Faydalı qazıntılar, mineralogiya və petroqrafiya


Mühazirə 11 Faydalı qazıntı yataqlarının yeraltı ehtiyatlarının hesablanması



Yüklə 494,98 Kb.
səhifə21/28
tarix23.01.2023
ölçüsü494,98 Kb.
#80346
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   28
Faydalı mühazirə (yeni proqram)-1

Mühazirə 11
Faydalı qazıntı yataqlarının yeraltı ehtiyatlarının hesablanması
Faydalı qazıntıların ehtiyatlarının hesablanması - yer təkinə yerləşmiş mineral xammalın kəmiyyət və keyfiyyətinin, texnoloji xüsusiyyətlərinin, onların istismarı üçün dağ-texniki amillərin araşdırılmasının və son nəticə kimi bütün aparılmış geoloji-kəşfiyyat işlərinin təhlili və sistemləşdirilməsidir..
Hazırda ehtiyatların 20-dən çox hesablama üsulları məlumdur: geoloji bloklar üsulu vo onun xüsusi halı kimi orta hesablı istismar blokları, kəsilişlər üsulu , çoxbucaqlar, üçbucaqlar və dördbucaqlar üsulu, izohips, izoxət və statistik, həmçinin yaxın rayon, qrafiki, orta bucaq. kosinuslar, geomorfoloji və s. Geoloji-kəşfiyyat işləri təcrübəsində bu üsullardan yalnız üçü geniş istifadə olunur: kəsilişlər, bloklar və statistik.
Kəsilişlər üsulu. Bu üsulla ehtiyatların hesablanmasında kəsilişlər sistemi əmələ gətirən yatağı eninə kəsən geoloji-kəşfiyyat kəsilişləri istifadə olunur. Geoloji-kəşfiyyat müstəvilərində filiz kütlələrinin (və ya zonalarının) sərhədləri göstərilir, hesablama bloklarının konturları isə kəsiliş müstəviləri ilə üst-üstə düşür. Ehtiyatlar hər blok üçün ayrıca hesablanır, sonra isə cəmlənir.
Kəsilişlər üsulu yataqların və faydalı qazıntı kütlələrinin geoloji quruluş xüsusiyyətlərini daha tam nəzərə almağa və əks etdirməyə imkan verir. Bu üsulun istifadəsinin əsas effektliliyi mürəkkəb formalı və böyük qalınlığa malik olan filiz kütlələrinin ehtiyatlarını hesablayarkəa özünü göstərir. Onun əsas çatışmamazlığı - ancaq eninə kəsilişlər sistemində tətbiqidir.
Bloklar üsulu. Yatağın kəşfiyyatı qeyri-düzgün şəbəkə üzrə aparıldıqda və həmçinin az qalınlıqlı lay və damar formalı filiz kütlələrinin ehtiyatlarının hesablanmasında bloklar üsulundan istifadə edilir. Bu üsulla ehtiyat hesablayarkən faydalı qazıntı kütləsinin (zonasının) sahəsi ayrı-ayrı bloklara - sahələrə bölüııür. Filiz kütləsinin həcmi hündürlükləri hesablanma bloklarının orta qalınlıqlarına bərabər olan bir neçə qapalı müxtəlif ölçülü fiqurlara çevrilir. Dik yatıma malik filiz kütlələri şaquli, az meyllilər isə - horizontal müstəvilərə proyeksiyalanırlar. Geoloji-kəşfıyyat praktikasında bu üsulun üç əsas növü (üsulu) yayılmışdır: orta hesab, geoloji bloklar və istismar blokları.
Orta hesab üsulu gcoloji-kəşfıyyat işlərinin müxtəlif mərhələlərində ilkin qiymətləndirilmiş ehtiyatların təqribi hesablanması üçün istifadə olunur. Bunun üçün faydalı qazıntı kütləsi eyni ölçülü fiqura - diskə bərabərləşdirilir, orta qalınlıqlar isə kontura daxil olan kəşfiyyat kəsimləri ilə təyin olunur. Ehtiyatlar bu düsturla hesablanılır: V = S • m; Q = V • d; P
burada: V - filiz kütləsinin həcmi; S - faydalı qazıntı kütləsinin proyeksiya sahəsi; m - faydalı qazıntının orta horizontal qalınlığı; Q - faydalı qazıntının ehtiyatı; d - faydalı qazıntının həcmi kütləsi; c - faydalı komponentin filiz kütləsində orta miqdarı.
Geoloji bloklar üsulu orta hesab üsulundan onunla fərqlənir ki, faydalı qazıntıların ümumi konturu daxilində geoloji əlamətlər kompleksi əsasında bir neçə müstəqil hesablama blokları ayrılır. Geoloji əlamətlərdən əlavə (məsələn, qalınlıq, faydalı komponentin miqdarı və s.), müstəqil blokların ayrılmasında onların kəşfiyyat dərəcələri və faydalı qazıntıların dağ-texnoloji xüsusiyyətləri də nəzərə alınır.
İstismar blokları üsulu az qalınlığa malik olan və uzununa kəşfiyyat sistemi ilə dağ işləri vasitəsilə öyrənilmiş filiz damarlarının ehtiyatlarının hesablanması üçün tətbiq olunur (istismar blokları adı altında iki, üç və ya dörd tərəfdən dağ qazmaları ilə konturlaşmış filiz damarı hissəsi başa düşülür). Əsas qrafiki tərtibat filiz damarının (az qalınlıqlı filizləşmə zonasının) uzununa proyeksiyasından ibarətdir. Hər istismar bloku üzrə filizinehtiyatı onun sahəsinin orta üfüqi (və ya şaquli) qalınlığına və orta həcm çəkisinə hasilindən, faydalı komponentin ehtiyatı isə faydalı qazıntının alınmış ehtiyatının faydalı komponentin orta blok miqdarına hasilindən alınır.

Yüklə 494,98 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin