F hl pe l ri v i l rin Vahid Tarif- xtisas Sor u Kitab as (h
131. Elektroizolə materialları üzrə laborant İşin xüsusiyyəti. 2-ci dərəcə Maye materiallarda özlülüyün (qatılığın) müəyyən edilməsi. Texnoloji təlimatlara uyğun olaraq laklar, yapışqanlar və kompaund nümunələrinin hazırlanması, onların komponentlərini hazırlamaq üçün qabaqcadan görülən işlərin: vakuumda qurutma, yandırılma, ələnmə və digər əməliyyatların aparılması. Polietilen, ftoroplast və digər plastik kütlədən olan nümunələri və məmulatları presləmək üçün materialların hazırlanması. Sadə konstruksiyalı elektrik elementlərinin laklarla, emal və kompaundlarla təcrübi izolə proseslərinin aparılması. Avtoklavlarda və barokameralarda işləmək. Sınaq zamanı temperatur rejimlərinin təmin olunması. Görülmüş işlər üzrə yazıların aparılması. İzoləedilən, yapışdırılan və preslənən detallar üzərində çəkilmiş çertyojların oxunması. Dövlət standartları tələblərinə uyğun nümunələrin hazırlanması, plastik kütlə, kompaundların, lak çəkilmiş plyonkaların, maye dielektriklər nümunələrində xarakteristikaların yoxlama ölçülərinin aparılması. Dielektriklərə və elektrik elementlərinin elektrik xassələrinə aralıq nəzarət etməklə onlarda uzunmüddətli iqlim, rütubət və başqa sınaqların keçirilməsi. İstilik kameralarında elektrik materialların nümunələrinin sınaqdan keçirilməsi. Bilməlidir: hazırlanan lakların, yapışqanların, kompaundların və başqa izoləedici materialların əsas komponentlərinin təyinatını; avtoklavların, barokameraların, vakuum-hopdurucu qurğuların, hidravlik preslərin və xidmət olunan digər avadanlığın iş prinsipini; texniki və analitik tərəzilərdən istifadə qaydalarını; temperaturu ölçmək üçün olan cihazlarla işləmə qaydalarını; elektrik elementlərinin lak, emal və kompaundlarla izolə etmənin əsas proseslərinə texnoloji təlimatları; nəzarət olunan izolə materiallarına və elektroelementlərə dövlət standartları və texniki şərtlərin tələblərini; uzunmüddətli sınaqlar üçün olan xüsusi avadanlığın və cihazların texniki göstəricilərini və onlarla işləmə qaydalarını; nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini; elektrotexnika üzrə əsas məlumatları.