4. Müasir şəraitdə Azərbaycan Respublikasında
sosial strukturun başlıca inkişaf meylləri
Elmi sosioloji ədəbiyyatda XX əsrin 90-cı illərinə kimi keçmiş sovet məkanına daxil olan respublikaların
sosial strukturunun fəhlə sinfındən, kolxozçu kəndlilərdən və ziyalılardan ibarət olduğu göstərilirdi. Bütün
respublikalarda fəhlə sinfinin əhalinin əksəriyyətini təşkil etdiyi elan olunurdu. Cəmiyyətin belə sosial strukturunun
nə dərəcədə optimal olması barədə mühakimə yürütmək fikrində deyilik.
[115 - 116]
Lakin tamamilə aydındır ki, sözügedən üç üzvlü bölgü müasir cəmiyyətin sosial strukturunu tam əks
etdirmir. Çünki son dövrdə burada çox mühüm dəyişikliklər gedir. Təbiidir ki, sosial struktur nəzəriyyəsi
cəmiyyətin sosial strukturunun inkişafı dinamikasını adekvat əks etdirməlidir.
Təhlil göstərir ki, indi siniflərin, insan qruplarının və birliklərinin arasında yeni, daha insaniləşdirilmiş
münasibətlər qərarlaşır, onlar arasında siyasi və digər sahələrdə sosial bərabərliyin güclənməsi özünü göstərir. Bu
istiqamətdə təkamülü sosial strukturun inkişaf meyli adlandırırlar. Bu meyl özündə bir-biri ilə üzvi surətdə bağlı
olan iki tərəfı - inteqrasiya və diferensiasiyanı ehtiva edir.
Sosial strukturun inkişaf meylinin məzmunu insan qrupları və birlikləri arasında onların köklü maraqları,
həyat fəaliyyəti, həyat tərzi və cəmiyyətdə sosial vəziyyətinə görə təşəkkül tapan və getdikcə yetkinləşən obyektiv
cəhətdən zəruri, sabit əlaqə və münasibətlər kimi ifadə olunur. Bu meylin statik baxımdan anlaşılması onun
dinamikasında sosial cəhətdən qeyri-bərabər birliklər və insan qruplarının keyfiyyətcə dəyişməsi (mövcud sosial
vəziyyətin yeniləşməsinin təsiri altında) ilə tamamlanır. Bu, nəticə etibarilə bəzi sosial birlik formalarının aradan
çıxmasına, digərlərinin dəyişilmiş şəkildə qorunub saxlanılmasına, habelə yeni qrup və birliklərin yaranmasına
gətirib çıxarır.
İndi isə ölkənin formalaşmış sosial strukturuna, onun dinamikasına nəzər salaq. Bir vaxtlar ingilis sosioloqu
Çarlz But (1840-1916) London əhalisini üç sinfə - «aşağı», «orta» və «yuxarı» sinfə bölərək, onun yeni təsnifatını
təklif etmişdi. Bu halda o, meyarlar qismində ailənin yaşadığı otaqların sayını və ailənin muzdla işə qəbul etdiyi
qulluqçuların sayını əsas götürürdü. Təklif olunan meyarlara görə, bu və ya digər əhali təbəqələrinə çatan maddi və
mənəvi nemətlərin kəmiyyəti və keyfiyyəti nəzərdə tutularsa, əhalinin üç sinfə bölünməsi kifayət qədər qəbul
ediləndir və mövcud strukturu bütövlükdə real əks etdirir.
[116 - 117]
Mübaliğəsiz demək olar ki, Azərbaycanda da sosial struktura aid tədqiqatların əsas istiqaməti bu və ya digər
dərəcədə «yüksək sinif - aşağı sinif» qütbləşməsinə yönəlmişdir. Bu mövqedən çıxış edənlər orta sinfin xarakterik
xüsusiyyətlərini açmağa səy göstərir və sinfi qütbləşməni ən azı triada kimi (yüksək sinif - orta sinif - aşağı sinif)
təqdim etməklə cəmiyyətin stabillik və davamlı inkişafına kömək etməyə çalışırlar
2
.
Cəmiyyətimizin yaşadığı indiki keçid dövründə sosial struktur keyfiyyətcə yeni məzmun kəsb edir. Bu
dövrdə ictimai həyatın bütün sfera və tərəflərində həyata keçirilməkdə olan əsaslı islahatlar sosial strukturda
prinsipial dəyişiklikləri şərtləndirir. Öncə göstərilməlidir ki, ölkəmizdə kolxozların ləğvi nəticəsində kolxozçu
kəndli sinfi sosial arenadan silinib getmişdir. Digər bir meyl - ənənəvi fəhlə sinfınin sayının azalması, onun (habelə
digər sinif və qrupların) hesabına orta təbəqələrin sayının artmasıdır. Bazar iqtisadiyyatının formalaşması, siyasi və
mənəvi həyatın demokratikləşməsi müasir cəmiyyətin sosial strukturunu daha rəngarəng və çoxçalarlı edir.
Bir sözlə, totalitar rejimin qalıqlarının aradan qaldırılması və demokratik cəmiyyətin inkişafı prosesi
sürətləndikcə sosial struktur daha çox açıq xarakter alır, sosial mobillik və mütəhərriklik güclənir.
Bununla yanaşı qeyd edilməlidir ki, müasir şəraitdə Azərbaycan cəmiyyətinin sosial strukturu özünün qeyri-
sabitliyi və dinamizmi ilə səciyyələnir. Azərbaycanın indiki sosial strukturu üçün istehsalla birbaşa bağlı olmayan
marginal təbəqələrin (işsizlər, qaçqınlar, dilənçilər) xüsusi çəkisinin xeyli dərəcədə yüksək olması səciyyəvidir.
Bununla yanaşı maddi cəhətdən ifrat qruplar - həddən artıq varlılar və həddən artıq yoxsullar diqqəti cəlb edir.
1
Сорокин П. Человек, цивилизация, общество. М., 1992. с. 42.
2
Əfəndiyev M. , Şirinov A. Sosiologiyanın nəzəri problemləri, B., 2001, s. 178; Əzimov K. , Həsənov R. Sosiologiya. B., 2003, s. 207-208.
49
Bəzən də əhalinin müəyyən bir qismi özündən asılı olmayan səbəblərə görə tez-tez
[117 - 118]
yerini dəyişməsi
nəticəsində eyni vaxt ərzində bir neçə sosial statusda yaşamağa məcbur olur.
Beləliklə, diferensiasiyanın üstünlük təşkil etməsi meyli göz qabağındadır. Bununla əlaqədar olaraq qeyd
etmək lazımdır ki, beynəlxalq standartlara görə, gəlirlər (ən varlıların 10%-nin və ən yoxsulların 10%-nin gəlirləri)
arasında fərq 4-5 dəfədən artıq olmamalıdır.
Bu modeli rəhbər tutduqda, aparıcı Qərb ölkələrindən (orta sinfın üstünlük təşkil etdiyi - 60-70%-ə qədər)
fərqli olaraq, Azərbaycan əsasən aşağı siniflə (təxminən 20-22%) təmsil olunmuşdur ki, onun da böyük hissəsini
qaçqınlar və gənclər təşkil edir
1
. Lakin son dövrdə Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar nəticəsində orta
sinfin formalaşması və inkişafı prosesi güclənir. Hazırda bu və ya digər ölkələrin xüsusiyyətindən asılı olaraq orta
sinfə daxil etmənin müxtəlif meyarları təklif olunur. Məsələn, L. Belyayeva orta sinfı müəyyənləşdirərkən
aşağıdakı üç göstəricini əsas meyar kimi götürür
2
.
1) özünü identifikasiya; 2) həyat səviyyəsi; 3) təhsil səviyyəsi.
Elmi ədəbiyyatda orta sinfı səciyyələndirən digər meyarlara da təsadüf edilir: 1) mövcud konkret cəmiyyət
üçün götürülən gəlir səviyyəsi; 2) əhalinin maddi cəhətdən orta səviyyədə təmin olunmuş qrupları; 3) xırda
mülkiyyətçilər və xırda firmaların rəhbərləri; 4) ali təhsilli mütəxəssislər (təhsil səviyyəsi və peşə bilikləri meyarı
üzrə); 5) ali təhsili olmayan qulluqçular (aşağı orta sinif) və s.
Azərbaycanda orta sinfin möhkəmlənməsinə maneçilik yaradan əsas səbəblərdən biri odur ki, həyata
keçirilən özəlləşdirmə xırda və orta mülkiyyətçilərin deyil, iri mülkiyyət sahiblərinin formalaşmasına kömək
etmişdir. Fikrimizcə, aşağıdakı amillər orta təbəqənin formalaşmasını sürətləndirəcəkdir:
[118 - 119]
1) sosial meyarların kristallaşması, dəyərlər, normalar və sanksiyaların mədəni formalarla şərtlənən
sisteminin inkişafı;
2) cəmiyyət institutlarının stabilləşməsi, onların öz sabitliyini təkrar istehsal etmək qabiliyyəti, hakimiyyətin
demokratikləşməsi və aşkar xarakteri.
Müasir dövrdə Azərbaycanda sosial strukturun inkişafının xarakterik meyllərindən biri də yeni sosial
qrupların yaranmasıdır. Yeni sosial qruplar sırasına sahibkarları, fermerləri, bankirləri, aksionerləri, kooperatorları
və fərdi əmək fəaliyyəti ilə məşğul olanları aid etmək olar. Sənaye sahəsində, maliyyə və vasitəçilik biznesində
məşğul olan sahibkarları, xüsusi, birgə və kiçik müəssisələrin mülkiyyətçilərini xüsusi qeyd etmək lazımdır. Bu
sosial qruplar hazırda Azərbaycanda aktiv fəaliyyət göstərirlər.
2005-ci ilin yanvar ayına olan məlumata görə, son 15-16 ildə iri və orta müəssisələrin əsasında yaradılmış
səhmdar cəmiyyətləri, fərdi sahibkarlar, xarici və müştərək müəssisələrin sayı artaraq müvafiq surətdə 10-a, 2681-
ə, 796-ya, kiçik müəssisələrin sayı isə 2463-ə çatmışdır
3
.
Azərbaycanın sosial struktur sosiologiyasında ən mühüm meyllərdən biri də onun tranzit (keçid) cəmiyyət
strukturu kimi tədqiq olunmasıdır (Azərbaycan sosiumu nəzərdə tutulur).
Azərbaycanın sosial strukturunu təxminən aşağıdakı kimi təsvir etmək olar:
1. Yuxarı sinif (dövlət idarəetmə sistemində və inzibati orqanlarda aparıcı yerləri tutan elita, bankların,
tikinti, hasiletmə və emaletmə müəssisələrinin, təhsil, səhiyyə, ticarət, xidmət və məişət müəssisələrinin sahibləri).
2. Orta sinif (xırda mülkiyyətçilər, fərdi kəndli sahibkarlar, məmurlar, menecerlər, hüquqşünaslar,
professorlar və s.).
[119 - 120]
3. Kooperatorlar (sənaye istehsalında, xidmət sferasında və kənd təsərrüfatında).
4. Fəhlə sinfi: a) iri dövlət miqyaslı sənayedə, tikintidə, ticarətdə, kənd təsərrüfatında işləyənlər; b) qarışıq
və xüsusi müəssisələrdə çalışanlar və s.
5. Aşağı sinif (mülkiyyətə sahib olmayanlar, işsizlər, yoxsullar və s.).
Müəssisələrin özəlləşdirilməsi nəticəsində onların mülkiyyət formasının dəyişdirilməsi cəmiyyətin
təbəqələşməsini, bununla da sosial bərabərsizlik problemini gücləndirir. Hazırda Azərbaycanda özəl bölmənin payı
istehsalda 80%, o cümlədən sənayedə 70%, kənd təsərrüfatında isə 99%-i təşkil edir. Analoji meyl həmçinin
əməyin peşə bölgüsündə, onun sahə üzrə diferensiasiyasına əsaslanan sosial-peşə strukturunda da mövcuddur.
Azərbaycanın indiki vəziyyətində istehsalatın yüksək inkişaf etmiş, orta və zəif inkişaf etmiş sahələrə kəskin
ayrılması burada çalışan işçilərin qeyri-bərabər sosial vəziyyətini müəyyən edir. Bu, aqrar bölmənin işçiləri ilə neft-
qaz sənayesində çalışanların və ya ali məktəb işçiləri ilə dövlət strukturunda işləyənlərin əmək haqqı arasındakı
fərqi müqayisə etdikdə daha aydın görünür. Doğrudur, bazar münasibətləri şəraitində əhalinin sosial bərabərliyinin
əvvəlki anlamı utopiya olardı. Lakin əhalinin əksəriyyəti hələ də yeni şəraitdə müasir stimullaşdırma sisteminin
fəaliyyətdə olması faktını lazımınca qəbul etmək istəmir.
1
«Respublika» qəzeti. 23 yanvar 2007-ci il.
2
Беляева Л. Критерии выделения российского среднего класса. // Средний класс в современном российском обществе. M., 1999,
c.11-16.
3
Azərbaycanın statistik göstəriciləri 2006. B., 2006, səh. 125-127.
50
Keçid dövründə cəmiyyətin bəzi sosial qruplarının hüquqlarının pozulması hesabına öz maraqlarını ictimai
marağa qarşı qoymağa çalışan eqoizm qrupu formalaşır. Bu, cəmiyyətin sosial strukturunda mütərəqqi
dəyişikliklərin baş verməsi yolunda ciddi maneəyə çevrilməkdədir. Belə vəziyyətdə bu və ya digər sosial qrupa
mənsubluq vətəndaşlıq maraqları ilə deyil, utilitar maraqlarla müəyyən edilir.
[120 - 121]
|