ƏZİzxan tanriverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə3/16
tarix31.01.2017
ölçüsü1,6 Mb.
#7252
1   2   3   4   5   6   7   8   9   ...   16

 
 
 

 
Язизхан Танрыверди 
 
 
38 
 
II  FƏSİL 
 
TÜRK MƏNŞƏLİ AZƏRBAYCAN 
ANTROPONİMLƏRİNİN LEKSİK-SEMANTİK 
XÜSUSİYYƏTLƏRİ 
 
Antroponimlər  xalqın dili, tarixi, etnoqrafiya və psixolo-
giyasını  yaşadan,  milli  etiket  funksiyasını    yerinə  yetirən  ono-
mastik vahidlərdəndir. Türk mənşəli antroponimlərin linqvistik 
baxımdan  araşdırılması  dil  tariximiz  (tarixi  fonetika,  tarixi 
leksikologiya  və  tarixi  qrammatika),  etnogenezimiz  (soykö-
kümüz),  tariximiz,  etnoqrafiyamız  və  s.  barədə  dəyərli  faktlar 
verə  bilər.  Bu mənada bir sıra türk mənşəli antroponimləri  ge-
niş şəkildə təhlilə cəlb etməyi vacib hesab edirik. 
 
“Ağ” və “qara” sözlü antroponimlər 
 
Azərbaycan  onomastikasında  ―ağ‖  və  ―qara‖  sözləri  əsa-
sında formalaşan vahidlərin xüsusi ad kimi motivləşmə səbəb-
lərini  müəyyənləşdirmək  üçün  həmin  sözlər  əsasında  yaranan 
onomastik vahidlərin cərgəsini nəzərdən keçirmək lazımdır: 
a) ―Ağ‖ sözü əsasında formalaşan onomastik vahidlər:  
Azərbaycan  antroponimləri  sistemində  (Ağgün,  Ağgül, 
Ağbəniz, Ağca, Ağcaqız, Ağcabəyim,  Ağcabəniz, Ağcaxanım, 
Ağcagül,  Ağcazər  və  s.),  qırğız  antroponimləri  sistemində 
(Akqül,  Akmaral,  Aknabat,  Akpara  və  s.)  (104),  qazax  antro-
ponimləri  sistemində    (Akbala,  Akaişa,  Akbota,  Akqız,  Ak-
maral və s.) (91). 
Azərbaycan  toponimləri  sistemində:    oykonimlərdə  (Ağ-
dam,  Ağdaş və s.);  oronimlərdə (Ağdağ, Ağtəpə, Ağyal, Ağ-
qaya  və  s.);  hidronimlərdə  (Ağsu,  Ağnohur,  Ağbulaq,  Ağçay, 
Ağdəniz və s.), özbək toponimləri sistemində (Oktepa, Okdara, 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
39 
Okkurğun – oronim; Oksuv – hidronim və s.) (103), Altay to-
ponimləri sistemində (Ak-Taş – oykonim, Ak-Baraan-Suu, Ak-
Cart,  Ak-Saŋıskan  –  hidronim,    Ak-Booqı,  Ak-Taştar,  Ak-Tır-
laqan, Ak-Kaya, Ak-Manday – oronim) (127). 
b) ―Qara‖ sözü əsasında formalaşan onomastik vahidlər: 
Azərbaycan  antroponimləri  sistemində  (Qara,  Qaraxan, 
Qarabəy,  Qaraoğlan,  Qaramurad,  Qarabala,  Qaraca,  Qaragöz, 
Qarasaç,  Qaranaz,  Qaratel,  Qaraqız,  Qarabirçək,  Qaragilə, 
Qaracaqız və s.), qırğız antroponimləri sistemində (Kara, Kara-
bay, Karabala, Karabaş, Karaş, Karakaş, Karagöz, Karakız, Ka-
raçaç  və  s.);  qazax  antroponimləri  sistemində  (Karaman,  Ka-
rasay, Karatay, Karaqöz);  
Azərbaycan  toponimləri  sistemində  (Qaraçay,  Qarasu  və 
s. – hidronimlər; Qara dağ, Qara yazı, Qara dərə, Qara təpə və 
s. - oronim);  özbək toponimləri sistemində (Korakuduk, Kara-
çukur, Karatikan və s. – oronim); Korabulak – hidronim), Altay 
toponimləri sistemində  (Kora-Yul, Kora-Kobır və  s.  – oronim; 
Kora-Bulak, Korasu və s. – hidronim);. 
Göründüyü  kimi,  Azərbaycan  və  digər  türk  dillərindəki 
onomastik  vahidlərdə  ―ağ‖  və  ―qara―  leksemlərinin  işlənmə 
dairəsi  genişdir.  Buna  səbəb  həmin  vahidlərdəki  məna  müxtə-
lifliyi,  məna  genişliyidir.  Bu  keyfiyyət  türkoloqların  diqqətin-
dən yayınmamış və ona müxtəlif istiqamətlərdən yanaşılmışdır. 
Məsələn,  V.V.Radlov  ―ağ‖  sözünün  üç  əsas  mənasını  göstərir:  
rəng,  təmiz, xeyirxah, yaxşı ürəkli (141-88-95). A.N.Kononova 
görə, ―qara‖ sözü böyük, güclü, nəhəng və s. məna çalarlarına 
malikdir  (109-161-162).  Bu  fikri  Musa  Adilov  da  təsdiqləyir. 
Müəllif  yazır:  ―Dilimizin  tarixi  inkişafı  ərzində  ―qara‖  sözü 
―güclü‖,  ―iri‖,  ―yekə‖,  ―nəhəng‖,  ―böyük‖  mənaları  da  kəsb 
etmişdir;  qara-mal  (mal-qara),  ağzı  qara  (canavar),  Qarayazı 
(böyük  çöl  deməkdir),  qaraquş  (böyük  quş  (38-150-151). 
T.Əhmədov ―ağ‖ və ―qara‖ leksemli hidronimik  vahidləri təhlil 
edərkən  onları  üç  istiqamətdə  qruplaşdırır:  1.  Ağ  və  qara  sözü 

 
Язизхан Танрыверди 
 
 
40 
suyun  rəngini  deyil,  içməyə,  istifadəyə  yararlılıq  dərəcəsini 
bildirir;  2.  Ağ  və  qara  sözləri  çayın  uzun  və  ya  qısalığını 
göstərməyə  xidmət  edir.  Məsələn,  Ağ  çay  uzunluğu  68  km.  – 
Qaraçay  uzunluğu  93  km.,    Ağsu  uzunluğu  7  km.  –  Qarasu 
uzunluğu 14 km.; 3. Ağ və qara sifətləri bəzən obyekt suyunun 
şəffaf  və  qeyri-şəffaflığını  bildirir.  Məsələn,  Ağçay,  Qaraçay 
(89-30-32).  A.Qurbanov  Qara  dağ,  Qara  daş,  Qara  yazı,    Qara 
Tuğay  toponimlərinin  tərkibindəki  ―qara‖  sözünün  çoxluq 
mənasında işləndiyini göstərir (57-51). 
Qeydlərə  əsasən deyə bilərik ki, ―ağ‖ leksik vahidi oyko-
nim  və  oronimlərdə  rəng,  hidronimlərdə  şəffaflıq,  içməyə 
yararlı olmaq, qısalıq və s. məna çalarlarını bildirir. ―Qara‖ lek-
sik  vahidi  isə  hidronimlərdə  böyüklük,  qeyri-şəffaflıq,  içməyə 
yararlı olmayan və s., oronimlərdə rəng və böyüklük bildirir. 
Yuxarıda  göstərdiyimiz  kimi,  Ağgün,  Ağgül,  Ağbəniz, 
Ağca, Ağcaqız,  Ağcabəyim, Ağcabəniz, Ağcaxanım, Ağcagül, 
Ağcazər  və  s.  antroponimlərin  ilk  hissəsini  ―ağ‖  və  ―ağca‖ 
vahidləri təşkil edir. Bu cür qadın adlarımızın formalaşmasında 
―ağ‖  və  ―ağca‖  vahidlərinin  semantikasındakı  gözəllik,  saflıq, 
təmizlik,  xeyirxahlıq  və  s.  kimi  keyfiyyətlər  əsas  olmuşdur. 
Deməli,  Ağqız,  Ağcaqız  elə  qəşəng  qız,  gözəl  qız  deməkdir. 
Təsadüfi  deyildir  ki,  ―ağ‖  və  ―ağca‖  vahidləri  ―Kitabi-Dədə 
Qorqud‖ dastanında da gözəl mənasında işlənmişdir: 
                      
        Ağca yüzlü anaŋ qarşu gəlüb oğul desə
        Ağ boynında qıl orğan taqılu, deyəyinmi? (103-76) 
 
―Ağ‖ leksemi bir sıra ləqəblərimizin formalaşmasında da 
iştirak  etmişdir.  Məsələn,  Ağbaş  Kərim,  Ağbığ  Qurban  və  s. 
Belə ləqəblərin formalaşmasında iştirak edən ―ağ‖ leksemi rəng 
anlamlıdır. Yəni qadın adlarındakı gözəllik motivi burada mü-
şahidə olunmur. 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
41 
Qara, Qaraxan,  Qarabəy, Qarakişi və  başqa antroponim-
lərin yaranmasında iştirak edən ―qara‖ sözünün semantikasında 
böyüklük, güclülük, məğrurluq və s. keyfiyyətlər vardır. ―Qara‖ 
sözü  ―Kitabi-Dədə  Qorqud‖  dastanında  da  böyük  mənasında 
işlənmişdir. Məsələn:  
 
    Bəri gəlgil, arslanım oğul!  
    Qara dəŋiz kimi yayqınıb gələn kafərin ləşkəridür.  
(103-70) 
 
M.Çobanov ―qara‖ leksemli antroponimlərdə rəng bildir-
mə  xüsusiyyətini  əsas  götürür  (180-38).  H.Həsənov  da  həmin 
tip  antroponimlərin  zahiri  əlamətlə  əlaqədar  yarandığını  gös-
tərir  (174-56).  Əlbəttə,  ―qara‖  sözündə  rəng  bildirmə  xüsusiy-
yəti  vardır.  Lakin  haqqında  bəhs  etdiyimiz  antroponimik  va-
hidlərin  yaranmasında  ―qara‖  sözünün  böyüklük,  qüdrətlilik, 
güclülük kimi məna çalarları əsas olmuşdur. Bu da təsadüfi de-
yildir.  Çünki  dünyaya  gələn  oğlan  uşağını  güclü,  qüvvətli, 
yenilməz, məğrur  görmək türk psixologiyası,  türk mənəviyyatı 
üçün  həmişə  xarakterik  olmuşdur.  Qara  antroponiminin  rəng 
anlamlı ―qara‖ vahidi ilə bağlı olmadığı M.Adilov tərəfindən də 
əsaslandırılmışdır:  ―Səlcuq  hökmdarı  Qara  Arslana  verilən 
―qara‖  ləqəbi  də  ―böyük‖,  ―qüdrətli‖  mənasındadır.  ―Dədə 
Qorqud‖    dastanlarında  işlənən  Qara  xan,  Qaraca  çoban,  Qara 
Budaq adlarında da bu məna vardır (38-151). Buradan bir daha 
aydın olur ki, ―qara‖ leksemli kişi adlarımız rəng, yaxud zahiri 
əlamət əsasında yaranmamışdır. 
 ―Qara‖  leksemi  Qaratel,  Qaragöz,  Qaraqız,  Qaracaqız, 
Qarabirçək,  Qaranaz,  Qaragilə  və  s.  kimi  qadın  adlarının  mo-
tivləşməsində  də  iştirak  etmişdir.  Bu  cür  qadın  adlarının    mo-
tivləşmə  səbəbini  izah  etməzdən  öncə,  ―ağ‖  və  ―qara‖  vahid-
lərinin  bir-biri  ilə  əkslik,  ziddiyyət  yaratma  xüsusiyyətlərinə 
diqqət  yetirmək  lazımdır.  Bu  barədə  M.Adilov  yazır:  ―Qədim 

 
Язизхан Танрыверди 
 
 
42 
zərdüştlük – dualist fəlsəfəsinə görə ağ rəng müsbət qüvvələri, 
qara isə mənfi qüvvələri təmsil edirdi (qara basma,  qara qüvvə, 
günü  qara  olmaq  və  s.).  Odur  ki,  ―ağ‖  Hörmüzdün-gündüzün, 
qara  isə  Əhrimənin-gecənin  rəmzi  hesab  olunurdu‖  (8-10). 
Həmin  müəllifin  başqa  bir  fikrinə  müraciət  edək:  ―...qara  sözü 
mənfi  çalarlıqda  güclü,  şiddətli,  təsirli  mənalarını  ifadə  edir: 
qara yel, qara qış, qara azar, qara qırğın‖ (38-150). Göründüyü 
kimi, müəllif ―ağ‖ və ―ara‖ vahidlərinin bir-birinə zidd xüsusiy-
yətlərini konkret dil faktları ilə izah etmişdir. 
―Ağ‖ rəngin müsbət,  ―qara‖ rəngin isə mənfi emosiyaları 
ifadəetmə  xüsusiyyətləri  ―Kitabi-Dədə  Qorqud‖  dastanında 
daha  qabarıq  müşahidə  olunur.  Məsələn,  ―Kimüŋ  ki,  oğlı-qızı 
yoq,  qara  otağa  qondurın,  qara  keçə  altına  döşəŋ  qara  qoyun 
yəxnisindən  öginə  gətirürüŋ.  Yersə,  yesün,  yeməzsə,  tursun-
getsüŋ  -  demişdi.  ―Oğlı  olanı  ağ  otağa,  qızı  olanı  qızıl  otağa 
qondurıŋ‖  (103-34).  Rəng  anlamlı  ―qara‖  lekseminin  mənfi 
emosiyalar  ifadə etməsini də inkar etmək olmaz. 
Dilimizdə rəng anlamlı ―qara‖ vahidi gözəllik mənası ifa-
də edən bir sıra leksik vahidlərin yaranmasında iştirak etmişdir. 
Məsələn, qaratel, qaratelli, qarasaç, qarasaçlı, qarasaqqal, qara-
saqqallı,  qaragöz,  qaragözlü,  qarabuğdayı,  qaraşın  və  s.  Tərki-
bində  ―ağ‖  sözü  iştirak  edən  ağbirçək,  ağsaqqal  kimi  vahidlər 
müdriklik rəmzini ifadə etdiyi kimi, tərkibində ―qara‖ sözü işti-
rak  edən  qarabirçək,  qarasaqqal  kimi  vahidlər  də  cavanlıq, 
sağlamlıq,  gözəllik  mənalarını  ifadə  edir.  Bu,  tərkibində  ―ağ‖ 
və ―qara‖ sözləri iştirak edən vahidlərin müsbət emosiya ifadə-
etmə  xəttində  birləşdiyini  göstərir.  Qarasaç,  qaraqaş,  qaragöz 
kimi  vahidlər  poeziyamızda  da  gözəl  mənasında  işlənmişdir. 
Məsələn: 
  
                   Qaraqaş, qaragöz bir qız da asta, 
                   Yolunu gözlərəm həsrətlə dedi. 
                                                      (Məmməd Rahim) 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
43 
 
Təbii  ki,  Qaratel,  Qaragöz,  Qaraqız,  Qarabirçək  kimi  qa-
dın  adlarımızın  yaranmasında  mənfi  keyfiyyətli  ―qara‖  sözlü 
vahidlər deyil, müsbət keyfiyyətli, yaxud gözəllik çalarlı ―qara‖ 
sözü əsas olmuşdur. 
 
Azərbaycan antroponimlərinin  
etimologiyasına dair 
 
Adıgözəl,  Adışirin.  Antroponimikamızda  I  komponenti 
―adı‖, II komponenti isə ―gözəl‖ və ―şirin‖ vahidlərindən ibarət 
olan  Adıgözəl,  Adışirin  kimi  mürəkkəb  quruluşlu  kişi  adları 
intensivliyi ilə fərqlənir. Adıgözəl antroponiminin hər iki kom-
ponenti  türk  mənşəlidir.  Adışirin  antroponiminin  isə  2-ci 
komponenti fars mənşəlidir (hibrid-qovuşuq antroponimdir). 
Bu adların motivləşmə meyarlarını müəyyənləşdirməzdən 
əvvəl,  onların  orfoqrafiyasına  diqqət  yetirmək  lazımdır.  Qeyd 
edək  ki,  rəsmi  sənədlərdə  bu  adlara  iki  variantda  (Adıgözəl-
Adgözəl, Adışirin-Adşirin) rast gəlmək mümkündür. Bu vəziy-
yət  Əliməmməd-Əlməmməd,  Əliheydər-Əlheydər  kimi  antro-
ponimlərdə  də  müşahidə  edilir.  Orfoqrafiya  qaydalarına  görə, 
mürəkkəb  quruluşlu  sözlərdə  1-ci  sözün  sonu  saitlə  bitərsə  və 
2-ci  söz  saitlə  başlayarsa,  1-ci  sözün  sonundakı  sait  düşür. 
Məsələn, Əli-İsa – Əlisa, Əli-Əkbər-Ələkbər. Deməli, orfoqra-
fiya  qaydalarına  görə,  ―Adıgözəl‖  və  ―Adışirin‖  kimi  yazılma 
məqbuldur. 
Etnoqrafiyamızda adın gözəl olması, gözəl səslənməsi hə-
mişə diqqət mərkəzində olmuşdur. Bunun nəticəsidir ki, antro-
ponimikamızda semantikasında gözəllik, incəlik, saflıq, igidlik, 
mübarizlik və s. keyfiyyətləri ifadə edən yüzlərlə kişi və qadın 
adları formalaşmışdır. Adıgözəl, Adışirin antroponimlərində də 
―adı  gözəl  olma‖,  ―adı  şirin  olma‖,  yaxud  ―gözəl  adlı‖,  ―şirin 
adlı‖  kimi  cəhətlər  motivləşmə  üçün  əsas  götürülmüşdür. 

 
Язизхан Танрыверди 
 
 
44 
Buradakı  ―adı‖  vahidi  birbaşa  dəqiqləşdirmə,  qüvvətləndirmə 
funksiyasını ifadə edir.  Əlavə edək ki,  ―adı‖ sözü ilə başlayan 
antroponimlər  ―Koroğlu‖  dastanında  əsl  şəxs  adı  funksiyasını 
yerinə  yetirən  ləqəb  kimi  işlənmişdir.  Məsələn,  Adıbəlli  (yəni 
adı məlum. Burada qəhrəmanın igidliyinə işarə olunur). 
Antroponimikamızda  Adıgözəl,  Adışirin  antroponimləri 
ilə yanaşı, lüğətlərə düşməyən Adıgül (hibriddir), Adıbala kimi 
antroponimlər də işlənir. 
Adıgözəl antroponiminin əsası olan ―adı gözəl‖ ifadəsinin 
folklorumuzda işlənmə tarixi qədimdir. Məsələn, ―Kitabi-Dədə 
Qorqud‖ dastanının boyları belə bir cümlə ilə bitir:  
 
               ―Adı görklü Məhəmməd Mustafa yüzi suyına 
                Bağışlasuŋ xanım, hey!...‖ (103-34). 
 
Bu,  dastan  poetikası  baxımından  nə  qədər  qiymətlidirsə, 
antroponimiyamız  üçün  də  bir  o  qədər  əhəmiyyətlidir.  Çünki 
burada  ―adı  görklü‖  ifadəsinin  qədimliyi  aşkarlanmaqla  bəra-
bər, onun (adı gözəl - adı müqəddəs) antroponimdən  əvvəl gə-
lərək   təyinetmə funksiyasında işləndiyi də təsdiqlənir.  
―Bənövşə‖ uşaq oyununda müşahidə olunan ―...adı gözəl, 
özü  gözəl  filankəs  gəlsin‖  –  cümləsində  şəxsin  adı  məlum  ol-
masa da, şəxs adı yerində qeyri-müəyyən əvəzlik olan filankəs 
sözü  işlənmişdir.  Göründüyü  kimi,  ―adı  gözəl‖  ifadəsi  burada 
da təyinetmə funksiyasını yerinə yetirir. 
Bu  forma  Aşıq  Ələsgərin  yaradıcılığında  da  qabarıq    şə-
kildə müşahidə olunur: 
 
                       Adı Tərlan, özü tərlan balası, 
                       Cilvələnib tərlan tavarı kimi (26-39). 
Yaxud: 
                       Adı Kövsər, ləbi kövsər, 
                       Dürr düzülüb zənəxdana (26-144). 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
45 
Folklorumuzda    müşahidə  olunan  ―adı  görklü‖,  ―adı  gö-
zəl‖,  ―adı şirin‖  və s. kimi birləşmələrin sonradan (XVI əsrdən 
sonra)  antroponimə  çevrilməsində  həmin  vahidlərin  semantik 
tutumundakı gözəllik çalarları əsas olmuşdur. 
Adıgözəl, Adışirin, Adıbəlli kimi mürəkkəb quruluşlu an-
troponimlər təyini söz birləşmələrinə daxil olmayan ismi birləş-
mə  modelindədir.  Birləşmələrin  birinci  tərəfi    mənsubiyyət 
şəkilçili ―adı‖ vahididir. Birinci tərəfin, əsasən, əlamətini ifadə 
edən ikinci  tərəf isə sifətlərlə  ifadə  olunmuşdur.  Həmin birləş-
mələr daxili semantik əlaqənin möhkəmliyi nəticəsində bir mü-
rəkkəb vahidə çevrilmişdir. 
Annax.  Müasir  Azərbaycan  antroponimikasında  müşahi-
də  edilmir.  Aşıq  Ələsgərin  yaradıcılığında  bir  neçə  yerdə  üs-
lubla  bağlı  deyil,  məhz  əsl  şəxs  adı  kimi  işlənmişdir  (Annax 
bəy) (26-201). 
―Annax‖ antroponiminin ―anlaq‖ sözü əsasında yarandığı 
aydın şəkildə görünür. ―Anla‖ sözünün kökü tarixən ―an‖ şək-
lində  olmuşdur  (178-137).  ―Anla‖  sözü  Orxon-Yenisey  abidə-
lərində  də  ―anla‖  kimi  işlənmişdir  (200-174).  Həmin  söz  kök-
dən şəkilçiyə assimilyasiya nəticəsində ―anna‖ şəklinə düşmüş-
dür. 
―Annax‖  antroponiminin  sonundakı  ―x‖  feldən  sifət  dü-
zəldən  şəkilçi  olub,  xasiyyət,  əlamət  və  keyfiyyət  bildirməyə 
xidmət  edən  -aq,  -ək  şəkilçisinin  danışıq  dili  və  ədəbi  tələffüz 
variantıdır (―anla‖ sözü saitlə qurtardığından və  ona saitlə baş-
lanan  şəkilçi  artırıldığından  birinci  sözün  sonundakı  ―a‖  səsi 
düşmüşdür). Əlavə edək ki, q>x əvəzlənməsi müasir dialekt və 
şivələrimizin bir  qrupu üçün xarakterik hadisə olma ilə yanaşı, 
ədəbi tələffüz normaları baxımından da məqbuldur. M.Şirəliyev 
yazır:  ―...qərb,  şimal  və  cənub  qrupu  dialekt  və  şivələrində 
çoxhecalı sözlərin axırında ―x‖ səsinə üstünlük verilir. Məsələn, 
yarpax,  torpax,  balıx,  palçıx  və  s.  (199-96).  Müəllifin  verdiyi 

 
Язизхан Танрыверди 
 
 
46 
nümunələr  müasir  ədəbi  dilimizin  orfoqrafiyası  deyil, 
orfoepiyası baxımından normal hesab edilir. 
―Annax‖  sözü  müasir  dialekt  və  şivələrimizdə,  o  cüm-
lədən Şəmkir şivəsində ―qanacaq‖, ―mərifət‖ mənasında işlənir 
(16-377).  Müasir  ədəbi  dilimizdə  ―anlaq‖  sifətinin  əsası  olan 
―anlamaq‖ sözü başa düşmək, qanmaq, düşünmək, dərk etmək; 
duymaq, sezmək, hiss etmək; bir şeyin haqqında müəyyən fikri, 
baxışı  olmaq  mənalarında  işlənməkdədir  (14-109).  Həmin 
sözün  ziddini  təşkil  edən  anlamaz  sözü  qanmaz,  mərifətsiz, 
şüursuz,  qanacaqsız,  kobud  mənalarını  ifadə  edir  (16-109). 
Buradan da belə məlum olur ki, ―anlamaz‖ sözü ―qanacaqsız‖, 
―mərifətsiz‖, ―qanmaz‖, ―şüursuz‖ mənalarını, ―anlayan‖  sözü 
isə    ―başa  düşən‖,  ―qanacaqlı‖    mənalarını    bildirir.  Deməli, 
―Annax‖  antroponiminin  semantikasında  yüksək  mənəvi  key-
fiyyətlər  –  anlayan,  alicənab,  başa  düşən,  mərifətli  kimi  mə-
nalar  vardır.  Təbii  ki,  bu  keyfiyyətlər  onun  antroponim  kimi 
işlənməsinə səbəb olmuşdur. 
Aslan.  Güclülük,  qorxmazlıq,  qüvvətlilik,  çeviklik  key-
fiyyətlərinə  malik  olan,  metaforik  səciyyəli  bu  antroponimin 
tarixi  qədimdir.  Orxon-Yenisey  abidələrində  Arslan  Külüq 
Tiriq (72-140), ―Kitabi-Dədə Qorqud‖ dastanında Qağan Aslan 
(103-103) kimi işlənmişdir. XII əsr Eldəgiz hökmdarı da bu adı 
daşımışdır (Qızıl Arslan) (19-109). Bu antroponim türk xalqları 
antroponimikasında  müxtəlif  fonetik  variantlarda  işlənir. 
Məsələn,  qazax  dilində  Arıstan,  Arısbek  (90),  qırğız  dilində 
Arstan, Arıstan, Arslan (104), özbək dilində Arslan, Arslonbek 
(35),  tatar  dilində  Arıslan  (194)  və  s.  Əlavə  edək  ki,  türk 
xalqları antroponimikasında geniş yayılan ―Aslan‖ antroponimi 
rus tarixi mənbələrində  və folklorunda Ruslan, Eruslan, Aslan, 
Oslam kimi işlənmişdir (31-200). 
―Aslan‖  zooleksemi  folklorumuzda  həmişə  məğrurluq 
rəmzi ifadə etmişdir. Məsələn, ―Kitab‖da: 
 Güni gəldi, kafər başın kəsdürəyin səniŋ çün 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
47 
Aslan adım saqlardım səniŋ içün (103-70). 
Göründüyü kimi, ―aslan‖ sözü igidlik mənasını ifadə edir. 
Bu  da  onun  antroponim  yaradıcılığında  iştirakına  səbəb  ol-
muşdur. 
Antroponimikamızda Aslan//Arslan adı ilə bərabər, onun-
la sinonimlik təşkil edən Əsəd, Heydər (ərəb mənşəli) adları da 
işlənməkdədir.  Bu  sistemə  fars  mənşəli  ―şir‖  sözü  əsasında 
formalaşan  antroponimləri  də  aid  etmək  olar.  Məsələn,  Şirzad 
(fars),  şirəli  -  şir  (fars)  +  əli  (ərəb),  Şirxan  –  şir  (fars)  +  xan 
(türk) və s. 
Bağdad.  Azərbaycan  antroponimləri  sistemində  ―Bağ-
dad‖ qadın adı kimi, az da olsa, işlənməkdədir. Bu adın Bağdad 
(İraqın paytaxtı) toponimi əsasında yaranmasına şübhə yoxdur. 
Əvvəla,  hər  iki  vahid  eyni  səs  sisteminə  malikdir.  Digər  tə-
rəfdən,  toponim  əsasında  yaranmış  antroponimlər  türk  antro-
ponimləri sistemində xüsusi  yer tutur. ―Bağdad‖ adını kişilərin 
yox, məhz qadınların daşıması isə gözəlliyin arzu olunması ilə 
bağlıdır.  Bizcə, buna səbəb ―Bağdad  gözəli‖ ifadəsinin,  yaxud 
Bağdad  toponiminin  folklorumuzda  ―Gözəllər  diyarı‖ 
mənasında işlənməsidir. 
 
Zülfünü bağda dara,  
Bağda yu, bağda dara. 
Bir yaxşı həmdəm üçün  
Ərzrum gəz,  Bağdad ara. 
 
Azərbaycan dilçiliyində ―Bağdad‖ toponiminin etimologi-
yasına  az  diqqət  yetirildiyini  nəzərə  alaraq,  aşağıdakı  izahın 
verilməsini vacib hesab edirik. 
Assuriya  hökmdarı  II  Sarqonun  (e.ə.721-105)  ―təntənəli 
yazı‖larından  məlum  olur  ki,  o,  Mannanın  bir  sıra  şəhərlərini 
dağıdır,  hökmdarları  məhv  edir,  uişdişli    Baqdattinin  dərisini 
soyur (21-11). 

 
Язизхан Танрыверди 
 
 
48 
Bağdad şəhərinin əsasının 762-ci ildə Abbasilər dövründə 
qoyulduğunu (137-13), uişdişli Baqdattinin isə Assuriya hökm-
darı  II  Sarqonun  dövründə  (e.ə.721-705)  Uişdişli  ərazisində 
yaşadığını,  Cənubi  Azərbaycanın  Marağa  bölgəsinə  daxil  olan 
həmin ərazi ilə İraqın paytaxtı Bağdad şəhəri arasındakı coğrafi 
yaxınlığı,  antroponimlərin  toponim  yaradıcılığında  fəal  iştira-
kını,  Baqdatti  adının ilk daşıyıcısı olan şəxsin  məşhurluğunu, 
Baqdatti  antroponimi  ilə  Bağdad  toponiminin  səs  kompleksi 
baxımından yaxınlığını nəzərə alsaq Bağdad toponimi Baqdatti 
antroponimi əsasında yaranmışdır – fikrini söyləmək mümkün-
dür. 
Y.Yusifov  Manna  hökmdarı  Baqdatti  adını  izah  edərkən 
həmin  antroponimin  ―baqda‖  ―boqda‖  sözü  əsasında  yarandı-
ğını, -tti şəkilçisinin isə -lı
4
 ilə sinonimlik təşkil etdiyini göstə-
rir  (99-146).    Bu  da  arxaik  türk  antroponimləri  sistemindəki 
teonim  əsasında  formalaşan  ―Baqlu‖  (164-69)  antroponimi  ilə 
bir  xətdə  birləşir.  N.Nəbiyev  araşdırmalarda  ―Bağdad‖  adının 
―Allah verdi‖ mənasında  izah olunduğunu qeyd edir (137 - 13). 
Göründüyü kimi, Baqdatti, Baqlu və Bağdad antroponimi 
―baq‖  teonimi  əsasında  formalaşmışdır  və  semantik  tutum 
baxımından bunların arasında ciddi məna fərqi nəzərə çarpmır. 
Həmin  teonimin  mənşəyi  ilə  bağlı  fikir  müxtəlifliyinə  müna-
sibət  bildirən  F.Cəlilov  ―Baq‖  teoniminin  slavyan,  yaxud  İran 
mənşəli deyil, türk mənşəli olduğunu qədim türk dili faktları ilə 
əsaslandıraraq göstərir ki, qədim Ön Asiya izoqlosu olan ―Baq‖ 
teonimi  sonralar  tanrı  anlamında  ―Baq‖  (Mannada),  ―Baqa‖ 
(Midiyada), ―Bağa‖, ―Bayat‖ (türk dillərində), ―Bağa‖ (İran dil-
lərində),  ―Boq‖  (slavyan  dillərində),  ―Bhaqa‖  (qədim  hind 
dilində)  şəklində işlənmişdir (187-94). 
Becan.  Müasir  antroponimikamızda  o  qədər  də  işlək  ol-
mayan ―Becan‖ antroponimi dastanlarımızda, o cümlədən ―Ki-
tabi-Dədə  Qorqud‖  (Baybican)  və  ―Abbas  və  Gülgəz‖ 
dastanlarında  (Becan)  müşahidə  edilir.  Ə.Dəmirçizadə  bir  sıra 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
49 
türk tayfalarının IX əsrdəki vəziyyətini izah edərkən ―becənək‖ 
tayfasının  da  adını  çəkir:  ―...xəzərlərin  Xəzər  dənizinin 
şimalında  Volqaboyunda  və  şimal-qərbində  məğlub  edilmələri 
nəticəsində,  Orta  Asiyanın  şimal  hissəsindən  bir  çox  türkdilli 
tayfalar, xüsusən, ―quman‖, ―becənək‖, ―suvar‖, ―qıpçaq‖ və s. 
köçüb  gələrək,  əvvəllər  Volqaboyundan  ta  Dərbənd  səddinə 
qədər  uzanan  torpaqlarda,  sonralar  isə  bunlardan  bəziləri  daha  
aşağılarda, yəni Arranda, Azərbaycanda məskən salmışlar‖ (69-
51).  A.Abdulla  Ağsu  rayonundakı  Bico  (Bicoy)  kəndi  barədə 
yazır:  ―Bu  ad  qədim  hunlardan  olan  peçoyların  (b  –  p 
əvəzlənməsi dilimizdə mümkündür) adından qalıb və bu qədim 
adı yaşatmaqdır‖ (5). Deməli, ―Becan‖ antroponimi ―becənək‖ 
etnonimi  ilə  bağlıdır  -  fikrini  irəli  sürmək  mümkündür.  Bu 
etnonim  barədə  A.Qurbanov  yazır:  ―...peçeneq  etnoniminin 
fonetik,  leksik  tərkibi  haqqında  qəti  fikir  demək  hələ  mümkün 
deyildir‖  (60  –  368).  ―Oğuznamə‖də  ―Беджене‖  adının  xeyir-
xah, işgüzar, qeyrətli mənaları göstərilir (164 - 62). Həmin kita-
bın  qeydlər hissəsində ―Беджене‖ adının müxtəlif mənbələrdə 
biçina,  biçine,  beçene  kimi  fonetik  variantlarda,  həm  də 
işgüzar, qeyrətli mənalarında verildiyi qeyd edilir ( 164 -102). 
Yuxarıdakı qeydlərdən belə nəticəyə gəlmək olar ki, ―Be-
can‖ antroponimi türk mənşəlidir, apelyativi arxaikləşmişdir və 
bu  antroponim  semantikasında  xeyirxah,  işgüzar,  qeyrətli  mə-
nalarını yaşadır. 
Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin