Fakültə: Tarix



Yüklə 138,94 Kb.
səhifə2/4
tarix09.12.2022
ölçüsü138,94 Kb.
#73473
1   2   3   4
Nurcan Türk dili kopyası

SAİTLƏRİN YERİ


Türk dilində a, e, i, ı, u, ü saitlərin sözün hər yerində - əvvəjjndə, ortasında və sonunda işlənir.
o, ö saitləri sözün yalnız ilk hecasında işlənir. Lakin bir neçə türkmənşəli və alınma sözlər müstəsnalıq təşkil edir (horoz, doktor, direktor, kriko, traktor və s.).
Bu saitlər şəkilçilərin tərkibində də işlənmir. İndiki zamanın "yor" şəkilçisi müstəsnalıq təşkil edir. Şəkilçilərdə iştirak edən "e" saiti isə yalnız "ə" səsini verir.
Azərbaycan dilində fərqli olaraq türk dilində sözün əvvəlində "ı" saiti işlənir, buna görə də həmin saitlə başlayan sözlərin tələffüzünə diqqət etmək, "i"ləşdirməkdən qaçmaq lazımdır. Məs.:
ılık, ışık, ısıtmak, ırk (ilıq, işıq, isitmək, irq və s.).
SAMİTLƏRİN BÖLGÜSÜ
Türk dilində 21 samit var. Bu samitlərdən üçü - g, к, 1 iki danışıq səsinə malikdir, "ğ" samiti isə spesifıkdir. Digər samitlərin tələffüzü Azərbaycan dilindəki samitlərin tələf­ füzü ilə eynidir. Yadda saxlamaq lazımdır ki, hər iki dildə samitlərin əsas xüsusiyyəti onların küylü olmasıdır. Lakin türk dilində kar samitlərin işlənmə sahəsi daha genişdir. Bunun başlıca səbəblərini belə izah etmək olar.
1. Azərbaycan dilində "q" cingiltili samiti ilə başlayan sözlərin əksəriyyəti türk dilində kar "k" samiti ilə işlənir.
3. Türk dilində "x" samiti yoxdur. Azərbaycan dilində bu samitlə başlayan və bitən sözlər türk dilində "h" və ya "k" samiti ilə, sözün ortasında isə həmin samitlərdən başqa bil­
də "ş" samiti ilə işlənir. Hər üç samit "x" səsinə nisbətən
daha “kardır”.
qalın - kalın qadın - kadın qış - kiş
qoyun - koyun quş - kuş
qazan - kazan qar - kar qulaq - kulak quzu - kuzu qız - kız
xəbər - haber
xəritə - harita
xəstə - hasta
xalq - halk
xidmət - hizmet xronika - kronik mexanika - mekanik arxiv - arşiv
çox - çok ox - ok
2. Türk dilində (bəzi müstəsna hallardan başqa) sözün sonunda cingiltili samitlərdən "b", "c", "g", "d" işlənmir. Bu samitlərin yerinə onların kar qarşılıqları - p, ç, k, t işlənir.
dodaq - dudak kitab - kitap almaq - almak dörd - dört ehtiyac - ihtiyaç
ağac - ağaç qılınc - kılıç qaşıq - kaşık dərd - dert cavab – cevap.


b) cingiltili samitlər: v, b, c, j, d, g, y, z, m, n, q, 1, q.
Kar samitləri yadda saxlamaq üçün "Fe Paşa çok hasta" (yəni Filan paşa çox xəstədir) cümləsini əzbər bilmək kifayətdir. Həmin cümlədəki samitlər türkcənin 8 kar samitinə müvafiqdir.
2. Tonun iştirakına görə:
a) Tonsuz samitlər: f, p, ç, ş, h, s, t, k.
Bunların əmələ gəlməsində ton iştirak etmir, onlar yalnız küyün köməyi ilə yaranır.
b) tonlu samitlər: v, b, c, j, d, g, r, ğ, y. c) sonor samitlər: 1, m, n, r.
3. Əmələgəlmə yerinə görə:
a) qoşa dodaq samitləri: b, p, m
b) dil-diş samitləri: d, t, z, s, 1, r, ç, c, j, ş. c) damaq samitləri: k, y, g, ğ
Z) boğaz samiti: h.
d) dodaq-diş samitləri: f, v.
Qeyd edək ki, türk dilində samitlərin təsnifatında başqa prinsiplərdən də istifadə edirlər. Lakin praktikada ən çox istifadə olunan birinci prinsipdir, yəni samitlərin səs tellərinin iştirakına görə bölgüsüdür.


1- cingiltili, sonor, dil-diş samiti
m - cingiltili, sonor, qoşa dodaq samiti n - cingiltili, sonor, dil-diş samiti
p - kar, tonsuz, qoşa dodaş samiti
r - cingiltili, sonor, dil-diş samiti
s - kar, tonsuz dil-diş samiti
ş - kar, tonsuz, dil-diş samiti
t - kar, tonsuz, dil-dil samiti
v - cingiltili, tonlu, dodaq-diş samiti
у - cingiltili, tonlu, damaq samiti
z - cingiltili, tonlu, dil-diş samiti.
"л" UZATMA-İNCƏLTMƏ İŞARƏSİ
(Yeni orfoqrafıya qaydalarına görə bu işarənin işlədil­ məsi məcburiyyəti yoxdur).
Bu işarə aşağıdakı hallarda işlədilir:
1. Yazılışı eyni, mənaları müxtəlif olan alınma sözlərdə
saitlərin uzun tələffüz edildiyini göstərir:
kätip - katib imkan - imkan lazım - lazım iläç - dərman
rüzgär - külək karargäh - qərargah guya - guya
hala - bibi
Alı - Əli
alem - ələm, kədər şura - bura
hälä - hələ ali - ali alem - aləm şura - şura
3. Ərəb və fars dilindən alınma bəzi isimlərdən nisbi sifət düzəldən "i" şəkilçisinin üzərinə qoyularaq, həmin şəkil­
çinin həm uzun tələffüzünü göstərir, həm də üçüncü şəxs
təkin mənsubiyyət şəkilçisi ilə qarışmamasını təmin edir:
tarih - tarihi, ilim - ilimi, ahläk - ahlaki iktisat - iktisadl, ut - udl, siyaset - siyasi
Müqayisə et:
Azerbaycan tarihi - tarihi eser Coğrafya ilmi - ilmi yazı
AYIRMA " ” ' İŞARƏSİ
Türk dilində "kəsmə", "ayırma" işarəsi adı verilən apostrof işarəsindən aşağıdakı hallarda istifadə edilir:
1. Xüsusi isimləri hal şəkilçilərindən, bir sıra hallarda həm də digər şəkilçilərdən ayırmaq üçün. Məs.:
Orhan'a, İstanbul'un, Ankara'yı, Tiirkze Sözlük'ten, Çalıkuşu'ndan.
2. Qısaltmalardan (abbreviaturalardan) şəkilçini ayır­ maq məqsədilə. Məs.:
TBMM'den (Türkiye Büyük Millet Meclisi), TRT'nin (Türkiye Radio Televizyon Kurıımu), PTT'ye (Posta Telefon Telgraf)
3. Rəqəmləri şəkilçilərdən ayırmaq üçün: 1988'inci yıl, 1985'ten sonra, 12'ye 5 var.
2. Türk dilində iki danışıq səsinə malik "g", "к", "1" samitləri ilə heca quran "a" "u” saitlərinin üzərinə gələrək, həmin samitlərin incə tələffüzünü təmin edir:
Türk dilində apostrof işarəsi əvvəllər, vaxtilə Azərbaycan dilində olduğu kimi, ərəb və fars dillərindən gəlmiş bir sıra sözlərdə səslərin uzun tələffüz edilməsini və sözlərin əslinə uyğun hecalandırılmasmı göstərmək üçün də istifa-də edilirdi.

Yüklə 138,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin