Vibrasiyaların normalaşdırılan parametrləri və yolverilən qiymətləri
3.1. Vibrasiyanın normalaşdırılan parametrləri olaraq, vibro təcilinin – La (vibro sürətinin -LV), səviyyələri dB-ilə və yaxud 2, 4, 8, 16, 31, 5, 63 Hs orta həndəsi tezliklərində oktavalı zolaqlarda vibrasiya yerdəyişmələri – S, m qəbul edilmişdir.
Təxmini qiymətləndirmələr üçün korreksiya (düzəlişlər) edilmiş vibrasiya təcili akorr -m.c-2 , (vibrasiya sürətləri - Vkorr, m.c-1, vibrasiya yerdəyişmələri - Skorr, m) və yaxud La vibrasiya təcilinin korreksiya edilmiş səviyyəsinə (Lv -vibrasiya sürəti) dB ilə istifadə edilməsinə icazə verilir.
3.2. Binaların otaqlarında vibrasiya təcillərinin yolverilən səviyyələri Cədvəl 2-də, binaların otaqlarında vibrasiya sürətlərinin yolverilən səviyyələri Cədvəl 3-də, binaların otaqlarında mütləq vibrasiya yerdəyişmələrinin yolverilən səviyyələri Cədvəl 4-də verilmişdir.
Dostları ilə paylaş: |