Fakültə;Nəqliyyat və Logistika Fənn; Dəmiryol nəqliyyat vasitələrinin hərəkət vasitələri Qrup;101A2 Müəllim;Ramin Aslanov Tələbə;Şahanə İbrahimli LABORATORİYA İŞİ №1
Təkər cütünün adi müayinədən keçirilməsi
İşin məqsədi:
Təkər cütünün adi müayinədən keçirilməsini yerinə yetirməklə texnoloji prosesin xəritəsini tərtib etməyin öyrənilməsi.
Avadanlıqlar:
Təkər cütləri ən məsuliyyətli qovşaqlar sayılırlar, onların saz vəziyyətdə saxlanılmasından dəmir yolunda hərəkətin təhlükəsizliyi asılıdır. Onlar özlərində vaqonun və yükün ağırlığını daşıyaraq onların hərəkətini rels yolu üzrə istiqamətləndirirlər. Həmçinin, yolun qeyri-bərabərliyindən müxtəlif istiqamətlərdən gələn zərbələri qəbul edirlər. Şəkil 1 və 2-də vaqon və elektrik lokomotivinin təkər cütləri göstərilib.
Şəkil 1. Vaqonun təkər cütü:1 — bandaj təkəri; 2 — vaqonun oxu; 3 — orta hissə; 4 — oxun topaltı hissəsi; 5 — tamdiyirlənmiş təkər; 6 — təkər topunun qabaq hissəsi; 7 — oxun boynu; 8 — bandaj; 9 — təkərin mərkəzi; 10 — bandajın bərkidilməsi üçün halda.
Şəkil 2. Elektrik lokomotivinin təkər cütü:1 — buks; 2 — bandaj; 3 — dişli çarxın çələngi (tacı); 4 — dişli çarxın mərkəzi; 5 — təkərin mərkəzi; 6 — ox.Vaqon təkər cütləri xidmət zamanı texniki xidmət adı və tam müayinədən keçirilir və nasazlıqları aşkar etməyə imkan yaradır. Tam müayinə vaqonların zavodda təmiri zamanı yerinə yetirilir.Adi müayinə təkər cütlərinin vaqonaltına verilməsi zamanı yerinə yetirilir. Adi müayinədə təkər cütünə adi baxış keçirilir. Çirklərin yığılmasına görə çatlar müəyyən edilir, yağların toplanmasına görə isə təkərin oxla olan boşalmasını aşkar etmək olar.Təkər cütü yuyulduqdan və təmizləndikdən sonra maqnit defektoskopu ilə yoxlanılır. Daha sonra təkər cütünə xarici baxış keçirilir, bütün ölçülər yoxlanılır və yeyilmənin buraxılabilən normaları ilə müquyisə olunur. Burada həm də buksun aralıq reviziyası yerinə yetirilir.
Nəticə:
Aparılan işin nəticəsində təkər cütünü istismara yararlığı barədə rəy vermək, aşkar edilən qüsurların aradan qaldırılması üçün tövsiyələr vermək. Hesabatın məzmunu:
1.İşin adı və məqsədi.
2.İstifadə edilən avadanlıq və alətlərin siyahısı.
3.İşin yerinə yetirilmə qaydasının qısa məzmunu.
4. Ölçmələri ,qiymətləri, texnoloji xəritə
5.İşin nəticəsi.