Aerofotoplanaalma materiallarının öyrənilməsi əsasında bir çox hallarda faydalı qazıntılara və yaxud onlanrın mövcudluğuna işarə edən əlamətləri aşkar etmək olur. Belə ki, aerofotoşəkillərdə su səthində nazik neft təbəqələri, dəniz dayazlığının dibində isə qırılma pozulmaları boyu ayrılan qaz qeydə alınır. Sonuncular su səthində çoxlu sayda qabarcıqlar əmələ gətirirlər. Bu qabarcıqla rın fototəsviri aydın açıq rəngli zolaq şəklində olur.Bir sıra faydalı qazıntılar onların fototəsvirlərinin bilavasitə analizi zamanı aşkar edilə bilər. Bunlara əsasən tikinti materialları, misal üçün karst əmələ gəlmələri üzrə əhəngdaşları, dolomitlər, eol formalı relyefə malik qumlar, müasir bataqlıqlarda torf və s. aiddir. Belə faydalı qazıntılar, bir qayda olaraq, ortamiqyaslı planaalma zamanı hüdudlandırılan böyük əraziləri əhatə edirlər. Buna görə də onların irimiqyaslı xəritəalma zamanı deşifrələnməsi bir o qədər də əhəmiyyət daşımır. Faydalı qazıntıların və yaxud onlann varlığına işarə edən əlamətlərin bilavasitə havadan, aerovizual müşahidələrlə aşkar edilməsi halları geoloji təcrübədən məlumdur.
Geofiziki üsullar Bu üsullar regional geoloji planaalma mərhələsində ümumi geoloji məsələlərin həllində, axtarış işlərində, həmçinin faydalı qazıntı yataqlarının kəşfiyyatında müvəffəqiyyətlə tətbiq edilir.Filizlərin və süxurların fıziki xüsusiyyətlərindən və həmçinin qarşıya qoyulmuş işin məqsədindən asılı olaraq aparıcı rol oynayır. Axtarış mahiyyətli əsas geofıziki üsulların qısa təsviri aşağıda verilir.
Maqnitometriya. Maqnitometriküsul süxurların və filizlərin maqnit xüsusiyyətlərininfərqinə, xüsusən də maqnit həssaslığına (X), yəni maqnitsahəsində maqnitləşmə qabiliyyətinə əsaslanır. Bu əlamətlərinə görə bütünmaddələr diamaqnitlərə (x<0) və paramaqnitlərə(x>0) bölünürlər. Yüksək maqnit həssaslığına malik maddələr ferromaqnitləradlanır. Diamaqnitlərə isə daş duz, gıps, anhidrid, mərmər və bəzi digər süxurlar aiddir. Paramaqnit süxurlardaha genış qrupu əhatəedirlər. Onların maqnit həssaslığı əsasən tərkiblərindəki ferromaqnitminerallarının miqdarından asılıdır. Ferromaqnit minerallarına maqnetit, titanomaqnetit. hematit və pirrotin aiddir.
Bu mineralların varlığı süxur və filizlərin maqnit həssaslığını artırtr.
Maqnit xüsusiyyətlərinə görə süxurlar, filizlər və minerallar beş qrupa bölünə bilərlər:
- maqnit həssaslığı χ<10∙10-6 olan diamaqnitli və praktiki olaraq maqnitsiz;