Psevoxromatik minerallar - Bəzi hallarda mineralların malik olduqları rəng onların həqiqi rəngləri olmayıb, bir sıra optik effektlərlə əlaqədardırlar. Belə minerallara misal olaraq, kalsiti, labradoru misal göstərmək olar. Bu minerallarda ayrılma müstəvisinin səthi nazik təbəqə ilə örtüldüyündən, onlar müxtəlif çalarlara malik olurlar.
Mineralların rənglərinin dəyişməsi səbəbi müxtəlif fıziki amillərin təsirindən də ola bilər. Bəzi minerallara rentgen şüaları, radioaktiv şüalar, ultrabənövşəyi şüalar və s. yüklü hissəciklər təsir etdiklə, onlar müvəqqəti də olsa müxtəlif rənglərə boyanırlar. Məsələn: ağ rəngli halit kristallarını xeyli müddət natrium alovunda saxladıqda onlar göyümtül rəngə boyanırlar. Almaz kristallarmı rentgen şüalarmm təsiri ilə bənövşəyi-mavi rənglərə boyamaq olar. Elə maddələr də vardır ki, onlarm bu və ya digər rəngə malik olmaları, bilavasitə, daxili quruluşların xüsusiyyəti ilə əlaqədardır. Buna misal olaraq, lazurit mineralını göstərmək olar. Bu mineralın daxili quruluşunda olan boşluqlara yüklü və xlor ionlarının daxil olması ilə əlaqədar olaraq o, tünd göy, parlaq göy rənglərə boyanır.
Mineralların cisgisinin rəngi. Mineralın cisgisinin rəngi və onun tozunun saxsı qat üzərində cizgisinin rəngidir. Bu rənglər daha etibarlıdır. Cizgi rənginə adətən tünd rəngli, metallik parıltılı minerallar malik olurlar. Şəffaf və ağ rəngli minerallar adətən ağ cizgi rəngi verirlər. Bəzi minerallarda cizgi rənginə görə onun tərkibi haqqmda müəyyən mülahizə yürütmək olar. Məsələn: sfalerit - ZnS mineralmda izomorf qarışıq şəklində dəmir olmadıqda, onun cizgi rəngi sarı, dəmirin miqdarı artdıqca isə qonurdan - qonuru-qaraya kimi olur.
Mineralların sıxlığı. Mineralın sıxlığı 0,6-21 q/sm3, arasında dəyişir. Sıxlığa görə minerallar yüngül (2,5 q/sm3), orta (2,5-5 q/sm3) və ağır minerallara (5 q/sm3-dən yuxarı) minerallara bölünürlər.
Mineralların sərtliyi. Sərtlik cismin cizılmaya və ya yonulmaya göstərdiyi müqavimətə deyilir. Mineralogiya sərtlyi təyin edərkən Mohs şkalasından istifadə edilir. Bu şkalada ardıcil elə düzülmüşdür ki, hər bir mineral özündən əvvəl gələn mineralı cızır, özündən sonrakı mineral tərəfindən cızılır. Şkalada verilən sıra nömrəsi müvafiq mineralın sərtliyini göstərir.