Faydalı qazıntılar, mineralogiya və petroqrafiya


Mühazirə 2 Faydalı qazıntı yataqlarının əmələ gəlmə şəraiti və struktur-genetik tipləri



Yüklə 494,98 Kb.
səhifə2/28
tarix23.01.2023
ölçüsü494,98 Kb.
#80346
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   28
Faydalı mühazirə (yeni proqram)-1

Mühazirə 2
Faydalı qazıntı yataqlarının əmələ gəlmə şəraiti və struktur-genetik tipləri
Faydalı qazıntı yataqları əmələgəlmə şəraitlərinə görə üç iri seriyaya ayrılır: endogen, ekzogen və metamorfogen. Endogen yataqlar yer qabığının dərin hissələrində, ekzogen yataqlar isə yer səthində və səthə yaxın horizontlarda baş verən geoloji proseslərlə əlaqədardır. Metamorfogen yataqlar yerin dərin zonalarında süxurların və müxtəlif mənşəli yataqların intensiv dəyişməsi nəticəsində əmələ gəlmişdir.
Endogen yataqlar yerin dərin qatlarında yüksək hərarət və təzyiq rejimində baş verən geokimyəvi proseslərlə əlaqədardır. Bu yataqlar maqmatik proseslərin fəaliyyəti nəticəsində formalaşdığından onlara maqmatogen yataqlar deyirlər. Maqmatogen yataqlar müxtəlif tərkibli intruziv süxurlarla bağlıdır. Onlar odlu-maye silikat ərintisinin (maqma) bu və ya digər səbəbdən yerin dərin qatlarından yuxarı horizontallarına qalxaraq soyuması və kristallaşması nəticəsində əmələ gəlmişdir. Bu zaman silikat ərintisinin tərkibində az miqdarda iştirak edən metallar özlərini müxtəlif şəkildə aparır. Birinci halda onlar intruziv kütlədə bu və ya digər birləşmələr şəklində səpələnərək yerli konsentrasiya əmələ gətirmir. Digər halda, metallik birləşmələr maqmanın tərkibində müəyyən qədər qeyd edilən uçucuların (N20, C02, S, Cl, F və s.) vasitəsilə daşınılaraq kristallaşan silikat ərintisindən kənarda yan süxurlarda səpələnir. Nəhayət, elə geoloji şərait də yaranır ki, metallar yerli konsentrasiya əmələ gətirərək mineral yataqları formalaşdıra bilsin. Belə şərait intruziv süxurların formalaşması zamanı baş verən kristallaşma diferensiasiyası və yaxud likvasiya prosesi ilə əlaqədardır. Əmələ gəlmiş yataqlar isə xüsusi maqmatik yataqlar adlanır və onları doğurmuş olan ana intruziv süxurlarda, yaxud da bu süxurların bilavasitə yaxınlığında yerləşir. Uçucularla zəngin olan qalıq silikat ərintisinin öz yerində və ya da tavanın süxurlarına sıxılaraq soyulması nəticəsində peqmatit yataqları əmələ gəlir.
Maqmatogen yataqların böyük bir hissəsini postmaqmatik yataqlar təşkil edir. Bu tip yataqların əmələ gəlməsində maqmatik ocaqdan ayrılan postmaqmatik məhlulların böyük rolu olmuşdur. Məhlullar yan süxurlardakı çatlar boyu yuxarıya və kənarlara doğru hərəkət edərkən bu süxurların hesabına müxtəlif metallarla və minerallaşdırıcılarla zənginləşmiş, kimyəvi tərkibini dəyişmiş və öz faydalı yüklərini çökdürmüşdür.
Endogen yataqlar seriyasına aşağıdakı qrup yataqlar daxildir: maqmatik, peqmatit, karbonatit, skarn, albititqreyzen, hidrotermal və kolçedan.
Müxtəlif süxur komplekslərinin və dərinlikdə formalaşmış yataqların kimyəvi aşınma prosesi nəticəsində dəyişməsi oksidləşmə zamanı gedir. Bu yolla aşınma qabıqları yaranır. Aşınma qabıqlarında qalıq və infıltrasiya yataqları əmələ gələ bilir. Qalıq yataqları səthə yaxın olan sahələrdə oksigen potensialının və atmosfer çöküntülərinin təsir zonasında baş verən proseslər hesabına yaranır; nəticədə həll olmuş mineral birləşmələri pozulma zonasından daşınılır, yerdə isə sənaye əhəmiyyəti kəsb edən çətin həll olan birləşmələr toplanır. İnfıltrasiya yataqları həll olmuş qiymətli maddələrin oksidləşmə zonasının aşağı hissəsində və ondan bilavasitə aşağıda təkrarən çökməsi nəticəsində formalaşır.
Fiziki aşınma nəticəsində faydalı qazıntıların mexaniki pozulması baş verir. Mexaniki aşınma materialı davamlı və kimyəvi cəhətdən dəyanətli minerallardan təşkil olunmuşdur. Onlar müxtəlif səpinti yataqlarını, yaxud səpintiləri əmələ gətirir.
Çökmə lay dəstələrinin formalaşması zamanı mineral maddələrinin kimyəvi, biokimyəvi, mexaniki və vulkanogen diferensiasiyası nəticəsində müxtəlif növ faydalı qazıntıların çökmə yataqları yaranır.
Beləliklə, ekzogen seriyanı üç qrup yataqlar təşkil edir: aşınma qabıqları, səpintilər və çökmə.
Metamorfogen yataqlar yerin çox dərin qatlarında süxurların və müxtəlif mənşəli yataqların intensiv dəyişməsi nəticəsində əmələ gəlmişdir. Bu cür şəraitdə yeni metamorfik yataqlar və güclü dəyişməyə məruz qalmış metamorfizləşmiş yataqlar yarana bilər.
Müvafıq olaraq, metamorfogen seriyanı iki qrup yataqlar təşkil edir: metamorfik və metamorfizləşmiş.
Bütün faydalı qazıntılar-seriyalara, seriyalar-qruplara, qruplar-siniflərə, bəzən isə yarımsiniflərə bölünür (V.İ. Smimov, 1982) (cəd- vəl 4). Siniflər və yarımsiniflər öz növbəsində mineral tərkiblərinə görə faydalı qazıntı formasiyalarına bölünə bilər. Filiz formasiyaları məfhumu altında tipik paragenetik mineral (element) assosiasiyasına malik olan və uyğun fıziki-kimyəvi və geoloji şəraitdə əmələ gələn yataqlar başa düşülür. Müəyyən süxur formasiyalarına müəyyən qrup faydalı qazıntılar uyğun gəlir. Məsələn, dərinlikdə və orta dərinlikdə qranitoidlərlə genetik əlaqədə əmələ gəlmiş yüksək temperaturlu hidrotermal yataqlar üçün qızıl-kvars, kvars-kassiterit, kvars-volframit və kvars-molibdenit fıliz formasiyaları xasdır.
Hər üç seriyanın (endogen, ekzogen, metamorfogen) faydalı qazıntı kütlələri yan süxurlarla eyni zamanda formalaşarsa, singenetik kütlələr yaradırlar. Yox əgər faydalı qazıntı kütləsi müxtəlif geoloji proseslərin nəticəsində əvvəldən əmələ gəlmiş süxurlarda yaranırsa, onlar epigenetik kütlələrdir.
Faydalı qazıntı yataqları qırışıqlıq qurşaqlarında, platformalarda, aralıq massivlərində və okean diblərində formalaşırlar.
Faydalı qazmtı yataqları yer səthindən müxtəlif dərinliklərdə yerləşən dörd zonada formalaşır: ultraabissal, abissal, hipabissal və səthə yaxın.
Ultraabissal zona Moxoroviçiç sərhədindən yuxarıda yer səthindən 10-15 km dərinlikdə yerləşmişdir.
Ultraabissal zona üçün disten, sillimanit və andaluzit şistləri, rutil, korund, qrafıt və floqopit kimi metamorfık mənşəli faydalı qazıntılar səciyyəvidir.
Abissal zona yer səthindən 3-5 km dərinlikdən 10-15 km dərinliyə qədər yerləşmişdir. Bu müqabildən maqmatik mənşəli xromit, titanomaqnetit və platinoidlər, nadir metal saxlayan peqmatit, albitit və qreyzen-kvars, nəhayət, skarn və hidrotermal tip nadir əlvan metal yataqlarını göstərmək olar.
Hipabissal zona yer səthindən 1-1,5 kmdən 3-5 km dərinliyə qədər yerləşmişdir. Hipabissal zona üçün skarn tip dəmir və mis (plakioqranit və siyenitlərlə), plutonogen hidrotermal qızıl, nadir metal (kiçik intruzivlərlə), likvasiya tip sulfid mis-nikel (əsasi süxurlarla), karbonatit və albitit tip nadir metal (qələvi süxurlarla) yataqları və s. xasdır.
Səthə yaxın zona yer səthindən 1-1,5 km dərinliyə qədər izlənir. Bu zonada bazaltlar, riolitlər, turş effuzivlər, ultraəsasi qələvi süxurlar, kimberlit boruları və s. müşahidə olunur. Onlarla genetik cəhətdən kolçedan sulfıd, vulkanogen hidrotermal mənşəli qızıl, gümüş, qalay, civə və mis yataqları, almaz, karbonatitlər bağlıdır.
Faydalı qazıntı yataqlarının ümumiləşdirilmiş genetik təsnifatı (Kİ.Smirnov, 1982)



Yüklə 494,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin