Faydalı qazıntılar, mineralogiya və petroqrafiya



Yüklə 494,98 Kb.
səhifə25/28
tarix23.01.2023
ölçüsü494,98 Kb.
#80346
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   28
Faydalı mühazirə (yeni proqram)-1

Mohsun sətrlik şkalası

1. Talk
2. Gips
3. Kalsit
4. Flüorit
5. Apatit
6. Ortoklaz
7. Kvars
8. Topaz
9. Korund
10. Almaz.

Mineralların şəffaflığı. Mineralların özündən işıq keçmə qabiliyyəti­nə deyilir. İşığı keçirmə­sinə görə minerallar şəffaf, yarımşəffaf, kütləsi ilə işığı ke­çi­rən və qeyri-şəffaf olurlar.
Mineralların parıltısı. Mineral səthinin işığı əks etdirmə qabiliyyətinə de­yilir. Parıltısına görə minerallar 2 qrupa bölünürlər. Metal parıltısı və qeyri metal pa­­rıltılı. Metal parıltıya xalis metalla rvə bir sıra sulfidlər aiddir. Qeyri metal parıl­tı­ya: şüşə parıltısı, sədəf parıltısı, almaz parıltısı, yağlı parıltı, ipək parıltısı və s. məx­sus­dur.
Mineralların ayrılması. Mineral kütləsinin xarici qüvvə təsiri ilə düz və paralel müstəvilərə parçalanmasıdır. Ayrılmasına görə minerallar 5 qrupa (çox mükəmməl, mükəmməl, orta, zəif, ayrılması olmayan) bölünürlər.
Mineralların sınması. Minerallar sınma səthinin xarakterinə görə bir-birindən fərqlənir. Sınma səthi ayrlma verməyən minerallarda öyrənilir. Minerallar sınma sət­hi­nin aşağıdakı növlərini göstərmək olar:
Qabıqvari sınma- qabarıq və ya batıq formalı konsentrik, dalğavarı hamar səthə malik olur.
Torpaqvarı- sınma səthi hamar olmayıb üzəri toz ilə örtülmüş süxur səthini xa­tır­ladır.
İynəvari- sınma səthi müəyyən istiqamətdə yönəlmiş xırda, nazik tikancıqlarla örtülür.
Mineralların maqnitliliyi. Bir sıra minerallar maqnit xassələrə ma­lik­dir. Bu minerallar maqnit əqrəbinə yaxınlaşdırdıqda əqrəb öz istiqamətini dəyişir. Belə minerallardan maqnititi, pirrotin və platini göstərmək olar. 
Mineralların elektrik xassələri. Mineralların elektrik xassələrindən piro (qız­dı­rarkən və soyudarkən mineralda elektrik cəryanının əmələ gəlməsi), pyezo (sıxarkən və dartarkən mineralda elektrik yükünün meydana çıxması), elektrikləşmə (sürtünər­kən mineral mineral səthində elektrik yükünün müşahidə olunması) göstərmək olar.
Bəzi minerallar dadına görə, bəzisi iyinə görə, bəzisi 2 qat işığı sındırma qabiliy­yətinə görə seçilirlər. 


Yüklə 494,98 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin