Faydalı qazıntılar, mineralogiya və petroqrafiya



Yüklə 494,98 Kb.
səhifə7/28
tarix23.01.2023
ölçüsü494,98 Kb.
#80346
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   28
Faydalı mühazirə (yeni proqram)-1

Platin və platinoidlər
Bu qrupa aid bütün metallara nadir hallarda təsadüf edilir. Onların klarkı 0,000000001 % - dir. Platin turşuya və oda davamlı aparatların istehsalında istifadə olunur. Onun qızılla xəlitəsi (platini ucuzlaşdırmaq məqsədi ilə), eləcə də iridiumla və palladiumla xəlitələri kimya zavodları üçün aparatların hazırlanmasında, zərgərlikdə və stomatologiyada tətbiq olunur.
İridium - elektrokontaktların, cərrahiyə ləvazimatlarının hazırlanmasında və partladıcı kimi istifadə edilir.
Osmium - elektrik lampalar üçün sapların hazırlanmasında; Palladium - antikorroziya örtüklərinin hazırlanmasında və s. işlədilir.
Platinoidlər - əsasən «platin külçəsi»ndən, poliksen (Pt, Fe) mineralından (75 - 88 % Pt), osmiumlu - iridium (Nevyanskit) və sperrellit (Pt, As2) mineralından alınır.
Genetik tipləri

  1. Maqmatogen yataqları Uralda məlumdur (dunitlərdə)

  2. Likvasiya yataqları - qabbro və norit süxurları ilə əlaqədədir. (Kanadanın məşhur Södberi mis - nikel yatağı və Rusiyanın Norilsk yataqlarını misal göstərmək olar)

  3. Skarn yataqlarına - fıliziəri rodium mineralları ilə zəngin olan Braziliyadakı yataqlarını misal göstərmək olar

  4. Ekzogen yataqları. Səpintiləri və platinli konqlomeratlar xüsusi ilə əhəmiyyəlidir.

Mühazirə 5
Nadir,səpinti və radioaktiv elementlər qrupu
Urana maraq ikinci dünya müharibəsinin başlanması dövründən sonra artmağa başlayıb. Belə ki, ona qədər dünyada çox az - az ölkələrdə atom enerjisindən istifadə edilirdi. Atom eneıjisinin alınması üçün əsas xammal isə uran idi. Uranın klarkı 3∙10- 4 % - dir. Urana bütün süxurlarda, dəniz və çay süxurlarında, bitkilərdə, otla qidalanan heyvanlarda və digər orqanizimlərdə təsadüf olunur. Əsasi süxurlara nisbətən turş süxurlarda uran daha çox olur. Uran 150-yə yaxın özünün xüsusi minrallarını əmələ gətirir və 60 digər mineralda izomorf şəkildə iştirak edir. Uranının əsas mineralları :
1. Uranlı qətran filizi- onun 2 növü var:

  1. Kristallik növü-uraninit adlanır- UO2

  2. Amorf növü - nasturan (uranlı qətran) U3O8

Uranın tərkibi narari olaraq UO2-dir. Amma tərkibində həmişə 12 %-ə qədər nadir torpaq, xüsusən serium. radium, radiogen qurğuşun və s. saxlayır. Filizdə uran 65 - 75% arasında olur:
Karnotit – K2(UO2)2 (VO4)2 3H2O; Tüyamunit - Ca(UO2)2 (VO4)2 8H2O; Torbernit - Cu(UO2)2 (PO4)2 12 H2O Otenit - Cu(UO2)2 (PO4)2 8H2O; Seynerit - Cu(UO2)2 (AsO4)2 12H2O
Kanada, ABŞ və CAR ən çox uran ehtiyatlarına malik olan ölkələr hesab edilirlər. Filizlərdə uranın miqdan 0,2 - 0,1 % olduqda sənaye əhəmiyyətli hesab edilir. Hətta 0,05 % və ondan da az olduqda belə böyük ehtiyata malik uran yataqları sənaye əhəmiyyəti kəsb edir. Bu da son zamanlar atom enerjisinə təlabatın artması ilə izah edilir.
Yataqların genetik tipləri:

  1. Maqmatik yataqları - qranit - monositdə, uranotoritdə, ortitdə, loparitdə, nefelinli siyenitdə və s. intişar tapır.

  2. Peqmatit yataqları geniş yayılır. Lakin sənaye əhəmiyyətinə malik olmur. Qranitli peqmatitlərdə - uranın konsentrasiyası nəzərə çarpacaq dərəcədə olur. Yataqlarına Madaqaskarda, Cənubi Avstraliyada, Kanada və Hindistanda rast gəlinir.

  3. Kontakt - metasomatik yataqları yalnız Avstraliyada intişar tapıb.

  4. Hidrotermal yataqları xüsusi ilə əhəmiyyətlidir. Bu yataqlar qranit maqması ilə əlaqədar olub, müxtəlif temperatur şəraitində əmələ gəlir.

  5. İnfiltrasiya yataqları böyük əhəmiyyətə malikdir.

  6. Çökmə yataqları

  7. Metamorfogen yataqları


Yüklə 494,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin