Fakültə: Filologiya İxtisas: Filologiya Kurs: 1 Müəllim: Mahmud Allahmanov



Yüklə 58,48 Kb.
səhifə3/3
tarix28.12.2021
ölçüsü58,48 Kb.
#48157
1   2   3
Nizaminin oğlu Məhəmmədə nəsihətləri

Səadət kamalla yetişir başa,

Xalqa hörmət elə, ədəblə yaşa.

Başına əfsanə düşdüyü zaman,

Allah qorxusunu unutma bir an.

Şair övladlarımıza sevib seçdikləri peşələrə dərindən yiyələnməyi tövsiyə edir. Şair oğlu Məhəmmədin timsalında bütün uşaqları özünüdərkə, vicdanının səsini duymağa səfərbər edir. Peşələrin sirlərini dərindən bilməyin vacibliyi ilə bağlı şair öz fikir və mülahizələrini incəliklərinə qədər daha düzgün olaraq açıqlayır:



Bir elmi öyrənmək istədikdə sən

Çalış ki, hər şeyi kamil biləsən.

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

“Kim ki, ibrət dərsi alıb dünyadan, sözün lövhəsini öyrənən zaman” söyləyən Nizami Gəncəvi oğluna hər sözün məna dəyərindən düzgün istifadə edərək, bağlı qapıların, müşküllüklərin açarı sayılan elmi bilikləri dərindən öyrənməyi tövsiyə edir, bildirir ki, hərzəkar, boşboğaz adamlarla ünsiyyətdə olmaq sənə yaraşmaz, fayda verməz, yaxşı, səmimi dost sənin ağ günə çıxmağının səbəbkarı, baiskarı olar. Bu deyilənlər baxımından şair öz fikirlərini emosionalcasına açıqlayır:



Yaxşı ad qazanmış gözəl dost ara,

Ondan yetişərsən ağ günə, vara.

Xoş ətirli bir dost yaxşıdır, inan,

Hərzə-hərzə durub danışanlardan.

“Tanrının əmrinə sən əməl eylə, bil üstün gələrsən hər bir müşkülə” deyən şair oğlu Məhəmmədə tövsiyə edərək bildirir ki, elmi biliklərə yiyələnmək insan üçün heç vaxt ar deyil, həyatda rastlaşdığın bağlı qapıların, müşküllüklərin açarı elmi biliklərdir, vaxtını boş keçirmə, bilik öyrənmək avara-avara vaxt keçirməkdən çox-çox üstündür. Həyatda bütün arzu və istəklərinə yalnız elmi biliklərə dərindən və fasilələrə yol vermədən, təmkinlə, dərindən düşünə-düşünə, fikirləşə-fikirləşə yiyələnməklə nail ola bilərsən. Bu baxımdan söylədiklərimizi şair“Yeddi gözəl” əsərində çox gözəl təsdiqləyir:



Hər kim ki, öyrənməyi bilməyirsə ar,

Sudan dürr, daşdan gövhər çıxarar.

Ancaq öyrənməyi ar bilən insan,

Məhrumdur dünyada bilik almaqdan.

Oğlu Məhəmmədə “Çox iti zehinlər yatan oldular, axırda saxsı qab satan oldular” deyən şair bildirir ki, insan daima, fasilələrə yol vermədən elmi biliklərə yiyələnməlidir. Bunun üçün oğlunu müəyyən suallarla qarşılaşdırır, dərin düşüncələrə yönəldərək düzgün nəticələr çıxarmağa sövq etdirir. Oğlunda öyrənməyə, təlimə münasibəti yaxşılaşdırmaq, təlim əməyinə meyli, həvəsi gücləndirmək məqsədi, arzuları belə ifadə edir:



Tazının ağzına düşən hər şikar

Təlim gördüyü üçün halal sayılar.

Təlimdir düzəldən itləri saptək,

Olmazmı cəhd etsə bir insan mələk?

“Dünyada keçməsin boş cavan çağın, yol get ki, güclüdür indi ayağın” misralarının müəllifi elmi biliklərə, ayrı-ayrı peşələrə cavan vaxtlarında yiyələnməyi tövsiyə edirdi. Şair övladında və o cümlədən bütün gənclərdə insan şəxsiyyətini ucaldan yaxşı keyfiyyətləri görmək arzuları ilə yaşayırdı.Yaltaqlığı insan ləyaqətini alçaldan pis xislət kimi dəyərləndirirdi. Bu baxımdan, fikrimizi şairin “Yeddi gözəl” əsərindəki aşağıdakı misraları bir daha təsdiqləyir. O, yazır:



Yaltaq zəncirini şir qırdı, atdı,

Odur böyüklüyə dünyada çatdı.

Fikrimizi yekunlaşdırarkənbelə nəticəyə gəlirik: Nizami Gəncəvi yaradıcılığı çoxçalarlı tərbiyə məsələləri ilə zəngindir; Dahi Nizaminin öyüd-nəsihətləri hər bir bəşər övladının tərbiyələnməsində böyük rol oynayır; Zəkalar sultanı Nizami Gəncəvi hər bir valideyndə uşağı üzərində təlim-tərbiyə işinin səmərə və keyfiyyətini yüksəltməyə real zəmin yaratmışdır; Nizami Gəncəvi valideynlərdən öz uşağına hər hansı sənəti, pəşəni öyrədərkən o sənəti, pəşəni kamil şəkildə öyrətməyi lazım bilmişdir;

Dahi şairin “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” sözləri zamanı qabaqlayan sözlərdir.

Son olaraq, “Yeddi gözəl” poemasında oğluna müraciət edir. Bu zaman oğlu artıq 21 yaşında gənc idi. Bu dövrdə xüsusilə dostları düzgün seçməyin vacibliyindən söz açır. Pis insanla olan dostluğu quşların tora düşməsiylə müqayisə edir.



Bir dostun da olsa eyibli əgər,

Yüzünün adına ləkə yetirər.

Ehtiyatsız bir quş düşərsə tora,

Başqa yüz quşu da sürüklər oda.

Zalımdan qorunmağı təkid edir. Həyat yolunun çətinliyindən söz açaraq, ehtiyatlı olmağa səsləyir. Lakin qəmin toruna düşməyi düzgün hesab etmir.



Bir çox düyün var ki, açardır, açar,

Bir çox çətinlik var, asanlıq saçar.

Daim səbr etməlidir insan. Bəzi çətinliklərin işıqlı yollara qapı olduğunu bilərək, hər şərdə bir xeyirin olduğunu bilərək səbr etməli!



Bağla öz əhdini pərvərdigara,

Başqa duyğulardan çəkil kənara.

Allahın əmrinə əməl edərək müşkül, çətin vəziyyətlərdən çıxmağı məsləhət görür. Zatında, əslində pislik olan insanlardan uzaq olmağa çağırır.



Zatı pis uzatsa yaxşılıq əli,

“İtirməz əslini kimsə” məsəli.

Öyrənmək, elm, özünü tanıma barədə fikirlərini burda da geniş şəkildə digər məsnəvilərindəki düşüncələrinin davamı olaraq görürük.



Hər kim öyrənməyi bilməyirsə ar,

Sudan dürr, daşdan da gövhər çıxarar.

Dürr qiymətli daşdır, su kimi parlaqlığı ilə seçilir. Gövhər də həmçinin dəyərli daşdır.



Son olaraq, deyə bilərəm ki, hər birimiz tək ömrümüzün bir dövründə yox, Nizami Gəncəvinin oğluna nəsihət etdiyi kimi hər zaman oxuyub, bilik qazanaq. Ona görə yox ki, oxuyub alim olaq, ona görə oxuyub birinci insan, adam ola bilək. Elm bir ümmandır, biz yeni nəsə öyrəndikdə ondan sadəcə bir damla götürə bilirik. Damlaların sayını çoxaltsaq, göl olar. N.Gəncəvi “Oğluma nəsihət” adı altında əslində bütün insanlara, yeniyetmələrə, gənclərə  müraciət edir. Onun da dediyi kimi, özümüzü tanıyaq, biz insanlar hər birimiz təkcə yaradılışımızla da möcüzəyik. Özünü tanımaq istəyən, özünü tanıyan insan sevər. Sevgini hər zaman məcrasını daraltmadan düşünün. Sevgi geniş anlayışdır. Allahı, özünüzü, insanları, həmçinin yaradılan hər şeyi sevməyiniz diləyi ilə!

ƏDƏBİYYAT

  1. Nizami Gəncəvi: biblioqrafiya /tərt. ed.: M.İbrahimova, G.Misirova; ixt. red. və burax. məsul K.Tahirov; red. M.Vəliyeva; M.F.Axundov ad. Azərbaycan Milli Kitabxanası. - Bakı, 2012.- 632 s.

  2. Sönməz günəşin hikmət dəryası: Nizami Gəncəvinin 875 illik yubileyi münasibəti ilə MKS-in uşaq şöbələri, məktəb, kollec, lisey kitabxanaları üçün hazırlanmış metodiki vəsait /tərt. ed. K.Səmədzadə; red. və burax. məsul Z. Dadaşova ; F.Köçərli adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2016.- s.

  3. Rzasoy S. Nizami poeziyası: Mif-tarix konteksti. Bakı: Ağrıdağ, 2003, 212 s.

Yüklə 58,48 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin