İşəmuzd - mükafat ödənilmə sistemi
İşəmuzd - mükafat formasında işçilərə müəyyən olunmuş istehsal normalarının artıqlaması ilə yerinə yetirilməsi və keyfiyyət göstəricilərini yüksəltdilməsinə görə əlavə olaraq mükafat hesablanır. Mükafatlar həm sabit formada, həm də hesablanmış əmək haqqının müəyyən faizi miqdarında təyin edilə bilər.
Mükafatların hesablanması barədə "Mükafatlar" bölməsində məlumat ala bilərsiniz.
İşəmuzd-mükafat sistemində əmək haqqı sadə işəmuzd sistemində olduğu kimi hesablanır. Mükafatın məbləği əmək haqqına əlavə olunur və əmək haqqı ilə birlikdə ödənilir.
.3-cü dərəcəli tornaçı Məmmədova əmək haqqının işəmuzd ödənilmə sistemi təyin edilibdir. 3-cü dərəcəli tornaçının 1 hazır məhsula görə işəmuzd tarif dərəcəsi 5 manatdır. Müəssisə rəhbərinin əmrinə görə əsas istehsalın işçilərinə cari ayda zay məhsulun olmamasına görə hər ay əlavə 90 manat mükafat ödənilir.
Cari ilin avqust ayında 3-cü dərəcəli ornaçı Məmmədov 110 ədəd məhsul istehsal etmişdir. Eyni zamanda, həmin dövr üzrə heç bir zay məhsul olmamışdır.
Məmmədovun əsas əmək haqqısı cari ilin avqust ayında olacaqdır:
5 man. * 110 əd. = 550 manat
Məmmədovun cari ilin avqust ayı üçün cəmi hesablanan əmək haqqısı olacaqdır:
550 manat + 90 manat = 640 manat
Dostları ilə paylaş: |