Bitki örtüyü. Aran Şirvanda səhra, yarmsəhra, subasar çə-
mənlik, efemerli subtropik bitkilik, Тuqay meşələri, bataqlaşmış
çəmənlik və otlu bataqlıq, qarışıq kolluqlu cəngəllik əsas yer tutur.
Aran Şirvandakı efemerli subtropik bitkilik yarımsavanna tiplidir
(13). Bu bitkiliyin yaxınlığında tərkibi söyüd, qovaq, qarağac və
yulğundan ibarət olan tuqay meşələri yayılmışdır (3).
Aran Şirvanda pambıqçılıq, üzümçülük, taxılçılıq, meyvəçilik,
tərəvəzçilik inkişaf etdirilir.
Son illərə qədər Aran Şirvanda yarımsəhra bitkiliyi hakim idi.
Ekoloji mühitin korlanması və antropogen amillərin mənfi təsirləri
nəticəsində artıq bütün Şirvan düzündə səhra bitkiliyi hakimdir.
Yarımsəhralar lokal olmaqla öz çoğrafi sərhədlərini şimala doqru
dəyişmiş, öndağlığın ətəkləri yaxınlığında qərarlaşmış dır (13).
Aran Şirvanda bitki örtüyü yerli iqlim və relyef şəraitindəki
dəyişilmələr hesabına daxili diferensiasiyaya uğuramışdır. Odur
ki, göllərdə, gölməçələrdə, çayların, Yuxarı Şirvan kanalının və
Baş Şirvan kollektorunun ətrafında intrazonal tipli su-bataqlıq
bitkisindən qarğı, qamış, lıqvər, bataqlıq cili, kalış, su fındığı və
su çiçəyi geniş yayılmışdır. Bitkilər şahzadəsi Xəzər şanagülləsinə
də burada təsadüf edilir (94).
Тuqay meşələri ilə düzən meşələrinin botaniki tərkibi Aran
Şirvanda bir-birinə çox yaxındır. Тüryançay yaxınlığında, Göyçay
çayının aşağı axınında, Baş Şirvan kollektorunun ətrafında tərkibi
13
qovaq söyüd, iydə, tut, qarağac, yulğun, nar, yemişan, böyürtkən,
itburnu, saqqızağaçı, qaratikan, yalanqoz və qızılağaç bitkisindən
ibarət düzən meşələri yayılmışdır. Kürboyu Tuqay meşələri
Kotavan kəndi yaxınlığında sıxlığı və zənginliyi ilə diqqəti daha
çox cəlb edir. Son 30-35 ildə Aran Şirvandakı rütubətli düzən və
Tuqay meşələri insanların təsərrrüfat fəaliyyətinə məruz qal-
mışdır. Elə bunun nəticəsidir ki, artıq Kür çayının sahilləri bo-
yunca Zərdabdan Şərqə doğru təbii Tuqay meşələri qalmamışdır.
Yeni senozların formalaşması həm Kürün hidroloji rolunu, həm də
Şirvan düzündə kənd təsərrüfatının inkişafını zəiflədir (94).
Тüryançayda, Yuxarı Şirvan kanalından Şimalda, Qaramər-
yəm tirəsində tikanlı gəvən, tıs-tıs, şiyav, kəklikotu, pişiknanəsi və
bəzi efemerlərdən ibarət dağ- kserofit bitkiliyinə də rast gəlinir.
Öndağlıqda və ətəklərdə, xüsusən Xocaşen-İnqar və Ləngəbiz
silsilələrinin Mərkəzi Arana çevrilmiş güney yamacında Şirvanın
aran və dağlıq sahələri arasında təbii keçid yaradan bozqır bitkiliyi
inkişaf tapmışdır (62).
Beləliklə, Aran Şirvanda qərbdən - şərqə və şimaldan-cənuba
doğru iqlimin aridləşməsi ərazi daxilində bitkinin ekoloji və
həyati formalarının yayılmasında qanunauyğunluqlar yaratmışdır.
Belə ki, dayazda yerləşən yeraltı sular həmişə torpaqda nəmlik
yaratdığından belə mikro iqlimli ərazilərdə bitkilər mezofit və
mezofit-kserofit variantlı olur, cənub-şərq və Qərb küləklərinin
hakim olduğu lokal tipli qalxmaların tirələr və kiçik təpəciklərin
Cənub istiqamətlərində isə kserofit və kserofit-mezofit bitkilər
yayılır. Odur ki, əraziyə introduksiya edilən hər hansı bir bitki
üçün özünün biologiyasına və ekologiyasına uyğun sahələr seçil-
məlidir.
Şirvan bölgəsinə introduksiya olunmuş basma bitkisi üçün
sahələrin seçilməsində bölgənin təbii şəraiti və mikroiqlimli məh-
dud əraziləri nəzərə alınmışdır.
14
II FƏSİL. ТƏDQİQAТIN MATERİALI VƏ METODİKASI
Тədqiqat işləri 2001-2004-cü illərdə Azərbaycanın Gəncə -
Qazax (Gəncə şəhəri) və Şirvan (Kürdəmir rayonu) bölgələrində
aparılmışdır.
Paxlalılar (Fabaceae) fəsiləsinin İndiqofera (İndigofera) cinsi-
nə daxil olan boyaq indoqoferası (İ. tinctoria L.) növü tədqiqat
materialı seçilmişdir.
Gəncə-Qazax və Şirvan bölgələrində basma bitkisinin becəril-
məsinin aqrotexniki xüsusiyyətlərinin öyrənilməsi tədqiqatın əsas
məqsədidir. Bu məqsədlə aşağıdakılar öyrənilmişdir:
1.
Basma bitkisinin aqrobioloji xüsusiyyətləri: Müxtəlif şər-
aitdə yetişdirilən basma toxumlarının laboratoriya cücərmə enerji-
si və cücərmə qabiliyyəti; saxlanma müddətindən asılı olaraq bas-
ma toxumlarının laboratoriya cücərmə enerjisi və cücərmə qabi-
liyyəti; müxtəlif yaruslardan toplanmış basma toxumlarının labo-
ratoriya cücərmə enerjisi və cücərmə qabiliyyəti; çiçəkləmənin
biologiyası; meyvəvermə xüsusiyyətləri.
2.
Basma bitkisinin becərilmə üsulları: səpin müddətinin, sə-
pin normasının və toxumların basdırılma dərinliyinin basma cü-
cərtilərinin alınmasına təsiri; müxtəlif torpaq - iqlim şəraitinin
basma bitkisinin böyümə və inkişafına təsiri; qida sahəsi, bitki
sıxlığı və biçin vaxtlarının basma bitkisinin yarpaq məhsuldarlı-
ğına təsiri; qida sahəsi və bitki sıxlığının basma bitkisinin toxum
məhsuldarlığına təsiri; basma bitkisinin becərilməsinin iqtisadi
səmərəliliyi.
Тədqiqata başlamaq üçün 2001-ci ildə səpin materialı
(toxumlar) Naxçıvan MP Elm Mərkəzindən gətirilmişdir. Sonrakı
illərdə (2002-2004-cü illərdə) yerli şəraitdə təcrübələrimizdən
əldə etdiyimiz toxumlar səpin keyfiyyətinə malik olduqlarından
onlardan istifadə edilmişdir.
Тədqiqat zamanı hər iki bölgədə aşağıdakı variantlarda təcrü-
bələr qoyulmuşdur.
15
Basma toxumlarının laboratoriyada cücərmə enerjisi və cücər-
mə qabiliyyətini təyin etmək üçün optimal temperaturda (18-20
0
C) hər dəfə hər birində 100 toxum olmaqla Petri kasasında 4
təkrar üzrə təcrübə aparılmışdır.
Basma toxumları bir başa sahəyə səpilmişdir. Səpindən qa-
baq toxumlar 12-18 saat isladılmışdır.
Sahə aqrotexniki qaydada hazırlanmış, cücərtilər alındıqdan
sonra becərmə işləri başlanmışdır. Basma toxumları MТZ - 80
traktoruna qoşulmuş SZS-2,1 toxumsəpəni ilə səpilmişdir.
Səpin müddətinin normal basma cücərtilərinin alınmasına
təsirini öyrənmək üçün Şirvan bölgəsində üç müddətdə 10; 20 və
30 apreldə, Gəncə - Qazax bölgəsində isə 10; 20 və 30 mayda 100
kv. m-lik ləklərdə 4 təkrar üzrə səpin aparılmışdır.
Səpin normasının 1 p. m - dən alınan normal basma cücərtiə-
rinin miqdarına təsirini öyrənmək üçün Şirvan bölgəsində üç
normada 1 p. m-ə 1,0; 1,6 və 2,2 q , Gəncə - Qazax bölgəsində isə
0,8; 1,2 və 1,6 q. olmaqla 4 təkrarda səpin aparılmışdır.
Toxumların basdırılma dərinliyinin normal basma cücərtiləri-
nin alınmasına təsirini öyrənmək üçün Şirvanda açıq sahəyə 1,5;
2,0; 2,5 sm, Gəncə - Qazax bölgəsində isə 2,0; 2,5; 3,0 sm olmaq-
la üç dərinlikdə səpilmişdir. Təcrübə 100 kv. m- lik ləklərdə 4
təkrar üzrə qoyulmuşdur.
Qida sahəsi və bitki sıxlığının basma bitkisinin böyümə və in-
kişafına təsirini öyrənmək üçün Gəncə - Qazax və Şirvan şərai-
tində bitkilər 60 x 15 x 1 (nəzarət); 60 x 15 x 2; 60 x 15 x 3; 60 x
10 x 1; 60 x 10 x 2 sxemi ilə hər ləkin sahəsi 100 m
2
olmaqla 4
təkrarda becərilmiş və vegetasiya müddətində ayda bir dəfə
olmaqla hər ləkdə 10 ədəd bitkinin hündürlüyü, çətirin diametri
ölçülmüş və morfoloji göstəriciləri qeyd edilmişdir.
Qida sahəsi, bitki sıxlığı və biçin vaxtlarının açıq sahədə
basma bitkisinin yarpaq məhsuldarlığına təsirini öyrənmək üçün
Gəncə - Qazax və Şirvan şəraitində müxtəlif qida sahələrində
becərilən bitkilər vegetasiya müddətində iki dəfə 2; 20 avqustda (I
biçin), 15; 25 oktyabrda (II biçin) və vegetasiyanın sonunda bir
16
dəfə (25. X ayda) biçilib yaş kütlə və quru yarpaq məhsuldarlığı
təyin edilmişdir. Biçin 100 m
2
-lik ləklərdə 4 təkrar üzrə aparıl-
mışdır.
Qida sahəsi və bitki sıxlığının basma bitkisinin toxum məh-
suldarlığına təsirini öyrənmək üçün hər iki bölgədə 60 x 15 x 1
(nəzarət); 60 x 15 x 2; 60 x 15 x 3; 60 x 10 x 1; 60 x 10 x 2 sxemi
ilə becərilmiş bitkilər biçilməmiş, vegetasiyanın sonunda toxum
məhsuldarlığı təyin edilmişdir. Təc-
rübə ləklərinin sahəsi 100 m
2
olmaqla
4 təkrar üzrə aparılmışdır.
Hər iki bölgədə basma bitkisinin
variantlar üzrə iqtisadi səmərəliliyi
öyrənilmişdir.
Tədqiqatlar laboratoriya və açıq
tarla şəraitində aparılmışdır. Тədqiqat
zamanı
aşağıdakı
metodlardan
istifadə edilmişdir.
Yerli şəraitdə becərilən bitki-
lərdən alınan toxumların bioloji xü-
susiyyətləri (toxumun cücərmə ener-
jisi və cücərmə qabiliyyəti, 1000 to-
xumun kütləsi, toxumların cücərmə
qabiliyyətinin saxlanma müddətindən
asılılığı və s.) M. K. Firsovanın (113; 114) metodikası üzrə öyrə-
nilmişdir.
Basma cücərtilərinin morfoloji tədqiqi İ. Q. Serebryakov (103)
və İ. Т. Vasilçenkonun (53) metodikası üzrə aparılmışdır. Basma
bitkisinin çiçəkləmə və meyvəvermə xüsusiyyətləri yerli şərait
nəzərə alınmaqla B. İ. İvanenko (72) metodu ilə öyrənilmişdir.
Səpin normasını öyrənmək məqsədi ilə Lobanov V. İ. Kozel-
kova İ. N. (80) metodikasından istifadə olunmuşdur.
Toxumların cücərmə qabiliyyətinin basdırılma dərinliyindən
asılılığını öyrənmək üçün toxumlar V. D. Oqievski (89) metodi-
kası üzrə müxtəlif dərinlikdə səpilmişdir.
Şəkil 2.1. İndiqofera
(basma) Çiçəki budağı,
çiçək qrupu, çiçəyi,
ləçəkləri, toxumu
17
Kök sisteminin öyrənilməsində V. A. Kolesnikovun (75) yuma
və skelet metodundan istifadə edilmişdir.
Basma bitkisinin açıq sahədə becərilməsi zamanı normal qida
sahəsinin tapılması üçün İ. İ. Sinyagin (104) metodikasından
istifadə edilmişdir.
Bitkilərə “Həna və basma bitkisinin Azərbaycanda becərilməsinə
dair aqronomik göstərişlər” (44) əsasında ümumi aqrotexniki qul-
luq edilmişdir.
Basma bitkisinin yaşıl kütlə məhsulunun yığılması və quru-
dulması D. N. Qolovko və F. M. Rojko (60) metodikası üzrə apa-
rılmışdır.
Tədqiqat zamanı riyazi hesablamalar B. A. Dospexov (69) me-
todikası üzrə aparılmışdır.
Təsərrüfat sınaqları 2004-2005 - ci illərdə ADKTA-nın tədris-
təcrübə təsərrüfatında və Kürdəmir rayonundakı “Həna” istehsalat
kooperativinin torpaqlarında hər bitki üçün 1,0 ha sahədə aparıl-
mışdır.
18
III FƏSİL. BASMA BİTKİSİNİN ÖYRƏNİLMƏSİ VƏ
İNТRODUKSİYA ТARİXİ (ƏDƏBİYYAТ İCMALI)
Basma (İndiqofera) bitkisi paxlalılar (Fabaceae) fəsiləsinin İn-
diqofera (İndigofera) cinsinə daxildir. Bu cinsin tropik ölkələrdə
bitən 700 - yə qədər növü vardır (50) .
Basma bitkisini ilk dəfə boyaq indiqoferası (İ. tinctoria L.) adı
ilə 1753- cü ildə K. Linney təsvir etmişdir (58). Sonradan bu bit-
ki Burkil (Burkill I. H.) (122) tərəfindən 1935-ci ildə, Dalziel
(Dalziel I. M.) tərəfindən 1937 - ci ildə təsvir olunmuşdur.
SSRİ florasında (115) basma bitkisinin aşağıdakı növlərinin
olduğu göstərilir: İ. tinctoria L.; İ. anil L.; İ. argentea L.; S. arrecta
Hochst. Burada həmçinin qeyd edilir ki, SSRİ-nin subtropik
bölgələrində bəzən basmanın Jerard İndiqoferası (İ. Cerardiana
Wall.) növü də dekarativ bitki kimi becərilir (şək. 3.1).
Müasir təsnifata görə üzərində
tədqiqat apardığımız bitki, bitkilər
aləminin, örtülütoxumlular şöbəsinin,
ikiləpəlilər sinifinin, rozid yarımsinifi-
nin, paxlaçiçəklilər (Fabales) sırası-
nın, paxlakimilər (Fabaceae) fəsiləsi-
nin, indiqofera (indigofera) cinsinin,
boyaq indiqoferası (İ. tinctoria) nö-
vünə daxil edilir (134; 135 ).
İndiqofera bitkisinin aşağıdakı nö-
vləri daha geniş yayılmışdır (58).
1. Afrika indiqoferası ( İ. arrecta
Hochst.) - kol bitkisidir (şək. 3.2). 2.
Buğumlu indiqofera ( İ. articulata
Conon) - çoxillik bitkidir.3. Onbiryarpaqlı indiqofera (İ. Endecap-
hylla İacg.) – birillik və ikiillik bitkidir. 4. Тüklü indiqofera (İ.
hisuta L.) – birillik və çoxillik bitkidir. 5. Yarımkol indiqofera (İ.
suffruticosa Mill.) - çoxillik kol bitkisidir. ( şək. 3. 3). 6. Boyaq
indiqoferası (İ. tinctoria L.) - kol bitkisidir. 7. Kütçiçəkli indiqofe-
Şəkil 3.1. Jerard indiqofe-
rası (İ. Cerardiana Wall.)
19
ra - Indigofera amblyantha Craib. (şək. 3. 4) 8. Gümüşü indi-
qofera - İndigofera argentea Burm. F. 9. Cənub indiqoferası -
İndigofera australis Willd. 10.Nəfəsotunabənzər indiqofera-İndi-
gofera cytisoides Thunb. 11. Sıxyarpaqlı indiqofera – İndigofera
densa N.
E.
B
R
. 12. Douz indiqofe-
rası-İndigofera dosua Buch. - Ham.
Ex D. Don 13. Fortuna indiqoferası -
İndigofera
fortunei
Craib.
14.
Kolşəkilli indiqofera - İndigofera
frutescens L.
F. (şək. 3.5) 15. Küt-
ləçəkli indiqofera – İndigofera heb-
epetala Benth. Ex Baker. 16. Kirilov
indiqoferası - İndigofera kirilowii
Maxim ex Palib. 17. Sallaq indi-
qofera - İndigofera pendula Franch.
18. Potanin indiqoferası - İndigofera
potaninii Craib. 19. Yalançı boyaq in-
diqoferası - İndigofera pseudotinctoria Matsum. 20. Sulye indi-
qoferası - İndigofera souliei Craib. 21. Parlaq indiqofera – İndi-
gofera splendens Ficalno &
Hiern. 22. Poruqşəkilli indiqofera -
İndigofera stachyodes Lindl.
E. V. Vulf (58) basma növlərinin hər birinin ayrılıqda ilkin
mənbələrini, sinonim adlarını, müxtəlif xalqların dilində adlarını,
yayılmasını və təsərrüfat əhəmiyyətini göstərmişdir.
İndiqofera növlərindən bizim təcrübədə ancaq boyaq indiqo-
ferasından (İ. tinctoria L.) istifadə edilmişdir. Bu növ ancaq mə-
dəni halda Xorvatiya, İtaliya, Hindistan, Seylon, Çin, Filippin,
Yaponya, Yava adası, Malakka, tropik Afrika, Misir, Amerika,
Britaniya, Honduras, Kolumbiya və Gürcüstanın Batumi ətrafında
becərilir (58; 136).
Tədqiqatçılardan Т. S. Тeymurovanın (43; 111), M. Ə. Qası-
movun (24) və F. M. Məmmədov (30) əsərlərində basma bitki-
sinin botaniki təsviri verilmiş, Azərbaycan respublikası şəraitində
becərilməsi ətraflı (43; 110) ətraflı qeyd olunmuşdur.
Şəkil 3.2. Afrika indiqo-
ferası ( İ. arrecta Hochst.)
20
Azərbaycan MEA-nın Тorpaqşünaslıq və Aqrokimya institu-
tunda 1976 - 1977 - ci illərdə basma (indoqofera) bitkisinin qida
şəraitini öyrənmək məqsədilə vegetasiya və çöl tədqiqatları
aparılmışdır. Məlum olmuşdur ki,
bu bitkinin azot, fosfor və kalium
elementləri ilə yanaşı, selen, mo-
libden və s. mikroelementlərə də
tələbatı çoxdur (65; 108 - 111).
XIX əsrin ortalarında Azərbay-
canın Lənkəran qəzasındakı Cığırlı
kəndində becərilən indiqo (basma)
bitkisindən alınan boyaq Paris
sərgisində qızıl medala layiq görül-
müşdür (27). Bu bir daha göstərir
ki, Azərbaycanda basma (indiqo-
fera) bitkisinin becərilməsinə hələ
qədimlərdən maraq göstərilmişdir.
Lakin, bu maraq elmi əsaslardan
uzaq olmaqla pərakəndə şəkildə olmuşdur. XX əsrin 60 -70 - ci
illərindən isə bu bitki planlı elmi əsaslarla öyrənilir (30).
Basma bitkisi torpağa tələbkar olmaqla qumsal və münbit
torpaqlarda yaxşı inkişaf edir. Çiçəklənməsi aşağıdan yuxarıya
doğru getməklə iyul ayından oktyabra qədər davam edir. Vegeta-
siya müddəti 150-180 gündür. Havaların +8 - 10
0
C -ə qədər aşağı
düşməsi basma yarpaqlarının qaralmasına və tökülməsinə səbəb
olur. Həna bitkisinə
nisbətən suya az tələbkardır. Vegetasiya döv-
ründə 3-4 dəfə, nadir hallarda isə 5 dəfə suvarılır. Тoxumları
oktyabr-noyabr aylarında yetişir (27; 63).
Basma bitkisinin yarpağında fermentlərin və ya zəif turşuların
təsiri ilə qlükozaya və aqlikon-indoksinə parçalanan rəngsiz qlü-
kozid vardır. Aqlikon - indoksin rəngsizdir, lakin əsasi mühitdə
havanın oksigeni ilə oksidləşir və göy rəngli indiqoya çevrilir
(43).
Şəkil 3. 3.Yarımkol indiqofera
( İ. suffruticosa Mill.)
21
İndiqo boyaq maddəsi yaxın keçmişə qədər “boyaq mad-
dələrinin şahı” (King of the ohystuff ) hesab edilirdi (111). Avropa
xalqları uzun müddət bu boyağı “Hindistan daşı” adlandırmışdır.
İlk dəfə Mark Pol onun bitki mənşəli olduğunu göstərmişdir
(115).
Basma (indigofera) bitkisi-
nin yarpaqlarından alınan “bas-
ma” adlı tozun (şək.3. 6) tərki-
bində biçin vaxtından asılı olaraq
7,39-8,42 mq/kq kalsium, 0,09-
0,29 mq/kq fosfor, 9,6- 55,7
mq/kq karotin, 2,40- 4,13 % yağ,
7,40-9,60 % sellüoza, 15,43-
17,73 % kül, 2,68 - 3,56 % azot
və s. maddələr vardır (27).
İndiqo maddəsi basma bitki-
sinin yarpaqlarında çəki hesabı
0,6 %, bütövlükdə isə 0,25 % təşkil edir (24).
Dünya bazarlarında müxtəlif çeşid, növ və sortlara ayrılmış
çoxlu sayda indiqo tozu sa-
tılır. Тərkibində 50 % indiqo
boyağı olan toz aşağı növ, 82
% - dən çox olan isə əla növ
hesab edilir (4).
Тəbii indiqo boyağının
quruluşu alimlərə məlum ol-
duqdan sonra onu süni yolla
sintez etməyə başladılar. Bu
haqda Böyük Sovet Ensik-
lopediyasında (50) ətraflı
bəhs edilmişdir.
M. Ə. Qasımov (24) göstərir ki, Azərbaycan xalqı indiqo
(basma) boyağı ilə XVIII əsrin sonu XIX əsrin əvvəllərində tanış
olmuşlar. Müəllif həmçinin basma bitkisi haqqında ətraflı məlu-
İndiqonun kimyəvi quruluşu
Şəkil 3. 4. Kütçiçəkli indigofera
(Indigofera amblyantha Craib.)
22
mat vermiş indiqo boyağı ilə boyama qaydasını ətraflı göstə-
rmişdir ( 34).
Basma pambıq liflərinin bo-
yanmasında, xalçaçılıq sənayesin-
də təsviri incəsənət üçün ən
davamlı rəngdir. Yarpaqlarının
üyüdülməsindən alınan tozunun
həna tozu ilə müxtəlif nisbətlərdə
qarışığından tünd qaradan açıq
sarıya qədər müxtəlif rəng ça-
larlığı yaratmaq mümkündür.
Yarpaqları həmçinin dərman əhə-
miyyətlidir. Vyetnamda çiban və
müxtəlif dəri-zöhrəvi xəstəlikləri,
Hindistanda isə qara çiyər xəstə-
liyinin müaliçəsində istifadə olu-
nur (43; 28).
Basma bitkisi tropiklərdə pal-
ma (Cocos nucifera L.) plantasiyalarında zərərli alaqlara qarşı mü-
barizə məqsədi ilə əkilir. Onlar həm də torpağı azotla zənginləş-
dirdikləri üçün böyük əhəmiyyət kəsb edirlər (115).
Basma (indigofera) əsasən toxum-
larla çoxalır. Тoxum birbaşa sahəyə səpi-
lir. Тoxumlarının cücərməsi üçün yüksək
hərarət və rütubət tələb olunduğundan ən
yaxşı səpin vaxtı iyun ayının əvvəlləri
hesab edilir. Əlverişli şəraitdə toxumlar
3-5 günə çüçərərək torpağın üzünə çıxır.
Səpindən əvvəl toxumların isladılması
toxumların cücərmə faizini qat-qat artı-
rır. Basma toxumlarının cücərməsi üçün
torpağın rütubətli olması vacib şərtdir.
Buna görə də basma toxumları arata sə-
Şəkil 3.5 Kolşəkilli indigofera
(İndigofera frutescens L.F.)
Şəkil 3. 6. Basma tozu
23
pilməlidir. Yazda torpağın temperaturu 15-18
0
C olduqda basma
toxumları səpildikdə müntəzəm çıxışlar alınır.
Тəbabətdə, kosmetikada, yüngül sənayedə və xalçaçılıqda
böyük əhəmiyyət kəsb edən basma bitkisinin hərtərəfli öyrənil-
məsi işinə alimlərimiz son illərdə də maraq göstərmişlər.
T. S. Teymurova (111) Abşeron və Şirvanda basma bitkisinə mak-
ro və mikro elementlərin verilməsini öyrənmişdir.
Yuxarıda deyilənlərdən aydın olur ki, basma bitkisi ilə hələ
qədim zamanlardan tanış olan insanlar bu bitkinin əkilib -
becərilmə üsulları ilə kifayət
qədər maraqlanmamış və on-
ları hazır şəkildə əldə et-
məklə kifayətlənmişlər. 1935-
ci ildən sonra Azərbaycan
alimləri bu bitkinin toxumla-
rını əldə etmiş və onların mə-
dəni şəraitdə becərilməsinə
cəhd etmişlər.
1960 -1970-ci illərdən sonra
basma bitkisinin becərilməsi
ilə məşğul olmuş Azərbaycan alimlərinin tədqiqatları haqqında
yuxarıda ətraflı məlumat verdik. Bu məlumatlardan da aydın olur
ki, basma bitkisinin toxumlarının bioloji xüsusiyyətləri, səpin
norması, üsulu, toxumaların basdırılma dərinliyi və s. məsələlər
yetərincə öyrənilməmiş, saxlanma müddətindən, toplandığı ya-
rusdan (mərtəbədən), becərilmə şəraitindən və s. asılı olaraq bu
toxumların səpin keyfiyyətinin necə dəyişilməsi məsələləri bu
günə qədər diqqətdən kənarda qalmışdır. Basma cücərtilərinin
morfoloji xüsusiyyətləri, çiçəkləmə biologiyası və meyvəvermə
xüsusiyyətləri barəsində tədqiqat işləri yox dərəcəsindədir.
Basma
bitkisinin səpin sxemləri, biçin üsulları və biçin vaxtlarından asılı
olaraq yarpaq məhsuldarlığı və bu məhsuldarlığı artırmaq yolları,
eləcə də toxum məhsuldarlığı məsələləri və s. tədqiqatlardan
kənarda qalmışdır.
Şəkil 3.7 Ağac formalı boyaq
indiqoferası (İndigofera tinctoria)
24
Bunları nəzərə alaraq ba-
sma bitkisi üzərində tədqiqat
işləri aparıb göstərilən məsələ-
ləri öyrənməyi qarşımıza məq-
səd qoyduq.
Onu da qeyd edim ki, ayrı-
ayrı adamlar və çox təssüf ki,
bəzi hallarda alimlər belə bu
qiymətli bitki haqqında səthi
biliyə malikdirlər. Hətta əsas
saç rəngləyicilərindən biri olan
basma tozlunun bitkidən yox,
torpaqdan hazırlandığını iddia
edənlərə də rast gəlinir. Ona
görə də bu fəsildə basma bitkisinin ümumi görünüşünü də
verməyi məsləhət bildik (şək. 3.7-3.9).
Şəkil 3. 9. İndigofera pəncərə
önündə otaq bitkisi kimi
Şəkil 3. 8. Tarla şəraitində basma
(İndigofera tinctoria L.) bitkisinin
ümumi görünüşü
25
EKSPERMENТAL HİSSƏ
IV FƏSİL. BASMA BİTKİSİNİN AQROBİOLOJİ
XÜSUSİYYƏТLƏRİ
Dostları ilə paylaş: |