Şəkil 6.11. Transformatordan sonra taktlanan tranzistorlu enerji mənbəyinin iş prinsipi. 6.7. Elektroqövs üsulu ilə əritmədə materiala təsir edən amillər Əgər hər hansı bir təmiz məftil hava atmosferində
əridilərsə, onda maye halında olan metal havada olan
oksigen və azotu güclü şəkildə qəbul edir. Nəticədə
ərimiş materialın tərkibində həll olan qazların
hesabına, bərkimiş metalda boşluqlar əmələ gəlir.
Başqa bir tərəfdən bərkimiş material kövrəkləşir və
onun
tərkibində
olan
legirləyici
elementlər
oksidləşərək yanır. Bu cür əhəmiyyətsiz amillərdən
qorunmaq üçün, elektroqövs üsulu ilə birləşdirmə və
örtükçəkmə zamanı qaynaq vannası müxtəlif üsullarla
ətraf mühit atmosferindən qorunmalıdır. Hava
atmosferində elektroqövs əritmə üsulunda məftilin
üzərində olan təbəqə və ya məftilin içərisinə
Elektrik qövsü
Şəbəkə Transformator
Düzləndirci
Tranzistor
Drossel
İdarəetmə
120
doldurulmuş maddə (posa) ərimə zamanı qaz əmələ
gətirib, qaynaq vannasını havanın mənfi təsirlərindən
qoruyur (E-qaynağı və posa ilə doldurulmuş məftillə
metal qaynağı zamanı). Qoruyucu qaz əmələ
gətirməyən çılpaq məftillə birləşdirmə və örtükçəkmə
əməliyyatlarında qaynaq vannasına əlavə olaraq
qoruyucu
qaz verilməlidir (əriməyən volfarm
elektrodla təsirsiz qaz mühitində əritmə, plazma,
qoruyucu qaz mühitində metal əritmə, qoruyucu
ovuntu altında metal əritmə üsullarında).
Ərimiş metalın səthə düşməsi prosesi, əlavə örtük
materialları istifadə olunan elektroqövs əritmə üsulları
üçün növbəti bir kriteriyadır (şək. 6.12.). Buna bir sıra
amillər təsir edir. Əvvəlcə səthin gərilmə qüvvəsi
metal damcını elektrodun ucluğunda saxlamağa
çalışır. Səthin gərilmə qüvvəsinin qiyməti metal
damcısının kimyəvi tərkibindən, temperaturundan və
ətraf mühitdə ionlaşmış qoruyucu qazlardan asılıdır.
Bunun əksinə olaraq, əritmə mövqeyindən asılı olan
ağırlıq qüvvəsi və “Pinç effekti” səbəbindən
elektromaqnit qüvvəsi təsir edir. “Pinç effekti”
dedikdə, metal damcısının yuxarı hissəsinin maqnit
qüvvəsinin təsirindən daralması başa düşülür.
Ətalət
qüvvələri,
materialın
buxarlanması
nəticəsində geri itələmə qüvvəsi və plazma axını
nəticəsində sovurma qüvvəsi metal damcısına bu və ya
başqa istiqamətlərdə təsir edirlər. Sonda materialın
səthə
düşməsi
növü
cərəyanın
qiymətindən,
elektrodun diametrindən və ətraf mühitdən asılı olaraq
121
dəyərləndirilir. Səthə düşən metal damcısı material və
texnoloji təsirlər nəticəsində kobud, narın və
püskürdülən ola bilər.