Fənlərarası inteqrasiya-iki və ya daha artıq fənnin əhatə etdiyi anlayış, bilik, bacarıq, vərdiş və prinsipin sintezidir. Bu inteqrasiya bir fənnə aid olan qanun, nəzəriyyə və metodların başqa bir fənnin öyrənilməsində istifadəsini nəzərdə tutur. Məzmunun bu modelə uyğun sistemləşdirilməsi şagirdlərin təfəkküründə dünyanın bütöv və bölünməz obrazının yaradılması ilə yanaşı, həm də ümumelmi anlayışlar, kateqoriyalar və yanaşmalarla xarakterizə olunan yeni tip biliklərin formalaşdırılmasına təkan verir. Bununla yanaşı, müxtəlif fənlərə aid oxşar və bir-birini tamamlayan mövzular elə planlaşdırılır və tədris olunur ki, onlar üçün müəyyən bir çərçivə yaranır, yəni eyni vaxtda tədris olunur.