloji semantikası
donmuş haldadır. Faktlara müraciət edək: Toxmaqvuran
(Toxmaq vurandır, yaxud Toxmaq vuran adamdır), Tanrıverən
(Tanrı verəndir, yaxud Tanrı verən uşaqdır), Erbasan (Er
basandır, yaxud Er basan adamdır), Güldərən (Gül dərəndir,
yaxud Gül dərən qızdır) və s.
Göründüyü kimi, yuxarıdakı antroponimik vahidlərin əsa-
sında subyekt vıə predikatlı cümlələr durur. M.Çobanov həmin
tip antroponimlərin mübtəda ilə xəbərin birləşməsi nəticəsində
yarandığını göstərsə də, qovuşmanın səbəbini izah etmir (180-
82). A.Qurbanov isə belə antroponimləri ―kök+kök+şəkilçi‖
Язизхан Танрыверди
176
modeli əsasında yaranan antroponimlər sırasında izah etmişdir
(60-472). Türkologiyada sübut olunmuşdur ki, cümlə leksikləş-
dikdə özünəməxsus bitkinlik, predikativlik, modallıq və intona-
siya xüsusiyyətlərini itirir, cümlədəki vahidlərarası durğu
zəifləyir, baş vurğu isə, T.Hacıyevin qeyd etdiyi kimi, son sö-
zün son hecasının üzərinə düşür (170-99). Bu, yuxarıdakı
mürəkkəb quruluşlu antroponimlərə də aiddir.
Əmr cümləsi əsasında formalaşan antroponimlər:
Ağadur (Ağa dur!), Baxdur (Bax dur!), Qızqayıt (Qız qayıt!),
Qızyetər (Qız yetər!), Dayandur (Dayan! Dur!), Ərol (Ər ol!)
və s. Bu tip vahidlər qədim türk antroponimləri sistemində də
müşahidə edilir: Günəçıx, Bektur, Albeni, Erol və s. (95-64).
Yuxarıdakı antroponimlər tam leksikləşmiş vahidlər olsa
da, onların predikatlarının felin əmr şəkli ilə ifadə olunması (II
şəxsin təkində) aydın şəkildə görünür.
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
177
TÜRK MƏNŞƏLİ
(hibrid antroponimlər daxil olmaqla)
AZƏRBAYCAN ANTROPONİMLƏRİNİN
SİYAHISI
a) Arxaik antroponimlər
Ağbuğa Barsbək
Ağquş Bars buğa
Ağsunqur Basbas
Alan Bəkçur
Alp Kuş Bilgə
Alp Ərən Bilgəçur
Altuntək Borak
Altuntaş Böribars
Arğun Böritay
Arkasun Börkiyarıq
Arpaxan Buğay
Aybas Buğday
Ayana Buğac
Aydoğmuş Buğra
Aytaş Buğrategin
Aytoldu Bulduq
Ayxan Buluş
Ayxaqan Daşdı
Aza Dirsə
Azak Durğut
Aznavur Duxa
Baqlubək Dukak
Bayançur Elteber
Balxatun Erarslan
Bars Erbasan
Язизхан Танрыверди
178
Erisin Taqtegin
Erki Tegin
Erkixan Tenquş
Əgrək Telusun
Ərən Təkəş
Ərən uluğ Təpər
Ərtegin Toğrultegin
Güzəm Toğanyürək
Gündoğdu Tozqoparan
Günəçıx Tora ağa
Günxan Topçubaşı
Göyxan Tutar
İlbilgə Ualli
İltegin Uyqurtay
İşbay Uluğ
İşpak Ulusun
İşpakay Ulubab
Karategin Uru
Kudusun Ursi
Qarasun Uran
Qarasunqur Usandıq
Qutlu Yabqu
Qutluq Yabquxan
Qurşak Yağıçı
Minbaşı Yağıbalı
Oysandıq Yağıbasan
Sanaş Yağıqıran
Səgrək Yegnək
Tamğac Yüzbaşı
Taştegin
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
179
b) Müasir Azərbaycan antroponimikasında müşahidə
olunan kişi adları
Ağa Ağaməli
Ağababa Ağaməmməd
Ağabəy Ağami
Ağabəyi Ağamir
Ağabəşir Ağamirzə
Ağaverdi Ağamoğlan
Ağaqardaş Ağamurad
Ağaqurban Ağamusa
Ağadadaş Ağanemət
Ağadayı Ağanəbi
Ağadur Ağanəzər
Ağazadə Ağarəsul
Ağazal Ağarəfi
Ağazəki Ağarəhim
Ağazeynal Ağarza
Ağayar Ağasadıq
Ağayunus (Ağayunis) Ağasaleh
Ağayusif Ağasəlim
Ağakazım Ağasəlman
Ağakərim Ağasəməd
Ağagül Ağasərxan
Ağamalik Ağasəf
Ağamurad Ağası
Ağamehdi Ağasultan
Ağaxan Ağasuvar
Ağahəsən Ağasüleyman
Ağahüseyn Ağafate
Ağacan Adaş
Ağacəfər Adıgözəl
Ağaş Adıbala
Язизхан Танрыверди
180
Adışirin Bəybala
Aqşin Bəyverdi
Aran Bəydadaş
Aranbəy Bəydəmir
Aranxan Bəygəldi
Arıx (Arıq) Baba
Aruz Balaş
Arslan (Aslan) Bala
Ata Balağa
Ataş Baladayı
Atabəy Balaqardaş
Atababa Baladadaş
Atakişi Balabəy
Atalar Baləmi (Balaəmi)
Atam Baloğlan
Ataməli Balaxan
Atamoğlan Baxış
Ataxan Baxşı
Alqış (müştərək) Bayram
Alay Bədirxan
Altay Bəylər
Alov Binəşi
Anar Boran
Apaydın Böyük
Araz Böyükağa
Ayaz Böyükkişi
Aycan Budaq
Aydın Bulud
Aydəmir Coşqun
Ayxan Cığatay
Azay Çapay
Bəybaba Çələbi
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
181
Çingiz Eltuz
Çoban Elturan
Dadaş Elçibəy
Dadaşbala Elçin
Dağbəyi Elbəy
Dağlar Elbəyi
Dayandur Elbir
Dalğın Elbrus
Daşqın Elcan
Daşdəmir Elşad
Dədələr Elşən
Dədəxan Erkin
Dədəkişi Elyar
Dəniz Elyanar
Dəmir Elyaz
Dəmirçi Eymur
Dilən Ərtac
Domrul Əzizbəy
Dönməz Əzizağa
Dönüş Əzizxan
Duman Əhmədağa
Dursun Əliağa
Durasan Əlibala
Duraxan Əlibala
Duemuşxan Əliqardaş
Düşəri Əliyoldaş
Elnur Əmiraslan
Eloğlu Əmikişi
Elsevər Əmən
Eltay Ərol
Eltən Gəray
Eltəkin Göyüş
Язизхан Танрыверди
182
Göyçə İmamverdi
Gursel İsmixan
Günalı Kərimağa
Gündüz Koroğlu
Gülağa Kiçşikbəy
Güləş Qaçay
Gülçin Qalabəy
Gümüş Qambay
Haqverdi Qara
Halay Qarabəy
Hüseynağa Qaraxan
Hüseynbala Qaraca
Xaqan Qaraş
Xaqani Qardaş
Xan Qardaşxan
Xanış Qartal
Xankişi Qaryağdı
Xangəldi Qaya
Xanlar Qayıt
Xanoğlan Qayıtmaz
Xansuvar Qılınc
Xanbaba Qırxlarbəy
Xanbala Qorxmaz
Xanqardaş Qoca
Xanqulu Qoçər
Xandadaş Qoşqar
Xanəli Qoşun
Xanəhməd Laçın (müştərək)
Xəzər Lələkişi
Xudaverdi Məmmədxan
İgid Məmmədağa
İlkin Minyaşar
İldırım Oğul
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
183
Oğuz Tanrıverdi
Oqtay Tamerlan
Orxan Turan
Orduxan Tural
Orman Tufan
Ocaqverdi Türk
Ocaqquli Traıyel
Ozan Tarıverdi
Özüxan Tarxan (Tərxan)
Özdəmir Tapdıq
Ölməz Teymur
Ötkəm Təbriz
Paşa Təzəbəy
Pirverdi Tərlan (müştərək)
Poladxan Timurçin
Sabutay Toğrul
Sarı Toybəyi
Sarıxan Tokay
Satılmış Uğuz
Sevdim Uğur
Sevdimalı Uğurlu
Sevindim Umud (Ümid)
Sevindik Umar
Sevdik Usan
Sönməz Ucabəy
Suvar Ucal
Sulduz Verdi
Şahverdi Vəzirxan
Şahsevər Vurğun
Şahsuvar Yaylaq
Şiraslan Yalçın
Şirxan Yanar
Şubay Yaralan
Язизхан Танрыверди
184
Yaradanqulu Yetkimn
Yaraşıq Yoldaş
Yaşar Yolçu
Yenilməz Yüksəl
Dostları ilə paylaş: |