FaküLTƏ: NƏQLİyyat və logiSTİka kafedra: Nəqliyyat texnikası və idarəetmə texnologiyaları


Səs-küyün normalaşdırılan parametrləri və yolverilən səviyyələri



Yüklə 57,44 Kb.
səhifə2/4
tarix10.01.2022
ölçüsü57,44 Kb.
#51149
1   2   3   4
Sərbəst iş 4 nəqliyyat ekologiyası

Səs-küyün normalaşdırılan parametrləri və yolverilən səviyyələri

 

2.1. Daimi səs-küyün normalaşdırılan parametrləri (L) orta həndəsi tezlikli 63, 125, 250, 500, 1000, 2000, 4000, 8000 Hs oktava zolaqlarında (səs təzyiqinin oktava səviyyələri), desibellərlə (dB) səs təzyiqinin qiymətləridir.



Təxmini qiymətləndirmə məqsədilə (LA, dB) səs səviyyəsindən istifadə edilməsinə icazə verilir.

2.2. Daimi olmayan səs-küyün normalaşdırılan parametrləri dBA ilə səsin ekvivalent enerjisi (L A.ekv ) və maksimal səviyyəsi (L A.maks ) -dır.

Daimi olmayan səs-küyün yolverilən səviyyələrə uyğunluğunun qiymətləndirilməsi eyni vaxtda ekvivalent və maksimal səs-küy səviyyələrinə görə təyin edilir.

2.3. Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları

Vibrasiya – yüksək tezlikli, kiçik amplitudlu mexaniki rəqslərdir. Yaranma mənbəyinə görə vibrasiyaların aşağıdakı növləri qəbul edilib:

nəqliyyat vibrasiyaları, avtomobillərin yollarda və ərazilərdə hərəkəti zamanı yaranır;

nəqliyyat – texnoloji vibrasiyalar, stasionar vəziyyətdə texnoloji əməliyyatlar yerinə yetirən maşınların işi və istehsalat binasının xüsusi hazırlanmış hissəsində və sənaye sahələrində hərəkət etdirilməsi zamanı yaranır;

texnoloji vibrasiyalar stasionar maşınların işi zamanı yaranır və ya vibrasiya mənbəyi olmayan işçi yerə ötürülür.

İnsana ötürülmə üsuluna görə vibrasiyalar iki növə bölünür:

ümumi vibrasiyalar, dayaq səthi ilə insan bədəninə ötürülən;

yerli vibrasiyalar, insana əlləri vasitəsilə ötürülən.

Vibrasiyanın sağlamlığa təsiri. Vibrasiyanın insan orqanizminə təsiri onun amplitudu və tezliyi ilə müəyyən edilir. Tezliyi 15 Hs-dək olan rəqslər vestibulyar aparata təsir edir. Tezliyi 25 Hs-dək rəqslər ayrı-ayrı təkanlar şəklində olub, sümüklərdə və oynaqlarda dəyişikliklər əmələ gətirir; 50 Hs-dən 250 Hs-dək olan rəqslər isə sinir sisteminə təsir edir, damarların spazmasına, ürək fəaliyyətinin dəyişməsinə, yorğunluğa, ayrı-ayrı orqanlarda ağrılara, vibrasiya xəstəliyinə səbəb olur. Daha yüksək – ultrasəs tezliklərdə mexaniki enerji istilik enerjisinə çevrilir.

Vibrasiya insanın görmə qabiliyyətini zəiflədir, diqqətini azaldır, yorğunluq və başağrısı yaradır.


Yüklə 57,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin