ƏZİzxan tanriverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə1/16
tarix31.01.2017
ölçüsü1,6 Mb.
#7252
  1   2   3   4   5   6   7   8   9   ...   16

 
ƏZİZXAN TANRIVERDİ 
 
 
 
 
 
 
 
 
 
 
 
TÜRK MƏNŞƏLİ AZƏRBAYCAN 
ŞƏXS ADLARININ TARİXİ-
LİNQVİSTİK TƏDQİQİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2012 

 
Язизхан Танрыверди 
 
 

 
 
Elmi redaktoru:                                         Fikrət XALIQOV 
                                   filologiya elmləri doktoru, professor 
 
Rəyçilər:                                                      Elbrus ƏZİZOV 
                                   filologiya elmləri doktoru, professor 
 
                                                                  Aydın PAŞAYEV 
                   filologiya elmləri doktoru 
 
                
 
                    Məmmədxan SOLTANOV 
                    filologiya üzrə fəlsəfə doktoru 
 
 
 
 
 
 
Monoqrafiyada  türk  mənşəli  Azərbaycan  antroponimləri  dia-
xronik və sinxronik  müstəvidə təhlil edilmiş, bir sıra antroponimlərin 
etimologiyası öyrənilmiş, arxaikləşən, apelyativi arxaikləşən, apelya-
tivi  arxaizm  səciyyəli  dialektizm  və  dialektizm  olan  antroponimlər 
sistemli  şəkildə  tədqiq  edilmişdir.  Kitabdan  filoloq-mütəxəssislər, 
həmçinin hər bir Azərbaycan vətəndaşı faydalana bilər. 
 
 
                                         
 
 
 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 

 
ÖN SÖZ 
 
Azərbaycan  dilçiliyində  antroponimlərin  tədqiqi  ilə  bağlı 
bir  sıra  məqalə  və  monoqrafiyaların  çap  edilməsi,  bir  neçə 
namizədlik  və  doktorluq  dissertasiyasının  müdafiə  olunması 
onomastikanın  inkişafında  xüsusi  rol  oynamışdır.  Lakin  Azər-
baycan antroponimiyasının həll edilməmiş problemləri də çox-
dur. Belə problemlərdən biri  bu vaxta qədər türk mənşəli və tə-
rəflərindən  biri  türk  mənşəli  olan  hibrid  antroponimlərin  diax-
ronik,  xüsusən  də  sinxronik  istiqamətdə  kompleks  və  sistemli 
şəkildə  linqvistik  tədqiqata  cəlb  edilməməsidir.  Təbii  ki,  belə 
bir  mövzunun  tədqiq  edilməsi  arxaik,  apelyativi  arxaikləşən, 
apelyativi  eynilə  müasir  ədəbi  dildə  işlənən  antroponimləri 
müəyyənləşdirə  bilər,  tarixi  fonetika,  leksikologiya,  morfolo-
giya və sintaksislə bağlı zəngin  materiallar verər, sözlərin ilkin 
semantikasını, fono-morfoloji tərkibini və s. aydınlaşdıra bilər,  
həmçinin  adyaratmada  apelyativin  funksiyası,  motivləşmə  me-
yarları və s. müəyyənləşə bilər ki, bu da türk estetikası, etnoq-
rafiyası və psixologiyasını öyrənmək baxımından geniş imkan-
lar aça bilər. 
Əsərdə  60-a  qədər  antroponim  (Annax,  Bəslər,  Bulduq, 
Səgrək, Duman, Duxa Qoca, Ərol, Güzəməli, Usandıq və s.) ilk 
dəfə olaraq etimoloji baxımdan təhlil edilmişdir. Arxaik antro-
ponimlər,  apelyativi  arxaikləşən,  apelyativi  müasir  ədəbi  dildə 
işlənən  əsl  şəxs  adları,  apelyativi  ilə    birlikdə  arxaikləşən  əsl 
şəxs  adlarının  müasir  ədəbi  dilimizdəki  antroponimlərlə  si-
nonimliyi  (Bulduq-Tapdıq, Sunqur-Şahin və s.),  apelyativi ar-
xaizm,  arxaizm  səciyyəli  dialektizm  və  dialektizm  olan  ləqəb-
lər,  həmçinin  tərəflərindən  biri  türk  mənşəli  olan  hibrid  antro-
ponimik  vahidlər  Azərbaycan  dilçiliyində  ilk  dəfə  olaraq  işıq-
landırılır. Kitabda türk mənşəli Azərbaycan antroponimləri türk 
xalqları  antroponimikası  müstəvisində  öyrənilmiş,  Azərbaycan 

 
Язизхан Танрыверди 
 
 

antroponimikasında  ləqəb,  qırğız  antroponimikasında  isə  əsl 
şəxs adı funksiyasında işlənən vahidlərə ilk dəfə olaraq münasi-
bət bildirilmişdir. Türk mənşəli kişi və qadın  adlarının leksik-
semantik  qruplarına  mövcud  tədqiqatlar  kontekstində  müna-
sibət  bildirilmiş,  motivləşmə  meyarları  öyrənilmiş  və  həmin 
əsasda  konkret  leksik-semantik  qruplar  müəyyənləşdirilmişdir. 
Məyusluqla bağlı yaranan qadın adlarında (Gülyetər, Bəslər və 
s.)  mənfi motivlərlə yanaşı, müsbət motivlər də aşkarlanmışdır. 
Arxaik titulların qədim və müasir şəxs adlarında işləklik dərə-
cəsi öyrənilmiş, titul və təxəllüslərin əsl şəxs adlarına çevrilmə 
səbəbi  və  etnonim  əsasında  qadın  adlarının  yarana  bilməməsi  
izah olunmuşdur. 
Əsərdə fonetik, leksik, morfoloji və sintaktik semantikası 
donmuş  antroponimik  vahidlərə,  onların  apelyativinə  dil  tarixi 
prizmasından yanaşılmışdır. Təyini söz birləşmələrinə daxil ol-
mayan  ismi  birləşmələrin  inkişafı  əsasında  formalaşan  mürək-
kəb quruluşlu antroponimik vahidlər də izah edilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 

 
I  FƏSİL 
 
TÜRK MƏNŞƏLİ ANTROPONİMLƏRİN 
TƏDQİQİ TARİXİ 
 
a) Türkologiyada şəxs adlarının  
tədqiqi tarixi 
 
Türk  mənşəli  antroponimlərin  tədqiqi  tarixini  sistemli 
şəkildə təqdim etməzdən əvvəl bir sıra Avropa türkoloqlarının, 
xüsusilə  A.Qaben,  L.Razoni,  S.Kakuk  kimi  alimlərin  araşdır-
malarına münasibət bildirmək lazım gəlir. 
A.Qaben türk dillərinin qrammatikasına dair bir neçə ma-
raqlı əsər yazmışdır. Onun 1941-ci ildə çap olunan ―Alttürkiche 
Grammatik‖ əsəri 1974-cü ildə üçüncü dəfə yenidən nəşr edilir. 
Həmin nəşri Mehmet Akalın Türkiyə türkcəsinə tərcümə edərək 
―Eski  türkçenin-qrameri‖  (Ankara,  1988)  adı  ilə  çap  etdir-
mişdir.  Kitabda  türk-run,  uyğur,  soğut,  mani,  brahami  yazıla-
rının  xarakterik  xüsusiyyətləri,  əski  türk  dilinin  fonetikasında 
ünlülər  (saitlər),  ünsüzlər  (samitlər),  vurğu  və  diftonqlar,  eyni 
zamanda türk dilləri baxımından səciyyəvi olan kök və şəkilçi 
morfemləri, söz birləşmələri, cümlə və s. məsələlər tarixi-linq-
vistik  prizmadan  araşdırılmışdır.  Onomastik  vahidlərin  əsərin 
lüğət hissəsinə daxil edilməsi diqqəti cəlb edən cəhətlərdəndir. 
Burada  hər  bir  onomastik  vahid  barədə  məlumat  verilmişdir. 
Məsələn,  ―Yoluğ‖  antroponimik  vahidinin  ―Yolluğ‖  variantı 
təqdim edilməklə yanaşı, Yoluğun Bilge Kağan və Kül Teginin 
adına  düzəldilmiş  daş    kitabələrin  yaradıcısı  olduğu  da  qeyd 
edilir.  Əsərdə  arqu,  bayırku,  karluq  (qarluq),  kirkiz  (qırğız), 
moğol,  tabğac,  oğuz,  çiqil,  izqil  və  s.  etnonimlər,  Arğu,  Bosu, 
Kadırkan, Ötüken, Töpüt və s. toponimlərlə yanaşı, Bumın Ka-

 
Язизхан Танрыверди 
 
 

ğan, İltiriş, İlbilgə, Bilge Kağan, Kül Tegin, Yoluğ, Makaraç və 
s. kimi qədim türk antroponimləri barədə də izahlar verilmişdir. 
A.Qaben  bir  sıra  türk  antroponimlərinin  mənası,  leksik-
semantik  xüsusiyyətləri,  xüsusilə  rəng  anlamlı  apelyativlərin  
antroponim yaradıcılığında iştirakı ilə bağlı ―Vom Sinn Symbo-
lischer  Farbenbezeichzunq‖  (rəng  bildirən  sözlərin  simvolik 
mənası)  əsərində  (105a)  geniş  məlumat  vermişdir.  N.A.Baska-
kov  ―Saraqurı‖  türk  etnoniminin  yaranmasında  rəng  anlamlı 
saru (sarı) vahidinin əsas olduğunu göstərəndə A.Qabenə əsas-
lanır  (34a-15).  Çünki  Qaben  rəng  anlamlı  vahidlərin  etnonim 
yaradıcılığında  iştirakından  bəhs  edərkən  bu  cür  vahidlərin 
müxtəlif etnoslarda fərqli funksiya daşıdığını da izah etmişdir. 
Məsələn,  qədim  türklərdə  aq  (ağ)  və  sarı–  ―cənub‖,  qara  - 
―şimal‖, qızıl (qırmızı) - ―qərb‖, kök (göy) – ―şərq‖ mənasında 
işlənmişdir. 
A.Qabenin  əsərlərində  türk  mənşəli  antroponimlərin  mo-
tivləşmə  meyarlarından  bəhs  edilməmiş,  apelyativ  və  antropo-
nimik  vahidlərin  ədəbi  dildəki  funksiyasına  münasibət  bildiril-
məmişdir. 
Suzanna Kakuk türk dillərinin tarixi-linqvistik tədqiqi ilə 
bağlı araşdırmalar aparan Qərb mütəxəssislərindəndir. Çin əra-
zisindəki  salarlar  və  onların  dili  müəllifi  daha  çox  maraqlan-
dırıb. Macar türkoloqu xanım Suzanna Kakuk 1960-cı ildə Çinə 
gedərək salarlarla bağlı mətnlər toplayıb. O, həmin mətnlərdəki 
türkköklü vahidləri fonetik və leksik istiqamətdə təhlil etməklə 
yanaşı,  sözlərin  mənasını  əks  etdirən  lüğət  də  hazırlayıb. 
Salarların  dilində  Çin  və  Tibet  mənşəli  sözlərin  çox  işlənmə 
səbəbini türkologiyada ilk dəfə  olaraq araşdıran da S.Kakukdur 
(182a-215-223).  Müəllif  türk  xalqları  antroponimlərinin 
təhlilinə  ―Quelques  cateqories  de  noms  de  personne  turcs‖ 
(―Türk  şəxs  adlarının  bir  neçə  kateqoriyası‖)  əsərini    həsr  et-
mişdir. 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 

L.Razoni  türk  antroponimlərinin  təhlili  ilə  məşğul  olan 
Qərb mütəxəssislərindəndir. O, türk antroponimlərinə dair ―Der 
Frauenname bei Turkvolkern‖ (―Türk xalqlarında qadın adları‖) 
(142a), ―Les noms de nombre dans‖ (―anthroponymie turque‖) 
(―Türk  şəxs  adlarında  say  məzmunlu  vahidlər‖)  (142a),  ―Les 
noms de personnes imperatifs chez les peuples turques‖ (―Türk 
xalqlarında  imperativ  adlar‖),  ‖Sur  quelques  cateqories  de 
noms de  personnes  en turc‖ (―Türk antroponimləri bir neçə  ad 
kateqoriyasında‖)  (142a)  əsərlərinin  müəllifidir.  A.Nikonov 
L.Razoninin  qeyd  etdiyimiz  əsərlərini  təhlil  edərkən  yazır: 
―L.Razoninin əsas xidməti  antroponimləri adlandırma motivlə-
ri üzrə təsnif etmək cəhdidir. Yalnız kitablardan götürülmüş an-
troponimlərin  tədqiqata  cəlb  edilməsini  müəllifə  irad  tutmaq 
olmur. Çünki minlərlə müasir adın bizə məlum olan linqvistik 
izahı  ona  bəlli  deyildir.  L.Razoni  özünəqədərki  tədqiqatçıların 
elmi  nəticələrini  ümumiləşdirməyə  çalışarkən  bir  sıra  hallarda 
onların səhvlərini də təkrar edir, yəni adların yox, onların əsa-
sında duran sözlərin leksik-semantik bölgüsünü verir. Məsələn, 
müəllif ―titul və rütbələrdən yaranan adlar‖ və digər bölmələrdə 
―niyə sualına‖ yox, ―nədən törəyib‖ sualına cavab axtarır. O, iki 
tamamilə  müxtəlif  məzmunlu  təsnifatı  bir-birinə  qarışdıraraq 
hər ikisini məhv edir‖ (135 - 95-96). 
A.Nikonov ―Имя и общество‖ kitabında L.Razoninin yu-
xarıda  təqdim  etdiyimiz  əsərlərini  təhlil  etməklə  yanaşı,  onun 
əsas  müddəalarını  rus  dilinə  tərcümə  etmişdir.  Həmin  tər-
cümələrə əsasən aşağıdakıları söyləmək olar: 
L.Razoni türk antroponimlərinin leksik-semantik xüsusiy-
yətlərinə  görə qruplaşdırılmasında 4 istiqaməti əsas götürür: 1. 
Deskriptiv  şəxs  adları  (təsviri  adlar);  2.Deziderativ  şəxs  adları 
(arzu  və  istək    ifadə  edən  şəxs  adları);  3.  Totemlərlə  (heyvan, 
bəzən  də  bitkilərə  sitayiş  etmə)  bağlı  olan  şəxs  adları;  4.  Me-
morativ şəxs adları (xatirə xarakterli şəxs adları). 

 
Язизхан Танрыверди 
 
 

Türk  antroponimləri  sistemindəki  qadın  və  kişi  adlarının 
sayından  bəhs  edən  müəllif  göstərir  ki,  geniş  yayılan  qadın 
adları məlumdur. Bu cür adlar kişi adlarından 20-30 dəfə azdır 
(Rasonyi  –  1962,  224).  A.Razoni  qədim  türklərdə  qadının  cə-
miyyətdəki funksiyasına uyğun olaraq formalaşan adlar barədə 
yazır: ―Qədim dövrlərdə qadın cəmiyyətin ikinci dərəcəli üzvü 
hesab edildiyindən onlara ayıq düşüncə ilə verilən müsbət mə-
nalı  adlar  emosiyalar  əsasında  formalaşan  müsbət  adlarla  mü-
qayisədə  daha  az  yayılmışdır.  Bu  da  həmin  motiv  əsasında 
yaranan  kişi  adlarından  daha  çox  idi‖  (Rasonyi  –  1962,  239). 
Bu qeydlərə onu da  əlavə etmək lazımdır ki, türk etnoqrafiya-
sındakı bir sıra qadın adları mənfi emosiya əsasında yaransa da, 
gözəlliyi ifadə edir. Məsələn, Gülbəs, Gülyetər. 
L.Razoni  türk ad sistemindəki  dini adlar barədə  göstərir:  
―İslam dini islamaqədərki şəxs adlarının işləkliyinə mənfi təsir 
etdi. Türk şəxs adları əvəzinə kütləvi şəkildə islam dini ilə bağlı 
olan antroponimlər işlənməyə başladı‖ (Rasonyi – 1962, 222). 
―Anadolu türkləri qızlarına ona görə ―Beşbine‖ adını ve-
riblər ki, qız böyüyüb ərə gedəndə başlıq pulu kimi 5 min türk 
lirəsi  alsınlar‖  (Rasonyi  –  1962,  230)  fikri  göstərir  ki,  müəllif 
qədim  türk  etnoqrafiyasına  yaxından  bələd  olmayıb.  Çünki  bu 
cür antroponimik vahidlər türk ad sistemində təsadüfi xarakter 
daşıyır. 
L.Razoni  türk  xalqları  antroponimikası  baxımından    xa-
rakterik  olan,  lakin  qədim  və  müasir  Azərbaycan  antroponim-
ləri  sistemində  müşahidə  edilməyən  ―Turbek‖  antroponiminin 
yaranmasında qədim türk dilindəki ―düzgün‖, ―ədalətli‖ anlamlı 
turi  (duru)  apelyativinin  əsas  olduğunu  göstərir  (Rasonyi  – 
1962, 235). 
Onu da qeyd etmək lazımdır ki, A.Nikonov deskriptiv (təs-
viri)  adlardan  danışarkən  L.Razoninin  təsadüflərlə  bağlı  for-
malaşan antroponimləri deskriptiv adlar sisteminə daxil etməsini 
qəbul etməsə də, Sevinc, Arzu, Ayım kimi qadın adlarından bəhs 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 

edəndə  məhz  L.Razoniyə  əsaslanır,  bu  cür  adları  türk  dilinin 
gözəllik və zənginlik əlaməti hesab edir (135 - 95-96). 
L.Razoni  deziderativ  antroponimlərin  yaranmasında  mis-
tik  (sufi,  təsəvvüf)  görüşlərin,  ovsunlamanın  əsas  olduğunu 
göstərərək,  bu  tip  adları  ―mistik  adlar‖  fəslində  qruplaşdırır 
(Rasonyi – 1962, 98). 
Totemlər  əsasında  yaranan  antroponimik  vahidlər  müəl-
lifin tədqiqatında belə ifadə edilir: ―Totemlər əsasında formala-
şan antroponimlərin etimoloji təhlili inandırıcı görünmür. Yal-
nız qazax dilindəki Akkoyan (ağ dişi dovşan) və Ayubikə (dişi 
ayı) antroponimlərində adların totemik mənşəyi müşahidə edilir 
(Rasonyi – 1961, 231). 
Türkologiyada türk mənşəli antroponimlərin tədqiqi tarixi 
M.Kaşğarinin ―Divanü lüğat-it-türk‖ (1072-1074) əsəri ilə baş-
lanır. Bu ensiklopedik əsərdə şəxs adlarının təhlil süzgəcindən 
keçirilməsi də diqqətdən yayınmamışdır. Belə ki, müəllif təkcə 
şəxs  adlarını  yox,  həm  də  apelyativləri  atalar  sözləri  və  şeir 
parçaları  tərkibində  təqdim  edərkən  onların  həqiqi  və  məcazi 
mənada  işlənməsini,  apelyativlərin  antroponimə  çevrilmə  sə-
bəbləri və sosiallığını geniş müstəvidə şərh edir. Maraqlıdır ki, 
bu cür araşdırmalara müasir türk antroponimiyasında az təsadüf 
olunur.  Burada  M.Kaşğarinin  türk  şəxs  adları  ilə  bağlı  bəzi 
izahlarını  təqdim  edirik:  Kılıç  xan.  Bu  atalar  sözündə  də 
işlənmişdir: koş kılıç kınka sığmas = qoşa qılınc qına sığmaz... 
Bununla  xaqaniyyə  xanlarına  ad  verilərək  ―Kılıç  xan‖  deyilir 
ki,  düşündüyü,  qurduğu  işlərdə  qılınc  kimi  kəsib  atan  xaqan 
deməkdir;  Köl  Bilgə.  Uyğur  xanına  ―Köl  Bilgə  xan‖  ləqəbi 
verilir,  çünki  ―kamalı  göl  kimi,  göl  qədər  deməkdir.  Burada 
ağılın  çoxluğunu  göstərmək  üçün  o,  gölə  bənzədilmişdir. 
Tonqa  – bəbir.  Qaplan cinsindən bir heyvandır. Fili öldürür... 
Uşaqlara  buna  bənzər  adlar  çox    qoyulur.  Türklərin  böyük 
xaqanı Əfrasiyabın əsl türk adı ―Tonqa Alp Ər‖dir, ―bəbir kimi 
qüvvətli,  igid  adam‖  deməkdir.  Bəktur.  Kişi  adıdır.  Əsli  bək 

 
Язизхан Танрыверди 
 
 
10 
tur=bərk dayan formasındadır (bax: Əzizxan Tanrıverdi. Qədim 
türk mənbələrində yaşayan şəxs adları. Bakı, 2009, s.327-361). 
Bu mənada M.Kaşğari türk antroponimikasının ilk tədqiqatçısı 
kimi xüsusi olaraq dəyərləndirilməlidir. 
Orijinal lüğətləri ilə məşhur olan V.V.Radlov türk mənşə-
li toponim və hidronimlərlə yanaşı, antroponimlərin də linqvis-
tik  baxımdan  təhlilinə  münasibət  bildirmişdir.  Belə  ki,  onun 
N.F.Katanovla  birlikdə  hazırladığı  ―Алфавитный  указатель 
собственных имен, встречающихся в  I-II томах  «Образцов 
нaродной литературы тюркских племен» (102) və «Титулы 
и  имена  уйгурских  ханов»  (140-165-270)  əsərlərində  türk 
xalqlarının etnoqrafiya, psixologiya və təfəkkürünü əks etdirən 
türk  mənşəli  antroponimlər  təhlil  olunmuş,  bir  sıra  antroponi-
mik  vahidlər geniş etimoloji araşdırmaya cəlb olunmuş, uyğur 
xanlarının  adları  və  titulları,  həmçinin  şəcərələri  verilmişdir. 
―Həmin şəcərəyə görə, uyğur xanlarının birincisi Peylo, sonun-
cusu (VII) Qutluq olmuşdur‖ (76-72). 
Türk  xalqları  antroponimlərinin  ilk  dəfə  olaraq  sistemli 
şəkildə tədqiqata cəlb olunması V.A.Qordlevskinin adı ilə bağ-
lıdır.  Müəllifin  1910-cu  ildə  ―Этнографические  обозрение» 
jurnalının III və IV nömrələrində nəşr etdirdiyi ―Рождение ре-
бенка  и  его  воспитание»  məqaləsində  uşağın  dünyaya  gəl-
məsi, adlandırılması, tərbiyəsi və s. məsələlərlə bağlı türk xalq-
ları arasında mövcud olan adət-ənənələrdən bəhs edilir (49). 
V.A.Qordlevskinin  1913-cü  ildə  çap  olunmuş  ―Личной 
ономастике у османцев» (47)  əsəri də türk xalqları antroponi-
mikasını  öyrənmək  baxımından  dəyərlidir.  Əsərdə  şəxs  adları 
və köməkçi ad kateqoriyasına daxil olan ləqəblərin motivləşmə 
səbəbləri, mənaları izah olunmuş, osmanlı (türk) dilində işlənən 
şəxs adlarının yaranma və inkişaf tarixinə münasibət bildirilmiş 
və  o,  iki  tarixi  dövrlə  əlaqələndirilmişdir:  1.  İslamiyyətə 
qədərki adlar; 2. İslamiyyətdən sonrakı adlar. Müəllif türk xalq-
ları  antroponimikasında  xarakterik  olan  Ay,  Qaraquş,  Toğ-

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
11 
rulbəy, Dursun və s. kimi türk mənşəli adların şərhini verməklə 
yanaşı,  ərəb  dilindən  islam  dini  vasitəsilə  türk  ad  sisteminə 
daxil  olan  və  bu  gün  də  ənənəviliklə  bağlı  olaraq  işləkliyini 
itirməyən Əli, Məmməd, Məhərrəm, Həsən, Hüseyn və s. kimi 
antroponimlərin də işlənmə səbəbini izah etmişdir. 
V.A.Qordlevski oğuzlarda iki ad məsələsindən bəhs edər-
kən göstərir ki, onlarda uzun müddət iki ad mövcud olmuşdur: 
Yeni  müsəlman  adı  və  qədim  sıravi  ad  və  ya  ləqəb.  Məsələn, 
Ziyəddin Qara Aslan, Fəxrəddin Arslan Doğmuş, Mübarizəddin 
Ertokuş və s. (48). Müəllif bu hadisəni türk tayfalarından olan 
oğuzların milli xüsusiyyəti, psixologiyası ilə bağlamışdır. 
Türk Dil Qurumu yaradıcılarından biri, dilçi, ədəbiyyatşü-
nas  və  ictimai  xadim  Bəsim  Atalayın  yaradıcılığında  Mahmud 
Kaşğarinin  ―Divanü  lüğat-it-türk‖  əsərinin  ərəb  dilindən  tər-
cüməsi  (s.1-3,  1939-41),  ―Türk  dilində  şəkilçilər  və  köklər‖ 
(1942),  ―Türk  dilində  sözdüzəltmə  yolları‖  (1946)  əsərləri  
xüsusi yer tutur. B.Atalay qədim türk  antroponimik vahidlərini 
toplayıb nəşr etdirən ilk alimlərdəndir. Onu daha çox maraqlan-
dıran  türk  xalqlarının  tarixi  şəxsiyyətlərinin  adları  olub. 
Müəllifin türk tarixi şəxsiyyətlərinə məhəbbəti 1921 və 1935-ci 
illərdə  İstanbulda  çap  etdirdiyi  ―Türk  Büyükleri  ve  ya  türk 
adları‖ kitabında əks olunmuşdur. Kitabda 600-ə qədər şəxs adı 
haqqında məlumat verilmişdir. Əsər türk tarixinə dair faktlarla 
zəngindir.  Çünki  B.Atalay  lüğətdə  təqdim  etdiyi  antroponimik 
vahidləri M.Kaşğarinin lüğətindən, ―Kitabi-Dədə Qorqud‖ das-
tanından,  ―Tuziki  Teymuri‖,  ―Tərcümeyi-şəcəreyi-türki‖  və  s. 
tarixi  mənbələrdən  götürmüşdür.  B.Atalayın  lüğətindən  ―Məş-
hur  türklər‖  əsərində  geniş  şəkildə  istifadə  edilmişdir.  Həmin 
əsərin foto surəti Azərbaycan Respublikası Əlyazmaları İnstitu-
tunda  saxlanılır.  Bu  mənbədə  türkün  böyük  şəxsiyyətləri  haq-
qında  qısa  və  dəqiq  məlumatlar  verilmişdir.  Məsələn,  Dakak 
(1104) – Səlcuq hökmdarlarından Alp Arslanın nəvəsi, Tutuşun 
oğlu;  Abaka  xan  (1234-1282)  –  Elxanilər  dövlətini  qurmuş 

 
Язизхан Танрыверди 
 
 
12 
Hülakü  xanın  oğlu,  həmin  dövlətin  2-ci  hökmdarıdır;  Kutluk 
Nigar  xanım  (1505)  –  Hindistanda  hökm  sürən  türk-moğol 
imperatorlarından məşhur Babur şahın anasıdır. Teymur soyun-
dan Ömər Şeyx Mirzə ilə evlənmişdir; Şahzadə Mehmet Korkut 
(1512)  –  İkinci  Bəyazidin  oğlu,  Yavuz  Səlimin  qardaşıdır; 
Dəmirtaş  (1327)  –  Elxanilər  əmirlərindən  olub,  Azərbaycanda 
hökm  sürən  Əmir  Çobanın  2-ci  oğludur;  Qazan  xan  (1271-
1304) – Çingiz xan nəslindən Arğun xanın oğludur, Elxanilərin 
yeddincisi  və  ən  böyüyüdür.  Qazan  xanın  adına  buraxılmış 
pulun üstündə yazılıb: ―Tanrı birdir və Məhəmməd peyğəmbər-
dir‖;  Səlcuq  xatun  (1408-1485)  –  Çələbi  Sultan  Məhəmmədin 
qızıdır. 
Göründüyü  kimi,  qeyd  olunan  mənbələrdəki  tarixi  şəx-
siyyət adları türk tarixini və bu kontekstdə Azərbaycan tarixini 
öyrənmək  üçün    dəyərlidir.  Fikrimizcə,  mənbələrdəki  Şahzadə 
Mehmet  Korkut  (1512)  antroponimik  vahidi  ümumtürk  ədə-
biyyatşünaslığı  baxımından  maraqlıdır.  ―Korkut‖  adı  ―Kitabi--
Dədə Qorqud‖dakı ―Qorqud‖ adı ilə  səsləşir ki, bu da ―Kitabi-
Dədə  Qorqud‖  dastanı  xalqın  folklor  yaddaşında  yaşamamış-
dır‖, - deyənlərə ən tutarlı cavabdır. 1052-ci ildə yazıya alınan 
―Kitabi-Dədə  Qorqud‖  dastanı  türkün  qan  yaddaşında  olmasa 
idi, təbii ki, XVI əsrdə ―Korkut‖ (Qorqud) adı işlənə bilməzdi. 
Lüğətdə  türk  mənşəli  antroponimlərin  etimoloji  izahı, 
apelyativlərin antroponim yaradıcılığında iştiraketmə səbəbləri, 
arxaik  apelyativli  antroponimlər,  apelyativi  arxaizm  səciyyəli 
dialektizm olan antroponimik vahidlər və s. barədə heç  bir in-
formasiya verilməmişdir. Bu da əsərin xarakteri ilə bağlıdır. 
Bəllidir ki, türk xalqları ilə rus xalqının çoxəsrlik əlaqələri 
nəticəsində  türk  dillərindən  rus  dilinə  yüzlərcə  ad  keçmişdir. 
Bu, bir tərəfdən, Azərbaycan və ümumiyyətlə, türk antroponim-
ikasının  zənginliyi,  digər  tərəfdən,  rus  antroponimik    vahidləri 
sistemində  rus  mənşəli  antroponimlərin  az  olması  ilə  bağlıdır. 
Buna  səbəb  isə  vaxtilə  kilsənin  qədim  rus  adlarını  işlətməyi 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
13 
qadağan  etməsi,  qədim  rus  adlarının    isə  Vizantiya  adları  ilə 
əvəz olunmasıdır‖ (174-43). 
Türk dillərindən rus dilinə keçən onomastik vahidlər sıra-
sında  türk  mənşəli  antroponimik  vahidlər  üstünlük  təşkil  edir. 
Bu,  hər  şeydən  əvvəl,  türk  antroponimikasının  zənginliyi  ilə 
bağlıdır. Rus antroponimikasında işlənən türk mənşəli familiya-
ları ilk dəfə olaraq geniş və sistemli şəkildə linqvistik tədqiqata 
cəlb  etmək  kimi  ağır  bir  işi  öhdəsinə  götürən  N.A.Baskakov 
olmuşdur.  O,  türk  mənşəli  rus  familiyalarının  formalaşması, 
leksik-semantik və qrammatik xüsusiyyətləri ilə bağlı daha çox 
tədqiqat  aparan  alimlərdəndir.  Müəllifin  tədqiqatları  onlarca 
məqalə  və  monoqrafiyada  öz  əksini  tapmışdır.  N.A.Baskakov 
«Русские  фамилии  тюркского  происхождения»  kitabında 
türk  mənşəli  rus  familiyalarının  yaranma  xüsusiyyətlərini  şərh 
etməklə  bərabər,  onların  leksik-semantik  qruplarını  da  müəy-
yənləşdirmişdir:  şəxsin  anadan  olduğu,  yaxud  yaşadığı  yerlə 
bağlı, titulla bağlı, xüsusi şəxs adı ilə bağlı və ləqəblər əsasında 
yaranan  familiyalar  (34).  Əsərdə  türk  mənşəli  Балашов, 
Дашков, Карташев,  Лачинов, Чарыков, Таптыков və s. 
familiyaların  etimoloji  izahı  geniş  şəkildə  verilmişdir.  Amma 
burada  elə  familiyalara  da  rast  gəlinir  ki,  onlar  türk  mənşəli 
deyildir.  Məsələn,  Ахматов  (ərəb  dilindəki  şanlı,  şöhrətli 
anlamlı ―Əhməd‖), Лашкарев  (fars dilindəki  ordu, qoşun an-
lamlı  ―ləşkər‖),  Булатов  (fars  dilindəki  bulat//polad)  və  s. 
Fikrimizcə, müəllif  burada həmin tip adların  rus antroponimi-
kasına ərəb və fars dilləri vasitəsilə deyil, türk dilləri vasitəsilə 
daxil olmasını əsas götürmüşdür.  
Əsərdə  bəzi  familiyaların  izahı  düzgün  deyil.  Məsələn, 
―Шерапов‖ familiyası şərab və şərəf sözləri ilə əlaqələndirilir 
və  hansının  əsas  olması  göstərilmir.  Bizcə,  ―Шерапов‖  şərəf 
sözü ilə bağlıdır; «Кочубей» antroponimi ―kiçik bəy‖ (малый 
князь), ―qoyçu‖ (пастух, овец) + бей kimi izah edilir. Əslində 
isə  hər  iki  izah  qüsurludur  və  «Кочубей»  antroponimindəki 

 
Язизхан Танрыверди 
 
 
14 
koçu  (qoçu)  vahidi  igidlik  anlamlıdır.  «Туманский»  famili-
yasının  izahında  мрак,  штаны,  шаровары,  темник,  нача-
льник  sözləri  ilə  bağlılıq  göstərilir,  nəticədə  isə  peşə  və  peşə 
əsasında formalaşan ləqəblərlə əlaqələndirilir. Əslində isə «Ту-
манский»  familiyasının  apelyativi  (tuman-duman)  təbiət  ha-
disəsi ilə bağlıdır. 
T.M.Qaripov «О древных кыпчакских именах в антро-
понимии  Башкир»  (40-52-58)  adlı  məqaləsində  başqırd  an-
troponimlərinin tarixi inkişaf prosesini göstərmiş, qıpçaq antro-
ponimlərinin  başqırd  ad  sistemindəki  rolunu  faktlarla  əsas-
landırmışdır. 
Müəllif  göstərir  ki,  qədim  qıpçaq  antroponimləri  türk 
xalqları  antroponimikasında,  xüsusilə  qıpçaq  dil  qrupuna  daxil 
olan başqırd, tatar, qazax, qırğız, karaim, noqay və s. dillərdə, 
əsasən, eyni fonetik variantda işlənməkdədir. Başqırd ad siste-
mindəki  qıpçaq  antroponimləri  məhz  başqırd  tarixi  üçün  ən 
qiymətli  mənbədir.  Məqalədə  qeyd  edilir  ki,  Ayhılıu  (ay  kimi 
gözəl),  Karasaç,  Yoldaş,  Boqatıy  və  s.  kimi  antroponimlərin 
mənası hər bir başqırd üçün aydındır. 
Müəllif ikikomponentli (İlbikə, Yalanbikə, Akhılıu, Altın-
bay,  İsbuldı  və  s.)  və  təkkomponentli  (Yoldoz-ulduz,  Səsək-
çiçək, Timer-dəmir) qıpçaq antroponimlərinə münasibət  bildir-
miş,  Aybikə,  Artıkbikə,  Karağali,  Akyal,  Biktimer,  Buranbay, 
Köməşbay və s. kimi antroponimlərin başqırd folklorunda mü-
hafizə olunduğunu göstərmişdir. 
T.Qaripov başqırd antroponimlərini tədqiq edərkən Q.Yu-
supov,  E.İştvan,  R.İqnatev,  R.Kuzeyev,  A.Yoldaşev,  V.Velya-
minov kimi müəlliflərin lüğət və materiallarına müraciət etmiş, 
statistik  hesablamalarını  da  məhz  həmin  mənbələr  əsasında 
aparmışdır.  Müəllif  rus  yazıçılarının  əsərlərində  işlənən    baş-
qırd  antroponimlərindən  bəhs  edərkən  T.Belyayevin  «Куз-
Купряч» əsərindəki Ay-kara, İş-karı, Tulkubay, Yalanbay və s. 
kimi qıpçaq antroponimlərini fakt kimi təqdim etmişdir. 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
15 
T.Qaripov  müasir  başqırd  ad  sistemindəki  ərəb  mənşəli 
Fatimə, Xədicə, Xəlimə, Kasım, Əxməd, Ədhəm və s., Avropa 
mənşəli Venera, Svetlana, Darvin, Ernest kimi antroponimlərin 
işlənmə tarixi barədə qısa məlumat vermişdir. 
A.Qafurov ərəb, fars, tacik və türk mənşəli antroponimlə-
rə  kompleks  şəkildə  yanaşan  müəlliflərdəndir.  Onun  «Лев  и 
Кипарис» (1971),  «Имя и история» (1987),  «Имя  – этнос – 
история» (1989) əsərlərində antroponimik vahidlərə təkcə dil-
çilik deyil, həm də tarix və etnoqrafiya baxımından münasibət 
bildirilmişdir. 
Müəllifin yaradıcılığında «Имя и история» kitabı xüsusi 
yer tutur. Giriş, 6 fəsil, ərəb, fars, tacik və türk adlarının lüğəti, 
ixtisar  və  ədəbiyyat  siyahısından  ibarət  olan  əsərdə  ərəb,  fars, 
tacik  və  türklərdə  adqoyma  ənənəsi  xarakterik  nümunələrlə 
əsaslandırılır, islam və xristian dini ilə bağlı olan antroponimik 
vahidlər  müqayisəli  şəkildə  tədqiq  edilir.  Uşağı  bəd  nəzərdən 
qorumaq inanışının taciklərdə Paxol (keçən ilki ot), özbəklərdə 
Sarımsaq (sarımsaq) kimi antroponimlərdə mühafizə olunduğu 
göstərilir.  Dini  motivli,  rəng  anlamlı,  qəhrəmanlıq  və  igidlik 
məzmunlu, gözəllik çalarlı vahidlərin antroponim kimi işlənmə 
səbəbləri  faktlarla  təsdiqlənir.  İmamali,  Sultanali,  Muxamma-
dali,  Karim,  Nabi  və  s.  kimi  ərəb  mənşəli  antroponimlər  linq-
vistik  baxımdan  araşdırılır.  Məhəmməd  adı  əsasında  yaranan  
mürəkkəb quruluşlu  antroponimlərin tacik  ad sistemində geniş 
yayıldığı  göstərilir.  Məsələn,  Muxammad  Karim,  Muxammad 
Latif, Muxammad Nasir, Muxammad Raxim və s.  Xatun, ağa, 
bəy, xan və s.  türk mənşəli titulların  tacik  dilində antroponim-
yaratma imkanları açıqlanır. Kərbalayı, Məşədi, Hacı və s. kimi 
antroponimik vahidlərin mənasına  münasibət bildirilir, yayılma 
arealları müəyyənləşdirilir. 
Nəsəb, nisbə kimi patronimik adlardan, onların şərq ölkə- 
lərində  işlənməsindən  bəhs  edən  müəllif  nəsəbin  göstəricisi 
kimi ―ibn‖, ―abi‖ (Abu Ali İbn Sina), nisbənin göstəricisi kimi 

 
Язизхан Танрыверди 
 
 
16 
–i elementinin  (Xani, Xusayni, Rumi, İsfaxani və s.) antropo-
nimik vahidlərdəki funksiyasını araşdırmışdır. Orta Asiyada ge-
niş yayılan antroponimlər sistemində xodja (xoca), sayit (seyid) 
və  tora  (törə)  komponentli  adların  işləklik  dərəcəsi,  mənası, 
işlənmə tarixi təhlil edilir. Həmin vahidlərin  mənşəyinə müna-
sibət bildirən müəllif ―xodja‖nın İran, ―sayid‖in ərəb,  ―tora‖nın 
türk mənşəli olduğunu göstərir. 
Kitabın ən müsbət cəhətlərindən biri də ərəb, fars, tacik və 
türk  mənşəli  antroponimlərə  dair  lüğətin  verilməsidir.  Lüğətdə 
antroponimlər kiril, latın və  ərəb qrafikaları ilə verilmiş, hər bir 
antroponimin semantikası və mənşəyi dəqiq göstərilmişdir. 
A.Qafurovun  yaradıcılığında  türk  mənşəli  antroponimik 
vahidlərə ayrıca, həm də  kompleks və sistemli şəkildə münasi-
bət  bildirilməmiş, daha çox  ərəb, fars və tacik  adlarından bəhs 
edilmişdir. 
F.F.İlimbetov  ―Личных  имена  как  источник  при  изуче-
нии древних верований Башкир‖ adlı məqaləsində (96a-89-95) 
başqırd  antroponimləri  sistemindəki  heyvan  anlamlı  apelyativlər 
əsasında formalaşan antroponimlərdən, xüsusilə büre (qurd, cana-
var), et (it), ayıu (ayı) sözləri əsasında yaranan antroponimik va-
hidlərin yayılma areallarından bəhs edir. Büre, it, ayı apelyativləri 
əsasında  formalaşmış  totemik  funksiyalı  antroponimlərin  uşağı 
bəd nəzərdən qorumaq inanışı ilə bağlı yarandığını göstərən müəl-
lif  həmin    tip    vahidlərdə  dini-mifoloji  məzmunun  qabarıq  oldu-
ğunu  dəqiqləşdirir.  Qurd  (büre)  kultunun  türk,  monqol  və  hind-
Avropa dillərində antroponim kimi işlənmə səbəbi, eyni zamanda 
bu kultun daha çox Orta və Mərkəzi Asiya ilə bağlılığı, ―kort‖un 
qədim türk,  ―büre‖nin qədim sak elementi olması müəllifin tədqi-
qatında xüsusi yer tutur. 
F.İlimbetov  ―Büre‖  apelyativli  Bürebay,  Baybüre,  Büri-
boy və s.,  it apelyativli İtbay, İtalmas, İtbikə, kuçuk apelyativli 
Kuçuk, Kuçukey, ayı apelyativli Ayıuxan, Ayıuğolak və s. An-
troponimik vahidlərin daha çox qədim başqırd etnoqrafiyası ba-

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
17 
xımından  xarakterik  olmasını  müxtəlif  prizmalardan  izah  et-
mişdir. 
Müasir  Azərbaycan  antroponimik  vahidləri  sistemində 
―it‖ və ―ayı‖ apelyativləri əsasında düzələn əsl şəxs adları yox 
dərəcəsindədir.  Belə  adlar,  əsasən,  ləqəblərdə  müşahidə  edilir. 
―Büre‖  apelyativli  antroponimik  vahid  də  müasir  Azərbaycan  
antroponimikasında  yox  dərəcəsindədir  (―Beyrək‖dəki  büre 
istisna olunmaqla). Tarixən işlənmiş  ―Baybura‖ adı  isə  igidlik, 
cəsurluq mənasındadır. 
V.Maxpirovun  «Собственные  имена  в  памятнике  XI  в. 
«Дивану  лугат-ит-тюрк»  Махмуда  Кашгарского»  adlı  nami-
zədlik dissertasiyasında B.Atalay və S.Mütəllibovun çap etdirdiyi 
nəşrlər  əsas  mənbə  kimi  götürülmüşdür  (114  a).  V.Maxpirov 
M.Kaşğarinin  ―Divanü  lüğat-it-türk‖  əsərindəki  105  antroponim, 
72  etnonim  və  115  toponimi  linqvistik  tədqiqata  cəlb  etmişdir. 
Müəllifə qədər V.V.Bartold, B.Atalay, S.Mütəllibov və başqaları 
M.Kaşğarinin ―Divanı‖ndakı bəzi onomastik vahidlərə münasibət 
bildirmişlər. Lakin V.Maxpirov ―Divan‖dakı onomastik vahidləri 
ilk dəfə olaraq kompleks və sistemli şəkildə tədqiqata cəlb etmiş-
dir. Giriş, 4 fəsil, nəticə, istifadə edilmiş ədəbiyyat siyahısı və əla-
vələrdən ibarət olan dissertasiyada antroponim, etnonim və topo-
nimlərin  leksik-semantik  və  qrammatik  xüsusiyyətləri    sistemli 
şəkildə tədqiq olunmuşdur. 
V.Maxpirov  göstərir  ki,  ―Divan‖da  müşahidə  edilən  an-
troponimik  vahidlərin  70%-i  türk,  qalanları  isə  ərəb  və  fars 
mənşəlidir.  ―Divan‖da  İbrahim,  İsa,  Nuh,  Yafəs  və  s.  antropo-
nimlərin yəhudi mənşəli olduğu da diqqətdən yayınmamış, on-
ların  işlənmə  tarixinə  ayrıca  münasibət  bildirilmişdir.  Müəllif 
islam dini ilə bağlı olan adların türk adları ilə yanaşı, bəzən isə 
hər  ikisinin  bir  antroponimik  model  daxilində  işlənməsinə 
xüsusi  diqqət  yetirir  və  fikrini  ―Nizaməddin  İsrafil  Toğan  Te-
gin‖, ―Muhammed Çakur Tonqa Xan‖ kimi antroponimik mo-
dellərlə təsdiqləyir. 

 
Язизхан Танрыверди 
 
 
18 
Əsərdə  Afrasiyab  (Əfrasiyab),  Bəhram  Çubin,  Siyavuş, 
Tahmures  (Təhmurəs)  və  s.  kimi    fars  mənşəli  adlar,  əsasən, 
tarixi istiqamətdə araşdırılmışdır. 
Müəllif  ―Divan‖dakı  Tonqa  xan,  Boğra  xan,  Arslan  xan, 
Kapan, Alp Aya, Bilge beq və s. türk mənşəli kişi adlarının lek-
sik-semantik  və  qrammatik  xüsusiyyətlərini  təhlil  etmişdir. 
V.Maxpirov  ―Bektur‖  antroponimindəki  ―bek‖  sözünü  bərk, 
möhkəm,  ―Beklen‖  antroponimindəki  ―bek‖  vahidini  isə  titul 
anlamlı ―bəy‖ sözü ilə əlaqələndirir. 
Əsərdə türk,  kırkız (qırğız), başqurt (başqırd), oğuz və s. 
kimi  etnonimlər, Mannışlak, Mankent,  Etil, Tünket  və s. topo-
nimik  vahidlər  linqvistik    təhlilə  cəlb  edilmişdir.  ―Divan‖da 
müşahidə  olunan  onomastik  vahidlərin  apelyativinə  tarixi-
linqvistik  prizmadan  münasibət  bildirilməmiş,  apelyativlərin 
türk  dillərində  işləklik  dərəcəsi  dəqiqləşdirilməmişdir.  Qədim 
türk  mənbələrindəki  antroponimik  vahidlərə  daha  çox  diqqət 
yetirən V.Maxpirov ―Manas‖, M.Kaşğarinin ―Divan‖ı və Yusif 
Balasaqunlunun  ―Kutadqu  bilik‖  əsərlərindəki  antroponimik  
vahidlərin    mənşəyi  barədə  statistik  hesablamalar  aparmışdır. 
Müəllif göstərir ki, ―Kutadqu bilik‖dəki 32 antroponimdən 21-i 
ərəb  və  fars  mənşəlidirsə,  M.Kaşğarinin  ―Divanı‖ndakı  antro-
ponimlərin  çoxu    türk  mənşəlidir.  Müəllif  hər  üç  mənbədəki 
antroponimik  vahidləri  leksik-semantik  və  qrammatik  baxım-
dan tədqiq etmişdir
1
.  
Z.Muxammedova ―Несколько слов об антропонимах в 
«Огуз-наме»  из  сочинения  Салар  Баба»  məqaləsini  (129a-
169-171).  Türkmənistan  Elmlər  Akademiyasının  Əlyazmaları 
fondundan  götürdüyü  materiallar  (N5263)  əsasında  yazmışdır. 
                                                 
1
  В.Махпиров.  «Манастын»  биринчи  китебиндə  кезиккен  адам  аттары. 
«Манастын»  екинчи  китебиндə  кезиккен  адам  аттары.  «Манастын» 
учунчу  китебиндə кезиккен адам аттары. Манас, Фрунзе, 1981; Aнтро-
понимы  в  «Дивану  дугат-ит-тюрк  и  Кутадгу  билиг».  ―Советская 
тюркология‖, № 1, 1979, с.22-28. 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
19 
Müəllif göstərir ki, həmin materiallar ilk dəfə XVI əsrin 50-ci 
illərində  Salar  Baba  tərəfindən  türk  dilində  yazılmışdır.  Salar 
Babanın  hazırladığı  mətnlərdən  biri  belə  adlanır:  «История 
Огуза,  его  детей  и  прочих  тюрков».  Z.Muxammedova  bu 
mənbədəki,  eləcə  də  F.Rəşidəddinin  hazırladığı  ―Oğuznamə‖ 
mətnlərindəki antroponimik vahidləri müqayisəli şəkildə tədqiq 
etmişdir.  ―Oğuznamə‖də  müşahidə  edilən  Dib  Yav  Kuy  xan, 
İnal Sayru Yav Kuy xan, Tuman xan, Erki xan, Karaman xan, 
Buqra xan, Bayrı xatun və s. kimi antroponimik vahidlər təhlilə 
cəlb  edilmişdir.  Qeyd  olunan  antroponimlərə  tarixi-linqvistik 
prizmadan  yanaşan  Z.Muxammedova  ―Dib  Yav  Kuy  xan‖ 
antroponimindəki  dib/dip  apelyativinin  qədim  özbək  dilində 
―uğur‖, ―səadət‖, ―xoşbəxtlik‖, ―Bayrı xatın‖ antroponimindəki 
―bayrı‖ apelyativinin isə ―böyük‖, ―qoca‖ mənasında olduğunu 
göstərir. Müəllif  qeyd edir ki, ―Oğuznamə‖dəki  antroponimik 
vahidlərin  əsas  hissəsi  türk,  bir  qismi  isə  monqol  mənşəlidir. 
Z.Muxammedovanın məqaləsi təkcə  dilçilik deyil, həm də ta-
rixşünaslıq baxımından əhəmiyyətlidir. 
Başqırd  dilçisi  A.Şayxulov  onomastik  vahidlər,  xüsusilə 
antroponimlərlə  bağlı  bir  sıra  əsərlər  yazmışdır
1
.  Bu  əsərlər 
içərisində ―Антропонимии Башкирский АССР /К постанов-
ке  проблемы  хронологизации  идентичных  антропо  и 
                                                 
1
  1.  A.Г.Шайхулов.  Татарские  и  башкирские  личные  имена  тюркского 
происхождения. Автореф.канд.дис. М., 1978; 2. К проблема выявления 
типология антропонимов тюркского и фино-угорского происхождения. 
–  В  кн.  –Лингвистическая  география  и  проблемы  истории  языка. 
Нальчик,  1981;  3.  Татар  həм  бошкорт  халыгларынын  системасы.Уфа, 
1981;  4.  Лексико-семантический  общност  башкирский  и  казахский 
антропонимии. В кн. Личные имена в прошлом, настоящем и будущем.  
М., 1970, с.81-86; 5. Антропонимии Башкирский  АССР /К постановке 
проблемы  хронологизации  идентичных антропо и топооснов в языках  
тюркских  народов  Волго-Камского-Уральского  региона/.  В  кн.  То-
понимия Урала и Северо Европейский части СССР. Свердловск, 1985, 
с.149-160. 

 
Язизхан Танрыверди 
 
 
20 
топооснов  в  языках    тюркских  народов  Волго-Камского-
Уральского  региона/‖  əsəri  xüsusi  yer  tutur.  Müəllif  tatar, 
başqırd  və  çuvaş  antroponimlərinin  formalaşma  tarixində  isla-
maqədərki antroponimləri xüsusi bir dövr kimi götürür. Maraq-
lıdır ki, A.Qordlevski türk antroponimlərini 1913-cü ildə məhz 
―İslamiyyətə  qədərki  və  islamiyyətdən  sonrakı  adlar‖  başlığı 
altında təsnif etmişdir (47). A.Şayxulov  N.A.Baskakovun türk 
dillərinin  inkişaf  tarixinə  dair  bölgüsünə  nəzər  salır:  1)  Altay; 
2) Hun (b.eranın V əsrinə qədər); 3) Qədim türk (V-X əsrlər); 
4) Orta türk (X-XIV); 5) Yeni türk (XV-XX əsr); 6) Ən yeni – 
Böyük Oktyabr sosialist inqilabından sonrakı dövr. Müəllif bu 
bölgünü tatar, başqırd və çuvaş antroponimlərinə tətbiq edərək, 
həmin  tarixi  dövrlərin    hər  biri  üçün  xarakterik  olan  antropo-
nimləri müəyyənləşdirmişdir. Altay və ya islamaqədərki antro-
ponimlər  sistemində  Kuçem//Kuçim,  Kuçemboy//Kuçimbay, 
Kudem//Kudim,  Kudembay//Kudemboy,  Hun  dövründə  Buqa, 
Buka  adlarının  xarakterikliyini  və  bu  tip  vahidlərin  ümumtürk 
səciyyəli  olduğunu  göstərən  müəllif  həmin  dövrlərdə  tatar, 
başqırd, çuvaş və s. kimi etnik adların mövcud olmadığını gös-
tərir. A.Şayxulov  müasir tatar, başqırd və çuvaş antroponimləri 
sistemindəki  Kalmas,  Kalmaç,  Kalmaş,  Koney,  Seney  kimi 
adları  qədim  türk  dövrü  ilə  əlaqələndirərkən  dialekt  faktlarına 
əsaslanır. 
Türk xalqları antroponimlərinin linqvistik təhlili ilə bağlı 
nəşr olunan məqalə və monoqrafiyaların çoxluğunu nəzərə ala-
raq,  onların  bəzisinin  yalnız  adını  çəkmək  və  ümumi  nəzəri  
münasibət bildirməklə kifayətlənirik. Türk xalqları antroponim-
lərinin  öyrənilməsində  rus  türkoloqları  A.N.Samoyloviç
1

                                                 
1
    А.Н.Самойлович.  К  вопросу  о  наречии  имени  у  турецских  племен. 
«Живая  старина»,  СПб.,  №  2,  Запретные  слова  в  языке  казах-кир-
гизской  замужней женщины. . «Живая старина», СПб; 1915. 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
21 
V.A.Nikonov
2
,  qumıq  dilçisi  A.A.Satıbalov
3
,  qazax  dilçisi 
T.Canuzakov
4
,  tatar  dilçisi  Q.F.Sattarov
5
,  başqırd  dilçisi 
T.X.Kasimova
6
, özbək dilçisi E.Beqmatov
7
 və başqalarının xü-
susi  rolu  olmuşdur.  Adları  çəkilən  müəlliflərin    əsərləri  türk 
xalqlarının dili, tarixi, etnogenezi, etnoqrafiya və psixologiyası 
barədə  müəyyən  təsəvvür  yaradır.  Burada  antroponimik  va-
hidlərin  fonetik,  leksik-semantik,  morfoloji  və  sintaktik  xüsu-
siyyətləri, əsasən, müasir dil prizmasından işıqlandırılmışdır. 
Türk  xalqları  antroponimlərinin  tədqiqi  məsələlərindən 
bəhs  edərkən  «Ономастика  Узбекистана»  (Ташкент,  1989) 
konfrans materiallarındakı ―Antroponimika‖ bölməsinə də mü-
nasibət bildirmək lazımdır. Bu bölmədə 32 məqalə verilmişdir. 
Məqalələrdə qədim türk  antroponimləri, alınma antroponimlər, 
dastanlarda  antroponimlər,  antroponimlərdə  motivləşmə  məsə-
ləsi,  antroponimlərin  yaranma  yolları,  bəzi  türk  mənşəli  antro-
ponimlərin  etimologiyası,  antroponimlərin  üslubi-linqvistik 
                                                 
2
  В.А.Никонов.  «Имя  и  общество».  Москва,  1974,  Среднеазиатские 
материалы для словаря личных имен: В кн: Ономастика Средней Азии: 
Москва, 1978. 
3
  А.А.Сатыбалов.  К  вопросу  о  личной  ономастике  у  кумыков: 
«Советской языкознание», т.II, Ленинград, 1936. 
4
  Т.Жанузаков. Казак тili  ономастикасынын  кеjбiр мəселерi.  Алма-Ата, 
1960.  Обычайии  традиции  в  казахской  антропонимии.  В  кн.  Этног-
рафия имен Москва, 1971,  Esiminiz kim? Alma-Ata, 1989. 
5
    Г.Ф.Саттаров.  Сословные  титулы  и  древнетатарские  личные  имена. 
В. Кн. Ономастика Повольжя – I, Удьяновск, 1969; Татарская антропо-
нимия  в  этнолингвистические  связи.  Баку,  «Советская  тюркология», 
1978, № 3, с.22-23. 
6
  Т.Х.Касимова.  Антропонимы  в  Башкирских  шежере.  В  кн.  Ономасс-
тика  Поволжья,  Уфа,  1973,  с.66-71,  Древнебашкирские  антропонимы: 
АКД,  Уфа,  1975,  Некоторые  обычаи  наречения  имен  у  Башкир.  Кн. 
Ономастика Повольжя –  2; Гормкий, 1971, с.52-54. 
7
 Э.Бегматов. Исмингизнинг магноси нима? Ташкент, 1968, 
Антропонимика узбекского языка, АКД, 1965. 

 
Язизхан Танрыверди 
 
 
22 
xüsusiyyətləri və s. məsələlər elmi təhlilə cəlb edilmiş və uyğun 
dil faktları ilə əsaslandırılmışdır. 
Türk xalqları antroponimiyasında  antroponimik  vahidlə-
rin  tarixi-etimoloji  istiqamətdə  araşdırılması,  antroponimlərin 
fonetik,  leksik  və  qrammatik  baxımdan  müqayisəli  tədqiqi, 
əksər türk xalqları üçün xarakterik olan adlar, türk mənşəli şəxs 
adlarının sistemli tədqiqi, antroponimlərin transkripsiyası, apel-
yativi arxaikləşən antroponimlərin müəyyənləşdirilməsi, arxaik 
antroponimlərin  dəqiqləşdirilməsi  və  s.  kimi  məsələlər,  demək 
olar ki,  öyrənilməmişdir. 

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin