Faydalı qazıntılar, mineralogiya və petroqrafiya



Yüklə 494,98 Kb.
səhifə28/28
tarix23.01.2023
ölçüsü494,98 Kb.
#80346
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   28
Faydalı mühazirə (yeni proqram)-1

Petroqrafık üsul süxurların tərkibinin öyrənilməsinə əsaslanır. Bu üsul bir-birinə yaxın olan kəsilişlərin müqayisəli təhlili zamanı müsbət nəticə verir. Buna görə də eyni yaşlı tə­bəqələr müxtəlif süxurlardan təşkil olunduğu kimi, eyni tərkibli süxurlar da müxtəlif geoloji dövrlərə mənsub ola bilər.
Paleontoloji üsul süxurların nisbi yaşının təyinində ən düzgün və etibarlı üsul­dur; nisbi yaşın təyinində orqanizmlərin (fauna) və bitkilərin (flora) qazıntı qalıqları­na və onların əmələgəlmə ardıcıllığı prinsipinə əsaslanır. Layların nisbi yaşını bilmək üçün vacib şərtlərdən birisi rəhbər fosillərin olmasıdır.
Rəhbər fosil dedikdə, bu və ya digər orqanizmin zamana görə (şaquli istiqa­mət­də) məhdud ərazidə (üfüqi istiqamətdə) geniş yayılması nəzərdə tutulur.
Bu üsulun üstun cəhəti onun orqanizm aləmində təkamül prosesinin təbii axından istifadə etməsindədir.


Mütləq geoxronologiya – süxurların mütləq yaşını təyin etmək üçün müxtəlif elementlərin parçalanma­sın­dan (qurğuşun-helium, arqon, stronsium və radiokarbon metodları) istifadə olunur.Qurğuşun metodundan tərkibində 1 %-dən artıq U və Th iştirak edən radioaktiv minerallarda istifadə edilir.Helium metodu çox az işlənir, çünki qaz halında olduğundan öz həcmini bütöv saxlaya bilmir və ona görə də yanlış (az) nəticə verir.Stomsium metodunda Rb87 parçalanaraq Sr87-yə çevrilməsinə əsaslanır. Bu me­tod ancaq kembriyə qədər qədim süxurların yaşını təyin etmək üçün işlədilir. Onun yarımparçalanma dövrü çox uzundur, 50 mlrd. ilə yaxındır.Arqon metodu həm maqmatik, həm də çökmə süxurların yaşının təyinində geniş tətbiq olunur, çünki ilkin kalium mineralları bu süxurlarda geniş yayılmışdır.
Radiokarbon metodu Dördüncü dövr çöküntülərinin yaşının təyin edilməsində, arxeologiyada istifadə edilir.
Süxurların yaşını təyin etmək üçün tətbiq olunan hər hansı bir üsul, Yerin müt­ləq yaşının təyinində olduğu kimi, uzun sürən radioaktiv parçalanma prosesinə əsas­lanır. Hər bir radioaktiv elementin parçalanması, qeyd edildiyi kimi, sabit nüvəli bir izo­topun əmələ gəlməsi ilə nəticələnir.





Yüklə 494,98 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin