Üstündə mənim yox, onun adı var.
Həyat və yaradıcılığında azad düşüncəyə geniş yer verən Nizami Gəncəvi oğlu Məhəmmədi, o cümlədən bütün uşaqları hamıda ikrah hissi doğuran bəd əməllərdən kənarlaşdırmağa, hər bir iş və əməldə hamıya ideal nümunə olmağa dəvət edir. “Oğlum Məhəmmədə nəsihət” şeiri əksər tərbiyə komponentləri, əksər tərbiyə çalarları baxımından xoş təsir bağışlamaqla yanaşı, hər bir oxucunu ağılın meyarı olan elmi biliklərə dərindən yiyələnməyə, ağıllı, namuslu, qeyrətli, məzmunlu həyat sürməyə, xoş ovqat yaradan iş və əməlləri ilə atasına baş ucalığı gətirməyə səmtləndirir. Bu söylədiyimiz fikrirləri şair aşağıdakı kimi ifadə edir:
Qaç o sözlərdən ki, mənasız, boşdur,
İlahi elmlər öyrənmək xoşdur.
Elə namuslu ol, desin hər görən:
Ağıllı öğluna, Nizami, əhsən!
İnsanın həyatda öz sağlam düşüncəsini inkişaf etdirməyi vacib sayan ustad şair Nizami oğlu Məhəmmədə ikinci şeirini “Leyli və Məcnun” əsərində böyük sevgi və məhəbbətlə ifadə etmişdir. Bu zaman Məhəmməd artıq on dörd yaşa çatmışdır. Bu cəhətdən şair ibrətamiz, nəsihətamiz fikir və duyğularını onun yaşına, anlaq səviyyəsinə, tərbiyənin yaşa, biliyə uyğun olan, əsas ideya, əsas tələb rolunu oynayan prinsiplərinə müvafiq şəkildə, səriştəli, kamil tərbiyə nəzəriyyəçisi kimi çatdırır. “Sən ey on dörd yaşlım, hər elmə yetkin! Gözündə əksi var iki aləmin” deyən şair oğlu Məhəmmədin elm, ədəb qazanmaq sahəsində böyük səriştə, imkan sahibi olduğunu nəzərə alaraq ona qəflət yuxusundan oyanmağı, adına-sanına müvafiq işlər görərək daha kamil insana çevrilməyi emosionalcasına təklif edir. Onu həyatda daha böyük uğurlar, müvəffəqiyyətlər qazanmağa çağırır. Bu söylənilənlər baxımından oğlu Məhəmmədə öz səmimi istək və arzularını belə açıqlayır:
İndi ki, çatmışdır yaşın on dördə,
Başın sərv kimi durur göylərdə.
Qəflətdə oynama qeyrət vaxtıdır,
İndi hünər vaxtı, şöhrət vaxtıdır.
Nizami Gəncəvi tərbiyə işində özünütərbiyəni, təhsillənmədə özünütəhsili çox yüksək dəyərləndirir. O, oğlu Məhəmmədin timsalında bütün uşaqları həyatdan dərs almağa çağıraraq bildirir ki, bütün müşküllüklərin açarı elmdədir. Bu söylənilənlər baxımından şair öz fikir və mülahizələrini aşağıdakı misralarında daha aydın şəkildə ifadə edir:
Kim ki, ibrət dərsi alıb dünyadan,
Sözün lövhəsini öyrənən zaman.
Eləmiş sənəti elmə xəznədar,
Dünyanın müşkülü belə açılar.
Zəkalar sultanı Nizami Gəncəvi vaxtdan səmərəli istifadə etməyi, çox yatıb vaxtı fövtə verməməyi oğlu Məhəmmədin timsalında bütün gənclərə tövsiyə edir. Bildirirki, insan öz əbədiyyətini öz sağlığında qazanmalıdır. Bu söylənilənlərlə bağlı öz müdrük fikir və duyğularını belə şərh edir:
Ey öğul, sənədir sözüm, yaxşı bax,
Çünki mən yatıram, sənsə qal oyaq.
Adın xoş gülüdür əbədiyyətin,
Məhəmməd isminin möhrüsən mətin.
Nizami Gəncəvi oğlu Məhəmmədi kamil şəxsiyyət, sayılıb seçilən insan kimi görmək istəyir. Bu işdə uşağın öz səyinə, təlaşına onda nikbin ruh yaratmaq zəminində üstünlük verir. Üzünü övladı Məhəmmədə tutaraq “Ucalmaq istəsən, bir kamala çat, Kamala ehtiram göstərir həyat” kimi misraları ilə xatırladır ki, şan-şöhrət qazanmaq, gərəkli insana çevrilmək öz səyindən, öz təlaşından asılıdır. Bunun üçün çalışqan, zəhmət sevər olmalısan. Öz halal zəhmətinlə, səyinlə zirvələrə ucalmalısan. Bu deyilənlər baxımından öz arzu və istəklərini aşağıdakı dərin mənalı, düşündürücü misralarında uşaq anlamına, uşaq ruhuna daha yaxın mənada vurğulayaraq yazır:
Uşaqkən əslini sorsalar bir az,
Ağac bar verəndə cinsi sorulmaz!
Elə ki, böyüdün belədir qayda,
Atanın adından sənə nə fayda?
Nizami Gəncəvi yenə də oğlu Məhəmmədin şəxsində bütün bəşər övladlarını özünütərbiyəyə, özünütəkmilləşdirmə, özünütəhsilə məşğul olmağa səmtləndirir. O, yaxşı bilirki, tərbiyələnməyin ən optimal yolu özünütərbiyə, təkmilləşmənin ən optimal yolu özünütəkmilləşdirmə, təhsillənmənin ən optimal yolu isə özünütəhsildir. Bu cəhətlərdən də “Sən aslanlar kimi keç cəbhələrdən, yalnız hünərinin balası ol sən! nidaları ilə bildirir ki, səadətə, kamala çatmaq hər bir insanın öz işi, öz səyi, öz təlaşı sayəsində təzahürünü tapır. Bu söylənilənlərlə bağlı şair öz istək və arzularını, uşaqlarda görmək istədikləri keyfiyyətləri aşağıdkı misraları ilə uşaq ruhuna, uşaq anlamına uyğun şəkildə aşağıdakı misralarında çox gözəl vurğulayır:
Dostları ilə paylaş: |