Faydalı qazıntılar, mineralogiya və petroqrafiya


Mühazirə 4 Əlvan və qiymətli metallar qrupu



Yüklə 494,98 Kb.
səhifə4/28
tarix23.01.2023
ölçüsü494,98 Kb.
#80346
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   28
Faydalı mühazirə (yeni proqram)-1

Mühazirə 4
Əlvan və qiymətli metallar qrupu
Mis – insanın istifadə etdiyi ilk metaldır. Təqribən 4500 il eramızdan əvvəldən indiyə kimi işlədilir. Misin fiziki xassələri imkan verib ki, o xalq təsərrüfatının bütün sahələrində geniş tətbiq olunsun. Klarkı - 0,01 %-dir. 175-ə yaxın minralları məlumdur. Lakin onlardan 10 - 15 - i sənaye əhəmiyyəti kəsb edir.
Sərbəst mis (qarışıqları ilə) - 95 % Cu, Xalkopirit - CuFeS2 (34 % Cu), Xalkozin - CuS2 (80 % Cu), Bornit – Cu5FeS4 (64 % Cu), Kovellin - CuS (66 % Cu), Enargit – CuAsS4 (48 % Cu), Kuprit - CıiaO (89 % Cu), Malaxit – CuCO3 Cu(OH)2 (57 % Cu), Azurit - 2CuCO3 Cu(OH)2 (55 % Cu), Xrizokolla – CuSiO4 n H2O (36 % Cu), Tutqun filizlər - 3 Cu2S(Sb, As)2S3 (35 - 57 % Cu)
Genetik və sənaye əhəmiyyətli yataqları :

  1. Likvasiya yataqları - Södberi (Kanada), Norilsk (Rusiya)

  2. Kontakt - metasomatik yataqları - Ural, ABŞ (Arizon ştatı)

  3. Hidrotermal yataqları - (yüksək temperaturlu - Braden (Çili); orta temperaturlu - Rusiya, Çili, ABŞ; alçaq temperaturlu - Ural, Qazağıstan, Zambiya

  4. Misli qumdaşlarının infiltrasiya yataqları

  5. Çökmə mənşəli şistlər - Almaniya, Polşa

Qurğuşun və sink
Bir qayda olaraq Pb və Zn - ə təbiətdə birlikdə təsadüf olunur və polimetallik filiz yataqlarını əmələ gətirir.7 Polimetallik filiz yataqlarının tərkibinə qızıl, gümüş, kadmium, mis, qalay, kobalt, mərgümüş (As), səpinti elementləri və s. daxildir. Bəzən polimetallarla bərabər flüorit və barit də çıxarılır. Müstəqil iri yataqları da məlumdur.
Qurğuşun - atom texnikasında, akkumlyatorların içərisindəki qurğuşun lövhələrin hazırlanmasında (30 % - ə qədər), kabel örtüyü kimi (10 %), müxtəlif çoxsaylı xəlitələrin hazırlanmasında, rəng istehsalında, rentgen texnikasında, poliqrafiyada və s. sahələrdə işlədilir.
Sink - məmulatların sinklə örtülməsində, (40 %-i) latun, bürünc kimi xəlitələrin hazırlanmasında (50 % - i), tipoqrafiya metallarının, boruların, xüsusi lövhələrin hazırlanmasında, rezin istehsalında (sink oksidi) , təbabətdə, belil istehsalında və s. sahələrdə işlədilir.
Birlikdə tapılmalarına baxmayaraq onların klarkları müxtəlifdir. Qurğuşununki - 0,0016 %, sinkinki isə 0,01% -dir. Filizlərinin əsas kütləsi sulfidlərlə, sulfoduzlarla və karbonatlarla əlaqədardır.
Qurğuşunun təqribən 150, sinkin isə - 60 mineralı var. Lakin onlardan 7 - 8 -i sanaye əhəmiyyəti kəsb edir:
Qalenit - PbS (86 % Pb);Serussit – PbCO4 (77 % Pb); Anqlezit – PbSO4 (68 % Pb); Bublanjerit - 5 PbS Sb2S3 (55 % Pb); Sfalerit - ZnS (60 % Zn); Smitsonit - ZnCO3 (52 % Zn); Kalamin - Zn4(Si2O4) (OH)2 H2O (59 % Zn).
Qalenit bəzən tərkibində sənaye əhəmiyyət kəsb edən gümüş, eləcə də bismut, tallium saxlayır. Sfaleritdən isə səpinti elementlərin alınmasında istifadə edilir. Hər iki mineral tərkibində sənaye əhəmiyyətli qızıl saxlaya bilir.
Filizləri müxtəlifdir : məsələn, qurğuşunlu, qurğuşunlu - sinkli, misli - sinkli, qalaylı - qurğuşunlu - sinkli və s. Tərkibində 5 % və daha artıq Pb olduqda polimetal fılizlər zəngin hesab edilir. Sink üçün bu rəqəm 6- 8 % - dir. Ümumiyyətlə isə filizlərdə qurğuşun - 1 %, sink isə 2- 3 % olduqda istifadəsi mümkün hesab edilir. Kalamin filizlərində sink - 10 % -dən az olmamalıdır.
Genetik tipləri - yüksək temperaturlu hidrotermal yataqları böyük əhəmiyyətə malikdir. Yataqlarına Primorsk vilayətində, Orta Asiya ölkələrində, Yuqoslaviyada, Kanadada və s. təsadüf olunur.
Orta temperaturlu hidrotermal yataqları daha çox sənaye əhəmiyyətli hesab olunur. Filizlərinin morfologiyasına diqqət yetirdikdə onların tuflarla, şistlərlə, karbonat və kristallik süxurlarla əlaqəli olduqları aşkar görünür. Yataqlarına Birmada, Zambiyada, ABŞ - da, Almaniyada, Polşada və s. ölkələrdə rast gəlinir.

Yüklə 494,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin