6. Sosial-siyasi və humanitar elmlər sistemində
sosiologiyanın yeri
Müasir elmi biliklər sistemində həm diferensiasiya, həm də inteqrasiya meylini müşahidə etmək
mümkündür:
[29 - 30]
bir tərəfdən insan fikrinin təbiət və cəmiyyətin inkişaf proseslərinə daha dərindən nüfuz
etməsi ilə əlaqədar olaraq, elmlərin diferensiasiyası, ayrılması, əlahiddələşməsi prosesi gedir, biliklərin
detallaşması, alimlərin ixtisaslaşması zərurətə çevrilir. Digər tərəfdən isə elmlərin inteqrasiyası, onların qarşılıqlı
təsirinin genişlənməsi və dərinləşməsi prosesi baş verir, nəticədə ümumiləşdirici məqamların əhəmiyyəti artır,
onları əks etdirmək zərurəti yaranır.
Sosiologiyanın təşəkkülü və inkişafında həmin meyllər spesifik şəkildə təzahür etmişdir. Bir tərəfdən
sosioloji biliyin diferensiasiyası getmiş, yeni istiqamətlər meydana gəl-işdir. Bu istiqamətlərdən hər-birini müəyyən
şərtiliklə elm adlandırmaq olar: əməyin sosiologiyası, elmin sosiologiyası, ailənin və nikahın sosiologiyası,
beynəlxalq münasibətlərin sosiologiyası və s. Digər tərəfdən isə bütün xüsusi (sahə) sosioloji nəzəriyyələr
ümumsosioloji nəzəriyyəyə istinad edir: empirik sosial tədqiqatlar isə hər iki səviyyədə olan nəzəriyyələrə
əsaslanır. Bu inteqrasiya meylini çox qabarıq şəkildə nümayiş etdirir. Elmi biliyin inteqrasiya meyli sosiologiyanın
sosial-siyasi və humanitar elmlərlə, habelə dəqiq elmlər və təbiət elmləri ilə əlaqələrinin möhkəmlənməsində öz
ifadəsini tapır. Sosial-siyasi və humanitar elmlər sistemində sosiologiyanın xüsusi yeri aşağıdakı səbəblərlə izah
oluna bilər.
Birincisi, sosiologiya cəmiyyət, onun hadisə və prosesləri haqqında elm olduğuna görə həmin elmlər üçün
ümumi nəzəri əsas kimi çıxış edə bilir. Söhbət ilk növbədə ümum-sosioloji və xüsusi sosioloji nəzəriyyələrdən
gedir.
İkincisi, sosial-siyasi və humanitar elmlər cəmiyyətin, insanın həyat fəaliyyətinin müxtəlif tərəflərini
öyrəndiyinə görə həmişə sosial aspekti özündə əks etdirməli olur.
Üçüncüsü, insanın, sosial qrupların, birliklərin fəaliyyətini öyrənmək texnikası və metodikası, sosial ölçmə
metodları və s. sosiologiyanın hüdudlarını keçir, digər sosial-siyasi və humanitar elmlərdə tətbiq olunur.
Dördüncüsü, sosiologiya ilə digər elmlərin qovşağında
[30 - 31]
həyata keçirilən sosial tədqiqatlar sistemi
təşəkkül tapmışdır: sosial-iqtisadi, sosial-siyasi, sosial-demoqrafik və s. tədqiqatlar.
Sosiologiyanın sosial-siyasi və humanitar elmlər sistemində ümumi yer tutması onun fəlsəfı elmə çevrilməsi
demək deyildir. Sosial sistemlərin fəaliyyət və inkişaf qanuna-uyğunluqlarını, həmin qanunauyğunluqların müxtəlif
səviyyələrdə təzahür mexanizmlərini aşkara çıxaran sosiologiya cəmiyyəti, onun müxtəlif strukturlarını, konkret
həyat fəaliyyəti üsullarını və formalarını başa düşmək üçün hədsiz idrak imkanları yaradır. Sosiologiyanın xüsusi
ictimai fənlərə münasibəti baxımından vəziyyəti, məsələn, ümumi biologiyanın xüsusi bioloji bilik sahələrinə
(anatomiya, fıziologiya, morfologiya, sistematika və s.) münasibəti baxımından vəziyyətinə bənzəyir. Ümumi
biologiyanın vəziyyəti onu «biologiyanın fəlsəfəsi» kimi səciyyələndirməyə əsas vermədiyi kimi, sosiologiyanın da
ümumi mövqeyi onu fəlsəfi elm kimi təqdim etməyə əsas vermir.
Sosiologiyanın müxtəlif sosial-siyasi və humanitar elmlərlə əlaqəsi eyni səviyyəli və eyni miqyaslı deyildir.
Bu əlaqə bəzən gücü, çoxcəhətli və intensivdir, bəzən isə nisbətən zəif və qeyri-intensivdir.
Sosiologiyanın bəzi sosial-siyasi və humanitar elmlərlə əlaqəsinə, qısaca olsa da, diqqət yetirək.
Məlumdur ki, siyasi iqtisad maddi nemətlərin istehsalı, mübadiləsi, bölgüsü prosesində obyektiv surətdə
təşəkkül tapan münasibətlərin fəaliyyəti və inkişafının qanunauyğunluqlarını, formalarını öyrənir. Bütün sosial
münasibətlərdə, proseslərdə, habelə insanın bütün həyat fəaliyyətində iqtisadiyyat özünəməxsus yer tutduğundan
iqtisadi tədqiqatların bir çox istiqamətləri sosioloji tədqiqatların istiqamətləri ilə bilavasitə qovuşur. İqtisadiyyatın
və bölgü münasibətlərinin sosiologiyasını, əməyin və əmək kollektivlərinin sosiologiyasını xatırlamaq kifayətdir.
Lakin istehsal münasibətləri sistemində daxili, mühüm, sabit, təkrarlanan əlaqələr
[31 - 32]
kimi özünü göstərən
iqtisadi qanunlar başlıca olaraq insanların təsərrüfat fəaliyyəti vasitəsilə həyata keçirilir və konkret iqtisadi
formalarda özünü göstərir. Sosial qanunlar isə iqtisadi qanunlarla nəqədər bağlı olsa da, onlardan fərqli təbiətə
malikdir. Müasir bazar iqtisadiyyatının formalaşması təkcə iqtisad elminə deyil, həm də sosiologiyaya ciddi
tələblər verir, onların əməkdaşlığını ən müxtəlif istiqamətlərdə gücləndirməyi zəruri edir.
16
Sosiologiyanın politologiya ilə qarşılıqlı əlaqələri getdikcə inkişaf edir. Çoxaspektli sosioloji tədqiqatların
aparılması, ictimai rəyin öyrənilməsi, zəngin empirik materialın toplanılması və i.a. bu əlaqələrin dərinləşməsində
böyük rol oynayır. Siyasətin sosiologiyası siyasi və sosioloji bilik sahələrinin əlaqəsini daha aydın nümayiş etdirir.
Politologiya siyasəti və siyasi münasibətləri, yəni siyasi hakimiyyətə görə sosial subyektlər arasındakı
münasibətləri öyrəndiyindən sosial məqamlara laqeydlik göstərə bilməz, sosial münasibətlərin və qanunların
təzahür xüsusiyyətlərini nəzərə almaya bilməz. Bir çox mütəfəkkirlər (məsələn, M. Veber, V. Pareto və başqaları)
siyasi məsələlərin təhlilinə məhz geniş sosial kontekstdə yanaşmışlar. Sosiologiyanın və politologiyanın qarşılıqlı
əlaqəsini qeyd edərkən unutmaq olmaz ki, onların siyasətə yanaşması bir-birindən fərqlənir; politologiya başlıca
diqqəti siyasi proseslər üzərində, sosiologiya isə siyasətin iştirakçısı olan insan qruplarının fəaliyyəti üzərində
cəmləşdirir.
Sosiologiyanın fəlsəfə ilə əlaqələri zəngin tarixi prosesdir. Sosial fəlsəfədən sosiologiyaya doğru inkişaf
yolu bunu əyani surətdə sübut edir. Fəlsəfə həm varlığın (təbiətin və cəmiyyətin), həm də təfəkkürün, idrak
prosesinin tabe olduğu ən ümumi qanunları tədqiq etdiyindən sosioloji bilik sahələri ilə qırılmaz surətdə bağlıdır.
Fəlsəfə dünyaya ümumi baxış işləyib hazırlamaq, onun ümumi əsaslarını və qanunauyğunluqlarını tədqiq etmək
zəruriyyətindən, gerçəklik haqqında rasional şəkildə əsaslandırılmış təfəkkür metoduna
[32 - 33]
olan tələbatdan
irəli gəlmiş, zaman keçdikcə təkamül edərək öz xüsusi problematikasını dəqiqləşdirmiş, sosiologiyaya müstəqil elm
kimi «həyat vəsiqəsi» verməyə məcbur olmuşdur. Bu gün də sosioloqlar fılosofiarla birlikdə cəmiyyətin müstəqil
və sivilizasiyalı inkişaf yolunun irəli sürdüyü çoxlu məchullara cavablar axtarırlar. Etiraf edilməlidir ki, sosioloji
tədqiqatlar fəlsəfi tədqiqatların konkret və əməli xarakterinin güclənməsində fəal rol oynamışdır.
Hüquq elmi (hüquqşünaslıq) da sosiologiyaya yaxın elmlərdən biridir. Bu elm xüsusi sosial normalardan
ibarət olan hüququ, bütövlükdə dövlətin və cəmiyyətin siyasi sisteminin təşkilini və fəaliyyətinin hüquqi
formalarını öyrəndiyindən sosial münasibətlərin təkmilləşməsində, sosial proseslərin idarə olunmasında böyük
məna kəsb edir. Hüquq elmi dövlətin və hüququn inkişafının əsas qanunauyğunluqlarını, onların sosial rolunu, əsas
funksiyalarını və s. tədqiq edir, dövlət idarəetmə işlərinin konkretləşməsinə, hüquq normalarının düzgün tətbiqinə
kömək göstərir və beləliklə, insanların sosial fəaliyyətinin nizamlı və məqsədyönlü xarakterini gücləndirir. Hüquq
elmi ümumsosioloji nəzəriyyəyə istinad edir, həmin nəzəriyyənin başlıca müddəalarının konkret sahədə
reallaşmasını təmin edir. Hüququn sosiologiyasında iki elmin - hüququn və sosiologiyanın spesifık qovuşması çox
aydın ifadə olunmuşdur. Sosiologiya şəxsiyyətlərin, insan qruplarının sosial münasibətlərini və fəaliyyətini tədqiq
edərkən həmişə hüquq elmlərinin məlumatlarından istifadə etmişdir. Qarşılıqlı bəhrələnmə hər iki bilik sahəsinə
ancaq fayda verə bilər.
Sosiologiyanın tarixlə ən sıx və dərin əlaqəsi hamı tərəfindən etiraf olunur. Onların ümumi cəhətləri sırasına
bunlar aid edilə bilər: həm sosiologiya, həm də tarix cəmiyyəti və onun qanunauyğunluqlarını (həmin
qanunauyğunluqların konkret təzahürlərində) öz tədqiqatlarının predmeti və obyekti hesab edir; sosial gerçəkliyi
zəruri ilə təsadüfinin vəhdətində bərpa edir; sosial hadisələrin genezisi,
[33 - 34]
yaranma və təzahürü səbəbləri,
həmin səbəblərin təsir gücü müxtəlif olduğundan onların birmənalı olmayan izahını əsas tutur. Lakin tarixlə
sosiologiyanın fərqli cəhətləri də vardır. Belə ki, tarix artıq baş vermiş sosial prosesi, sosiologiya isə davam
etməkdə olan sosial prosesi izah edir. Sosioloq sosial vəziyyətləri, prosesləri hələ tarixə çevrilməmiş təhlil etməli,
onları proqnozlaşdırmalı olur.
Tarixlə sosiologiyanın ümumi cəhətlərini əsas götürən bəzi tədqiqatçılar onların elm kimi mövcudluğuna
şübhə ilə yanaşırlar. Onlar adətən iki məqamı nəzərə çarpdırmağa çalışırlar: tarix və sosiologiya öz növündə yeganə
və təkrarolunmaz faktları öyrənir; insan fəaliyyəti bir səbəblə yox, çox səbəblə şərtləndiyinə görə onun nəticələri
prinsipcə qabaqcadan söylənilə bilməz. Bu bir həqiqətdir ki, sosial həyatda (istər keçmişdə, istərsə də indi) tam
eyniyyət təşkil edən iki hadisəyə, prosesə rast gəlmək mümkün deyildir. Ona görə nə sosiologiya, nə də tarix ancaq
təkrar olunan hadisə və proseslərin səbəblərini tədqiq edən elm kimi müəyyənləşdirilə bilməz. Bu elmlər iki cür
problemlə rastlaşır: a) cəmiyyətdəki obyektiv qanunauyğunluqlar; bunlar ictimai inkişafın məzmununu, xarakterini
və istiqamətini səbəbiyyət cəhətdən şərtləndirir; b) fərdi, təkrarolunmaz hadisə və proseslər; bunlar səbəbiyyət
cəhətdən izah oluna bilməz, lakin qanunauyğun xarakter daşımaqla cəmiyyətin inkişafındakı, onun tarixindəki
«dolambaclara» mühüm təsir göstərə bilir. Aydın məsələdir ki, obyektiv qanunauyğunluqlar ictimai inkişafın
meyllərini müəyyən etsə də, fərdi, təkrarolunmaz hadisələrin, proseslərin səbəbiyyət baxımından izahını verə
bilməz.
Sosial qanunların iki qrupunu fərqləndirmək lazımdır: 1) cəmiyyətin müxtəlif strukturlarının, habelə bu
strukturların daxilində müxtəlif ünsürlərin qarşılıqlı fəaliyyətini ifadə edən sosial qanunlar. Bu qanunlar cəmiyyətin
inkişafında ən ümumi meylləri müəyyən edir; 2) əvvəllər təşəkkül tapmış şəraitin nəticəsi olan sosial qanunlar.
Bunların fəaliyyəti cəmiyyəti təşkil edən qrupların, fərdlərin iradəsindən, fəaliyyətindən
[34 - 35]
əhəmiyyətli
dərəcədə asılı olub, fərdi və təkrarolunmaz xarakter daşıyan ən müxtəlif amillərlə şərtlənir.
Beləliklə, həm tarixi, həm müasir gerçəkliyə aid olan sosial qanunauyğunluq olduqca mürəkkəb xarakterə
malikdir. Bu qanunauyğunluq inkişaf meyllərinin bütün məcmusunu nəzərə almağı tələb edir; ümumi məqamlarla
17
yanaşı saysız-hesabsız təsadüflərin roluna diqqət yetirilməlidir. Həm tarixi, həm də sosial qanunauyğunluqların
fəaliyyəti araşdırılarkən təkcə mövcud sosial-iqtisadi həyat şəraiti yox, həm də sosial qüvvələrin hərəkətlərini
səciyyələndirən real məzmun zənginliyi (insanların fəallığı, mənafeləri, sərvət yönümləri və s.), yəni sosial prosesin
bütün amilləri nəzərə alınmalıdır.
Sosiologiya şəxsiyyətin kollektivdə, ailədə və bütövlükdə cəmiyyətdə davranışını tədqiq edərkən
psixologiya elminin əsas ideyalarından bəhrələnir. Məsələn, davranışın, şəxsi və kütləvi münasibətlərin motivləri
nəzəriyyəsi, şəxsiyyətin sosial yönümlərinin öyrənilməsi metodları və s. bu qəbildəndir. Sosioloji tədqiqatlarda
psixolooji testlərdən uğurla istifadə olunur.
Sosiologiya insanların müxtəlif səviyyələrdə qarşılıqlı fəaliyyətini, ailə və ictimai tərbiyə, mənəvi həyat
problemlərini və s. öyrənərkən etika, estetika, pedaqogika sahəsində aparılan tədqiqatlara, çıxarılan nəticələrə
müraciət etməli olur. Bir sözlə, müxtəlif elmlərlə sosioloji bilik arasında maraqlı qarşılıqlı zənginləşmə prosesi
gedir.
Sosiologiya ilə təbiət elmləri arasında xüsusi əlaqə mövcuddur. Bu əlaqə müasir təbii-elmi metodologiyanın
sosial tədqiqatların, bütövlükdə cəmiyyətşünaslıqın inkişafına getdikcə artan təsirinin ifadəsi hesab edilməlidir.
Sosial hadisələrin, proseslərin tədqiqində təbii-elmi və riyazi dəqiqliyə nail olmağa səy göstərilməsi sosiologiyanın
inkişafında dərin iz buraxmışdır. Söhbət təbiət elmlərinin və dəqiq elmilərin anlayışlarından mexaniki surətdə
istifadə olunmasından, təbiət və cəmiyyət qanunlarının eyniləşdirilməsindən getmir.
[35 a 36]
Cəmiyyət hadisələrinin tədqiqinə elə təbii-elmi və dəqiq metodların tətbiqi nəzərdə tutulur ki, onlar təbiət
elmlərində və dəqiq elmlərdə olduğu kimi öz səmərəliliyini sübut etsin.
Hazırda kibernetikanın, informasiya nəzəriyyəsinin və s. işləyib hazırladıqları riyazi metodlar sosiologiyada
getdikcə daha artıq dərəcədə tətbiq olunur. Sosioloji tədqiqatların vəzifələrinə uyğunlaşdırılmış xüsusi riyazi
metodlar və nəzəriyyələr də yaradılır. Ayrı-ayrı istehsal prosesləri, sahələri çərçivəsində insan-texnika sisteminin
tədqiqi zamanı sosiologiya ilə texniki elmlərin müəyyən qarşılıqlı münasibətləri qərarlaşır. Belə münasibətləri,
məsələn, istehsalın avtomatlaşdırılması və mexanikləşdirilməsinin sosial aspektlərini öyrənərkən xüsusilə aydın
müşahidə etmək mümkündür.
Deməli, sosiologiya ən müxtəlif bilik sahələri ilə sıx qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Lakin bu əlaqə hər
bir konkret halda öz spesifik aspektlərinə malikdir.
[36 a 37]
|