Faydalı qazıntılar, mineralogiya və petroqrafiya



Yüklə 494,98 Kb.
səhifə22/28
tarix23.01.2023
ölçüsü494,98 Kb.
#80346
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   28
Faydalı mühazirə (yeni proqram)-1

Statistik üsııl. Faydalı komponentlərin olduqca qeyri-bərabər yuvalarla paylanmaları ilə səciyyələnən yataqların (pyezokvarsın, qiymətli daşların, islandiya şpatının, kəhrəbanın və b.) adi üsullarla sınaqlaşdırılması etibarlı geoloji materialların alınmasını təmin etmir. Məhz belə yataqların ehtiyatlarımn hesablanması statistik üsulun istifadəsini tələb edir. Bu üsulun əsas məzmunu belədir: yataqda aparılmış kəşfıyyat- istismar işləri nəticəsində faydalı komponentin vahid sahəyə (və ya həcmə) düşən orta miqdarı (buna «çıxış» deyirlər) təyin olunur. Çıxış faydalı komponentin öyrənilmiş sahə üçün məhsuldarlığını xarakterizə edir. C, kateqoriyası üzrə ehtiyatı hesablamaq məqsədi ilə alınmış məhsudarlıq miqdarını bütün potensial filizli sahəyə və ya həcmə yayırlar; C2 kateqoriyası ilə ehtiyat yatağın cinahlarında və aşağı horizontlarda ekstropolyasiya əsasında ayrılır (filizləşmə ilə əlaqədar olan əsas qiymətləndirici parametrlərin dəyişmə meylini nəzərə almaqla). Statistik üsulla ehtiyat hesablayaıkən geoloji deyil, faydalı komponentin çıxarılacaq ehtiyatı təyin olunur, bu da ki, yer təkində ehtiyatın hesablama prinsipinə cavab vermir.


Mühazirə 12
Mineralogiyanın mahiyyəti. Mineralların tərkibi və quruluşu
Süxurlar tərkib etibarilə təbii kimyəvi birləşmələr və ya sərbəst elementlərdən təşkil tapmış minerallardan ibarətdir. Hər süxurun tərkibində bir və ya bir neçə mineral ola bilər. Müəyyən fiziki və kimyəvi xassələri olub, təbii kimyəvi reaksiyalar nəticəsində əmələ gəlmiş cismə mineral deyilir. Minerallara adlar - ya kimyəvi tərkibinə və fiziki xassəsinə, ya tapıldığı yerə görə, ya da onu tapan alimin şərəfinə verilir.
Mineralların öyrənilməsi ilə mineralogiya elmi məşğuldur. Mineralogiya bir elm kimi minerallann morfologiyasını (xancı görünüşünü) , kimyəvi tərkibini, ondakı qanşıqlan, daxili quruluşunu öyrənir. Eyni zamanda mineralogiya minerallann əmələ gəlmə şəraitini və təbiətdə onlann yayılması qanunauyğunluğunu öyrənir.
Təbiətdə 2200 qədər mineral məlumdur. Növləri ilə birlikdə mineral adları 4000 çatır. 450mineral təbiətdə geniş intişar tapıb, qalanlarma isə nadir hallarda rast gəlinir. Bunların kiçik bir qismi, əsasən 25-i süxur əmələ gətirən minerallardır. Yer qabığında ən geniş yayılmış minerallar məhz süxurəmələgətirənlərdir.
Minerallar kristallik və amorf halda olur. Elementar hissəcikləri (atom, ion, molekul) məkan qrupları və müvafiq şəbəkələrin həndəsi qanunlarına uyğun olaraq yerləşən bərk, müstəvi səthlərlə məhdudlaşmış cismə kristal deyilir.
Kristalların əsas xüsusiyyətləri onların bircinsli və anizotrop olmasıdır. Bundan başqa kristalların müstəvi səthlərlə məhdudlaşmış müxtəlif həndəsi formalar alması da onların vacib xassələrindən biridir.
Amorf mineralların heç bir həndəsi forması olmur. Belə minerallarda maddənin elementar hissəcikləri (atom, ion, molekul) qeyri-müntəzəm halda yerləşir.
Bütün kristallar 7 sinqoniyaya (sistemə) bölünür: 1) triklinik, 2) monoklinik, 3) rombik, 4) triqonal, 5) tetraqonal, 6) heksaqonal, 7) kubik. Bu 7 sinqoniya daxilində 32 sinif ayırırlar. Triklinik - 2, monoklinik - 3, rombik - 3, triqonal - 5, heksaqonal - 7, tetraqonal - 7, kub - 5 sinfə bölünür. Sinqoniyaların və siniflərin adlarından göründüyü kimi onlar yunanca rəqəm və sözlərdən təşkil olunmuşdur. Məsələn, monoklin sözündə mono - bir, klin - ox, heksaqonal sözündə heksa - altı, qonio - bucaq, tetraedr sözündə tetra - dörd, edr - üz deməkdir.
Təbiətdə minerallar olduqca geniş yayılmışlar. Yer qabığı bütövlükdə, bütün növ süxurlar və faydalı qazıntı yataqlan minerallardan təşkil olunınuşlar. Mineral fərdlərinin ölçüləri həcmcə və çəkilərinə görə olduqca böyük və çox kiçik, hətta mikraskopla görünə biləcək qədər kiçik olur.

Yüklə 494,98 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin