F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə1/3
tarix06.09.2017
ölçüsü1,31 Mb.
#29144
  1   2   3

                                          

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

     

                                



 

 

 



                

 

             Şəhid şəhər - Xocalı 

 

Xocalı  faciəsinin  25-ci  ildönümü  münasibətlə  mərkəzi 

kitabxanaların  uşaq  şöbələri,  MKS-nin  şəhər,  qəsəbə,  

kənd  kitabxana  filialları  üçün  hazırlanmış

 

metodik 

vəsait 

 

                              

  

 

                            

 

 

                                  

                              

Bakı – 2017  

 


 

Tərtibçilər:                                       Nərgiz Məcidova 

                                           

           Sevil Əhmədova  

 

Redaktor:                                         Səməd Məlikzadə 

 

İxtisas  redaktoru və                       Şəhla Qəmbərova 



buraxılışa məsul:                      Əməkdar Mədəniyyət işçisi                                    

                                                          

 

 

 

 Şəhid şəhər - Xocalı



:

 metodik vəsait / tərt.ed.N. Məcidova; 

S.  Əhmədova,  red.  S.Məlikzadə;  ix.  red.  və  burax.  məsul 

Ş.Qəmbərova; 

F.Köçərli 

adına 


Respublika 

Uşaq 


Kitabxanası.- Bakı, 2017.  

 

 

 

 

 

 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası -2017 

 

 

                               



Tərtibçidən 

Tarixin  müxtəlif  dönəmlərində  ermənilər  tərəfindən 

soyqırıma    məruz    qalan  Azərbaycan    xalqı    növbəti    belə 

faciə  ilə  1992-ci  ilin  fevralında  Xocalıda  üzləşdi.  Yaxın 

tariximizin  ən  faciəli  səhifələrindən  biri  olan  Xocalı 

soyqırımı  xalqımızın  qan  yaddaşına  əbədi  həkk  olundu. 

Təəssüflər olsun ki, Xocalı şəhəri tarixə Xocalı faciəsi kimi 

düşdü.  Bu  faciə  görünməmiş  amansızlıq,  qəddarlıq  və  qətl 

faktları,  öz  miqyası  və  üsulları  ilə  dünyada  və  tarix 

qarşısında  bir  daha  ermənilərin  xislətini  bütün  aydınlığı  ilə 

ortaya qoydu. Bəli, Xocalı faciəsi dünyada qətl və qəddarlıq 

simvoludur.  

Azərbaycan  xalqı  bu  faciəni  ürək  ağrısı  ilə  öz 

qəlbində yaşadır. Xocalı faciəsinin, eləcə də xalqımıza qarşı 

dəfələrlə  törədilən  soyqırımların  ötən  əsrin  sonlarına  qədər 

öz  hüquqi  qiymətini  almaması  illər  boyu  Azərbaycanın 

üzləşdiyi  ən  böyük  ədalətsizliklərdən  biridir.  Sovetlər 

birliyinin  süqutu  ilə  yaranan  mürəkkəb  tarixi  və  ictimai–

siyasi  şəraitdə  dövlət  müstəqilliyini  yenicə  qazanan 

ölkəmizin  üzləşdiyi  ərazi  itkisi  ilə  yanaşı,  əsrin  ən  dəhşətli 

faciələrindən  birini  yaşaması  yeni  tariximizə  qara  hərflərlə 

yazıldı.  

Bu  dəhşətli  faciənin  törədilməsindən  25  il  ötür. 

Xocalı faciəsinin qurbanlarını bir daha yada salmaq, tarixin 

bu  qara  səhifəsini  unutmamaq  üçün  bu  vəsaiti  işləməyi 

özümüzə  borc  bildik.  Vəsait  iki  hissədən  ibarətdir.  I  hissə 

“Xocalı  soyqırımı:  tarix  olduğu  kimi”  adlanır  və  faciənin 

tarixindən, şəhid qəhrəmanlarından  bəhs edir. II hissədə isə 

faciə  ilə  bağlı  keçirilməsi  vacib  olan  tədbirlərdən  söhbət 

açılır.  



 

 

             Xocalı soyqırımı: tarix olduğu kimi 

Bəşər  tarixində  ən  dəhşətli  hadisələrdən  biri  olan 

Xocalı soyqırımının törədilməsindən bizi 25 illik bir zaman 

məsafəsi  ayırır.  O  gecədən  ki,  təpədən  dırnağa  qədər 

silahlanmış  erməni  quldur  dəstələri  Qarabagımızın 

Xankəndi  bölgəsində  yerləşən  366-cı  rus  alayı  ilə  birlikdə 

Xocalını  yandırıb  külünü  göyə  sovurdular.  Əliyalın  olan 

dinc  sakinləri  qəddarcasına  qətlə  yetirdilər.  Girov 

götürdüklərini  təhqir  və  həqarətlərə,  zülm  və  işgəncələrə 

məruz  qoydular.  Azərbaycan  xalqı  torpaqlarımızın 

müdafiəsi  ugrunda  gedən  müharibədə  çox  şəhidlər  və 

qurbanlar  verdi.  Ancaq  Xocalı  faciəsi  qan  yaddaşımıza 

əbədilik yazıldı. Bu, bir tərəfdən hər bir Xocalı sakininin öz 

torpağına,  millətinə,  vətəninə,  sədaqətinin  nümunəsidir, 

ikinci  tərəfdən  də  Ermənistanın  millətçi  qüvvələrinin 

xocalılılara  qarşı  vəhşiliyidir.  Faciənin  törədilməsinin  əsas 

səbəbi Xocalının erməni qaniçənlərinin yolu üstündə böyük 

maneə  olması  idi.    Çünki  Xocalı  Dağlıq  Qarabağda  həm 

magistral  şosse  yolunun,  həm  də  dəmir  yolunun  üstündə 

yerləşirdi.  Orada  hava  limanı  da  vardı.  Buna  görə  də 

ermənilər hər vəchlə Xocalını ələ keçirməyə çalışırdılar. 

 

 Bu faciəzamanı bir neçə saat ərzində 613 nəfər dinc 



azərbaycanlı,  o  cümlədən  63  uşaq,  106  qadın,  70  qoca 

qəddarcasına,  dözülməz  işgəncə  verilməklə  öldürülüb,  487 

nəfərə ağır xəsarət yetirilib, 1275 sakin – köməksiz qocalar, 

qadınlar  girov  götürülüb,  ağlasığılmaz  zülmə,  təhqirlərə  və 

həqarətə  məruz  qalıblar.  Erməni  hərbçiləri  öldürdükləri 

insanların  başlarının  dərisini  soymuş,  müxtəlif  əzalarını 

kəsmiş,  körpə  uşaqların  gözlərini  çıxarmış,  hamilə 


qadınların  qarınlarını  yarmış,  bəzilərini  diri-diri  torpağa 

basdırmış və yandırmışlar. 

 

Qeyd  edək  ki,  Xocalı  ermənilər  tərəfindən  ilk  dəfə 



ötən  əsrin  əvvəllərində-1905-ci  ildə  yandırılıb,  külə 

döndərilib,  əhalisi  vəhşicəsinə  qılıncdan  keçirilib,  qanına 

qəltan edilib. Onun doğma yurd həsrəti ilə qovrulan didərgin 

sakinləri  ara  səngiyəndən  sonra  yenidən  ata-baba 

torpaqlarının  yaralarını  sağaltmaq,  dağıdılmışları  bərpa 

etmək,  yıxılmışları  ayağa  qaldırmaq  üçün

 

geri  qayıdıblar. 



Ermənilər 1918-ci ildə Xocalını ikinci dəfə yandırıb, külünü 

havaya sovurublar.  

 1992-il  fevralın  25-dən  26-na  keçən  gecə  Xocalıda  yeni 

dəhşətli  soyqırım  törədildi.  Bu  haqda  nə  qədər  yazılsa  da 

ürəyimizdəki  bu  dəhşət,  bu  ağrı,  kin-küdurət,  intiqam  hissi 

yenə də susmaq bilmir və bilməyəcək də. 

 

Azərbaycan xalqına qarşı aparılan misli görünməmiş 



bu  soyqırım,  amansız  qırğın  aktı,  erməni  qəsbkarlarının 

ölkəmizin  dövlət  müstəqilliyini,  ərazi  bütövlüyünü  hədəf 

almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi 

olmaqla  bərabər,  təkcə  xalqımıza  deyil,  bütün  insanlığa 

qarşı irimiqyaslı cinayətdir. 

 

Erməni  təcavüzü  nəticəsində  respublikamızın  900 



yaşayış  məntəqəsi  zəbt  edilmiş,  4366  sosial  obyekt,  690 

məktəb,  280  uşaq  bağçası,  862  klub,  932  kitabxana,  1831 

kino qurğusu, 855 məktəbəqədər müəssisə, 656 poliklinika, 

ambulatoriya,  aptek  və  digər  tibb  müəssisəsi,  xalqın  ibadət 

yeri  olan  10  məscid  dağıdılmış,  Ermənistandan  qovulmuş 

soydaşlarımızın  380  kəndi  zəbt  edilmiş  və  əhalisinin  bütün 

var-dövləti orada qalmışdır. 

 

Sağ  qalan  şahidlərin  dediyinə  görə,  şəhərə  olan 



hücumdan sonra Xocalı  bir anın  içində odlara qalandı. Heç 

kəsə  -  nə  körpələrə,  nə  qocalara,  nə  qadınlara,  nə  də 



yaralılara  aman  verilmirdi.  Qatillər  arasında  zəncilər, 

muzdlular  da  var  idi.  Ermənilər  xüsusi  qəddarlıq  göstərir, 

qadınlara,  körpələrə  və  qocalara  ağır  işgəncələr  verərək 

öldürürdülər.  

 

Ağdam,  Şuşa,  Laçın  istiqamətinə  çıxan  yollar 



əvvəlcədən  zirehli  texniki  vasitələrlə,  tanklarla  kəsilmişdi. 

Ölümün  pəncəsindən  xilas  olmaq  üçün  meşələrə,  dağlara, 

dərələrə 

üz 


tutub 

pərən-pərən 

olmuş 

adamları 



güllələyirdilər. Ana baladan, bacı qardaşdan ayrı düşmüşdü. 

Köməksiz adamların harayı ərşə qalxırdı. Bu harayın içində 

tövlələrdə  yandırılan  atların  kişnəməsi,  mal-qaranın 

mələməsi  də  eşidilirdi.  Düşmən  olduqca  amansız  idi.  Bu 

məqamda heç kim Xocalının imdadına çatmadı. Xocalı qan 

içində boğuldu, yanıb külə döndü  

 

Fevralın  27-də  Xocalıdan  250-300  nəfər  Ağdama 



gələ  bilmişdi.  Dəhşətli  xəbərlər  eşidilirdi.  Bu  dözülməz 

dəhşətləri gözlərilə görən şahidlər deyirdilər ki, Yarov kəndi 

tərəfdə  300  nəfər,  Ağbulaqda  500  nəfər,  Əsgəranda  150 

nəfər,  Naxçivannikdə  400  nəfər  əsir  düşmüşdü.  Meşələr 

qadın və uşaq meyitləriylə dolu idi.  

Azərbaycan xalqı torpaqlarımızın müdafiəsi ugrunda 

gedən  müharibədə  çox  şəhidlər  və  qurbanlar  vermişdir. 

Ancaq Xocalı faciəsi qan yaddaşımıza xüsusi yazıldı.  

 

 

Ölümündən  sonra  Azərbaycanın  Milli 



Qəhrəmanı  adına  layiq  görülmüş  Çingiz  Mustafayev 

misilsiz  hünər  göstərərək  fevralın  28-də  vertolyotla  faciə 

yerlərində olmuş, erməni quldurlarının törətdiyi  vəhşilikləri 

kamera ilə lentə almiş və tarixin yaddaşına yazmışdır. 

 

 


 

 

           2. Faciənin 25-ci  ildönümü ilə əlaqədar  



                  keçirilə biləcək tədbirlər 

 Kütləvi  tədbirlər  kitabın,  elektron  nəşrlərin  və  digər  çap 

məhsullarının  geniş  oxucu  kütləsi  arasında  təbliğ 

edilməsində  xüsusi  rol  oynayır.  Hər  bir  kütləvi  tədbir 

oxucularda  müəyyən  bir  mövzu  haqqında  konkret  təsəvvür 

yaradır, həmin mövzularda gedən müzakirələrin iştirakçısına 

çevirir,  bununla  bağlı  mövcud  ədəbiyyatla  tanış  edir. 

Azərbaycan  ərazisinin  bir  hissəsi  erməni  işğalçılarının 

tapdağı  altında  qaldığından  və  müharibə  təhlükəsi  hələ  də 

sovuşmadığından  keçirilən  tədbirlərin 

əsas  mövzusu  hərbi  vətənpərvərlik 

tərbiyəsinə  həsr  olunmalıdır.  Müharibə 

şəraitində  yaşayan  bir  ölkədə  gənc 

nəsildə 

torpağa, 

vətənə 

məhəbbət 



hisslərinin  aşılanması,  düşmənə  nifrət 

duyğularının formalaşması vacibdir və bu 

mövzuda 

yazılmış 

bədii 

əsərlərin 



təbliğinə  daha  geniş  yer  verilməlidir. 

Vətən  müharibəsində  iştirak  etmiş  və  qəhrəmanlıqlar 

göstərmiş  azərbaycanlılar  haqqında,  Dağlıq  Qarabağ 

müharibəsi, 20 Yanvar, Хоcalı  faciəsi, Şuşanın,  Laçının  və 

başqa  rayоnların  işğalını  əks  еtdirən  əsərləri  dönə-dönə 

охucuların  diqqətinə  çatdırmaq  lazımdır.  Artıq  hər  il  26 

fevral  tarixində  ölkəmizin  hər  yerində  Xocalı  qurbanlarını 

anım günü keçirilir. Bu il o dəhşətli gecədən 25 il keçsə də, 

Azərbaycan xalqı bu faciəni ürək ağrısıyla qəlbində yaşadır. 

Hər  bir  azərbaycanlının  ürəyində  bu  faciə  XX  əsrinən 

dəhşətli günlərindən biri kimi qalıb. Xocalını anım  günündə 

fəal  oxucuları  cəlb  etməklə,  müxtəlif  formalı  tədbirlər 

hazırlamaq  olar.  Kitabxanada  oxucuların  istifadəsi  üçün 

www.clb.az

 

saytında 



məlumat-biblioqrafiya 

şöbəsi 


tərəfindən  hazırlanmış  “Qarabağ  bizi  səsləyir”,  “Xocalı 

qan yaddaşımız” adlı slayd, “Xocalıya qayıdacaq, Xocalıda 

doğulanlar”  adlı  tammətinli    ədəbiyyat  siyahısı 

yerləşdirilmişdir.  Kitabxanada  faciəni  daha  dolğun  əks 

etdirən  materiallardan  slayd,  Xocalı  faciəsindən  bəhs  edən 

bədii  əsərlərdən  icmal,  disskusiya  və  müzakirələr,  Xocalı 

faciəsinə  həsr  edilmiş  kompozisiyalar  hazırlamaq  olar. 

Slaydda  faciənin  qurbanları  haqqında  məlumat,  milli 

qəhrəmanlar  və  s.  haqqında  məlumatlar  verilir.  Anım 

günündə  faciədən  bəhs  edən  kitabları  oxuculara  tanıtmaq 

üçün təşkil edilən kitab sərgisinin sxemini aşağıda veririk: 

Sərgiyə müxtəlif başlıqlar vermək olar. “Xocali faciəsi bədii 

ədəbiyyatda”, “Qan qoxuyan rəqəmlər” ,”Şəhid şəhər-

Xocalı” və s.  

 

 

                                                           



                                       

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Həmçinin  faciənin  şahidləri  ilə  “Onlar  doğma  yurdalırına 

qayıdacaqlarına  inanırlar”  adlı  keçirilən  görüş  zamanı 

mətbuatdan  götürdüyümüz  yazılara  əsasən  bu  faciə 

haqqında  başqa  şahidlərin  fikirlərini  də  iştirakçılara  çatdıra 

bilərik.  

Kitabxanada Xocalı faciəsindən bəhs edən  anım gecəsi də, 

təşkil  edilə  bilər.  Anım  tədbirinə  hazırlaşarkən  zalın 

tərtibatına  xüsusi  fikir  vermək  lazımdır: 

divarlara  Xocalı  dəhşətlərini  əks  etdirən 

şəkillər  vurulmalı,  “Xocalı-  dərdim 

mənim”,  “Körpələrin  qanını  yerdə 

qoymarıq!”  və  s.  şüarlarla  dolu  olan 

lövhəciklər  vurula  bilər.  Şəkillərin  altına 

qərənfillər 

düzülə 


bilər. 

Zalda 


kamançanın  qəlbləri  göynədən,  yanıqlı, 

həzin  musiqisi  səsləndirilə  bilər.  Tədbirin  I  hissəsində 

qəlblərə dağ çəkən bu faciə haqqında ətraflı məlumat verilir.  

Burada  ermənilərin  törətdiyi  dəhşətlər,  onların  insanlığa 



sığmayan  əməlləri,  ana-bacılarımızın,  körpə  və  qocaların, 

ümumilikdə  bütün  xalqımızın  başına  açdıqları  müsibətlər 

barədə  geniş  danışılır.  Tədbirin  II  hissəsində  oxucular 

tərəfindən, Xocalıya aid şeir parçaları söylənilir, hazırlanmış 

səhnəciklər  göstərilir.  Bunun  üçün  gecəyə  qanlı  faciənin  

şahidləri,  tarixçilər,  yazıçılar,  mətbut  nümayəndələri  və  s. 

dəvət 

olunurlar. 



Tədbirə 

kitabxana 

yaxınlığındakı  

məktəblərin  müəllim  və  şagirdlərinin  də  dəvət  olunması 

yaxşı olar.  

Aparıcı:  -  Salam, hörmətli tədbir iştirakçıları.  Artıq qanlı-

qadalı Xocalı faciəsindən 25 il keçir.  



             

Mən hardayam, qadir Allah, hardayam? 

                İçim zülmət, çölüm zülmət, dardayam. 

                Ətrafımda yalquzaqlar ulaşır, 

                Hara qədəm qoyuramsa, ayağım 

                Ölənlərin qanlarına bulaşır... 

Bəli,  bu  hadisə  ilə  bağlı  neçə-neçə  şeirlər,  bədii  əsərlər 

laylalar  yazıldı.  Xocalı  soyqırımı  zamanı  yüzlərlə 

soydaşımızın  həyatına  son  qoyuldu.  Bütöv  bir  şəhər  məhv 

edildi. Günahsız insanlar ağır işgəncələrə məruz qalaraq isti 

ocaqlarından didərgin düşdülər. Amma faciənin acı fəsadları 

bununla  bitmədi.  Soyqırım  Xocalıdan  gələn  xocalıların 

taleyindədə acı izlər buraxdı.  

Gəlin  Aygün  İsmayılova  adlı  bir  gəncin  dediklərini  sizinlə 

birgə  bölüşək.  Bu  təsviri  oxucumuzun  hazırladığı 

kompazisiya şəklində dinləyək: 

Səhnəyə həzin musiqi sədaları altında iştirakçı daxil olur.  

Aygün  İsmayılova:  -    Mən  üçaylıq  uşaq  olanda  atamızı 

itirmişdik,  iki  yaşım  olmamış  da  doğma  yurdumuzu  – 

Xocalımızı  itirdik.  Həm  də  dəhşətli  formada.  Faciə  zamanı 


üç  gün  mühasirədə  qalmışıq.  Anamız  üç  azyaşlı  uşağını 

çətinliklə xilas edib. Ən böyüyümüz altı yaşlı, kiçiyimiz isə 

yaşyarım idi. Bir qadın bizi qarlı, çovğunlu havada gizlədə-

gizlədə bir neçə kilometr aparıb. Mühasirədə olduğumuz üç 

günün iki gününü meşədə olmuşuq. Mən soyuqdan, aclıqdan 

çox  ağlayırmışam.  Çörək  istəyəndə  anam  mənə  qar 

yedizdirirmiş.  Hətta  düşmənin  əlinə  keçməyək  deyə  anam 

məni  boğmaq da  istəyib. Sonra anamdan  məni  başqa qadın 

alıb  paltoya  büküb  ki,  səsim  eşidilməsin.  Beləcə,  minbir 

zülümlə  xilas  olmuşuq.  Xocalını,  orada  törədilən  qırğınları 

xatırlamasam  da,  elə  bil  oranı  küçəbəküçə  gəzib 

dolaşmışam.  Mən  indi  müəlliməyəm.  Mənimlə  bərabər 

bütün  şagirdlərim  Xocalı  dəhşətləri  haqqında  olanlardan 

xəbərdardır.  Bu  faciə  bizim  taleyimizə  qaçqınlıq  yazsa  da, 

doğma  vətənə,  doğma  torpağa  olan  sevgimizi  dəyişə 

bilməyib. 



II  oxucu,  Elmir  Əliyev:  -  Elə  gün  olmaz  ki,  biz  Xocalı, 

orada  baş  verənlər  haqqında  danışmayaq.  Ağlımız  yenicə 

kəsəndə  Xocalı  faciəsini  qorxulu  nağıllar  kimi  bir-birimizə 

danışardıq. İndi 26 yaşım var. Bu faciəni bütün dəhşətləri ilə 

dərk edirəm.   

III oxucu, Əmanət Abışov: - Xocalıdan çıxanda bir yaşım 

olub.  Və  təbii  ki,  faciədən  heç  nə  xatırlamıram.  Ancaq 

valideynlərim bu barədə o qədər danışıblar ki, sanki hər şey 

gözümün  qabağında  baş  verib.  Ona  görədə   orta məktəbdə 

bu 

hadisə 


haqqında 

müəllimlərimdən, 

evdə 

valideynlərimdən    eşitdiklərimi  gördüyüm  hadisə  kimi 



qavrayıram.  Bəzən  elə  olur  ki,  istəyirəm  lap  silaha  sarılıb 

düz  Xocalının  mərkəzinə  qədər  gedim.  Atamın  böyüdüyü 

evə,  kəndə  yaxından  tamaşa  edim.  Hamı  oranın  gözəl 

olmasından 

danışır. 

Harada 


və 

hansı 


şəraitdə 

yaşamağımızdan  asılı  olmayaraq,  Xocalı  bizim  ata 

yurdumuzdur. Mütləq ora qayıdacağıq. 



13 yaşlı Ləman Kərimova da Xocalıda baş verənlər barədə 

çox şey bilir: 

Oxucu, 

Ləman 

Kərimova: 

Xocalıda 



bizim 

valideynlərimizə,  ata-babalarımıza  işgəncə  verilib.  Anamın 

başına gələnləri bilsəniz dəhşətə gələrsiniz... 

Aparıcı:  -  Ləmanın  anası  Dürdanə  xanım  Xocalı  faciəsi 

zamanı  səkkiz  gün  əsirlikdə  olub.  Həmin  vaxt  iyrimi  yaşı 

olan  Dürdanə  rabitəçi  olduğuna  görə  ermənilər  ona  daha 

ağır  işgəncə  veriblər.  Dürdanə  Ağayeva  Xocalı  faciəsi  və 

əsirlik  həyatını  özünün  “8  gün  cəhənnəm  əzabı  görmüş 

qadın” kitabında qələmə alıb. 

 Xocalı  faciəsindən  25  il  ötsə  də 

xalqımız  hələdə  bu  faciənin  ağrısıyla 

qovrulur.  Təbii  ki,  bu  faciə  söz 

sənətində  də  öz  ağrısı  ilə  yaşayıb  və 

yaşayacaqdır.  Xocalı  faciəsi  haqqında 

olanları  gənc  nəslə  aşılamaq  üçün 

yazılmış  kitabların,  bədii  əsərlərin 

təbliği  lazımdır.  Bu  əsərlərdən  Nüşabə 

Məmmədlinin  “Zəngulə”,    Sevinc 

Nuruqızının 

“Qisas”, 

Səriyyə 

Müslümqızının  “Xocalı  uşaqları  -  qan 

içində qar çiçəyi”, “ Xocalıdan gələn var” kitabları Xocalı 

faciəsi  fonunda  yazılmış  nümunələrdəndir.  Bu  mövzu  ilə 

bağlı  kitabxanada  “Tarixin  səhnəsindən  bu  ölkə  necə 

görünür”  başlığı  altında  müzakirə  keçirmək  olar. 

Müzakirədə nəinki Xocalı faciəsi, erməni daşnaklarının tarix 

boyu  azərbaycanlılara  qarşı    törətdikləri  qırğınlar  haqqında 


iştirakçılara  məlumat  verilir.  Bu  haqda  məlumatı  Sülhiyyə 

Musaqızının 



Azərbaycan 

terrorizmin 

caynağında” 

kitabından  da  əldə  edə  bilərik.  Müzakirəyə  bu  əsərləri 

oxumuş  yuxarı  sinif  şagirdləri,  tələbələr  dəvət  olunurlar. 

Müzakirədə  bu  faciədən  bəhs  edən  onlarla  bədii  əsərin  - 

şeirin,  oçerkin,  romanın,  hekayənin,  publisistik  məqalənin 

adını  çəkmək  olar.  Məsələn:  Xalq  şairi  Zəlimxan  Yaqubun 



“O qızın göz yaşları”, Ələmdar Quluzadənin “Şəhid şəhər”

Ələkbər  Salahzadənin  “Xocalı  Xəcilləri”,    Ədalət 

Əsgəroğlunun “Dərdimizin qan rəngi”  və s.  

Zəlimxan  Yaqubun  “O  qızın  göz  yaşları”  poeması 

əsasında  belə  bir  əhvalat  durur.  Xocalı  faciəsinin  13-cü 

ildönümü  ilə  əlaqədar  şəhidləri  anma  günü  keçirilirdi. 

Dərdini dilə gətirənlərə bir-bir söz verilirdi. 21 yaşlı Xocalı 

qızı Xəzangülə də söz verildi. Ermənilər onun 36 yaşlı anası 

Rəna  xanımı,  5  yaşlı  bacısı  Yeganəni  Əsgəran  meşəsində 

güllə  ilə  dəlik-dəlik  etmişdilər.  38  yaşlı  atası  Təvəkkülü,  8 

yaşlı  Xəzangülün  gözləri  baxa-baxa  diri-diri  yandırmışlar. 

Təvəkkülün günahı ondan ibarət olmuşdur ki, ermənilər ona 

“Qarabağ  erməni  torpağıdır”  sözünü  dedirdə  bilməmişlər. 

Beləcə  Xocalıdan  gələn  qızın,  qəmli,  faciəli  hekayəti 

başlayır.  Ancaq  poema  təkcə  o  qızın  göz  yaşları  ilə 

məhdudlaşmır.  Poemada  ən  təsirli  məqam  atanın  ağaca 

sarılıb  vəhşicəsinə  qətlə  yetirilməsidir.  Araşdırmaçı 

fikirlərinə  görə,  şair  bu  şeirdə  kifayət  qədər  metafora  və 

bənzətmələrdən  istifadə  etmişdir.  Məsələn,  bu  səhnəyə 

“göydən  ulduz  baxırdı,  qayadan  çiçək  baxır,  zirvədən  buz 

baxır,  yaraların  üstünə  səpilən  düz  baxırdı,  burada  ağac  da 

Təvəkkülə  ürək-dirək  verirdi,  odunu  söndürməyə  dağlar 

külək verirdi.”  

 Hələ  ötən  əsrin  70-ci  illərində  ədəbiyyata  gələn, 

özünəməxsus  dəst-xətti  ilə  seçilən  Ələmdar  Quluzadə  20-


dən çox şeir kitabının müəllifidir. Şairin doğulub boya-başa 

çatdığı  Xocalının  ermənilər  tərəfindən  işğal  edilməsi, 

uşaqdan-böyüyə  yüzlərcə  dinc  sakinin  vəhşicəsinə  qətlə 

yetirilməsi  onun  qəlbində  və  qələmində  ağrılı-acılı  iz 

buraxmışdır.  Yazdığı  əsərlərdə  müəllif  öz  qələmi  ilə  Vətən 

oğullarını  ayıq-sayıq  olmağa,  dostu  düşməndən,  əbədini 

ötəridən  seçməyə  çağırır.  Onun  Xocalıya  həsr  etdiyi 

təxminən  1500  misraya  yaxın  olan  “Şəhid  şəhər” 

poemasında  müəllif  lirik-publisistik  tərzdə  Qarabağda  baş 

verən bütün hadisələri təsvir etmişdir. 

 Kitabxanada  Xocalıya  aid  ədəbi-bədii  kompozisiya  da 

keçirilə  bilər.  Kompazisiyanin  ssenarisini  təqdim  edirik.    

Səhnəyə  2  nəfər  böyük  yaş  qrup  oxucu  (oğlan  və  qız) 

çıxaraq  Xocalıya  aid  şeir  söyləməyə  başlayırlar.  Bu 

şeirlərdən  bu  il  yubileyi  qeyd  edilən  Ələmdar  Quluzadənin 

Xocalıda  qətlə  yetirilmiş  613  nəfərə  ithaf  etdiyi  “614-cü 

şəhid” şeirini seçmək  olar: 

Qoy odlasın bu dünyanı 

Acı dilim, od nəfəsim. 

Ölüm mənim vüsalımdı, 

Həyat mənim daş qəfəsim. 

 

Qılıncını qından sıyır, 



Qumbaranı tax kəmərə, 

Alçaq düşmən əl qaldırıb 

Ağbirçəyə, südəmərə. 

 

İçimizdən, çölümüzdən 



Başımızı qatan qatdı, 

Bir gecədə Şəhidlərim 

                  613-ə çatdı.... 


Şeirin  davamı  müəllifin  “614-cü  şəhid”  kitabında 

verilmişdir. 



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin