Radiometrik axtarış üsulları. Bu üsulların əsasına süxur və filizlərin tərkiblərində uran-torium sırası radioaktiv elementlərinin miqdarı ilə əlaqədar təbii radioaktivlik fərqi qoyulmuşdıır. Təbii radioaktivlik dərəcəsinə görə süxurları, filizləri və mineralları beş qrupa bölmək olar :
- radioaktivliyi n∙10-5%Umiqdarına ekvivalent olan, praktiki olaraq radioaktivliyi olmayan süxurlar;
- radioaktivliyi n∙10-4 %U miqdarına ekvivalent olan, artmış radioaktiyliyə malik süxurlar;
- radioaktivliyi n∙10-3 %U miqdarına ekvivalent olan, yüksək radioaktivli süxurlar və kasıb filizlər;
- radioaktivliyi n∙10-2 % Umiqdarına ekvivalent olan, yüksək radioaktivli kasıb filizlər;
-Uvə Th-nradioaktivliyi n∙10-1 % Umiqdarına ekvivalent olan, olduqca yüksək radioaktivli sıravi və zəngin filizlər.
Maqmatik süxurlar içərisində ən aşağı radioaktivliyə əsasi və ultraəsasi süxurlar, ən yüksək radioaktivliyə isə orta və turş süxurlar malikdirlər.
Çökmə süxurlar içərisində ən az radioaktivliyə hidrokimyəvi və karbonat çöküntüləri: daş duz, gips, anhidrid, əhəngdaşı, dolomitlər, təmiz kvars qumları və qumdaşları malikdirlər. Ən çox radioaktivlik isə gilli vəkömürlü şistlər və gillər üçün səciyyəvidir. Elektrometrik üsul. Elektrometrik axtarış üsulları süxur və filizlərin elektrikkeçirmə fərqlərinin istifadəsinə əsaslanır. Təbii şəraitlərdə bu fərqlər süxurəmələgətirən və filizəmələgətirən mineralların elektrik müqaviməti, süxurların və filizlərin məsaməliyi və rütubətlənmə dərəcəsi ilə müəyyən edilir.
Süxur, filiz və mineralları xüsusi elektrik müqavimətinin (ρ) qiymətinə görə 5 qrupa bölmək olar:
I - olduqca aşağı elektro müqavinətli süxurlar,filizlər və minerallar (ρ 1 omm-dən kiçik);
II-aşağı müqavimətli (ρ 1-dən 100 omm-a qədər);
III- orta müqavimətli (ρ 100-dən 1000 omm-ə qədər);
IV-yüksəlmiş müqavimətli (ρ 1000-dən 10000 omm-ə qədər);
V- yüksək müqavimətli (ρ 10000 omm-dən çox)