F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix06.09.2017
ölçüsü1,31 Mb.
#29144
1   2   3

Aparıcı:  -  Biri  var  idi,  biri  yox  idi,  axar  baxarlı,  başı  ağ 

çalmalı, həyatın  hər səhnəsinin şahidi, hər günlərini  inamla 

salamlayan, sabahlara ümidlə göz dikən, dağların qoynunda 

Xocalı adlı bir cənnətməkan var idi. Qarabağın sinəsində yer 

alan  bu  ocaqda  hər  səhər  göylərin  nazlı  gözəli  günəş 

təbbəsümü ilə insanları yuxudan oyadırdı.

 

 

Günlərin bir günü... 



Bu dağların qoynunda yaşıl bir kənd varıydı, 

Əlvan saray, güllü bağ, gen aynabənd varıydı. 

Neçə dodağı şəkər, söhbəti qənd varıydı, 

Neçə incəbel gözəl, zülfü kəmənd varıydı. 

Yoxdu daha nağıldı, 

İtdi, batdı, dağıldı, 

Mənim şirin qafiyəm, mənim üçcə hecalım, 

Xocalım, ay Xocalım. 



Səhnəyə böyük yaş qrupundan olan 2 nəfər oxucu (oğlan və 

qız) çıxaraq Xocalıya aid şeir söyləməyə başlayırlar. 

 

I oxucu:    -Xocalıdan səs gəldi: 

 

 “Kömək edin, amandı!” 



            Güllələrin səsindən 

            Ot tutdu, aləm yandı. 

            Tənha qaldı Xocalı, 

            Kömək edən olmadı. 

            Dağıldı şəhər bütün, 

            Ondan əsər qalmadı. 



II oxucu:  -Erməni-rus ordusu 

  

 Basqın etdi qəflətən. 



            Qadın, qoca, uşağı 

            Qətlə yetdi qəflətən. 

            Bələkdəki körpələr 

            Süngülərə taxıldı. 

            Günahsız insan qanı 

            Su yerinə axırdı. 

 

I oxucu:   

- Adamların qanıyla 

                     Yuyuldu ana torpaq. 

                      İşgəncələr verildi 

                     O gün xalqıma,Allah! 

 

          Güllələndi millətim, 



                        Tapdalandı qeyrətim 

                      Xocalıda o gecə.  

 

 

 



II oxucu:  

    -   Dünya niyə susubdur,  

 

      


 

Məgər görməyir bunu? 

 

      


 

Müdafiə edirlər 

 

      


 

Erməni quldurunu. 

                

 

Susduracam od qoxan 



 

      


 

Cingiltili səsini. 

                

 

Qulağını aç, eşit, 



                

 

Koroğlu nərəsini 



 

(I və II oxucu sonuncu bəndi bir yerdə) 

 

 



      

 

-Cinayətkar cəzasın  



 

      


 

Çəkməlidir onu bil 

 

      


 

Xocalı mənimkidir, 

 

     


  

Düşmənim, geri çəkil! 

 


Şeiri söylədikdən sonra baş əyib səhnəni tərk edirlər. Sonra 

3  nəfər  ağ  libaslı  (ölən  uşaqların  ruhları)  kiçik  yaş 

qrupundan olan oxucu və 1 nəfər böyük yaş qrupundan olan 

oxucu  (qız)  ana  libasında  səhnəyə  çixaraq  şeirlər 

söyləyirlər. Ana ağlayaraq uşaqlardan soruşur: 

 

-Niyə külə döndünüz, 



 Ay körpə balalarım? 

Hansı nağılların siz, 

Deyin qəhrəmanısız? 

Sizin ki, yox idi bir 

Kiçik də təqsiriniz? 

Bəs hansı fitnəkarın 

Oldunuz şikarı siz? 

Dünyaya göz açdınız 

Təlaşlı bir zamanda. 

Müharibə başlandı!.. 

Qırılaydı əlləri 

Düşmənin başlayanda. 

Gülüşünüz qurudu 

Südlü dodağınızda, 

Səsiniz də uduldu 

Elə boğazınızda. 

Yalnız qaçhaqaç görür, 

 Bir də eşidirdiniz: 

 -Atəş! Haray! Ay haray! 

  Erməni gəldi, haray! 

 

I oxucu:          - Dağıldı ev-eşiyimiz, 

                         Uçuldu beşiyimiz! 

                         Xəyanətin əliylə, 

                         Düşmənin əməliylə. 



                         Dünyada əziz olan, 

 

 



 Amalı təmiz olan 

 

 



 Atamızı itirdik, 

                          Əzizdən əziz olan  

                          Anamızı itirdik 

 

II oxucu:   

 - O anda ki açılmaq 

          

   İstəməyən güllələr 

          

   Tuşlandı üzümüzə 

          

   Şıdırğı yağış kimi 

          

   Töküldü üstümüzə 

          

   Qönçə gül-çiçək kimi 

          

    Bizi vaxtsız biçdilər, 

          

    Qanımıza bulanıb, 

          

    Qanımızdan içdilər. 

          

     Səsimiz, fəryadımız 

          

     Göylərə ucalırdı, 

          

     Sanki hər bir güllədən 

          

     Dağlar da qocalırdı. 

 

III oxucu:  

          - O qaniçən cəlladlar 

 

          



Bəli, aldatdı bizi. 

 

          



Ağa-boza baxmadan 

 

          



Heç süd dişi çıxmayan 

 

          



Körpələrə qıydılar. 

 

          



Döyə-döyə qırdılar, 

 

          



Söyə-söyə qırdılar: 

 

           



-Türkün nəsli gərəkdir 

 

           



Bələkdəcə qırıla, 

 

           



Süngülərdən keçirilə, 

 

           



Al qanında qıvrıla. 

 

           



Deyə-deyə qırdılar, 

 

           

Döyə-döyə qırdılar, 

 

           



Biz körpə fidanları 

 

           



Allah qırsın onları. 

   Ana           - Qoymazlar ki, qanınız  

 

          Yerdə qala, balalar. 



           

Laylasın anam mənə 

           

Belə demiş dönə-dönə: 

          

“Bir anan mən, biri Vətən”... 

           

A körpəcə fidanlar, 

           

Unudulmaz o anda 

           

O vaxtlar, o zamanlar. 

           

Bu gün xalq da, Vətən də 

           

Unutmamışdır sizi. 

           

Azadlıq arzusuyla 

           

Alışan qəlbinizi, 

       

 

Neçə-neçə şəhidi, 



          

Neçə-neçə igidi. 

          

Siz rahat uyuyun ki, 

       

 

Qalib gələr həqiqət! 



       

 

Neçə ay, il keçsə də, 



       

 

Zəfər çalar ədalət! 



 

İştirakçılar baş əyərək səhnəni tərk edirlər. 

 

 Aparıcı:  -  1992-ci  ilin  fevralı  idi,  bu  füsnkar  məkanın 

üstünü  qara  buludlar  aldı.  İşıqlı  sabahlara  can  atan 

yurdumuz  erməni  qəsbkarlarının  iştahına  tuş  gəldi.  Bir 

işğalçı olaraq  bədnam qonşularımız  füsnkar gözəlliyin  əsiri 

oldular. 

           Ağzından alov çıxan silahlar yedi səni, 

           İştahalar, nəfslər, tamahlar yedi səni. 

           Bağışlanmaz, yuyulmaz günahlar yedi səni. 


       ... Heç Allah götürərmi qisasımı gec alım? 

          Xocalım, ay Xocalım! 



Aparıcı:  -  25-dən  26-na  keçən  gecə  dinc  sakinlər  onları 

daha  dəhşətli  bir  faciənin  gözlədiyini  bilmirdilər.  Həmin 

gecə bir ailənin taleyi belə oldu. 

 Leyli  dəhşətli  atışmanın  səsindən  oyananda  saat  10-nun 

yarısı  idi.  Həm  çöldəki  tükürpədici  vahimənin  səsi,  həmdə 

evdə  yalqızlıq  xofu  onu  bürüdü.  Ana  təlaş  içində  beşikdə 

yatan  körpəsinə  doğru  boylandı.  Qorxu  içində  olan  ana 

özünü itirdi. 

 Neçə müddət idi ki, həyat yoldaşı Xocalı aeroport postunda  

keşik çəkirdi. 

 Ana  pəncərəyə  yaxınlaşır.  Bu  an  qarşılaşdığı  mənzərədən 

sanki  başı  hərlənir.  Xocalı  alov  içində  yanırdı.  Onun 

qarşılaşdığı bu mənzərə sanki cəhənnəm idi. 

Ana  bir anlıq  beşiyə tərəf cumur və  yuxulu körpəsini qapır 

və  alovun  içində  özünü  ora-bura  vuran  camaatla 

vurnuxmağa  başlayır.  Nəhayət  cəhənnəmdən  qurtulmaq 

üçün  şaxtalı  fevral  günündə  körpəsi  ilə  birgə  qaranlıq 

meşəyə doğru üz tutur. Lakin  hara üz tutsa da yağı onların 

başının  üstünü  quduz  kimi  kəsmişdi.  Buzdan  qaysaq 

bağlamış Qarqar çayını keçərkən körpəsini bağrına basır. 



Ana:  -“Yox...  Yox...  mən  səni  heç  kəsə  vermərəm,  mənim 

balam!” 


Özünü yox, körpəsini xilas etmək üçün var gücü ilə qaçır. 

                       (Aparıcı səhnəyə gəlir) 

Müharibə,  Düşmən,  Şaxta...  Bu  üçhökmlü  qorxular 

içərisində  ana  qayaya  doğru  qaçmağa  başlayır.  Hənirti 

eşidir. Ana ətrafına boylanır. Hər tərəfi qarla örtülmüş yerdə 

ləpirlərdən başqa heç nə görmür. Birdən uzaqdan topa gələn 

bir  qaraltı  görür.  Dəhşət  içərisində  mağaraya  tərəf  qaçaraq 



gizlənir.  Ara  sakitləşəndən  sonra  mağaradan  çıxir.  Bu 

zaman ona elə gəldi ki körpəsi donur. Ehmalca qucağındakı 

körpəsinin  üzünü  açdı...  Boş  yorğanı  əlləri  ilə  ələk-vələk 

elədi. Körpə yox idi.Yoxx!!! ola bilməz. Ana ağlaya-ağlaya 

çönüb arxaya baxır. Geri dönmək istəyir. Amma bacarmır... 

 Xocalı  soyqırımı  haqqında  həqiqətlərin  dünya 

xalqlarına    çatdırılmasında, 

bəşəriyyətə  qarşı  ən  böyük 

cinayətlərdən  biri olan  bu  faciə 

haqqında  beynəlxalq  miqyasda 

dolğun 

təsəvvürlərin 



formalaşdırılmasında 

sənət 


nümünələrinin 

də 


rolu 

böyükdür. 

Sənətkarlarımızan 

bu  faciəyə  həsr  edilmiş  kino, 

musiqi,  teatr,  və  rəsm  əsərləri 

dünyanın  bir  çox  ölkələrində 

nümayiş  etdirilir.  Bu  əsərlər 

Heydər  Əliyev  Fondunun  təşəbbüsü  ilə  neçə  illərdir  ki, 

Xocalı faciəsini Azərbaycana qarşı törədilmiş soyqırım aktı 

kimi  tanıdılmasında  böyük  rol  oynayır.  Rəssamlarımızın 

qəlb ağrısı ilə müraciət etdiyi bu mövzuda ilk növbədə fırça 

ustası  Vaqif  Ucatayın  silsilə  işlərini  və  xüsusilə  “Xocalı” 

plakatını  qeyd  etmək  olar.  Sinəsinə  düşmən  xəncəri 

sancılmış körpəni  əks etdirən  bu plakat  hər kəsdə  şəhidlərə 

mərhəmət, faciəni törədənlərə isə nifrət hissi aşılayır. 


 

 

 

Digər  rəssamlardan  Mayis  Əliyevin  “Haray”,  “Xocalıya   

ithaf”,  Cəmil  Quliyevin  “Xocalı”,  Abdulla  Ələkbərovun 

“Qarabağın  sabahı”,  Səbuhi  Məmmədovun  “Yaralı  ana”, 

“Dəhşət”,  Sabir  Çopuroğlunun  “Xocalı  harayı”,  Rövşən 

Məmmədovun  “Torpağın  harayı”,  “O  qan  yerdə  qalmaz”, 

Vüqar  Quliyevin  “Sönmüş  ocaq”  və  s.  əsərlərdə  faciənin 

ayrı-ayrı məqamları işıqlandırılmışdır. 

Xocalı  faciəsinin  anım  günündə  rəssamların  əsərlərindən 

ibarət  “Xocalı  soyqırımı:  sənət  yaddaşımızın  ağrılı  səhifəsi 



kimi”  başlıqlı  sərgiyə  baxış  keçirilir.  Bu  sərgidəki  əsərlər 

Xocalı  soyqırımının  dəhşətlərini  oxuculara  rəssamların  dili  

ilə deyəcək. 

Bu 


soyqırımın 

dəhşətləri 

sənətin 

müxtəlif 

sahələrində  də  öz  əksini  tapmışdır.  Faciənin  adının 

əbədiləşməsi  üçün  ölkəmizdə  böyük  işlər  görülmüşdür. 

Bakıda  yerləşən  Xocalı  faciəsi  abidəsi  Xocalı  şəhidlərinin 

xatirəsinə  ehtiramın  nümunəsidir.  Özündə  ana  kədərini  əks 

etdirən bu heykəlin müəllifi tişə ustası Aslan Rüstəmovdur. 

Yaxın  keçmişin  acı  həqiqətlərini  gələcək  nəslə  çatdırmaq 



üçün Xocalı qətliamına həsr edilmiş bu sənət nümunələrinin 

təbliği kitabxanada əsas yer tutur. Sərgidən sonra bu abidəyə 



“Dünyanın ən dəhşətli faciəsi” adlı ekskursiya təşkil etmək 

olar.  Bunun  üçün  öncə  yaxınlıqdakı  hər  hansı  məktəbin 

rəhbərliyi  ilə  danışılır  və  müəyyən  siniflə  ekskursiya  üçün 

vaxt  təyin  edilir.  Burada  kitabxanaçı  faciə  haqqında 

şagirdlərə  ətraflı  məlumat  verir.  Məlumat  üçün  Xocalı 

faciəsindən bəhs edən kitablardan istifadə edilə bilər.  

Xocalı  həqiqətlərini  dünyaya  çatdırmaq  son  illər 

xeyli  işlər  görülmüş,  xarici  dillərdə  kitablar  nəşr  edilmiş, 

filmlər  çəkilmiş,  saytlarda  məlumatlar  yerləşdirilmişdir. 

Soyqırımla  bağlı  məlumatların  oxuculara  hərtərəfli 

çatdırılması üçün biz kitabxanaçılar da fəallıq göstərməliyik.  

Xocalı 


həqiqətlərini 

dünyaya 


çatdırılmasında 

çəklimiş  filmlərimizin  də  müstəsna  əhəmiyyəti  vardır.  Bu 

qətliamla  bağlı  ilk  bədii  film  Nüşabə  Məmmədovanın 

“Haray” filmidir.  



Xocalı  faciəsinin  25-ci  ildönümü  ilə  bağlı 

kitabxananın  oxu  zalında      bu  filmləri  oxucular  üçün 

nümayiş etdirmək olar.  

 Qətliamla  bağlı  olan  bu  film  Xocalı  həqiqətlərinin 

kinoda  dolğun  ifadəsidir.  Rejissor  Oruc  Qurbanovun 

quruluşunda  ərsəyə  gələn  kinolentdə  Xocalıda  baş  verənlər 

insanlığa  qarşı  törədilmiş  tükürpədici  hadisə  kimi  təsvir 

olunur.  Ermənilərin  azərbaycanlı  əsirlərə  qarşı  törətdikləri 

işgəncələrə  şahid  olan  iki  yeniyetməni  baş  qəhrəman  kimi 

təqdim  edən  bacı  və  qardaşın  intiharı  ekran  əsərini  çox 

təsirli  edir.    Digər  ekran  əsəri  rejissor  Mərahim 

Fərzəlibəyovun  çəkdiyi  “Qırmızı  qar”  filmidir.  Xocalı  və 

Qarabağ mövzusunda daha bir ekran əsəri Elxan Qasımovun 

çəkdiyi  “Biz  qayıdacağıq”  filmidir.  Film  Xocalıdan  olan 

yeniyetmə oğlanın həyatından bəhs edir. Son dövrlər çəkilən 


“Xoca”  filmi  isə  mövzuya  daha  yaxınlaşaraq,  Xocalının 

işgalı ərəfəsindəki ağrılı məqamlara söykənir. 

 

 Bu  gün  Qarabağı  geri  qaytarmaq  Azərbaycanın  ərazi 



bütövlüyünü, torpaqlarımızın toxunulmazlığını bərpa etmək,

 

Azərbaycan 



dövlətçiliyinə 

əbədiyyət 

qazandırmaq, 

Azərbaycanda  separatizmin  kökünü  kəsmək  haqqımızı 

kimsə əlimizdən ala bilməz. 

Vətən oğlu Qarabağ bu gün bizim üçün Tanrı sınağı, 

qeyrət  rəmzidir.  Qarabağ  bizim  yaşam  pasportumuzdur. 

Qarabağsız  Azərbaycan  ruhsuz  candır.  Bu  gün  Qarabağ 

milli qeyrət, milli mənlik, milli özünüdərk, olum-ölüm yolu, 

gələcək  nəsillər  qarşısında  məsuliyyət  hissi  deməkdir. 

Qarabağı  unutsan,  bu  gününlə,  sabahınla,  varlığınla, 

həyatınla vidalaşmalı olacaqsan.  Bu gün səni məhv etməyi, 

varlığını  tarix  səhnəsindən    silməyi  qarşısına  məqsəd 

qoymuş  erməni-daşnaq  faşizmi  ilə  üz-üzəsən.  Qarabağ 

uğrunda mübarizə aparmalısan. Bu mübarizə sənin yaşamaq 

haqqın,  həyat  sevincindir.  Qan  yaddaşını  oyat!  Tarixdən 

ibrət dərsi götürməyənləri tarix özü cəzalandırır! 

 

 

 

Ədəbiyyat siyahısı: 

Kitablar: 

 

Beynəlxalq hüquq normaları Xocalıda soyqırımının həyata 



keçirildiyini birmənalı təsdiqləyir // Erməni xəyanəti : terror, 

soyqırım və deportasiya siyasəti. – Bakı : Avropa, 2009. – 

S.102-116. 


 

Biz o yurdlara qayıdacağıq : foto kitab. - Bakı : "QHT 

nəşriyyatı", 2013. - 152 s.  

 

Bizi əsirlikdən qurtarın = Release us from captivity. - Bakı 

: Qismət, 2006. - 680 s. : foto, xəritə. - Azərbaycan və 

ingilis dillərində.  

 

Erməni Terroru = Armenian Terror = Армянский Террор. – 



Bakı : Vətən, 2005. – 168 s. 

 

Əhmədov Q. Ermənilər bizi üç gün ov kimi ovladılar, 



qarışqa kimi qırdılar // Erməni xəyanəti : terror, soyqırım və 

deportasiya siyasəti. – Bakı : Avropa, 2009. – S.117-118. 

 

Əroğul Ə. Erməni-daşnak faşizminin törətdiyi “Xocalı 



soyqırımı” insan ağlının qəbul etmədiyi vəhşanəlikdir // 

Əroğul Ə. Erməni-daşnak faşizmi və Azərbaycan.  - Bakı : 

Təhsil, 2007. – S.350-363. 

 

Əroğul Ə. XX əsr Azərbaycan türkünün soyqırımı əsridir // 



Erməni-daşnak faşizmi və Azərbaycan. - Bakı : Təhsil, 

2007. – S.364-370. – Məqalədə soyqırımının illər üzrə 

sayının cədvəli verilmişdir. 

 

Hicran F. Qarabağda talan var.- Bakı : Gənclik, 1992.-160s. 



 

Xəlilqızı Ə. Güllələnmiş uşaqlıq = Растрелянное детство = 

Shot Through ChildHood. – Bakı : Çaşıoğlu, 2007. - 297 s. 

 

Xocalı soyqırımı - 20 : biblioqrafiya. - Bakı : M.F.Axundov 

adına Azərbaycan Milli Kitabxanası, 2012. - 313 s. - 

Azərbaycan və rus dillərində. 

 


Qarabağ: dünən, bu gün  fotoşəkillərdə = Karabakh: 

Yesterday and Today : in photos  = Карабах: вчера, 

сегодня : в фотоснимках =  ارغوتفلا روصلا مویلا و سملاا غابارق

ةیف


 

: kitab-albom - Bakı : İndiqo, 2007. - 200 s. : foto. - 

Azərbaycan, ingilis, rus və ərəb dillərində.  

 

Məhərrəmli Z. Xocalı taborunun əsgəri : Zöhrə Lətif qızı 



Quliyeva haqqında  

// Məhərrəmli Z. Qırx qız dastanı. – Bakı : 2003. –  315 s. 

 

Məhərrəmzadə Ə. S. Xocalı soyqırımı : ermənilərin 

Azərbaycanlılara qarşı apardığı soyqırım siyasətinin 

xronologiyası. - Bakı : Adiloğlu, 2011. - 184 s.  

 

Məmmədov S. Tarixi saxtalaşdırmaq cinayətdir. II hissə. - 

Bakı : Ziya NPM, 2015. - 256 s.  

 

Musaqızı S. Azərbaycan terrorizm caynağında. – B. : 



Təfəkkür, 2004. – S. 156. 

 

Müslümqızı S. Dünya susmasın gərək = World should not 

keep silence : Sənədli xronika. - Bakı : Yazıçı, 2014. - 84 s. 

: foto. - Azərbaycan və ingilis dillərində.  

 

Müslümqızı S. Xocalıdan gələn var = Guest from. - Bakı : 

[s. n.], 2008. - 254 s. : fot. - Azərbaycan və ingilis dillərində. 

 

Müslümqızı S. Qar üstünə qan yağırdı.- B.: Azərnəşr, 1993.- 



184 s. 

 

Onlar heç vaxt böyüməyəcəklər = They will never grow up 



= Они никогда не станут взрослыми/ "Azərbaycan yolu" 

Siyasi Hərəkatı; red. : M. Nazimoğlu. –  

Bakı : Çaşıoğlu, 2005. - 96 s.  


 

Seyidzadə M. M.  

Milli qəhrəmanlar zirvəsi. - Bakı : BS 

Polygraphic, 2010. - 256 s.  

 

Səlimbəyli Ş. Ə. Erməni  terroru : 5 cilddə.  I kitab : 



Qarabağda müharibənin başlanması  : Hadisələr... faktlar... - 

Bakı : Avropa, 2008. - 400 s. : foto.  

 

 

Səlimbəyli Ş. Erməni  terroru : 5 cilddə. I kitab : Qarabağda 



müharibənin başlanması  : Hadisələr... faktlar... - Bakı : 

Avropa, 2008. - 400 s.  

 

Səmədov V. Leyla Əliyeva "Xocalıya ədalət!" (Beynəlxalq 



erməni terroruna qarşı yeni strateji model) : monoqrafiya : 3 

cilddə. I cild. - Bakı : CBS, 2014. - 344 s.  

 

Səmədov V. Leyla Əliyeva "Xocalıya ədalət!" (Beynəlxalq 



erməni terroruna qarşı yeni strateji model) : monoqrafiya : 3 

cilddə. II cild. - Bakı : CBS, 2014. - 376 s.  

 

Səmədov V. Leyla Əliyeva "Xocalıya ədalət!" (Beynəlxalq 



erməni terroruna qarşı yeni strateji model) : monoqrafiya : 3 

cilddə. III cild  - Bakı : CBS Polygraphic production, 2014. - 

480 s.  

 

Sultanov Z. Xocalı faciəsi.- B.: İşıq, 1993.- 51 s.     



 

 

Zamanov N. Xocalı. Bizim bilmədiyimiz həqiqətlər // 



Erməni terroru – Bakı : Avropa, 2008. – S.337-350. 

 

 



 Elektron resurslarda 

 

 Azərbaycan tarixi [Elektron resurs] : XI-sinif.  

Ən yeni 


dövr III hissə. - Bakı : İnnovativ Tədris Mənbələri (İTM) 

QSC, 2012. - 1 el. yaddaş(fləşkart) : rəngli, az. 

 

 

Xocalı faciəsinə həsr olunmuş bədii əsərlər 



Kitablar 

 

Çəmənli M. Fred Asif : sənədli roman. – B.: Təhsil, 2010. – 

224 s. 

 

Elatlı E. Cəhənnəmdən gələn səs : roman. – B.: Elgün, 2011. 



– 368 s. 

 

Gün N. Xocalı simfoniyası : rekviyem : Azərbaycan, rus və 



ingilis dillərində. – B.: Vektor Nəşrlər Evi, 2006. -  82 s. 

 

 



Həşimli A.  Arpaçayın nisgili. – Bakı : Qələm, 2012. – 96 s. 

 

İsabəyli Q.  



"Aclıq" dərsi. - Bakı : Şirvannəşr, 2014. - 8 s. 

- Kitab Azərbaycan və ingilis dillərindədir. 

 

Məmmədli N. Zəngulə.- Bakı : Qapp-poliqraf, 2004.- 224 s. 



 

Müslümqızı S. Xocalı uşaqları - Qan içində qar çiçəyi = 

Дети Ходжалы - снежный цветок в крови = Children of 

Khojaly - bloody primroses : povest. - Bakı : Yazıçı, 2013. - 

120 s. - Azərbaycan, rus və ingilis dillərində. 

 

Nuruqızı S. Qisas. - Bakı : Vektor, 2005. - 140 s.  



 

Sadiq Ş. Ümidlərin izi ilə : kriminal-detektiv roman. - Bakı : 

Hədəf nəşrləri, 2012. - 431 s. : il.  


 

Səmədli Ə. Qanlı bənövşə - Bakı : Azərbaycan 

Ensiklopediyası NPB, 1996. – 48 s. 

 

Sonam B. Qanlı dərə.- Bakı : Qanun, 2004.- 44 s. 



 

Sonam B. Sahibsizlik. – Bakı : Qanun, 2004. – 52 s. 

 

Soyqırım: Erməni terrorizmi : [bədii və sənədli əsərlərdən 



ibarət toplu]. – B.: MBM, 2009. – 164 s. 

 

Vəkiloğlu M. Soyqırım= Геноцид. – Bakı : Təhsil, 2010. – 



245 s. 

 

Yaqublu N. Xocalı soyqırımı. - Bakı : Elm və Təhsil, 2012. 

- 188 s.  

 

Kitablarda 

 

Abuzərli N. Xocalı soyqırımı // Abuzərli N. Elçilər. – B. 

:Şivannəşr,2004. – S.195-196.  

 

Ağabalayev Ü. Xocalıda faciə : şeir   // Ağabalayev Ü. 



Soltanəlinin uğursuz taleyi. – Bakı : Şirvannəşr, 2010. – S. 

137.  


 

 

Dəlidağ Ş. Qarabağın harayı : cinaslar poeması // 



Azərbaycan harayı. - Bakı : Respublika Xatirə Kitabı 

Redaksiyası, 2002. - S.406-421. 

 

Dəmirçi Z. Cavab ver : Xocalıya həsr olumuş poema // 



Dəmirçi Z. Qayalı. – B. : UniPrint, 2008. – S.211-226. 

 


Dilbazi M. Xocalı fəryadı : pyes  // Seçilmiş əsərləri. - Bakı 

: Lider, 2004. - S.242-248. ; Fikir ümmanında : əsərlərindən 

seçmələr. – Bakı : E.L. NPŞ MMC, 2014. – S.472-480.  

 

Fazil Ş. Bığ : şeir // Azərbaycan harayı. - Bakı : Respublika 



Xatirə Kitabı Redaksiyası, 2002. - S.203. 

 

Fərhadoğlu K.  Xocalı : şeir // Dağlarda nisgilli bir ağım 



qalıb. - Bakı : E.L., 2008. - S.16-17.  

 

Həsənli S. Xocalı : şeir // Həsənli S. Qəlbimdə yurd həsrəti 



var. – Bakı : Təfəkkür, 2005. – S.97.  

 

Həsənli S. Xocalı : şeir // Həsənli S. Barışmam səninlə, 



barışmam dünya. – Bakı : Təfəkkür, 2004. – S.25.

 

 



 

Həşimov A. Xocalı harayı : şeir // Arpaçayın nisgili. – Bakı 

: Qələm, 2012. – 67-69. 

 

Horovlu Ş.Z.  Elim yandı Xocalıda : şeir // Horovlu Ş.Z. 



Babam iki alıb. – Bakı : 2006. – S.51.  

 

Horovlu Ş.Z.  Xocalıya – gedək bizə : şeir // Horovlu Ş.Z. 



Babam iki alıb. – Bakı : 2006. – S.56. 

 

 



Xəzri N. Xocalıda ərik ağacı : şeir // Seçilmiş əsərləri. 2 

cilddə.  - Bakı : Lider, 2004. – C.1. - S.98-100. 

 

Xınalı Z. Xocalı : şeir // Xınalı Z. Vətən sevgisi. – Bakı : 



Adiloğlu, 2007. – S.39. 

 

 



Xuraman. Xocalı hey... : mənsur şeir // Anasız qalan 

dünyam. - Bakı : Nərgiz, 2008. - S.79-80. 

 

 


Kəsəmənli N. Xocalı : şeir // Seçilmiş əsərləri. - Bakı : Şərq-

Qərb, 2004. - S.247-249. ; Azərbaycan harayı. - Bakı : 

Respublika Xatirə Kitabı Redaksiyası, 2002. - S.108. ; 

Kəsəmənli N. Heyf o sevgiyə. - Bakı : Maarif, 2006. - 

S.103-105.  

 

Qaramuradlı M.Y. Xocalıdan gəlirəm : şeir // Qaramuradlı 



M. Qədərində götür. – Bakı : Vektor Nəşlər Evi, 2007. - 

S.77. 


 

 

Qudyalçaylı M. Qara səhifələr ; Ağ atım - qırmızı atım : 



şeirlər // Azərbaycan harayı. - Bakı : Respublika Xatirə 

Kitabı Redaksiyası, 2002. - S.257-258.  

 

Quluzadə Ə. Gözlə, Xocalı, gözlə : şeir // Quluzadə Ə. 



Qadan mənə, Qarabağ. - Bakı : Ozan, 2006. - S.54-56. 

 

 



Quluzadə Ə. Salam, Xocalı dərdim: şeir // Quluzadə Ə. 

Qadan mənə, Qarabağ. – Bakı : Ozan, 2006. - S.53-54. 

 

 

Quluzadə Ə. Şəhid şəhər : poema // Azərbaycan harayı. - 



Bakı : Respublika Xatirə Kitabı Redaksiyası, 2002. – S. 

446-500. 

 

Məğrur Y. Xocalı : şeir // Gəlirəm Qarabağ. – Bakı : Yazıçı, 



2014. – S.27. 

 

Məğrur Y. Layla, Xocalım, layla // Gəlirəm Qarabağ. – Bakı 



: Yazıçı, 2014. –  

 

S. 28-29. 



 

Məmmədli S. Xocalı qaldı : şeir // Yalnız qələm dözür 

ağırlığıma. - Bakı : Vektor Nəşlər evi, 2014. – S.48. 

 


Musaqızı S. Xocalı soyqırımı tarixin səhnəsində : poemadan 

bir hissə // Azərbay-can terrorizm caynağında. – Bakı: 

Təfəkkür, 2004. – S.54-59.  

 

Nazimoğlu R. Ağla, Xocalım, oy ağla  : şeir // Nazimoğlu R. 



Ağla, Xocalım, ağla. - Bakı : Araz, 2006. - S.12-14. 

 

Nazimoğlu R. Kədər himni : şeir // Nazimoğlu R. Ağla, 



Xocalım, ağla. - Bakı : Araz, 2006. - S.41-43. 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin