Aparıcı: - Biri var idi, biri yox idi, axar baxarlı, başı ağ
çalmalı, həyatın hər səhnəsinin şahidi, hər günlərini inamla
salamlayan, sabahlara ümidlə göz dikən, dağların qoynunda
Xocalı adlı bir cənnətməkan var idi. Qarabağın sinəsində yer
alan bu ocaqda hər səhər göylərin nazlı gözəli günəş təbbəsümü
ilə insanları yuxudan oyadırdı.
Günlərin bir günü...
Bu dağların qoynunda yaşıl bir kənd varıydı,
Əlvan saray, güllü bağ, gen aynabənd varıydı.
Neçə dodağı şəkər, söhbəti qənd varıydı,
Neçə incəbel gözəl, zülfü kəmənd varıydı.
Yoxdu daha nağıldı,
İtdi, batdı, dağıldı,
Mənim şirin qafiyəm, mənim üçcə hecalım,
Xocalım, ay Xocalım.
Səhnəyə böyük yaş qrupundan olan 2 nəfər oxucu (oğlan
və qız) çıxaraq Xocalıya aid şeir söyləməyə başlayırlar.
I oxucu: -Xocalıdan səs gəldi:
“Kömək edin, amandı!”
Güllələrin səsindən
Ot tutdu, aləm yandı.
15
Tənha qaldı Xocalı,
Kömək edən olmadı.
Dağıldı şəhər bütün,
Ondan əsər qalmadı
II oxucu: -Erməni-rus ordusu
Basqın etdi qəflətən.
Qadın, qoca, uşağı
Qətlə yetdi qəflətən.
Bələkdəki körpələr
Süngülərə taxıldı.
Günahsız insan qanı
Su yerinə axırdı.
I oxucu: - Adamların qanıyla
Yuyuldu ana torpaq.
İşgəncələr verildi
O gün xalqıma,Allah
Güllələndi millətim,
Tapdalandı qeyrətim
Xocalıda o gecə.
II oxucu: - Dünya niyə susubdur,
Məgər görməyir bunu?
Müdafiə edirlər
Erməni quldurunu.
Susduracam od qoxan
Cingiltili səsini.
Qulağını aç, eşit,
Koroğlu nərəsini
(I və II oxucu sonuncu bəndi bir yerdə)
-Cinayətkar cəzasın
Çəkməlidir onu bil
16
Xocalı mənimkidir,
Düşmənim, geri çəkil!
Şeiri söylədikdən sonra baş əyib səhnəni tərk edirlər.
Sonra 3 nəfər ağ libaslı (ölən uşaqların ruhları) kiçik yaş
qrupundan olan oxucu və 1 nəfər böyük yaş qrupundan olan
oxucu (qız) ana libasında səhnəyə çixaraq şeirlər söyləyirlər.
Ana ağlayaraq uşaqlardan soruşur:
-Niyə külə döndünüz,
Ay körpə balalarım?
Hansı nağılların siz,
Deyin qəhrəmanısız?
Sizin ki, yox idi bir
Kiçik də təqsiriniz?
Bəs hansı fitnəkarın
Oldunuz şikarı siz?
Dünyaya göz açdınız
Təlaşlı bir zamanda.
Müharibə başlandı!..
Qırılaydı əlləri
Düşmənin başlayanda.
Gülüşünüz qurudu
Südlü dodağınızda,
Səsiniz də uduldu
Elə boğazınızda.
Yalnız qaçhaqaç görür,
Bir də eşidirdiniz:
-Atəş! Haray! Ay haray!
Erməni gəldi, haray!
17
I oxucu: - Dağıldı ev-eşiyimiz,
Uçuldu beşiyimiz!
Xəyanətin əliylə,
Düşmənin əməliylə.
Dünyada əziz olan,
Amalı təmiz olan
Atamızı itirdik,
Əzizdən əziz olan
Anamızı itirdik
II oxucu: - O anda ki açılmaq
İstəməyən güllələr
Tuşlandı üzümüzə
Şıdırğı yağış kimi
Töküldü üstümüzə
Qönçə gül-çiçək kimi
Bizi vaxtsız biçdilər,
Qanımıza bulanıb,
Qanımızdan içdilər.
Səsimiz, fəryadımız
Göylərə ucalırdı,
Sanki hər bir güllədən
Dağlar da qocalırdı.
III oxucu: - O qaniçən cəlladlar
Bəli, aldatdı bizi.
Ağa-boza baxmadan
Heç süd dişi çıxmayan
Körpələrə qıydılar.
Döyə-döyə qırdılar,
Söyə-söyə qırdılar:
-Türkün nəsli gərəkdir
18
Bələkdəcə qırıla,
Süngülərdən keçirilə,
Al qanında qıvrıla.
Deyə-deyə qırdılar,
Döyə-döyə qırdılar,
Biz körpə fidanları
Allah qırsın onları.
Ana - Qoymazlar ki, qanınız
Yerdə qala, balalar.
Laylasın anam mənə
Belə demiş dönə-dönə:
“Bir anan mən, biri Vətən”...
A körpəcə fidanlar,
Unudulmaz o anda
O vaxtlar, o zamanlar.
Bu gün xalq da, Vətən də
Unutmamışdır sizi.
Azadlıq arzusuyla
Alışan qəlbinizi,
Neçə-neçə igidi.
Siz rahat uyuyun ki,
Qalib gələr həqiqət!
Neçə ay, il keçsə də,
Zəfər çalar ədalət!
İştirakçılar baş əyərək səhnəni tərk edirlər.
Aparıcı: - 1992-ci ilin fevralı idi, bu füsnkar məkanın
üstünü qara buludlar aldı. İşıqlı sabahlara can atan yurdumuz
erməni qəsbkarlarının iştahına tuş gəldi. Bir işğalçı olaraq
bədnam qonşularımız füsnkar gözəlliyin əsiri oldular.
Ağzından alov çıxan silahlar yedi səni,
İştahalar, nəfslər, tamahlar yedi səni.
19
Bağışlanmaz, yuyulmaz günahlar yedi səni.
... Heç Allah götürərmi qisasımı gec alım?
Xocalım, ay Xocalım!
Aparıcı: - 25-dən 26-na keçən gecə dinc sakinlər onları
daha dəhşətli bir faciənin gözlədiyini bilmirdilər. Həmin gecə
bir ailənin taleyi belə oldu. Leyli dəhşətli atışmanın səsindən
oyananda saat 10-nun yarısı idi. Həm çöldəki tükürpədici
vahimənin səsi, həmdə evdə yalqızlıq xofu onu bürüdü. Ana
təlaş içində beşikdə yatan körpəsinə doğru boylandı. Qorxu
içində olan ana özünü itirdi.Neçə müddət idi ki, həyat yoldaşı
Xocalı aeroport postunda keşik çəkirdi.Ana pəncərəyə
yaxınlaşır. Bu an qarşılaşdığı mənzərədən sanki başı hərlənir.
Xocalı alov içində yanırdı. Onun qarşılaşdığı bu mənzərə sanki
cəhənnəm idi.
Ana bir anlıq beşiyə tərəf cumur və yuxulu körpəsini
qapır və alovun içində özünü ora-bura vuran camaatla
vurnuxmağa başlayır. Nəhayət cəhənnəmdən qurtulmaq üçün
şaxtalı fevral günündə körpəsi ilə birgə qaranlıq meşəyə doğru
üz tutur. Lakin hara üz tutsa da yağı onların başının üstünü
quduz kimi kəsmişdi. Buzdan qaysaq bağlamış Qarqar çayını
keçərkən körpəsini bağrına basır.
Ana: -“Yox... Yox... mən səni heç kəsə vermərəm,
mənim balam!”Özünü yox, körpəsini xilas etmək üçün var gücü
ilə qaçır.
(Aparıcı səhnəyə gəlir)
Müharibə, Düşmən, Şaxta... Bu üçhökmlü qorxular
içərisində ana qayaya doğru qaçmağa başlayır. Hənirti eşidir.
Ana ətrafına boylanır. Hər tərəfi qarla örtülmüş yerdə
ləpirlərdən başqa heç nə görmür. Birdən uzaqdan topa gələn bir
qaraltı görür. Dəhşət içərisində mağaraya tərəf qaçaraq gizlənir.
Ara sakitləşəndən sonra mağaradan çıxir. Bu zaman ona elə
20
gəldi ki körpəsi donur. Ehmalca qucağındakı körpəsinin üzünü
açdı... Boş yorğanı əlləri ilə ələk-vələk elədi. Körpə yox
idi.Yoxx!!! ola bilməz. Ana ağlaya-ağlaya çönüb arxaya baxır.
Geri dönmək istəyir. Amma bacarmır...
Xocalı
soyqırımı
haqqında
həqiqətlərin
dünya
xalqlarına
çatdırılmasında, bəşəriyyətə qarşı ən
böyük cinayətlərdən biri olan bu faciə
haqqında beynəlxalq miqyasda dolğun
təsəvvürlərin
formalaşdırılmasında
sənət
nümünələrinin
də
rolu
böyükdür.
Sənətkarlarımızan
bu
faciəyə həsr edilmiş kino, musiqi,
teatr, və rəsm əsərləri dünyanın bir
çox ölkələrində nümayiş etdirilir. Bu
əsərlər Heydər Əliyev Fondunun
təşəbbüsü ilə neçə illərdir ki, Xocalı faciəsini Azərbaycana qarşı
törədilmiş soyqırım aktı kimi tanıdılmasında böyük rol oynayır.
Rəssamlarımızın qəlb ağrısı ilə müraciət etdiyi bu mövzuda ilk
növbədə fırça ustası Vaqif Ucatayın silsilə işlərini və xüsusilə
“Xocalı” plakatını qeyd etmək olar.
Sinəsinə düşmən xəncəri sancılmış körpəni əks etdirən bu plakat
hər kəsdə şəhidlərə mərhəmət, faciəni törədənlərə isə nifrət hissi
aşılayır.
21
Digər
rəssamlardan
Mayis Əliyevin “Haray”,
“Xocalıya ithaf”, Cəmil Quliyevin “Xocalı”, Abdulla
Ələkbərovun “Qarabağın sabahı”, Səbuhi Məmmədovun
“Yaralı ana”, “Dəhşət”, Sabir Çopuroğlunun “Xocalı harayı”,
Rövşən Məmmədovun “Torpağın harayı”, “O qan yerdə
qalmaz”, Vüqar Quliyevin “Sönmüş ocaq” və s. əsərlərdə
faciənin ayrı-ayrı məqamları işıqlandırılmışdır.Xocalı faciəsinin
anım günündə rəssamların əsərlərindən ibarət “Xocalı
soyqırımı: sənət yaddaşımızın ağrılı səhifəsi kimi” başlıqlı
sərgiyə baxış keçirilir. Bu sərgidəki əsərlər Xocalı soyqırımının
dəhşətlərini oxuculara rəssamların dili ilə deyəcək. Bu
soyqırımın dəhşətləri sənətin müxtəlif sahələrində də öz əksini
tapmışdır. Faciənin adının əbədiləşməsi üçün ölkəmizdə böyük
işlər görülmüşdür. Bakıda yerləşən Xocalı faciəsi abidəsi Xocalı
şəhidlərinin xatirəsinə ehtiramın nümunəsidir. Özündə ana
kədərini əks etdirən bu heykəlin müəllifi tişə ustası Aslan
Rüstəmovdur. Yaxın keçmişin acı həqiqətlərini gələcək nəslə
çatdırmaq üçün Xocalı qətliamına həsr edilmiş bu sənət
nümunələrinin təbliği kitabxanada əsas yer tutur. Sərgidən sonra
bu abidəyə “Dünyanın ən dəhşətli faciəsi” adlı ekskursiya
22
təşkil etmək olar. Bunun üçün öncə yaxınlıqdakı hər hansı
məktəbin rəhbərliyi ilə danışılır və müəyyən siniflə ekskursiya
üçün vaxt təyin edilir. Burada kitabxanaçı faciə haqqında
şagirdlərə ətraflı məlumat verir. Məlumat üçün Xocalı
faciəsindən bəhs edən kitablardan istifadə edilə bilər. Xocalı
həqiqətlərini dünyaya çatdırmaq son illər xeyli işlər görülmüş,
xarici dillərdə kitablar nəşr edilmiş, filmlər çəkilmiş, saytlarda
məlumatlar yerləşdirilmişdir. Soyqırımla bağlı məlumatların
oxuculara hərtərəfli çatdırılması üçün biz kitabxanaçılar da
fəallıq
göstərməliyik.Xocalı
həqiqətlərini
dünyaya
çatdırılmasında çəklimiş filmlərimizin də müstəsna əhəmiyyəti
vardır. Bu qətliamla bağlı ilk bədii film Nüşabə Məmmədovanın
“Haray” filmidir. Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı
kitabxananın oxu zalında bu filmləri oxucular üçün nümayiş
etdirmək olar. Qətliamla bağlı olan bu film Xocalı həqiqətlərinin
kinoda dolğun ifadəsidir. Rejissor Oruc Qurbanovun
quruluşunda ərsəyə gələn kinolentdə Xocalıda baş verənlər
insanlığa qarşı törədilmiş tükürpədici hadisə kimi təsvir olunur.
Ermənilərin azərbaycanlı əsirlərə qarşı törətdikləri işgəncələrə
şahid olan iki yeniyetməni baş qəhrəman kimi təqdim edən bacı
və qardaşın intiharı ekran əsərini çox təsirli edir. Digər ekran
əsəri rejissor Mərahim Fərzəlibəyovun çəkdiyi “Qırmızı qar”
filmidir. Xocalı və Qarabağ mövzusunda daha bir ekran əsəri
Elxan Qasımovun çəkdiyi “Biz qayıdacağıq” filmidir. Film
Xocalıdan olan yeniyetmə oğlanın həyatından bəhs edir. Son
dövrlər çəkilən “Xoca” filmi isə mövzuya daha yaxınlaşaraq,
Xocalının işgalı ərəfəsindəki ağrılı məqamlara söykənir. Bu gün
Qarabağı geri qaytarmaq Azərbaycanın ərazi bütövlüyünü,
torpaqlarımızın toxunulmazlığını bərpa etmək,
Azərbaycan
dövlətçiliyinə
əbədiyyət
qazandırmaq,
Azərbaycanda
separatizmin kökünü kəsmək haqqımızı kimsə əlimizdən ala
bilməz. Vətən oğlu Qarabağ bu gün bizim üçün Tanrı sınağı,
23
qeyrət rəmzidir. Qarabağ bizim yaşam pasportumuzdur.
Qarabağsız Azərbaycan ruhsuz candır. Bu gün Qarabağ milli
qeyrət, milli mənlik, milli özünüdərk, olum-ölüm yolu, gələcək
nəsillər qarşısında məsuliyyət hissi deməkdir. Qarabağı unutsan,
bu gününlə, sabahınla, varlığınla, həyatınla vidalaşmalı
olacaqsan. Bu gün səni məhv etməyi, varlığını tarix səhnəsindən
silməyi qarşısına məqsəd qoymuş erməni-daşnaq faşizmi ilə üz-
üzəsən. Qarabağ uğrunda mübarizə aparmalısan. Bu mübarizə
sənin yaşamaq haqqın, həyat sevincindir. Qan yaddaşını oyat!
Tarixdən ibrət dərsi götürməyənləri tarix özü cəzalandırır.
24
Ədəbiyyat siyahısı:
Kitablar:
Beynəlxalq hüquq normaları Xocalıda soyqırımının
həyata keçirildiyini birmənalı təsdiqləyir // Erməni xəyanəti :
terror, soyqırım və deportasiya siyasəti. – Bakı : Avropa, 2009.
– S.102-116.
Biz o yurdlara qayıdacağıq : foto kitab. - Bakı : "QHT
nəşriyyatı", 2013. - 152 s.
Bizi əsirlikdən qurtarın = Release us from captivity. -
Bakı : Qismət, 2006. - 680 s. : foto, xəritə. - Azərbaycan və
ingilis dillərində.
Erməni Terroru = Armenian Terror = Армянский
Террор. – Bakı : Vətən, 2005. – 168 s.
Əhmədov Q. Ermənilər bizi üç gün ov kimi ovladılar,
qarışqa kimi qırdılar // Erməni xəyanəti : terror, soyqırım və
deportasiya siyasəti. – Bakı : Avropa, 2009. – S.117-118.
Əroğul Ə. Erməni-daşnak faşizminin törətdiyi “Xocalı
soyqırımı” insan ağlının qəbul etmədiyi vəhşanəlikdir // Əroğul
Ə. Erməni-daşnak faşizmi və Azərbaycan. - Bakı : Təhsil, 2007.
– S.350-363.
Əroğul Ə. XX əsr Azərbaycan türkünün soyqırımı
əsridir // Erməni-daşnak faşizmi və Azərbaycan. - Bakı : Təhsil,
2007. – S.364-370. – Məqalədə soyqırımının illər üzrə sayının
cədvəli verilmişdir.
Hicran F. Qarabağda talan var.- Bakı : Gənclik, 1992.-
160s.
Xəlilqızı Ə. Güllələnmiş uşaqlıq = Растрелянное
детство = Shot Through ChildHood. – Bakı : Çaşıoğlu, 2007. -
297 s.
Xocalı soyqırımı - 20 : biblioqrafiya. - Bakı :
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2012. - 313
s. - Azərbaycan və rus dillərində.
Qarabağ: dünən, bu gün fotoşəkillərdə = Karabakh:
25
Yesterday and Today : in photos = Карабах: вчера, сегодня :
в фотоснимках = ةیفارغوتفلا روصلا مویلا و سملاا غابارق : kitab-albom
- Bakı : İndiqo, 2007. - 200 s. : foto. - Azərbaycan, ingilis, rus
və ərəb dillərində.
Məhərrəmli Z. Xocalı taborunun əsgəri : Zöhrə Lətif
qızı Quliyeva haqqında // Məhərrəmli Z. Qırx qız dastanı. – Bakı
: 2003. – 315 s.
Məhərrəmzadə Ə. S. Xocalı soyqırımı : ermənilərin
Azərbaycanlılara
qarşı
apardığı
soyqırım
siyasətinin
xronologiyası. - Bakı : Adiloğlu, 2011. - 184 s.
Məmmədov S. Tarixi saxtalaşdırmaq cinayətdir. II
hissə. - Bakı : Ziya NPM, 2015. - 256 s.
Musaqızı S. Azərbaycan terrorizm caynağında. – B. :
Təfəkkür, 2004. – S. 156.
Müslümqızı S. Dünya susmasın gərək = World should
not keep silence : Sənədli xronika. - Bakı : Yazıçı, 2014. - 84 s.
: foto. - Azərbaycan və ingilis dillərində.
Müslümqızı S. Xocalıdan gələn var = Guest from. -
Bakı: 2008. - 254 s. : fot. - Azərbaycan və ingilis dillərində.
Müslümqızı S. Qar üstünə qan yağırdı.- B.: Azərnəşr,
1993.- 184 s.
Onlar heç vaxt böyüməyəcəklər = They will never grow
up = Они никогда не станут взрослыми/ "Azərbaycan yolu"
Siyasi Hərəkatı; red. : M. Nazimoğlu. – Bakı : Çaşıoğlu, 2005. -
96 s.
Seyidzadə M. M.
Milli qəhrəmanlar zirvəsi. - Bakı :
BS Polygraphic, 2010. - 256 s.
Səlimbəyli Ş. Ə. Erməni terroru : 5 cilddə. I kitab :
Qarabağda müharibənin başlanması : Hadisələr... faktlar... -
Bakı : Avropa, 2008. - 400 s. : foto.
Səlimbəyli Ş. Erməni terroru : 5 cilddə. I kitab :
Qarabağda müharibənin başlanması : Hadisələr... faktlar... -
Bakı : Avropa, 2008. - 400 s.
Səmədov V. Leyla Əliyeva "Xocalıya ədalət!"
26
(Beynəlxalq erməni terroruna qarşı yeni strateji model) :
monoqrafiya : 3 cilddə. I cild. - Bakı : CBS, 2014. - 344 s.
Səmədov V. Leyla Əliyeva "Xocalıya ədalət!"
(Beynəlxalq erməni terroruna qarşı yeni strateji model) :
monoqrafiya : 3 cilddə. II cild. - Bakı : CBS, 2014. - 376 s.
Səmədov V. Leyla Əliyeva "Xocalıya ədalət!"
(Beynəlxalq erməni terroruna qarşı yeni strateji model) :
monoqrafiya : 3 cilddə. III cild - Bakı : CBS Polygraphic
production, 2014. - 480 s.
Sultanov Z. Xocalı faciəsi.- B.: İşıq, 1993.- 51 s.
Zamanov N. Xocalı. Bizim bilmədiyimiz həqiqətlər //
Erməni terroru – Bakı : Avropa, 2008. – S.337-350.
Elektron resurslarda
Azərbaycan tarixi [Elektron resurs] : XI-sinif.
Ən
yeni dövr III hissə. - Bakı : İnnovativ Tədris Mənbələri (İTM)
QSC, 2012. - 1 el. yaddaş(fləşkart) : rəngli, az.
Xocalı faciəsinə həsr olunmuş bədii əsərlər
Kitablar
Çəmənli M. Fred Asif : sənədli roman. – B.: Təhsil,
2010. – 224 s.
Elatlı E. Cəhənnəmdən gələn səs : roman. – B.: Elgün,
2011. – 368 s.
Gün N. Xocalı simfoniyası : rekviyem : Azərbaycan, rus
və ingilis dillərində. – B.: Vektor Nəşrlər Evi, 2006. - 82 s.
Həşimli A. Arpaçayın nisgili. – Bakı : Qələm, 2012. –
96 s.
İsabəyli Q. "Aclıq" dərsi. - Bakı : Şirvannəşr, 2014. -
8 s. - Kitab Azərbaycan və ingilis dillərindədir.
Məmmədli N. Zəngulə.- Bakı : Qapp-poliqraf, 2004.-
224 s.
27
Müslümqızı S. Xocalı uşaqları - Qan içində qar çiçəyi =
Дети Ходжалы - снежный цветок в крови = Children of
Khojaly - bloody primroses : povest. - Bakı : Yazıçı, 2013. - 120
s. - Azərbaycan, rus və ingilis dillərində.
Nuruqızı S. Qisas. - Bakı : Vektor, 2005. - 140 s.
Sadiq Ş. Ümidlərin izi ilə : kriminal-detektiv roman. -
Bakı : Hədəf nəşrləri, 2012. - 431 s. : il.
Səmədli Ə. Qanlı bənövşə - Bakı : Azərbaycan
Ensiklopediyası NPB, 1996. – 48 s.
Sonam B. Qanlı dərə.- Bakı : Qanun, 2004.- 44 s.
Sonam B. Sahibsizlik. – Bakı : Qanun, 2004. – 52 s.
Soyqırım: Erməni terrorizmi : [bədii və sənədli
əsərlərdən ibarət toplu]. – B.: MBM, 2009. – 164 s.
Vəkiloğlu M. Soyqırım= Геноцид. – Bakı : Təhsil,
2010. – 245 s.
Yaqublu N. Xocalı soyqırımı. - Bakı : Elm və Təhsil,
2012. - 188 s.
Kitablarda
Abuzərli N. Xocalı soyqırımı // Abuzərli N. Elçilər. – B.
:Şivannəşr,2004. – S.195-196.
Dostları ilə paylaş: |