1
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı Mühəndislik Universiteti
F.M. ŞİRZADOV
TRİBOTEXNİKİ AVADANLIQ VƏ
VASİTƏLƏR
(Dərs vəsaiti)
Bakı Mühəndislik Universitetinin
04.01.2018- ci il tarixli 609
nömrəli
əmri
ilə
təsdiq
edilmişdir.
BAKI – 2018
2
UOT 621.89:621.7.
Rəyçilər: Bakı Mühəndislik Universitetinin, “Mexanika
Mühəndisliyi” kafedrasının müdiri
dos., t.f.d.
Y.Ə. Babayev;
Azərbaycan Texniki Universitetinin “Tribotexnika”
elmi-tədqiqat laboratoriyasının müdiri,
prof., t.e.d.
Ə.H. Sadıxov.
F.M. Şirzadov. Tribotexniki avadanlıq və vasitələr
. Dərs
vəsaiti, Bakı- BMU 2018. 304 səh.
Dərs vəsaiti 050630 – “Mexanika mühəndisliyi” ixtisası (proqramı) üzrə
bakalavr hazırlığı üçün nəzərdə tutulmuş, “Tribotexniki avadanlıq və vasitələr”
fənninin tədris proqramına müvafiq olaraq yazılmışdır. Burada tribotexniki səthlər
almaq üçün tribotexniki avadanlıq və vasitələr haqqında məlumatlar verilmiş,
aparılmış eksperimentlərin nəticələri qiymətləndirilmiş və üsulların tətbiqinin
aktuallığı əsaslandırılmışdır.
Kitab maşınqayırma və materiallar texnologiyası istiqamətində təhsil alan və
işləyən oxucular üçün tövsiyyə oluna bilər.
Dərs vəsaiti Bakı Mühəndislik Universitinein “Mexanika Mühəndisliyi”
kafedrasında hazırlanmışdır.
BMU - 2018
3
Ön söz
Qədim tarixə malik olan Azərbaycan, uzun illərdir
çoxmillətli vətəndaşları ilə avropaya nümunə olacaq
sülh şəraitində yaşamış, demokratiyanın min illik
tarixini qoruyub saxlayaraq, zəngin enerji resurslarına
malik ölkə imperialst ölkələrinin müdaxiləsi əsasında
münaqişələrin hökm sürdüyü bir mühitdə, Hörmətli
Prezidentimiz İlham Heydər oğlu Əliyev və onun
ətrafında olan ziyalılarımız tərəfindən müstəqilliyimiz,
dayanıqlığımız və inkişafımız qorunub saxlanılır və
bunun təməli olan elm-təhsil sahələri inkişaf etdirilir.
Müasir dünyada sülhsevər, zəhmətkeş, vətənpərvər
insanlarımızın yalnız xoşbəxt olacağı Azərbaycanın
inkişafında görəcəyi işlər müstəqilliyimizin təməlini
daha da möhkəmləndirməkdədir.
Ölkənin texniki potensiyalı, hər zaman sonda
müharibələrə gətirib çıxaran münaqişələrdə həlledici rol
oynamış və ölkəmizə qarşı olan məkrli siyasi prosesləri
tam dəyişmə gücünə malikdir.
Cəmiyyətin gələcək inkişafında sivilizasiya etmiş
ölkələr sırasında ulu demokratik keçmişə malik
Azərbaycanın yerini görür və belə bir sivilizasiyada
ziyalılarımızın məsuliyyətini dərk edirik.
Dünyanın beş qlobal problemlərindən biri olub,
demoqrafik
problemdən
sonra
gələn
enerji
resurslarından səmərəli istifadə olunması, tribotexnika
elminin də məşqul olduğu problemdir.
Nəzəri biliklərə əsaslanan tribologiya elminin tətbiq
olunduğu tribotexnikanın ən geniş bir sahəsi olan
4
tribotexnologiya, tribologiyanın və tribotexnikanın
tədqiqat obyektlərinin reallaşdırılması istiqamətində
qabaqcıl mərhələdir. Belə ki, burada çoxsaylı variantlar
içərisindən əsaslandırılmış, praktiki səmərə verəcək
texnologiyalar və bu texnologiyaları həyata keçirəcək,
tribotexniki
avadanlıq
və
vasitələr
işlənib
hazırlanmalıdır.
Tərtib olunmuş dərs vəsaiti, oxuculara tribotexniki
problemlərin həllində tətbiq oluna biləcək tribotexniki
materiallar, mütərəqqi texnologiyalr, bu texnologiyaları
reallaşdıracaq avardanlıqlar və vasitələr haqqında ətraflı
məlumat verəcəkdir.
“Tribotexniki avadanlıq və vasitələr” geniş sahədir.
Bu baxımdan sürtünmə və yeyilmənin tədqiqi üçün
maşınlar elmi-tədqiqat işləri ilə bağlı olduğundan,
bakalavr peşə istiqamətində dərindən öyrənilməsi
tövsiyyə edilməmiş, dərs vəsaitində ölkəmiz üçün daha
da səmərə verə biləcək səthin davamlılığının
yüksəldilməsi texnika və texnologiyalarına geniş yer
ayrılmışdır. Bundan əlavə elmi-tədqiqat maşınları
haqqında “Tribologiyanın əsasları” və “Tribotexnika və
tribotexniki sınaqlar” fənnlərində verilən məlumatlar
bakalavr peşə təhsili üçün kifayət edir.
Dərs vəsaiti 2005-2012 ci illərdə Almanıyanın Berlin
Texniki
Universitetində və “BAM”- da („Bundesanstalt
für
Materialforschung
und
–prüfung“,
yəni
„Materialların tədqiqi və sınağı üçün federal institut“)
işlədiyim və təhisl aldığm dövrdə toplanan materiallar
əsasında tərtib olunmuşdur.
5
Giriş
Texniki hissələrin səthlərinin gərgin vəziyyətləri
ilə əlaqədar olaraq, səth təbəqəsində tətbiq olunan
materiala yüksək tələblər qoyulur. Hissələrin
yeyilməyədavamlılığının təminatı, ilkin olaraq onlarda
nisbətən iqtisadi baxımdan səmərəli üsullarla əldə
olunan materialların tətbiqi ilə həyata keçirilir ki, bu
da məsələnin konstruktiv həllində öz əksini tapır. Yeni
maşınların
layihələndirilməsində
və
mövcud
maşınların müasirləşdirilməsində materiallara daha da
yüksək tələblər qoyulduğundan, istismar şərtlərini
təmin edən yeni xüsusiyyətlərə malik materialların
axtarılması tələb olunur ki, buradan da yeni
texnologiyaları reallaşdıracaq texnikanın tətbiqi
potensialı yarnır.
Texnikanın etibarlılığı və uzunömürlülüyü, ona
daxil olan hissələrin gərgin vəziyyətdə olan səthlərinin
quruluş və xüsusiyyətlərindən əhəmiyyətlı dərəcədə
asılıdır. Bu səbəbdən son zamanlar hissələrin
səthlərində texnoloji üsullarla yeyilməyədavamlı
təbəqələrin alınması ilə optimal gərginlik vəziyyətinin
yaradılması mühim əhəmiyyət kəsb edir.
Tribotexnikanın beş bölməsindən biri olan,
sürtünən
maşın
hissələrinin
etibarlıq
və
uzunömürlülüyünü artırmaq üçün texnoloji tədbirlər,
sürtünən cütlərdə tələb olunan xüsusiyyətlərə malik
material və örtüklərin alınmasını əhatə edir.
6
“Tribotexniki avadanlıq və vasitələr” fənni bu sahəyə
daxil olub, onun tədqiqat obyekti tələb olunan
xüsusiyyətlərə malik tribotexniki səth alınması üçün,
texnika və vasitələrdir.
Fənnin tədrisində tribotexniki avadanlıq olarq
səthin emalı texnoloji prosesində istifadə olunan əsas
örtükçəkmə texnikası, belə ki, səthin plastiki
deformasiyası, termiki emalı, elektroqövs emalı,
termomexaniki püskürtmə və s. avadanlıqları nəzərdə
tutulmuşdur.
Tribotexniki
vasitələr
olaraq,
yeyilməyədavamlı
materiallar,
örtükçəkmə
əməliyyatlarında istifadə olunan qoruyucu posalar,
emaledici və qoruyucu qazlar, örtük materialları və s.
tədris olunacaqdır.
7
Dostları ilə paylaş: |